Fuad İbrahimli - Nə Olar Allahım Ayırma Bizi

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 665

  • @ayserg27
    @ayserg27 4 года назад +609

    Məni gözəl xatırla...
    Bunlar son misralar
    Fərz et ki, bir külək idim, əsib keçdim heəyatından
    Ya da bir yağmur, sel oldum çöllərdə
    Sonra torpaq çəkdi suyu canına
    Yox olub getdim, bəlkə röya idim səninçün
    Oyandın ve mən bitdim
    Məni gözəl xatırla!
    Çünki sevdim sənin mən, hər şeyini
    Sənə sirdaş oldum, dost oldum
    Qoynunda ağladım
    Üzünə vurmadım heç bir nöqsanını
    Meni üzdün qınamadım
    Alışmışdım vəfasızlığa, el oldun aldırmadım
    Məni gözəl xatırla!
    Səhifələrcə məktub buraxdım sənə
    Şerler yazdım her gece çoxunu oxutmadım
    Saxladım günahını, savabını içimdə, səssizcə getdim
    Səndən əvvəlkilər kimi sən də başa düşmədin
    Meni gözel xatırla!
    Sənə unudulmaz gecələr buraxdım
    Sənə en yorğun sabahlar
    Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
    Söylənməmiş ”Salamlar” buraxdım hər küncə
    “Vidalar” buraxdım dayanacaqlara
    Ne axtararsan bir sevdanın içində
    Artıqlamasıyla buraxdım arxamda
    Məni gözəl xatırla!
    Dizlərində yuxuya getdiyimi düşün
    Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
    Sevincli olduğun anları gətir gözünün önünə
    Alnından öptüyüm dəqiqələri
    Bir azdan qapını döyəcəyimi düşün
    Təəccübləndirməyi sevirəm bilirsən
    Buda sene son surprizim olsun
    İndi səninlə yaşanan günləri atəşə verirəm
    Məni gözəl xatırla!
    Gedirəm…
    M.Müşfiq

  • @As-Gv
    @As-Gv 3 года назад +240

    Gedib qayıtmayan şehidlerimize Allah rehmet elesin. Neçe-neçe yarım qalan ümidler, arzular, xeyallar...

  • @guneljeyranova4623
    @guneljeyranova4623 4 года назад +222

    Nə deyir ustad, "insanlları allah ayırmaz, insanları insanlar ayırır" :)

    • @skys193
      @skys193 4 года назад +3

      Ama qismet de var heyatda...

    • @Akif.A
      @Akif.A 4 года назад +1

      Gözəl deyibmiş

    • @yalnzqadn3370
      @yalnzqadn3370 4 года назад +5

      @NİKO YTcox maragli geldi agliniz hardaydi?

    • @rehimeseyidli8248
      @rehimeseyidli8248 3 года назад

      Gunel xanlm qarsinda
      Bas eyirem sagliginda
      Rehmet qazanan insan

    • @RashidaAbdullayeva
      @RashidaAbdullayeva Год назад +2

      "Bence insanları kader ayırmaz, bence insanları insanlar ayırır" (Ezel)

  • @banu2953
    @banu2953 4 года назад +139

    Bildirimi görən kimi sevinib, dinlədikdən sonra isə yatmış kədərin oyanması. Yenə qəlbimizə toxundun .

  • @heartbeat2799
    @heartbeat2799 3 года назад +159

    Sənə ümid dolu dikilən gözlər
    Yenə xatirədə donub qalandır.
    Əlim əsə-əsə yazdığım sözlər
    O zaman düz idi
    indi yalandır…
    Həyatın özündə sınadım səni,
    Demə bahar idim,
    indisə qışam.
    Yaxşı ki, nəhayət, tanıdım səni,
    Yaxşı ki, ömürlük aldanmamışam.🖤
    Nüsrət Kəsəmənli.

    • @zarinan-va9564
      @zarinan-va9564 2 года назад

      😌😌😌

    • @gulzarmemmedova3062
      @gulzarmemmedova3062 2 года назад

      Getdi o aramizda olan butun xos xatireleri unudub tekce kinini saxladi

    • @elmarguseynov3765
      @elmarguseynov3765 2 года назад

      @@gulzarmemmedova3062
      Elə ki, düşürsən torpaq altına,
      Hər gün çiçək kimi qurudulursan.
      Doğrudan soyudur torpaq insanı,
      Günlər ötüşdükcə unudulursan.
      Məclislər verilir, gəlir dost-tanış,
      Düşünürsən rəhmət deməyə gəlir.
      İnan, gələnlərin yarıdan çoxu,
      Halva-çörəyindən yeməyə gəlir.
      Sən indi kimsən ki? Adi bir insan,
      Belədə qədrini bilən tapılmaz.
      Ölərsən qırx çıxar, il yaxınlaşar,
      Qəbrinə bir nəfər gələn tapılmaz.
      Çalış ki, haqqı yaz nə qədər sağsan,
      O vaxt yaşayarsan gözündə xalqın.
      Elə şair ol ki, adın çəkilsə,
      Təbəssüm oyansın üzündə xalqın.

  • @rufataliev7145
    @rufataliev7145 3 года назад +94

    -*Ağ tük tapdım* *arasından saçımın,*
    *Qoparmadım,* *saxlamışam çoxalsın.*
    *Otuz ildə* *cavan qalıb neynədi,*
    *Canı çıxsın* *saçlarımın,qocalsın.*

    • @eyvazalisoy5555
      @eyvazalisoy5555 2 года назад +4

      Ay ay men bu şeiri hardan tapim?

    • @fortuna7057
      @fortuna7057 2 года назад +4

      Nə maraqlı şerdir .Müəllifi kimdir?

  • @jeyranahmadova2903
    @jeyranahmadova2903 4 года назад +154

    Hissləri ifadə edə bilməyəcək qədər gözəl idi izlemek💚

  • @Soltanoffaa
    @Soltanoffaa 3 года назад +84

    Müharibə dövründə hər gün dinlədiyim və Şəhidlərimizə görə hönkürtü ilə ağladığım musiqi.Çox xatirələrin var məndə....

  • @B1r_Radnoy
    @B1r_Radnoy Год назад +9

    Hər gün axşam quraza düşən sende burdasan 😣

  • @aysmehdi
    @aysmehdi 4 года назад +200

    Möhtəşəm 👌 Bu mahnı ilə bağlı bir anı' mı yazmaq istədim bu ifanın aşağısına. Bir dəfə zəlzələ olmuşdu. O vaxtlar 2yaşım tamam olurdu və həmin gün ad günüm idi. Yaşadığımız binada tərpəndiyindən hər kəs aşağı düşmüşdü, bizdə o vaxtlar yaşadığımız yerin yanında hərbi çast var idi. Atam işdə idi. Uşaq ağlı ilə birdən atama nəsə olar deyə təlaşlanmışammış. Əsgərlərin, hərbiçələrin və bina əhalisinin arasında bu mahnını oxumuşam. Əsgərlər əl çalıbmış. Mənim dəqiq yadıma gəlməz amma belə deyir evdəkilər.❤ Ona görə bu mahnını bir başqa cür sevirəm💫

    • @raufm-ev8932
      @raufm-ev8932 4 года назад +4

      Təsadüfən papaninde "generalski dom" deyilen bina deyildi? 96 cı illər

    • @raufm-ev8932
      @raufm-ev8932 4 года назад +3

      ?

    • @aysmehdi
      @aysmehdi 4 года назад +2

      @@raufm-ev8932 Xeyir.

    • @raufm-ev8932
      @raufm-ev8932 4 года назад +2

      Hee. Anladım.. Yazdığınız kimi eyni hadise olmuşdu. Ona görə

    • @Bagirov3065
      @Bagirov3065 4 года назад +2

      Rayonda olub bu hadise

  • @rsanheydrova2965
    @rsanheydrova2965 3 года назад +43

    Once ağlıma şəhidlər gelir onların anaları qızları sevdiyi qadınları onlara agliyram sonra ureyimden atam keçir zamansız köçüb gedən atam gözüm qalır yollarda gəlib gedən maşınlarda üzüm gülür gözüm gülmür ata

    • @Ftm86
      @Ftm86 3 года назад +1

      Allah hamısına rəhmət eləsin 🤲🤲

  • @patriot3701
    @patriot3701 4 года назад +133

    ....Mən aşiq sulu dağlar,
    Çeşməli sulu dağlar,
    Burda bir qərib ölmüş,
    Göy kişnər , bulud ağlar!!!
    🔥🔥🗡

  • @balonas
    @balonas 4 года назад +61

    Və sonda aşiq qayadan uçar... bir yaylıq uğruna...

  • @LiliAkhmedova-x7t
    @LiliAkhmedova-x7t Месяц назад +2

    Hər bu musiqini dinləyəndə 1998-1999-cu illərə gedirəm.. 4-5 yaşım vardı.. Atam, evimizdə qeyd etdiyimiz Novruz bayramı süfrəsi arxasında əyləşənləri, rəhmətlik əmimin Sankt peterburqdan gətirdiyi kiçik əl video kamerası ilə lentə alır.. fonda moqnitofonda bu musiqi səslənir.. Və o simalar gözümün önündə canlanır, sanki o otagın, o süfrənin, o insanların, uşaqlığımın qoxusunu duyuram.. necə özləm duyuram.. hələ mənim sevimlim, nənəm üçün necə darıxdığımı hiss edirəm.. bu musiqinin yeri bir başqadır mənim üçün❤

  • @Magerrmoffa
    @Magerrmoffa 2 года назад +27

    • Sahib çıxmadığınız hər dəyərə bir gün bir başqası sahib çıxdığında anlayacaqsınız nələri itirdiyinizi.
    Zamanı var.. 🍀

  • @azadbaxsiyev8837
    @azadbaxsiyev8837 4 года назад +52

    Bu dünyada ən gözəl görüntü gündoğana baxmaqdır. Onda heç sən də yadıma düşmürsən. Çünki sən bu yerin sevgi ünvanı olsan da O -Günəş əbədi eşqin təcəssümüdür.

    • @alizade6909
      @alizade6909 4 года назад

      🙂🍁

    • @aynurkazm4504
      @aynurkazm4504 4 года назад

      👍🏻👍🏻👍🏻👍🏻

    • @aynurkazm4504
      @aynurkazm4504 4 года назад

      Meni qınayırlar,sevgi yoxdur deye:(

    • @azadbaxsiyev8837
      @azadbaxsiyev8837 4 года назад +1

      @@aynurkazm4504 bilirsiz qinayan kimdi sevginin adin esidib dadini bilmeyen insan sevgi pakdi her kes yasa bilmez axi

    • @azadbaxsiyev8837
      @azadbaxsiyev8837 4 года назад

      @@aynurkazm4504 sevgi gozel hissdi sevilmey ondanda gozel amma sonu yaxsi bite

  • @gunelalyeva903
    @gunelalyeva903 4 года назад +40

    Bu mahnıda insanın qəlbini qanadan sözlər var ...

  • @vusalhuseynov5220
    @vusalhuseynov5220 4 года назад +44

    Hər şey öz yolundadır.Sənsizlik ki ərimir,
    Ömürdən nə istəyim?!Ömürə yox etirazım.
    Mən günləri sayıram,günlər isə yerimir,
    O günlər də gələcək,tələsmək nəyə lazım?!
    (Gəncə şəhəri,2006 /oktyabr)

    • @vusalhuseynov5220
      @vusalhuseynov5220 11 месяцев назад

      Bakı şəhəri,31 yanvar 2024.otel otağı.
      Bir daha dinlememek ümidilə......

  • @firuzsamedov3380
    @firuzsamedov3380 3 года назад +16

    Bu melodiyaya qulag asanda Şəhidlərimiz yadima düşür.
    Allah Şəhidlərimizə Rəhmət Eləsin.
    Ruhları Şad Olsun.
    Nur İçində Yatın.

  • @ruqiyyememmedova6654
    @ruqiyyememmedova6654 2 года назад +16

    Dəyişdim mən səni, görəndən bəri
    Mənə nə etdinsə, təkcə SƏN etdin.
    Sənsiz bu şəhərdə, qəribdim, qərib
    Mənə bu şəhəri, sən vətən etdin!♥️
    Əllərinizə sağlıq, möhtəşəmdir

    • @elmarguseynov3765
      @elmarguseynov3765 2 года назад

      Bir göz qırpımında ömür puç olar,
      Zaman tez ötüşür, vaxt birdən keçir.
      Həyatda nə qədər xoş günlər ki var,
      Hər biri dözümdən, səbirdən keçir.
      Arzular kəməndə tuş olub gedir,
      Hamı bir karvana qoşulub gedir.
      Köçənlər həyatdan baş alıb gedir,
      Qalanlar alovdan, kömürdən keçir.

  • @orxanmammadov2204
    @orxanmammadov2204 2 года назад +2

    Bugün şəhidimiz var. Gəldim dinləyə-dinləyə şəhidimizi düşünməyə. 06.08.2022. saat 02:05

  • @UmutN04.01
    @UmutN04.01 4 года назад +69

    Allahim nece mohtesem ifa edirsiz,elleriniz,barmaqlariniz qizildi,cox tesekkur edirem bu zovqu bize yasatdiginiz ucun

  • @Mordecai2004
    @Mordecai2004 3 месяца назад

    Təkrar-təkrar qırılan amma hələdə yaşayan insan qəlbindən dahada güclü bir şey varmı?🥺

  • @ulviyyebaxisova6133
    @ulviyyebaxisova6133 4 года назад +18

    Dinlədikcə məni keçmiş günlərimə apardı. Nə qədər ağlayıb yalvarırdım Allah onu da yanına aparmasın deyə. Düzünü desəm yenə də ağladım. Allah sizi qorusun!

  • @radaagazade
    @radaagazade Год назад +2

    Ayırdı….Allah meni sevdiklerimle cox sınadı…Amma deyesen en cetini sEn oldun 🖤🫂Bir gun bu yorumu görsen bilki…..yada hecne bilme……Sadece meni gözel xatirla 🖤

  • @elmirhsnli1518
    @elmirhsnli1518 3 года назад +16

    "Səni bir sərçənin göz yaşı qədər sevdim" deyə bir rəvayət var deyirki bir oğlan və qız bir- birlərini çox sevirdilər. Amma bir gün oğlan yol qəzasında vəfat edir. Onun yanına gələn mələk ondan son arzusunun nə olduğunu soruşur. Oğlan sevgilisini görmək istədiyini deyir və melek oğlana deyir ki mən səni bir sərcəyə göndərəcəm və sən hər gün sevgilini görəcəksən ancaq ağlasan öləcəksən. Oğlan razılaşır və səçəyə dönür. O gündən başlayır qızın arxasınca uçmağa və bir gün sevdiyi qızın başqa biri ilə görüşdüyünü gördü. Oğlan oğlan yəni sərçə qızın pəncərəsinin yanında dayanır qız isə oğlanın şəklinə baxıb ağlayaraq belə söylədi ,, bağışla sevgilim" oğlan bu sözlərə dözə bilməyib ağladı. Və o zaman oğlan ( sərçə) öldü. Axı mələk ona aglədigi zaman öləcəyini söyləmişdi 😔😔 ona görə ""səni bir sərçənin göz yaşı qədər sevdim "" deyirlər 😢😢😢

  • @nigaraslanli5674
    @nigaraslanli5674 4 года назад +30

    Ürəyimin sarı siminə toxunursunuz Fuad .... elə bilirəm indicə dayanacaq ürəyim.... əlləriniz dərd görməsin...

  • @eminliyev5030
    @eminliyev5030 2 года назад +26

    İnsan həyata bir dəfə gəlir! Bunu oxuyan insan, əgər sən yazıb-oxumağı bacarırsansa, deməli sənin beynin çox şeyi dərk edir!
    Çalış heç kəsə pislik etmə, qəlb qırma! Ancaq yaxşılıq et, həyatdan zövq al, sev-sevil!❤️

  • @aqasafaezizov222
    @aqasafaezizov222 2 года назад +18

    Bu ömür yolunda üz-üzə gəldik,
    Zülmət bir gecədən gündüzə gəldik
    Deyəsən axırda biz gözə gəldik
    Nə olar,Allahım, ayırma bizi.
    Nəq:
    Duymadıq sevginin şirin dadını,
    Vurma qəlbimizə hicran odunu,
    Eşit sevənlərin qəm fəryadını,
    Nə olar,Allahım,ayırma bizi
    Nə olar,ya Rəbbim,ayırma bizi
    Bəlkə bu məhəbbət bir alın yazı,
    Yoxsa bu yazıya yoxdur bir pozu,
    Ayırmaq istəsən al canımızı
    Nə olar,Allahım,ayırma bizi.
    Nəq:
    Sənin əlindədir taleyin hökmü,
    Nə oldu bu sevgi bir ağır yükmü?
    Ayrılıq deyilən səndən böyükmü?
    Nə olar, Allahım,ayırma bizi.
    **************************************************************

  • @farizfrziyev7676
    @farizfrziyev7676 3 года назад +1

    Hər gecə dinləyib və dinlərkən yatmamaaq olmur. Uje alışqanlıq olub yatana yaxın nauşnik taxılır və bu musiqi qoyulur yuxuya gedrm

  • @alizade6909
    @alizade6909 4 года назад +37

    -Ruh adamım yenə işə saLdı qızıl barmaqLarını🙂🍂

  • @firuzsamedov3380
    @firuzsamedov3380 3 года назад +28

    Allah Sehidlerimize Rehmet Elesin

  • @emilbagirzade8241
    @emilbagirzade8241 4 года назад +54

    Artıq 3 il olacaq ayrı qaldığımız... Bəlkə görərsən bu şeirimi. Bil ki hələ də səni sevirəm. 9-cu ildir. Sona qədər səni sevəcəyəm...
    Ölməmişəm hələ varam
    Xatirələr küçələrdir
    Bəlkə özüm günahkaram
    Bəlkə qara gecələrdir
    Bir daş kimi daşlaşmısan
    Heç qədrini bilməmişəm
    Sən o qədər yadlaşmısan
    Sanki heçvaxt sevməmişəm
    Dərdlərimi unuduram
    Dostlarımla güldüyüm an
    Bəlkə geri dönəcəksən
    Gec olacaq, öldüyüm an.
    Ömür gedir zaman dolur
    Biraz tələs yubanırsan
    Bəlkə dönmək istəyirsən
    Peşman olub utanırsan
    Sanki yeni məktəbliyəm
    Öyrənirəm hərfləri
    Səni mənə xatırladır
    Köhnə məktəb sinifləri
    Sən mən adlı hekayə var
    Xatirə var hər izində
    Biz birlikdə çox gəzmişik
    O məktəbin dəhlizində
    Sonuncu dərs bitən zaman
    Səni evə ötürərdim
    Rahat gəz deyə çantavı
    İsrar edib götürərdim
    Təravətli eşq bağında
    Axan qoşa bulaq idik
    Biz bilirdik sevgi nədir
    Baxmayaraq uşaq idik
    Gündüz əldə çıraq tutub
    Axtarıram o illəri
    Yalnız kədərdir, hicrandır
    Həsrətin müqabilləri
    Sənli xəyallar quraraq
    Yatıb yuxu görürəm mən
    Yenə də biz birlikdəyik
    Bu yuxudur bilirəm mən
    Emil Bağırzadə, 03.08.2020.

  • @leyldeniz9037
    @leyldeniz9037 4 года назад +20

    24 yaşım var amma bəzən keçmiş sənətkarlaımızın yaradıcıllığına göz gəzdirərkən bir qorxu hiss olur Allahım görəsən Azərbaycan bele gözəllikləri yazib yaradanlar bitibmi amma sonra sizin kimi işin sənətkarı insanalar çıxır qarışımıza və hələdə Azərbaycanda gənc nəsillərin incəsənətimizə necə hörmət bəslədiyini bir daha anlayıram minnətdarıq Fuad bəy 🙏 var olun

  • @birbaxkanal
    @birbaxkanal 3 года назад +21

    Möhtəşəmsən ey adam....!!!!

  • @emrahceferov7996
    @emrahceferov7996 3 года назад +16

    Çəkilirəm otağıma,,
    Vərəq qoyub qabağıma,
    Şeirləri qulağıma,
    Sən deyirsən mən yazıram...
    Yatan adam özlərmi,
    Bağlamıram gözlərimi,
    Sənə ürək sözlərimi,
    Sən deyirsən mən yazıram...
    Yazıram poza bilmirəm,
    Nə yazım qıza bilmirəm,
    Mən şeir yaza bilmirəm,
    Sən deyirsən mən yazıram...
    Duzsuzam dadsız adamam,
    Mən sənəm adsız adamam,
    Mən ki,savadsız adamam,
    Sən deyirsən mən yazıram...
    Sənə bütün şeirləri,
    Sən deyirsən mən yazıram,

  • @niyazqelbinur.
    @niyazqelbinur. 4 месяца назад

    Fikrimcə, bu, məhz, bu musiqi, kiməsə toxuna bilmirsə, onun mənəviyyatına qüsur var...
    Milyon əhsənlər !

  • @mursudibadov6509
    @mursudibadov6509 4 года назад +21

    Qardas bu cur gozel piano calir. O 4 nefer beyenmirem isaresini qoyan "dixlafos" kimdi goresen..🤔

  • @R.M03
    @R.M03 4 года назад +15

    Allah sevənləri ayırmasın heç zaman İnşəAllah❤️

  • @sahinhesenli9747
    @sahinhesenli9747 4 года назад +23

    Gözlədim düşsün gecə, əssin külək, yağsın yağış,
    Çün səni anmaq üçün, gündüzlər kar etməz mənə.
    Sənin üzün, gül bağı, o bağa baxmazsam əgər,
    Dönər, sonra dağ olar, o dağ da bar etməz mənə.
    Dərdə həmdəmim baxma musiqi, şeir, qəzəldir,
    Şəfa, ilac - nə kaman-saz, nə də tar etməz mənə.
    San ki, mən böyük dağam, dərdim, ən az özüm boyda,
    Göylər də edər ahu-zar, qram qar etməz mənə.
    Eşitdim bir vaxt sonra, əğyarın əlin tutmusan,
    Sorma heçnə, bu söz, gen dünyanı dar etməz mənə?!
    Bilmək istəsən əgər, xəstə könlüm nə istəyir,
    Bil, hansı meyvə də gəlsə, səntək nar etməz mənə.
    Bir vaxtlar var olan kəs, indi çəkilibdir qeybə,
    Ümid bir onadır, o da yoxdan var etməz mənə.
    Bir dəfə görmək üçün, hey istədim, bir zəng edim,
    Düşündüm sonra ki, o güzəşti yar etməz mənə.

  • @militaryzfn
    @militaryzfn 3 года назад +2

    Odundan ocaq olar atəşdən alov olar.Sonda tüstülənər.Eyni insan kimi.Güclü və qüvvətli olarsan sonda gəncliyin ovcunda anidən keçin gedər və sən bunu hiss edərsən.İnsanın tüstülənməsi bir ocaq kimi yavaş yavaş sönməsi köz olması bir gün çox ağrıdar adamı

  • @mobilshiriyev2011
    @mobilshiriyev2011 4 года назад +9

    Yarımçıq yazilmiw werimsen mənim
    Dərindən çəkilən kaw yerimsen mənim
    Məzara apardığım sirrimsen mənim
    Söylə bu qədər yalan olarmı?
    Ayrılıq bu qədər asan olarmı?

  • @melekekberova438
    @melekekberova438 3 года назад +4

    Gözlərinə qurban... Menm hələdə əsgər sevgilim, gözümün işığı, aldığım nəfəs. Allah səbr edənləri sevir deyərdin sevdiyim. Bəs niyə uzaq düşdün məndən? Səni yenidən görməyi, səsini eşitməyi o qədər ağrıyla arzulayıram ki.
    Lakin heç nə dəyişmir,
    Sən məndən çox uzaqdasan. Ama narahat deyiləm bilirsən? Sen yanımda olmasanda sənli xatirələr var yanımda.... Ölüm ayıracaqdi bizi hansı birimiz öldük bir de görüm? 2 dən 1 çıxanda normalda 1 edir ancaq səni məndən çıxdılar mən yarım qaldım... Səni sevirəm əsgərim amma səni sevməyi əvvəlki kimi sevmirəm.

  • @nazlbeybutzade1058
    @nazlbeybutzade1058 Месяц назад

    Gecə 02:35 qulaq asıram,hər şey gözümün önündən fragment kimi keçir🎞️🥹❤️

  • @samiresalayeva847
    @samiresalayeva847 4 года назад +26

    Sevgi deye bir ad yoxdu yalandi boş şeydi temennasi olmadan sevmirler insani yalniz temennasiz bir kişi sever seni ATA.

    • @sebnemagasiyeva8512
      @sebnemagasiyeva8512 4 года назад +1

      Duz deyirsen indiki zamanda sevgi bir Ata sevgisidi ki saf

    • @zarinan-va9564
      @zarinan-va9564 2 года назад +1

      Raziyam.. O qeder saf ve temiz sevdim ki. nece il yollarda qaldi gozum sonda resimler qabagima cikti anladim ki nece aldanilmisham men. En deyerli zamanimi boshuna verdim nece illerini

  • @rubabakazimli4677
    @rubabakazimli4677 Год назад +1

    1999 cu ildə anamla atamın toyu idi. O vaxtlar disk yox kaset olardı. Mən lap əvvəllər uşaq olanda o kasetə baxanda bu mahnı idi klipdə o zamandan da ağlımda qalıb. Əminəm ki bu musiqinin hər kəsdə baıacadan, böyüyə xatirəsi var❤

  • @nerminaliz
    @nerminaliz 4 года назад +14

    Bildiriş gələn kimi bura qaçıram.İlk dəfə di bu mahnının sözlərinə fikir verir, musiqisini bu qədər bəyənirəm❤️👍🏻

  • @ingilisdilidrslrirasefhese7519
    @ingilisdilidrslrirasefhese7519 2 года назад +6

    Her şey cəhənnəm gözəl ürəyiniz əriyir bu mahnıda, onu qoruyun bəlkə heqiqeten əsl sahibi gelib çıxacaq. Sevgilerle

  • @subhanmemmedov6897
    @subhanmemmedov6897 4 года назад +10

    Nə oldu bu sevgi bir ağır yük mü?
    Ayrılıq deyilən səndən böyük mü?
    Nə olar, Allahım, ayırma bizi🙏♥️

    • @nuranemirze9064
      @nuranemirze9064 3 года назад

      Bəzi insanlara yük ağır gəlir... çiyinlərinə yox ürəyinə...😞

  • @ŞirinəNərimanova
    @ŞirinəNərimanova 3 месяца назад

    Bu mahnı insanın qirqinliqlarin keçmiş yarasını qanadır..

  • @vuqartagyev6702
    @vuqartagyev6702 Год назад +1

    sadece son soz : mahninin adi kimi olmaq umidi ile geceniz xeyre❤‍🩹
    sevirem seni ,ilk esqim💖

  • @rhimmammedova3806
    @rhimmammedova3806 3 года назад +9

    18 MART ATAMIN DÜNYADAN KÖÇEN GÜNÜDÜ BU MAHNI MENİ ATAMA XATIRLATDI😔😔💔💔💔 Allah heç bir qızı atasız qoymasın.

    • @rehimeseyidli8248
      @rehimeseyidli8248 3 года назад

      Rehime Amin Ya erheme rahimin Amin Ya erheme rahimin Amin Ya erheme rahimin

  • @Nargis97
    @Nargis97 Год назад +2

    Yazim burda qalsin.Heyatimda cox sevdiyim insanla qovusa bilmedik evvel axir ayrilmaliydiq.Qovusmagimiz mumkunsuzsdu.Seni hemise sevecem herseyim menim.Bu heyatda qovusa bilmesek de o dunyada qovusariq insAllah..❤NZNZ..

  • @SharifovHuseyn
    @SharifovHuseyn 23 дня назад

    Allah hec bir sevəni ayirmasin ...❤

  • @aysuhashimova8300
    @aysuhashimova8300 4 года назад +16

    Zamaninda deyerini bilin kaş dememek üçün,sonra heqıqeten gec olur.Var olsun deyerli barmaqlar🙏😊

  • @Epiph0ny
    @Epiph0ny 4 года назад +13

    Salam ey doğma məkan
    Salam ey insan əqli
    Doğuşda eyni oluruq
    Böyüyən zaman fərqli
    Uşaqikən incə oluram
    Bəzənsə kövrək oluram
    Yaxşı olan zaman
    Başqasına örnək oluram
    Dərddən kənardayam
    Çox isti ocaqdayam
    Nəhayət yemək gəlir
    O gözəl qucaqdayam
    Qulağıma səs öyülür
    Qapı möhkəm döyülür
    O zərif vücud məni
    Döşəyimlə bürüyür
    Atamın səsi yayılır
    Otaq da rəng ayılır
    Küçənin bərk küləyi
    Məni xülyadan ayırır
    Görününür bu gün yaman
    Atamla ayrı zaman
    Maraqsız keçir həyat
    Onsuz dayanmaram
    Bəzənsə bircə qanad
    Süfrədə çörək bayat
    Anamın atama sözü
    Yeməydən sonrada yat...
    Mən artıq yuxudaydım
    Otaq da qorxudaydım
    Bilmirəm nədən belə
    Qəribə vücütdaydım
    Deyəsən yuxu görürəm
    Görürəm çox söyülən
    Kiçik bir vücud titrək
    Küçədə həp sürünən
    Göylərə əllər açıb
    Ümidi var sabaha
    Şaxtadan göyərmişdi
    Dözümü yox soyuğa
    Deyirəm nədən belə
    Allahım kömək elə
    Qalxsınlar ayağa
    Düşməsin kürək yerə
    Uşağam, bu nə düşüncə
    Yuxuda belə görüncə
    Dözə bilmirəm artıq
    İnsanlar onu söyüncə
    Ədalət budur mu ey
    Nədəndi bu giley-güzey
    Günahı nəydi onun
    Nədəndi, nədəndi de
    İstəməz heç bir ana
    Uşağı çöldə qala
    Səbəbkar elə həyatdır
    Onları bu hala salan
    Vəziyyət tələb eləyir
    Onlar pul diləyir
    Haldan razı deyil
    Amma məcbur eləyir
    Keçib zaman aradan
    Sızlayır incə yaradan
    Nədənsə unudubdur
    Onu çoxdan Yaradan
    Mən artıq inannıram
    Yuxudan oyanmıram
    Nədəndi bilmirəm artıq
    Özümə inanmıram
    Ağlamaq istəmişəm
    O məzlun baxışlara
    Ağlamaq istəmişəm
    Gözdəki yağışlara...
    Aradan illər ötüb
    Məzarına kövrəlirəm
    Şeir tək yalvarırdı
    Qəzəlinə kövrəkirəm
    Uşaqikən o nə yuxuydu
    Mənə çox qorxuluydu
    Xəmirim göz yaşıyla
    Həmişə qovrulurdu
    Xoşbəxtlik çox qısadır
    Bədbəxtlik tezcə bitmit
    Yanından illər ötür
    Amma ki heçnə bitmir

  • @vilayatismayilova6066
    @vilayatismayilova6066 6 месяцев назад

    Möhtəşəm musiqi əsəri səsləndirildi müəllif Eldar Mansurovun müşayiəti ilə. Super, Super. Əhsən. Duyumlu qəlbinizə, ruhunuza sağlıq.Eşqlər olsun 👏👏👍👍💐🌹💐🌹💐🌹

  • @nigarsalehova7234
    @nigarsalehova7234 4 года назад +16

    Musiqi... Musiqiyə əbəs yerə "ruhun qidası" deyilmir. Musiqinin əsəbləri sakitləşdirməkdə, ağrıları unutdurmaqda faydası qədim zamanlardan bəllidir. Piano xüsusiylə də seçilən alətlərdəndir və mənim fikrimcədə birincisidir. Bununla məşğul olanlar daha yaxşı anlayarlar ki, dillərə toxunduğun zaman həyat sanki dayanır və insan başqa aləmə daxil olur 😍. Hansı ki orda hisslər, duyğular ifadə olunur. Müəyyən bir müddət olsa belə insan bütün yorğunluğunu, probləmlərini və s. Kimi məsələlərdən uzaqlaşmış olur. Həmçinin dinləyənlərədə bu hissi ötürür...❤❤💔

  • @muradisak2812
    @muradisak2812 2 года назад +2

    bugun, 15 il aile qurduqum heyat yoldawmi itrdim(((. cox pis halldayam tekliye cekilib bu mahniya qulaq asib acimi yawayiram

  • @relaxmasal6994
    @relaxmasal6994 2 года назад +1

    İndi o seyfesinde bu musiqini paylasib. Mense 20 defe 30 defe 40 defe izlemisem o videonu . İndi her defe bu musiqini esidende yene yanacam yene yanacam...🤍

  • @ramilyaqublu8889
    @ramilyaqublu8889 2 года назад +3

    Bu dünya nərdivandı -
    Qalxanda mehribandı,
    Enəndə nə yamandı…
    Görüşdük pillələrdə,
    Yolun yarısında biz.
    Sən qalxırdın bu dəmdə,
    Mən enirdim xəbərsiz.
    Səni arzularına
    Qaldırırdı nərdivan.
    Məni xatirlərə
    Endirirdi bu zaman.
    Birimiz - günçıxana,
    Birimiz - günbatana.
    Qalxa bilməzdim daha,
    Nə o güc, nə o taqət.
    Sən də enə bilməzdin -
    Haqlı, haqsız vermişdi
    Öz hökmünü təbiət.
    Gərək ya düşməyəydi
    Bu görüş heç araya,
    Ya sən əvvəl gələydin,
    Ya mən sonra dünyaya.

  • @zibamuxtarova2188
    @zibamuxtarova2188 Год назад

    Məncə hər gün savaşmaqdansa gün görmirsənsə ayrılmaq uşaqlar üçün də qürurun üçün də dəyər

  • @pervinvelizade7351
    @pervinvelizade7351 3 года назад +1

    Yenə qayıtdım. Mən bu musiqidən qaçdıqca, bütün versiyaları qarşıma çıxır) Böyük sevgi yaşamamışam. Daxilimdə böyük hislər yaşamışam, səssizcə. Uşaq vaxtlarımın, qış günlərimin, Anamın, fəryad edərcəsinə oxuduğu, heç yadımdan çıxmadığı musqidir bu. Yenə qarşıma çıxdı, yaxşı ki, çıxdı! Qəlbimizdə buzları bəlkə əridər. Artıq o Fəryad yoxdu. Çünki artıq bu musqini nə qış nə payız gecələrində, oxuyan insan yoxdu. Əllərinizə sağlıq!

  • @zeynepkhalil9456
    @zeynepkhalil9456 2 месяца назад

    Bir insan cok severse kalbi bir cocugun
    dogrulugu, hisler cocugun hisleri gibidir

  • @zibamuxtarova2188
    @zibamuxtarova2188 Год назад

    Biz bunu oxudun ağlayardıq ki Allah bizi qovuşdursun ayırmasın indi isə bu mahnıda talehimə qulaq asıb ağlayıram nəhayət 8 il sonra evimiz oldu iki qızım bir oğlum var

  • @Nadya-1118
    @Nadya-1118 Месяц назад

    kim bilə bilərdiki sevərdim bir gün səni...
    kim bilə bilərdiki əziyyət cəkərəm bu qədər sənə görə...

  • @ilkinamiraslanov6727
    @ilkinamiraslanov6727 4 года назад +7

    Bağça vaxtı qulaq asırdım..96 97ci illərdə

  • @orxanpashayev6291
    @orxanpashayev6291 2 года назад +1

    11.09.22 Gecə saat 00:26 Niderland hardan çıxdın qarşıma?Getdim çorta sadəcə gözümü yumub qulaq asıram. ❤️

  • @alibabayev2438
    @alibabayev2438 2 года назад

    Xeste yatağında olan kəslərə Allah şəfa versin xeste halda bu mahnıya qulaq asanda insanın ailesinden denyadan ayrılmamaq istəyi ilə üst üstə deşür

  • @oriksaliks5971
    @oriksaliks5971 8 дней назад

    Biraz men,biraz ozu,biraz onun anasi,biraz menim anam,biraz onun atasi biraz menim.. hamimiz yigisib atisib ayirdiq bizi.

  • @zeynepkhalil9456
    @zeynepkhalil9456 Год назад +1

    Nasil bir duygudur bestede resmen acinin sevgi ile birlestigi en güzel duygulari göz yaslari anlatir, birde piano❤️

  • @deyerlisetirler
    @deyerlisetirler 2 года назад +3

    Elə bir dərtdirki yaşamaq olmur
    Onsuz gözlərimin yaşı qurumur
    Niyə bu sevginin çarəsi olmur
    Ayırdı Allahım ayırdı məndən
    Səsi məlhəm idi sevən qəlbimə
    Gözləri nur idi mənim gözümə
    Ən kobud sözüdə xoş idi mənə
    Ayırdı Allahım ayırdı məndən
    Yaşaya bilmirəm necə eləyim
    O idi sevincim gülən gözlərim
    Quruyub qəlbimdə sevgi sözlərim
    Ayırdı Allahım ayırdı məndən
    O idi qəlbimə o idi həmdəm
    Agarıb saçlarım getdiyi gündən
    Qələmdə tutmayır aglayır qəmdən
    Ayırdı Allahım ayırdı məndən
    Mən öz hisslərimə əsir düşmüşəm
    Tənha gecələrdə qəribsəmişəm
    Ayıran Allaha hərdən küsmüşəm
    Ayırdı Allahım ayırdı məndən
    Buda bir qismət idi deyib keçəcəm,
    Sevgi nagılmıza vida deyəcəm.
    Unutma,ayrılsam yenə sevəcəm,
    Ayırdı Allahım ayırdı məndən😔
    *Müəllif:Gültəkin Ramiz*

  • @l.2805
    @l.2805 Год назад

    Mən keçmək bilməyən bu saatlardan,
    Solan həyatlardan çox yorulmuşam.

  • @mehmanb.1242
    @mehmanb.1242 2 года назад +1

    Hər bir musiqi, bir insan həyatı deməkdir...

  • @parvanaaslanli1492
    @parvanaaslanli1492 2 года назад +3

    Mukemmel❤

  • @Hüseyn-Əli
    @Hüseyn-Əli Месяц назад

    Salam. Təsəvvür edirəm Fuad bəy,simli alətdən ifaçı olsaydız?! Dünyada 1 nömrə olardız. Dolya voopşe super ifa. Tək -tük adam belə şedevr özünə məxsus icad edər.

  • @namiqnamiq813
    @namiqnamiq813 Год назад +1

    Bu mahnının müəlliflərinə mərhum Nüsrət Kəsəmənli və gözəl bəstəkar Cabbar Musayev. Təşəkkürlər. İlk ifaçısı isə Nazpəri Dostəliyeva ❤❤❤

  • @KasimTurkoglu
    @KasimTurkoglu Год назад +1

    Ellerine sağlıq olsun Fuad qardaşım. Ne gözel seni dinlemeq. Türkiyeden salam edirem

  • @gunduzhuseynov7240
    @gunduzhuseynov7240 2 года назад

    Bir musiqi bu qədərmi kədərli olar...

  • @_qulamzade.
    @_qulamzade. Год назад

    Gerçəkləşməsini qəlbən istədiyimiz şeylər bəzən gerçəkləşmir.Xəyal olaraq qalır.Yarım qalır..Heç vaxt ama heç vaxt gerçəkləşmir..Günlər,aylar keçir nə gedən geri dönür,nədə ki onu unutmaq mümkün olmur..♾️¹¹

  • @naskameliskachannel236
    @naskameliskachannel236 2 года назад +2

    Allah shehidlerimize rehmet elesin

  • @Bagirov3065
    @Bagirov3065 4 года назад +2

    Bu mahnını eynen siz kimi ifa edirem sizden qulaq asaraq not tanımıram men 😌

  • @qaqas.9.b464
    @qaqas.9.b464 4 года назад +1

    İnsan iki cür yorular, cismen ve ruhen. Cismen yorgunluq gece yatan da unudulur, ruhen yorğunluq ise hergün yaşarken öldürür insanı...

  • @suryyahasanl6755
    @suryyahasanl6755 3 года назад +2

    Bu gün gedrsen 💂və geleceksen yenidən əsgərim❤️sağ salamat gel yenə qovusag😔❤️🌍💂Allah emanetimsen✋❤️💂

  • @nihad___ali___
    @nihad___ali___ Год назад

    Allah buyurub: Əgər birini məndən çox sevsən onu sənin əlindən alaram, yox əgər onsuz yaşaya bilmərəm desən səni onsuz yaşadaram. Görünür mən onda hər ikisini yaşadım ki ən ehtiyacım lazımlı olan anımda anam getdi😢🥀

  • @sevincbaxsova8823
    @sevincbaxsova8823 4 года назад +20

    Elleriniz dərd görməsin😍 Həmişəki kimi möhtəşəmsiniz⭐💙

  • @nusabeallahverdiyeva1460
    @nusabeallahverdiyeva1460 2 года назад +1

    Men butun qadinlara heyatda ilk qadin xowbextliyi arzu edirem 💔

  • @КемранТурабов
    @КемранТурабов 2 года назад +1

    Ассаламу Алейкум ,Мир вам всем? Хейиролсун.
    Я спомнил Геджелер ноч Ибрагима Камандара.

  • @yahuseyn6384
    @yahuseyn6384 Год назад +1

    Notlarını necə əldə edə bilərəm 👏🏾

  • @tekcese1499
    @tekcese1499 3 года назад

    Usagligima qayitdim bir anlig...omur qum denesi kimi axir gedir barmaglarimizin arasindan.....

  • @subhanmemmedov6897
    @subhanmemmedov6897 4 года назад +2

    Sevdim səni... Gözümü yaşlı qoysanda o gülüşünle dünyam aydınlanacaq qeder...Sevdim səni...Sebebi sen ola ola yuxuzuluğumun yuxuda seni görmek dileyi ile xeyalınla yuxuya gedecek qeder... Seni heç unutmayacaq qeder...Üreyimde daima yerin var Eyy zalım... Xoşbəxtsən mi həə?Gülür mü üzün vicdansızım? Sevir mi sevilir mi qəlbin? Yaşayırsan mı? Yoxsa sadəcə nəfəs mi alırsan? Ahhh sevdiyim...🥀🖤
    Kimin üçün niye getdin? Qalacaq mi yaninda həə? Baxacaq mı sən xəstələnəndə? Güldürəcək mi səni? Sevəcək mi o qəlbini ayy zalımmm🤦‍♀️? Niyə məhv etdin canımın yarısı niye mehv etdin bizi? Məni? Səni? Səni deyirəm ahh mehv olsan gederdin mi heç? Off sevdiyim gel demiyecem gelmeyine sebeb ne mende men qalmışam ne sende sen nede ki artiq bizden biz alınar? Yaxşı anladım yoxsan artıq... Hanı bəs mənim gülüşlərim, sevgim, hisslərim, yuxularım, hara getdin canımın içi hardasan sən...🖤
    Ayy zalım...🥀
    Cənnəti cəhənnəmə dəyişər mi insan? Di get indi sevsin görek seni kim sevecek menim qeder derd içinde boğulsamda derman olardım dərdinə əlavə həyacanmı lazım oldu həəə? Niye qoydun bu gözümü yaşlı? Dəyərmiydi ahımı almağa? Dünyalar qədər sevirdim, hələ də sevirəm sevecemde bilirm🙄dünyalar qədər demiyim dünya qoymamisan amma sevirem neynek ürekdi əlimdən nə gələr həə? Nə çarə? Əvvəl gözüm görmək istəyər qulağım səsinlə oyanar, burnum qoxunu o deyqe hiss ederdi indi ne görmek isteyirem ne sesini adini eşitmək ayy insafsiz indi yalnızca derdimsen sevgim ola bilmedin...Ehh neyleyek? Sen de yarım olmazsan yaram olarsan...😕🖤
    "Əlvidaları heç sevmirem sevdiyim"deyərdim sənə indi isə...
    Əlvida sevdiyim, əlvida...🥀

  • @yaqutbagirov2512
    @yaqutbagirov2512 3 года назад +2

    Mənimdə ən böyük arzum piano ifa etmək idi.Çox heyif ki idi deyirəm.Piano ilə olan bütün arzularım qaldı ürəyimdə.Hər piano çalan görəndə ya da səsini eşidəndə özümdən asılı olmayaraq gözlərim yaş sel olur😢😢.Bu mahnınınıda çox sevirəm xüsusi ləzzət elədi.😌

  • @seamouradi
    @seamouradi Год назад +1

    ehh, bu dunyada qovusha bilmedik biz..🥀

  • @bagir0vf.1
    @bagir0vf.1 2 года назад +1

    Mən səni neynirəm ki...
    Sən olsan da sevirəm, olmasan da sevirəm
    Ey dodağı yasəmən, yanaqları qızılgül
    Qorxma payız gələndə
    Sən solsan da sevirəm, solmasan da sevirəm.
    Sən sev deyə sevmirəm...
    Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm
    Sizin sevgiləriniz, bu gün olur, sabah yox.
    Mən sevəndə bir ömür ayrılıqsız sevirəm.
    Mən səni neynirəm ki...
    Sən olmayan günlərin
    Hər günü bir şeirdi, hər günü bir qəzəldi
    Səndən gözəl olmasın, sənsizlikdə gözəldi

  • @jalememmedova4455
    @jalememmedova4455 2 года назад +1

    Yaşadım ki izim qala...

  • @xeyaleveliyeva2314
    @xeyaleveliyeva2314 2 года назад +1

    Gəncliyimin əvəzsiz mahnısı.Çox şeylər yada düşür🥰

  • @elnurhesenov8092
    @elnurhesenov8092 4 года назад +2

    Fuad, inanki bunu feysdə paylaşdığından bəri bəlkə 50 dəfə qulaq asmışam. Çox superdi həqiqətən, əllərinə sağlıq mənim qardaşım

  • @dnizibrahimli6874
    @dnizibrahimli6874 4 года назад +12

    Nə gözəl......💫

  • @gulsenaqayeva5795
    @gulsenaqayeva5795 3 года назад +3

    Nur üzlü Şəhidlərmiz gəldi gözümün önünə 😔🥀

  • @ramilyuzbasiyev3809
    @ramilyuzbasiyev3809 2 года назад +2

    Sus arzular qanadsız qalb hesret qonak hicran doğma sevgi mahkum qalib