Ağcabədinin 14 yaşlı şəhidi - Baku TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • Ağcabədinin 14 yaşlı şəhidi - Baku TV
    44 günlük Vətən müharibəsində mənfur düşmən dəfələrlə dinc əhaliyə qarşı terror əməlləri həyata keçirdi. Gecə-gündüz artilleriya atəşinə məruz qalan rayonlardan biri də Ağcabədi oldu. Müxtəlif yaşayış məntəqələrinə və sosial obyektlərə külli miqdarda ziyan dəydi.
    Rayonun Taynaq kəndinin atəşə tutulması nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Fərid İsgəndərov dörd bacının bir qardaşı idi. 14 yaşlı Fərid yeməkxanada əmisi ilə birlikdə yemək yeyən zaman düşmən mərmisinə tuş gəlib və dağıntılar altında qalaraq şəhid olub.
    Fəridin dayısı da vətən yolunda canından keçərək şəhid olub. Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub.
    Fərid şəhid olan dayısı Rabil Quliyevin adını daşıyan Taynaq kənd orta məktəbinin 9-cu sinfində təhsil alırdı. Dərslərini yaxşı oxuyan, cəsarətli bir oğlan idi. Amma erməni terroru nəticəsində Fəridin bütün arzu və xəyalları yarımçıq qaldı.
    Qeyd edək ki, Ağcabədinin qəsəbə və kəndlərində 8 ev tamamilə dağılıb, yüzlərlə evə ziyan dəyib.
    ________________________________
    Pulsuz Elanlar:www.tut.az
    Website: www.baku.tv
    Bizi izləyin: bit.ly/2Y75DEU
    ****
    Bizi Sosial Şəbəkələrdə izləyin
    Facebook: / www.baku.tv
    Instagram: / __baku_tv__
    Tiktok: vm.tiktok.com/...
    ****
    Kanalımızın məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və Rus dillərində geniş auditoriyaya çatdırmaqdır
    ****
    2018/2021 © All Rights Reserved ℗ Baku TV
    #BakuTv #Azerbaycan #trend

Комментарии • 21