Tovuz Quşçu Dondar və Agdam

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024
  • Günəşlə bərabər oyanan zəhmət ətirli, məgrur insanlar... Onlar həm də qəhrəmanlardır. Günümüzün real qəhrəmanları... Çünki, düşmənlə üz-üzə, göz-gözədirlər...
    -Biz ölsək də torpağımızda ölərik. Düşmənə bir qarış da torpaq vermərik.
    Vətən bizə canımızdan, qanımızdan malımızda da əzizdir. Vətənimiz bizdən ötrü hər şeydir.
    Ordumuz güclüdür, dövlətimiz güclüdür. Ona da arxayın olub düşmənlə üz üzə dayanmışıq
    Dondar Quşçuda həmsöhbəti olduğumuz sakinlərdən yalnız bu sözləri eşitdik. “Heç bir düşmən təxribatı bizi qorxuda bilməz”. Bu daxili gücün sayəsində uzun illərdi atəş altında yaşasalar da burda həyat bir an belə dayanmır.
    NƏRİMAN TAGIYEV-SAKİN
    "Biz əla yaşayırıq. Təsərrüfatla məşğul oluruq. Bizim qapımızda yaxşı malımız var. Bagdakı göz qabağındadır. ---düşmən nə qayırasdır bizə. İnsanın özündə iradə olsa möhkəmlik olsa həyata vətənə övlada sevgisi olsa düşmən heç nə edə bilməz".
    Süleymanovların qonağıyıq. 12 iyul tarixini yada salırıq. Düşmənin nöbəti təxribatanı. Evin ağsaqqalı, ağbirçəyi deyir ki, ordumuza arxayın olub heç hara tərpənmədik. Elə düz də etdik.
    İBRAHİM SÜLEYMANOV-SAKİN
    "İlk zamanlar atəş oldu. Atəş zamanı top mərmilərindən də atəş açılırdı. Gəlib kənd ərazisinə düşürdü. Kənd əhalisi atəş nöqtəsi olmasına baxmayaraq öz təsərrüfatında öz evində eşiyində idi".
    SÜLEYMANOVA KİFAYƏT-SAKİN
    "Respublikamızdır, rayonumuzdur, kəndimizdir, evimizdir. Evizimi nə təhər istəyirik, analarımızı nətəhər istəyirik, Vətənimizi də elə istəməliyik".
    Bəli, insanın torpağa bağlılığı vətənə sevgisindən qaynaqlanır. Məhz bu səbəbdən Ermənistan silahlı birləşmələri sonuncu təxribatları zamanı da məkrli niyyətlərinə çata bilmədilər. Azərbaycan Ordusu bir daha düşmənə öz üstünlüyünü göstərdi. Həmin vaxtdan düz bir ay keçir. Yenə də sabaha inamla baxır, qururlar, yaradırlar.
    HƏCƏR ŞƏMŞƏDDİNLİ-SAKİN
    "Biz gənə hər kəs öz işini görür. Evini də tikir, işini də görür. əkinini də becərir. Çöldə kartofunu da becərir. Əvvəllər nə təhər idi indi də öz qaydasındadır öz işimizi görürük".
    GUNEL HABILQIZI-MÜXBİR
    "Beylənxalq müstəvidə qəbul olunan bir qayda var. Müharibə səngərdə aparılmalıdır. Lakin Ermənistan Azəbaycan Dağlıq Qarabağ münasiqişəsi zamanı biz bunun tam əksini görürük. Bu dəfə də yəni iyul ayının 12 də baş verən igtişaş nəticəsində düşmən yenə mülki əhalini hədəf seçdi. Və bunun əyani nəticəsi.. Düşmənin atdığı mərmi bu evi yaşayış üçün tamamilə yararsız hala salıb".
    Mənfur düşmənin niyyəti dinc əhalini hədəf almaqla, onları bu şəkildə qorxutmaq olsa da, Dondar Quşçulular Azərbaycan əsgərinə, dövlətinə arxayındırlar.
    15 İYUL 2020
    PREZİDENT İLHAM ƏLİYEV: "Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar".
    Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribat zamanı dəyən zərərin aradan qaldırılması üçün prezident İlham Əliyev tərəfindən artıq iki sərəncam imzalanıb.
    NAMİQ ƏLİYEV-SAKİN
    " Bizim ev də zərər çəkdi. Artıq prezidentimiz qərar verdi. Biz söküntü işlərinə başlamışıq. Təzədən evimiz bərpa olunacaq dövlətimizə minnətdarıq sağ olsun. ---düşmən dağıtdığı evdən də qəşən ev tikilib bizə təhvil veriləcək".
    GUNEL HABILQIZI-MÜXBİR
    "Iyulun 12-də Ermənistan silahlı birləşmələri Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki təxribatlarına Ağdam kəndindən başladılar. 23 75 Və düşmən təxribatının qarşısını alarkən 12 hərbi qulluqçumuz da bu istiqamətdə şəhid oldu. Həmçinin evlərə düşən mərmi nəticəsində bir mülkü şəxs də həlak oldu".
    O, 76 yaşlı Əziz Əzizovdur. Mülkü vətəndaşlara yönələn təxribat Haaqa konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır. Bununla da, ermənilər heç bir beynəlxalq hüquq və normaları tanımaqlarını bir daha sübüt edirlər.
    Agdam kəndinin sakinləri Əziz Əzizov kimi qızğın döyüşlərin getdiyi vaxtlarda belə kəndi tərk etməyi ağıllarına gətirməyiblər. Əksinə, hər zaman ordumuza dəstək olublar.
    -Vətən nədi qızım, Vətən ciyərimizə çəkdiyimi havadır, Vətən anadır.
    A balam mən bu torpağın oğluyam -- Belə məğrur dayanmağa haqlyam, kökümlə bu torpağa bağlıyam
    -Bu torpaqlar ata babalarımızın yurdudur. Biz dünən də burda idik. Bu gün də burdayıq, sabah da burda olacayıq.
    İnsanların daxilidəki ruh yüksəkliyi, əminlik hissi, dövlətə, onun orudusuna inanamdan güc alaraq biz Tovuzun sərhəd kəndlərinə səfərimizi başa çatdırırıq. Belə məgrur, yurda bağlı insanları olan Vətən basılmaz.

Комментарии • 5

  • @gulnareneciyeva.6629
    @gulnareneciyeva.6629 3 года назад +1

    İBRAHİM MUELLİM ,GOZEL İNSAN ,GOZEL NESİL ALLAH SİZLERİ QORUSUN.🙏🙏🙏🙏

  • @cimnazcimizade4316
    @cimnazcimizade4316 4 года назад +2

    canım İbrahim müəllim allah sizi ailənizin üstündən əksik etməsin allah sizə can sağlığı versin təki sizi kimi medeni ailələr Azərbaycanda çox olsun

  • @qul7ev
    @qul7ev 4 года назад +2

    Allah bütün əsgərlərmizin köməyində olsun.Ali baş komandanın ətrafında birləşib dğalara tutarlı cavab verək.

  • @samirgoyusov4001
    @samirgoyusov4001 4 года назад

    Super

  • @elnurrustemov8221
    @elnurrustemov8221 4 года назад

    Super 👍