Söz : Bəxtiyar Vahabzadə Müzik : Şəfiqə Axundova Əllərini üzüb məndən, Yarım birbaş gedən oldu. Can deyib, can eşidərdik, Bu ayrılıq nədən oldu? Öz eşqimdən diləyimlə, Ayrı düşdüm illərlə mən. Ancaq səndən ayrı gəzən, Ürək deyil, bədən oldu! Yandı ürək kabab oldu, Gül bağçamda xəzan soldu, Mən ki səndən ayrılmazdım, Bu ayrılıq nədən oldu? Öz eşqimdən diləyimlə, Ayrı düşdüm illərlə mən. Ancaq səndən ayrı gəzən, Ürək deyil, bədən oldu! Qızıl güləm, dəstəyəm mən, Bülbüləm qəfəsdəyəm mən Gəzirəm mən, qəmli-qəmli, Görən deyir, xəstəyəm mən Yaranmışıq məhəbbətdən, Alovlanıb yanıram mən. Bu həsrətdən, bu möhnətdən Gözümün yaşı dən-dən oldu Əliağa Vahid Kimdə vardır, gözəlim, səndə olan cazibələr Sənə dünyada məgər aşiq olan də qəm elər? Bəsdir, öldürməyəcəksən, gözəlim, dünyanı, Hər üzü göyçək olan da bu qədər çəm-xəm elər? Qaş-göz atma mənə, biganə paxıllıqdan ölür, Az qalır, bağrına girsin o əyilmiş qəmələr. İncimə, göz yaşı axsa, səni gördükdə, gülüm, Gül göründükdə bahar fəsli bulud şəbnəm elər. Nazü qəmzən, yerişin, şux baxışın aləmdir, Bir də zülfün üzə töksən, o da bir aləm elər! Heyfsən, gəzmə, yaraşmaz sənə, biganə ilə, O açıb sirrini dünyaya, səni məhrəm elər. Vahidəm, ömrümü mən eşqlə sərf eyləmişəm, Eşq ya öldürər axır məni, ya adəm elər.
Çox gözəl səs. Ğözəl ifa. 👍👍👍
Yaşa cox yaşa Vüsalə xanim❤❤❤
Sag ol gozel xanim. Seni Allah tala bizim xalga bexsh edib!
Çox doğru, klassik ifa, aydın teleffüz ve mükemmel ses!!!
Ya Allah : Senin güzelliğine bakmaktan mahrum eyleme !
Gozel Besde Gozel ifa
Allah qorusun, Rubabe Muradova seviyyesinde ifa edir.
Söz : Bəxtiyar Vahabzadə
Müzik : Şəfiqə Axundova
Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?
Öz eşqimdən diləyimlə,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!
Yandı ürək kabab oldu,
Gül bağçamda xəzan soldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu?
Öz eşqimdən diləyimlə,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!
Qızıl güləm, dəstəyəm mən,
Bülbüləm qəfəsdəyəm mən
Gəzirəm mən, qəmli-qəmli,
Görən deyir, xəstəyəm mən
Yaranmışıq məhəbbətdən,
Alovlanıb yanıram mən.
Bu həsrətdən, bu möhnətdən
Gözümün yaşı dən-dən oldu
Əliağa Vahid
Kimdə vardır, gözəlim, səndə olan cazibələr
Sənə dünyada məgər aşiq olan də qəm elər?
Bəsdir, öldürməyəcəksən, gözəlim, dünyanı,
Hər üzü göyçək olan da bu qədər çəm-xəm elər?
Qaş-göz atma mənə, biganə paxıllıqdan ölür,
Az qalır, bağrına girsin o əyilmiş qəmələr.
İncimə, göz yaşı axsa, səni gördükdə, gülüm,
Gül göründükdə bahar fəsli bulud şəbnəm elər.
Nazü qəmzən, yerişin, şux baxışın aləmdir,
Bir də zülfün üzə töksən, o da bir aləm elər!
Heyfsən, gəzmə, yaraşmaz sənə, biganə ilə,
O açıb sirrini dünyaya, səni məhrəm elər.
Vahidəm, ömrümü mən eşqlə sərf eyləmişəm,
Eşq ya öldürər axır məni, ya adəm elər.
Çox yaxşı oxuyur. Kim kömək edə bilər bu xanımla əlaqə yardım mən.?