Ödəmə mənbəyində tutulan vergilər hesabat

Поделиться
HTML-код
  • Опубликовано: 5 апр 2024
  • 1xbet registration 1xbet Bonus100 % BoNuS 200 USD BONUS Link -
    affpa.top/L?tag=d_431621m_97c...
    Ödəmə mənbəyində vergilərin tutulması
    Azərbaycanda ödəmə mənbəyində tutulan vergilər aşağıdakı kimi qruplaşdırılır:
    Qeyri-rezident şəxslər üzrə ödəmə mənbəyində vergi- rezident vergi ödəyicisi tərəfindən qeyri-rezident hüquqi şəxslərin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən tutulur;
    Azərbaycan daxilində ödəmə mənbəyində tutulan vergilər- Rezident müəssisələr tərəfindən vergi ödəyicisi olmayan şəxslərin gəlirlərindən tutulan vergilər.
    Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulması - 10%. Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
    Faizlər - 10%. Rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
    Sığorta ödəmələri - 4%. Rezident müəssisəsinin və ya sahibkarın lizinq, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələrindən ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergi tutulur.
    Beynəlxalq rabitə və daşımalar - 6%. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri üzr ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.
    Azərbaycan mənbəyindən əldə olunmuş gəlirlər - 10%. Hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri 10 faiz dərəcə ilə vergiyə cəlb olunur.
    İcarə haqları- 14%. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
    Royalti - 14% Rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə 14% dərəcə ilə vergi tutulur.
    Elektron pul kisəsində yaradılan hesaba pul köçürülməsi - 10%. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
    Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərin bank hesabına köçürmələr - 10%. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10% məbləğində ödəmə mənbəyində vergi tutulur. Hər il Azərbaycan Respublikası Prezidentinin təsdiqi ilə güzəştli vergi tutulan ölkələrin siyahısı yenilənir.

Комментарии •