Molla Cəlilli sakinləri gecələr küçəyə çıxa bilmirlər- ŞİKAYƏT

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Göygöl rayonunun Molla Cəlilli kənd sakinləri yırtıcı heyvanların hədəfinə çevrilib. Kənd ərazisində küçə işıqlandırma sisteminiin olmaması səbəbindən gecələr yırtıcı heyvanlar kəndə soxulur, bəzi hallarda qadınlara və uşaqlara hücum edir. Burada yaşayanalar dəfələrlə sözügedən təhlükəni yaşayıb. Sakinlər vəziyyətin acınacaqlı olduğunu deyirlər. Məlumat üçün bildirək ki, bu gün Molla Cəlilli kəndində təxminən 800-dən artıq ailə yaşayır. Kənddə elektrik enerjisi olduğu halda küçələri işıqlandırılmır. Əhalinin yaşadığı durumu gözlərimizlə görmək üçün gecə saatlarında yenidən kəndə yollandıq. Gördüklərimiz sözün həqiqi mənasında anormal idi. Yırtıcı heyvanlardan qorunmaq üçün kənd sakinləri gecələr qrup halında, bir neçə nəfər bir yerdə hərəkət edirlər. Belə olan təqdirdə yırtıcı heyvanlar sakinlərə hücum edə bilmir. Molla Cəlilli kəndinin təhlükə qarşısında qalan küçələrinin nə zaman aydınlığa çıxacağı sualı ilə Göygöl rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən küçənin işıqlandırılması bələdiyyənin səlahiyyətindədir. Yerli bələdiyyə isə təhlükədən xəbərdardır. Görünən odur ki, Molla Cəlilli kəndinin sakinləri daha bir il gözləməli olacaq. Hər halda yırtıcı heyvanlardan qorunmaq üçün əhalinin daha bir il tədbirli olması məsləhətdir. Belediyye.net

Комментарии • 10

  • @tilllindemann4351
    @tilllindemann4351 2 года назад

    Xayis edirik yene xayis edirik

  • @tirabsirinova8674
    @tirabsirinova8674 2 года назад +2

    EHTIYATLI OLUN ,CANINIZI QORUYUN.EHALIYE CANI YANAN YOXDUR😡

  • @mariayaqubova6745
    @mariayaqubova6745 2 года назад +2

    Yigisin hereniz 20M qoyun ozunuz cekdirin kiminse size hali yanacex

  • @user-xk8ug6vu2k
    @user-xk8ug6vu2k 2 года назад

    Неже йени Моллачелили тезе салыныб ,о гердеш дейир биз бура мескунлашандан сонра ...... беледийе дейесен кенчелидир лехчесинден

  • @bondbond7882
    @bondbond7882 2 года назад +1

    Xahiş nədi...Tələb edin...Elə xahiş edə-edə...yalvara- yalvara bu günə qalmışıq...Bütün kənd yığışın birlikdə gedin Rayon İcra Hakimiyyətinin qabağında mitinq edin...Həyat gedir, adamlar marsa uçurlar, sizin hələ də ışığımız yoxdur...Bizim millət çox avam və qorxaq millətdir...öz sözünü deməyə, haqqını tələb etməyə qorxur..m

  • @ElxanAbbasov-u1y
    @ElxanAbbasov-u1y Месяц назад

    Bu miledin prablemi ne vaxt bitecey😂😂

  • @nurlanmamedov8625
    @nurlanmamedov8625 Год назад

    Gene aglcaq

  • @user-cu4nr1od1t
    @user-cu4nr1od1t 2 года назад

    куйа кентлер ишхланлырылыб галыб молллачелили