Epilepsiya və Hamiləlik - Aytən İbrahimova (Mama-ginekoloq)

Поделиться
HTML-код
  • Опубликовано: 15 сен 2024
  • Hamiləlik dövründə ən geniş yayılmış ağır nevroloji pozuntulardan biri epilepsiyadır. Gələcək anaların 0,5-1%-də epilepsiya qeyd olunur. Hamiləlik dövründə epilepsiyanın müalicəsinin aparılması vacibdir. Lakin dərman preparatını seçdikdə ehtiyatlı olmaq lazımdır. Məsələn, valproy turşusu dölün patoloji inkişafı riskini artırır.
    Hamiləlikdən öncə müalicənin bir aktiv təsiredici maddəli preparatla aparılması vacibdir. Pasiyentlərə dərman minimal dozada təyin olunmalıdır. Əlavə olaraq gündəlik fol turşusunun qəbulu dölü sinir borusunun defektinin inkişafının profilaktikasıdır.
    Əgər epilepsiyadan əziyyət çəkirsinizsə, hamiləliklə bağlı ciddi qayğılarınız ola bilər. Amma narahat olmayın, düzgün müalicə fonunda normal hamiləlik keçirməniz və sağlam körpə dünyaya gətirməniz mümkündür. Atmalı olduğunuz ilk addım hamilə qalmadan əvvəl nevropatoloq müayinəsində olmaq və tutmaları kontrol altına alacaq müalicəyə başlamaq idi. Amma əgər müalicə almadan hamilə qalmısınızsa, mümkün qədər tez həkim qəbulunda olmalısınız. Hamiləliyin gedişi boyu həkiminiz tez-tez qəbul etdiyiniz dərmanların dozasını çəkinizə uyğun tənzimləyəcəkdir, bu baxımdan sıx əlaqə qura biləcəyiniz həkim seçməniz önəmlidir.
    Hamiləlik müxtəlif qadınlarda epilepsiyanın gedişinə müxtəlif cür təsir edir. Bəzi qadınlarda tutmaların tezliyini və müddətini uzadır, bəzilərində azalıdır, bəzilərində isə heç bir dəyişikliyə səbəb olmur.
    Aytən İbahimova (Mama-ginekoloq)
    Bakı Kliniki Mərkəz
    Əlaqə :
    +994 (012) 520 02 02 | +994 (055) 620 02 02
    +994 (050) 620 02 02 | Info@bkm.az
    Bakı şəh., A. Manafov küç. 15 ( Q.Qarayev m.st.)
    Web sayt : bkm.az/
    Instagram : / baki_klinik. .
    Facebook: / baki-. .
    #ginekoloq #ginekologiya #mamaginekoloq #hekim #aytenibrahimova #bakiklinikimerkez
    SMM by NC GROUP ▶️ ncgroup.az/

Комментарии • 1