Tapılmayan Gizli Xəzinələr - Minlərlə Qızıl, Gümüş...
HTML-код
- Опубликовано: 8 ноя 2024
- #Xəzinə #Dəfinə #Qızıl
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Planetimizdə çox sayda müəmmalar mövcuddur. Onlardan biri insanların bu gün hələ də axtardıqları, tapılmayan xəzinələrdir. Maraqlıdır, kiloqramlarla ağırlığı olan, qızıl dolu xəzinə yataqları haradadır? Diqqətiniz bizdə olsun. Həmin yerləri sizə təqdim edəcəyik. Piri Rəisin xəzinəsi Məşhur türk səyyahı, coğrafiyaşünası Piri Rəis yazdığı kitablar və hazırladığı xəritələrdə bir çox gizli xəzinələrin yerini dəqiqliklə göstərib. Ölümündən sonra Piri Rəisin bütün əsərləri Osmanlı imperiyasına qalıb ki, bunları xəzinə kimi dəyərləndirmək vacibdi. Amma bunlarla bərabər Piri Rəisin böyük maddi xəzinəsinin də olduğu deyilir. Lakin həmin xəzinədən bu gün bir xəbər-ətər yoxdu. Tarixçilər həmin xəzinənin Piri Rəisin Çanaqqladakı qəsrində gizli yerdə saxlandığını güman edirlər. Çingiz xan xəzinəsi Xan ölümündən sonra dəfn ediləcəyi yerə xəzinəsi də gətirilib. Qəbir üzərindən onun atları ayaq döyüb, bununla da qəbir üzərindəki torpaq hamarlanıb. Sıravi dəfn ayini icraçıları isə öldürülüb. Bu yerin geniş Monqolustan steplərinin məhz harasında olduğunu heç kəs bilmir. Atillanın sərdabəsi Bütün Avropanı titrədən Atilla 453-cü ildə ölüb. Roma tarixçisinin yazdıqlarına görə, Atillanın cənazəsi böyük xəzinə ilə birgə dəfn edilib. Cənza əvvəlcə qızıl tabuta, qızıl tabut ondan böyük gümüş tabutun içinə, gümüş isə daha böyük olan dəmir tabutun içinə qoyulub. Saysız zinət əşyaları, qiymətsiz ləl-cəvahiratda məzara tökülüb və Atillanın cəsədi ilə birgə gömülüb. Məzara boşaldılan qızıllar o qədər çox olub ki, Atillanın əsgərləri qəbrin sonradan açılacağından ehtiyat ediblər. Bu səbəbdən Atillanın əsgərləri onun dəfnində iştirak edənlərin hamısını qılıncdan keçirir. Tarixçilərin fərziyyəsinə görə, Atillanın məzarı Dunay çayının sahilində bir yerdən başqa yerə aparılıb. Qeyb olmuş Bizans xəzinəsi Bir zamanlar bütün dünyaya hökmdarlıq edən Bizans imperatorluğunun var-dövlətini yığdığı gəmilər sonralar dənizə qərq oldular. Fərziyyələrə görə, həmin gəmilərin batdığı yer indiki İstanbulun Haliç hissəsidir.
Həmişə ki kimi maraqlı paylaşım etmisiz
Əməyinizə sağlığ
SALAM XANIM!
MƏN GÜLNARE SİZE EVDƏN ÇIXMADAN QAZANMAĞ İMKANI TƏKLİF EDİRƏM!İŞİMİZ TAM RƏSMİDİR!055_325_75_48 Menecer
Təşəkkür edirik
*Maarifləndirici videolarınız üçün sağ olun !*
Xoşdur
Məndə 1ədəd klondu üstündə imperatorun şəkli var.Söhbət qədmi qızıldan gedir.Satıram istəyən olsa yazsın.
Salam
Camaat tapa bilmir sən necə tapasan
Ged su içç