Uşaqlar sizi də yorur? - Uşaq psixologiyası

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Yadınıza salın, valideynliyin ilk günlərində uşaqlar sizin üçün necə böyük müjdə idilər. Hətta övladınızın olacağı xəbərini eşidəndə necə olmuşdunuz? Nələr hiss etmişdiniz? Nə düşünmüşdünüz? Və nə etmişdiniz? Bu xəbəri yaxınlarınıza, sevdiklərinizə, ətrafınıza verəndə nələr olmuşdu?
    Bu günlərin üzərindən nə qədər vaxt keçdi ki, uşaqlar sizi “yormağa” başladı? Artıq onlardan danışanda xəyallardan çox, şikayətlərinizi sıralayırsınız? Artıq onların müsbətlərindən yox, mənfilərindən daha çox danışırsınız. Artıq onların şirinliklərindən, gözəlliklərindən, özlərindən daha vacib məsələlər girdimi aranıza? Telefon, televizor, dərs, davranış, sözə baxmaq kimi məsələlər sizi də qarşı-qarşıya gətiribmi? Uşaqlara baxmaq, uşaqla məşğul olmaq, yorulmaq, bezmək, əsəbiləşmək sözlərini tez-tez işlədirsiz? Sizin də uşaqla münasibətiniz oyun meydançasından, tamaşa salonundan mübarizə meydanına, döyüş səhnəsinə çevrilib?
    Bu video tam sizin üçündür.
    Faydalı olması diləyi ilə...
    Bu kanalda uşaq tərbiyəsi, uşaqlarla münasibətlərdə yol verilən xətalar, bu xətalardan çıxış yolları, böyüklərlə bağlı psixoloji mövzular və s. tipli məsələlər psixoloji aspektdən müzakirə olunur.
    Kanalımıza abunə olmaqla videolarımızdan mütəmadi olaraq xəbərdar olacaqsınız.
    Şərh bölümündə sizi maraqlandıran sualları qeyd edin. Gələcək videolarımızda bu suallara cavablar verməyə çalışacağıq.
    0-4 yaş arası uşaqlara aid videolarımızı izləmək üçün linkə keçid edin:
    tek.link/NfvI
    Etibarlı bağlanma haqqındakı videolarımızı izləmək üçün linkə keçid edin:
    • Körpələr də başa düşür...
    İnstagram canlı yayım videolarımızı izləmək üçün linkə keçid edin:
    tek.link/NfvK
    Yeniyetməlik dövrü ilə bağlı videolarımızı izləmək üçün linkə keçid edin:
    tek.link/NfvO
    Sosial media hesablarımız:
    İnstagram: tek.link/NfvQ
    Facebook: tek.link/NfvT
    Psixoloq Elmir İsgəndərovla 0704040434 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Комментарии • 59

  • @aqsinkamal8457
    @aqsinkamal8457 10 месяцев назад +21

    Bəzən sizin sözləriniz şillə kimi təsir edir adama. Kaş atalar da sizi dinləyərdilər. Dəyərli məsləhətlər üçün təşəkkür edirəm. Allah razı olsun dəyərli insan

  • @user-ie2sz3nd1r
    @user-ie2sz3nd1r 9 месяцев назад +8

    O qədər möhtəşəm danışırsızki,nə deyəcəyimi bilmirəm.Var olun

  • @aygulhasanli545
    @aygulhasanli545 10 месяцев назад +12

    İnsanın bütününü alt üst edir sözləriniz. Bəzən həyat şərtləri özümüzü belə özümüzə yük edir. Kaş ki, hər zaman gözəllikləri görən gözlərimizin önü açıq ola. Görmədiklərimizə işıq saldığınız üçün minnətdaram ❤️

  • @user-rt5pm9on7k
    @user-rt5pm9on7k 10 месяцев назад +7

    Bilmirəm sizə necə təşəkkür edom ki, könlüm rahatlıq tapsın.O qədər ruhumuzun, duyğularımızın dərinliyinə nüfuz edən məsləhətlər verirsiniz ki, sizə nə qədər təşəkkür etsəm yenə azdır.Elmir müəllim sizə sevğimiz sonsuzdur.Var olun.Tez-tez belə paÿlaşımlar edin ki, sayənizdə biz də övladlarımızla anlaşmanın doğru hesab etdiyimiz ÿañlışlarını düzəldək.

  • @tamaranesibova7340
    @tamaranesibova7340 10 месяцев назад +4

    uşağın bizim səbəblərimiz şərtlərimizi başa düşməkdən çox
    gerçək usaqlıq təcrübələrinə ehtiyacı var
    var olun dəyərli hekimimiz

  • @yeganabagirova5001
    @yeganabagirova5001 10 месяцев назад +5

    Çox sağolun,bu dəyərli məlumat üçün

  • @nikonuruszad8510
    @nikonuruszad8510 10 месяцев назад +4

    Elmir bəy çox gözəl anlatdınız bizə hər şeyi👏

  • @suqracavadova3161
    @suqracavadova3161 2 месяца назад

    Tamamile raziyam. 3 yasinda qizim var ve bu gune qeder Kafkanin,Nietzschenin,Freudun, Tolstoyun,Dostoyevskinin oyrede bilmediyi seyleri o oyrede bilib mene. Yasamagi,kicik seylerle xosbəxt olmagi,insan olmagi... Nezeriyyedə cox seyi oxuya bilersen,amma bir korpe sene təcrübədə gosterir. Oz safligi,oz mesumlugu ile...Size çox teşekkür edirem,bu movzulara toxundugunuz,maariflendirdiyiniz,deyerli zamaninizi ve enerjinizi bu sahede serf etdiyiniz ucun. Bir insana toxunmaq kainata toxunmaga beraberdir. Bu gun bir valideyn bele bu videolardan oyrenib usagina davranis seklini deyise bilirse cox seye nail olmusunuz demekdir. Bir daha təşəkkürler. Ugurlar!

  • @turanhacyeva2175
    @turanhacyeva2175 10 месяцев назад +3

    Çox sağ olun, həkim.

  • @orxanmusayev4775
    @orxanmusayev4775 10 месяцев назад +2

    Çox sağ olun.

  • @YUSIFAsllanov
    @YUSIFAsllanov 10 месяцев назад +3

    Çox saĝ olun var olun..

  • @sameddinmemmedov8194
    @sameddinmemmedov8194 7 месяцев назад +1

    çox sagolun hər sizi dinləyəndə özmə dərs alıram

  • @NabatElizade
    @NabatElizade 6 месяцев назад +1

    Size cox tesekur edirem ,meni ozume getirdiniz 😢.

  • @nikonuruszad8510
    @nikonuruszad8510 10 месяцев назад +4

    Mənə bir şey maraqlıdı siz belə savadlıslnız deyin görüm sizə valideyinləriniz oxu oxu deyirdimi? Ya özünüz oxumağa həvəsliydiniz

  • @saida2399
    @saida2399 10 месяцев назад +4

    👍🙏

  • @yeganabagirova5001
    @yeganabagirova5001 10 месяцев назад +3

    👏👏👏👏👏

  • @meltemmelikmemmedova6334
    @meltemmelikmemmedova6334 9 месяцев назад +1

    Gözəl məsləhətlər verdiyiniz üçün çox sağ olun.

  • @sadiqk4055
    @sadiqk4055 9 месяцев назад +1

    cok super danişdiz.deməli bizdə başlayir bizde bitir iş.əlasiz

  • @syyadhuseynzad3647
    @syyadhuseynzad3647 10 месяцев назад +3

    hələ Abituriyentlərnən daha çox döyüş səhnəsi xatırlanır😂

  • @KerimRusdemov
    @KerimRusdemov 4 месяца назад

    Salam dokdor Allah razl olsun sizden beli duzdur doqru deyirsiz menim qlzlm ele deyir mene men ona nece davrana bilerem ona ?

  • @ruxsarehaciyeva6411
    @ruxsarehaciyeva6411 10 месяцев назад +1

    Çox doğru👍🏾👍🏾👍🏾

  • @esmiramansurova6334
    @esmiramansurova6334 9 месяцев назад +1

    Salam deyerli hekim.Mariflendirici vidiolariniz ucun cox tesekkurler.Hekim ,oglumun 8 yaşı var,çox yorur meni,aģlına ne düşürse onu da edir mene demeden.En cox da harasa getmek isdeyir ve icaze vermesem de xelvetce gedir .Ne meslehet gőrerdiz.Her kesden şikayet gelir ki çox deceldi ,mektebde de evde de

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  9 месяцев назад

      Salam. Bütün bunlar sizin bir-birinizə olan münasibətinizlə bağlıdır. Münasibətlərinizi düzəltsəniz, hər şey qaydasına düşəcək.

  • @gulzarcavadova1715
    @gulzarcavadova1715 9 месяцев назад +1

    Cox doğru

  • @qeniismailov4027
    @qeniismailov4027 10 месяцев назад +1

    Mən bircə nökteyə toxunum həyatın reallığı burdan başlayır BU ZAMANƏ DEYƏNDƏ DÜŞÜNÜLƏN MƏQAM indi hedden artiq satılan cəmiyyətin olmağıdı. Belə olduğunda almaq isdəyən yorulduğunu həqiqi mənada dilə gətirir ZAMANƏNİN ÜZÜ QARA OLSUN

  • @zaqatala7484
    @zaqatala7484 3 месяца назад

    Salamaleykum.
    Mənim oğlum çox məsuliyyətsizdi. Bir şeyi dəfələrlə deməsə etmir.dərs oxumaq,əynini dəyişmək,paltarını yerləşdirmək, və.s.
    Nə etmək olar.mehribanca desendə "ahaa" deyir ama eləmir. Belə uşağa necə davranım bəs?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  3 месяца назад

      Salam. Əvvəlcə baxmaq lazımdır ki, necə olub ki, belə olub. Təəssüf ki, uşağı tanımadan, ətraflı məlumat almadan buradan dəqiq bir söz deyə bilmirik.

  • @elnurmemmedov4467
    @elnurmemmedov4467 10 месяцев назад +1

    👍

  • @Gunayyy222
    @Gunayyy222 9 месяцев назад +1

    Aglatdiniz meni nece de duz dediz😢

  • @istedadliusaqlar1587
    @istedadliusaqlar1587 9 месяцев назад

    Salam çox xahiş edirəm müəllimlər hiperaktiv uşaqlarla necə işləməlidir bu haqda danışardız ,bəzən deyilənlər belə kömək etmir uşağı ələ almağa çox əsəbiləşib çarəsiz qalırıq

  • @nailenesibova5207
    @nailenesibova5207 10 месяцев назад +1

    Salam hekim cox sagolun bu cur gozel vidiolarinizi gore menim 10 yawinda qizim var cox cetin xasiyyeti var cox yorulmuwam ona eyni şeyleri bawa salmagdan oyretmekden cox aqressiv uwagdi cox az razilawar menimle cox vaxt etiraz edir cox şeye hekim paltari bir yerden tikmeye qoymaz sacini yigmaga qoymaz bir paltara oyreşir bawka paltar geyinmir agliyir deyir men nerahatam bu paltarda hekim size sualim bu du ki uwagi psixologa aparim yoxsa nevrapataloga yoxsa ozum sebr edim tedricen kececek bu problemler hekim inaninki istemediyi paltari geyinse butun gunu agliyir esebi aqressiv olur ,sacini men yigsamda eyni davranir bir sozle ozune nece xowdu isteyir o olsun olar olmaz bawa duwmir

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  9 месяцев назад

      Salam. Bunların heç biri problem deyil. Əsas problem aranızdakı münasibətdir. O düzəlməsə, heç nə düzəlməz.

    • @nailenesibova5207
      @nailenesibova5207 9 месяцев назад

      Salam hekim nece edim ki yoluna duwsun aramizdaki munasibetimiz ?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  9 месяцев назад

      Salam. Siz hər hansı bir insanla xoş münasibət qurmaq üçün nələr edirsiniz, onları edin.

    • @nailenesibova5207
      @nailenesibova5207 9 месяцев назад

      Salam hekim cox sagolun Allah razi olsun sizden

  • @zezielizade879
    @zezielizade879 7 месяцев назад

    Salam eger uşaq dırnağlnı özü qirirsa bu nədən xəbər edir? Ne etmək lazım?

  • @zaursgrov1128
    @zaursgrov1128 10 месяцев назад +1

    ♥️😇🙏👏👏👏👏

  • @İdayetEliyev
    @İdayetEliyev 4 месяца назад

    Valideyn özünə sərf edəndə uşaq ona yük olur amma böyüyəndə işini görəndə qocalanda ona baxanda kömək olur valideyn mal kimi baxır uşağı dünyaya gətirirəm qocalanda mənə baxsın deyə dünyaya gətirirlən uşağı yük kimi görəndə sən yaxşı valideynsən amma sən qocalanda uşaaq səni yük görsə sənin xoşun gəlməz . Uşağa deyir səni böyütmüşəm dünyaya gətirmişəm sənki uşaq sənə yalvarmışdı məni dünyaya gətir deyə

  • @ilkinbabayev5854
    @ilkinbabayev5854 10 месяцев назад

    Salam Hekim sizin yuklediyimiz videolar menim dusunculerimi cox deyisib ama Yasadiğım muhite men Öz uzerimde islesemde cox Tesufki 65 yasli İnsani duzeltmek olmur ve men resmen yasayaraq olurem 🤦‍♀️

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  10 месяцев назад +1

      Salam. Hər yaşda düzəlmək və dəyişmək mümkündür. Sadəcə bu, öz-özünə olmur. Psixoloqa getmək lazımdır.

  • @madinamollayeva4049
    @madinamollayeva4049 9 месяцев назад

    Salam uşaqda qorxu hissini necə aradan qaldira bilərik ?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  9 месяцев назад

      Salam. Uşaqda heç bir hissi aradan qaldıra bilmərik. Çünki o, insandır və bütün hislər insan üçündür. Sadəcə uşaq qorxanda necə yanaşmalı olduğunuzu öyrənə bilərsiniz.

    • @MuhammedDadaszade
      @MuhammedDadaszade 5 месяцев назад

      ​@@psixoloqelmirisgenderovsalam hekim oglumun 6 yasi var ,telefondaki oyundan qorxub,tek hec yere gede bilmir eseblesirem herden ,nece davranimki unutsun bu qorxunu,tesekkur

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  5 месяцев назад

      Salam. Bununla bağlı aşağıdakı videomuzu izləyə bilərsiniz:
      ruclips.net/video/ZTicNSDTK5I/видео.htmlsi=dqN7pwnxu58qEFhH