"Nə vaxta kimi kiminsə qapısında hamama getməyilik?, bizə su versinlər!"

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • Qaradağ rayonu, Lökbatan qəsəbəsi I massiv sakinləri illərdir ki, su qıtlığından şikayətçi olduqlarını bildirirlər. Onların sözlərinə görə, əraziyə su ya heç verilmir, ya da 20 dəqiqəlik verilir ki, bununla da hər kəsin su ehtiyatı yığması mümkün olmur. Sakinlər bildirirlər ki, sözügedən problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciətlər ediblər. Aidiyyatı qurumlar isə onları ya hansısa quruma yönləndirir, ya da suyun veriləcəyinə əmin edərək evlərinə yollayır. Nəticədə isə yenə də problem həllini tapmır.
    Məsələylə bağlı Qaradağ rayon sukanal idarəsindən bildirilib ki, su qıtlığına səbəb əhalinin sayının çoxalmasıdır.
    © KANAL11 AZERBAİJAN TV - yə məxsus videolar başqa hesaba yükləndikdə şikayət olunacaq.

Комментарии • 2