"Atları yəhərləyin"(1985) Həsənağa Turabov, Muxtar Avşarov, Ömür Nağıyev,Gümrah Rəhimov.

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər.O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar. Səbəb olaraq Qaçaq Nəbinin vaxtilə ermənilərə divan tutmasını göstərmişdilər. Lakin onlar Qaçaq Nəbiylə başqa bir qəhrəman olan Qara Nəbini qarışdırmışdılar. Uzun çək çevirdən sonra ermənilər məqsədlərinə çata bilmədilər. Yalnız filmin adının dəyişdirilməsinə nail ola bildilər. İstehsalı uzun çəksə də nəhayət 1985-ci ildə film çəkildi və çox böyük uğurla nümayiş etdirildi.

Комментарии •