DÖYMƏ XƏMİRDƏN PERAJKİ

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • ♦️DÖYMƏ XƏMİRDƏN PERAJKİ♦️sobada
    Salam, hər vaxtınız xeyir, əzizlərim.
    ♦️Xəmir üçün:
    ♦️Sana yağı- 500qr
    ♦️Un- 1.400qr
    ♦️Xama- 500 qr
    ♦️yumurta sarısı-2 ədəd
    ♦️Qabartma tozu- 2 bağlama
    ♦️Duz- 0.5 çay qaşığı
    ♦️İçlik üçün:
    ♦️Toyuq ətindən çəkilmiş-500 qr
    ♦️Soğan- 1 ədəd iri
    ♦️Duz
    ♦️istiot
    ♦️Zirinc
    ♦️Hazırlanması
    Un və yağı umac hallna gətirik. Yağ otaq temperaturunda olmalıdı.
    Sonra xama, duz, yumurta, qabartma tozu əlavə edib yüngül yoğururuq. Xəmiri yoğurduqdan sonra pinqvin kloka qoyuruq. Soyuducuda -2 saat saxlayırıq.
    İçliyi qiymə, püre və ya pendir +cəfəri ilə də hazırlaya bilərsiniz.
    Xəmiri kündələrə bölürük, hər kündə 40-qr olmalıdı. Şəkərbura xəmiri kimi balaca yayıb içliyi qoyuruq və şəkərbura kimi ağzını bükürük. 10 dəqiqə üstünü örtüb kənarda saxlayırıq. Sonra yumurta sarısı və az duru yağını qarışdırıb fırça ilə perajkinin üzərinə çəkirik. Çörəkotu və yaxud küncütdən üstünə səpirik. Öncədən isidilmiş sobada alt-üst rejimdə 170 *-də bişiririk.
    Bu reseptdən 60 ədəd allnır perajki.
    ♦️qiymə mütləq qovrulmalıdı. Bu dəfə içliyi mal ətindən və kartof püresindən hazırladım.
    #ilmusenin_bisirdikleri #ilmuseninbisirdikleri #döyməperajki#sunum #sizinsunumlar #perajki#ilmuseninbildikleri

Комментарии • 23