Təzyiqi Salan ƏN GÜCLÜ BİTKİ - Kəklikotu Haqda BİLİNMƏYƏNLƏR

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • #Kekik #Kəklikotu #Keklikotu
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Bu bitkini demək olar ki hamı tanıyır. Dadı və qoxusuna görə əksər evlərdə onu çaya və yeməyə qatırlar. Lakin bu bitkinin xalq təbabətində bəzi xəstəliklərin müalicəsində necə istifadə olunduğundan xəbəriniz varmı? Bu gün bir bax kanalında bunu biləcəksiz.
    Müasir dövrdə kulinariya otu kimi daha yaxşı tanınsa da, qədimdə onu dərman gücünə görə tanıyırdılar. Aparılmış araşdırmaların nəticələrinə görə, kəklikotu yüksək arterial təzyiqi salır və ürək döyünməsini tənzimləyir. Alimlər kəklikotunu bütün ürək-damar sistemi üçün ən faydalı bitkilərdən biri kimi qiymətləndirir, kəklikotu çayını içməyi tövsiyə edirlər. Lakin təzyiqi aşağı olan insanlarda bu çay təzyiqin daha da aşağı düşməsinə səbəb ola bilər.
    Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər. Kəklikotu çayı hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar. Soyuqdəymə xəstəliklərinin ilk simptomlarında belə çay çox yaxşı təsir edir, xəstəliyin inkişafını dayandırır.
    Qəfil yaranan ağrıların aparılmasında bu otun təsiri böyükdür. Kəklikotunun köməyi ilə spazmla bağlı olan ağrıları - baş ağrısı, bağırsaq spazmını azaltmaq və ya tam yox etmək mümkündür. Kəklikotu qeyd etdiyimiz kimi çay kimi dəmlənilir və içilir.
    Kəklikotu güclü antiseptik və antibakterial təsirinə malikdir. Bu səbəbdən kəklikotu dəmləmələri ağız boşluğu iltihabları zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.
    Kəklikotu bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır. Antiseptik xüsusiyyətlərinə malik olan kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir. Həmçinin sistit, nefrit zamanı antiseptik və iltihabəleyhinə təsir edir, təbii sidikqovucu vasitə kimi istifadə olunur.
    Kəklikotu həm də "kişi otu" adlandırılır. Sübut olunub ki, bu ot kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, cinsi funksiyasını artırır, prostatitin müalicəsində istifadə olunur.
    Kəklikotu və xüsusilə kəklikotu yağı güclü yarasağaldan xüsusiyyətlərinə malikdir. Yanıqlar, xoralar, donvurma zamanı kəklikotu yağının istifadəsi ifadə olunmuş müalicəvi təsir edir. Ekzema, psoriaz kimi dəri xəstəlikləri zamanı kəklikotu ilə müalicəvi vannalar çox yaxşı effekt verir. Bunun üçün 100 qr ot 1 l qaynar suda dəmlənilir, 30 dəqiqədən sonra süzülür və ilıq vannaya əlavə olunur.
    Müasir təbiət elminə kəklikotunun 400-ə qədər növü məlumdur. Naxçıvanda bu növlərin 17-si mövcuddur. Maraqlı burasıdır ki, Naxçıvanda, eləcə də Sədərəkdə bitən kəklikotu növləri hansısa meyvənin, çiçəklərin dadını verməklə məşhurdur. Qızılgül, limon ətri verən kəklikotu bu gün də ən sevimli ədvalar kimi Naxçıvan mətbəxində özünəməxsus yer tutur.
    Sədərək dağlarında quraqlıq daha çox olduğu üçün burada bitən kəklikotunun özünəməxsus dadı, tamı, ətri var. Meşə ilə zəngin olan və nəmişlik çox olan dağlarda bitən kəklikotu ilə quraqlıq olan dağda bitən kəklikotu arasında fərq çoxdur. Quraq dağlarda kəklikotu daha təravətli olur.
    Kəklikotu hamilə qadınlar üçün ziyanlı sayılır. Lakin əmizdirmə zamanı bu otun istifadəsi laktasiyanı gücləndirir. Nəzərinizə çatdıraq ki, kəklikotunun qəbulu bəzi xəstəliklər, pozulmalar və s. zamanı tövsiyə edilmir. Bu səbəbdən bu otu istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Комментарии • 37

  • @zizseyidova8103
    @zizseyidova8103 2 года назад +10

    Belə faydalı video-a görə çox sağ olun👍 Xəyalə xanım. 👍👍👍

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад +1

      Siz sağ olun, Əzizə xanım🥰🙏

  • @sudabeaydinli6029
    @sudabeaydinli6029 2 года назад +8

    Xəyalə xanımın bütün vidiolarini izləyirəm 👍hamınnı da faydasını görürəm,daimi olsun 🌹

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад

      Çoc sağ olun Südabə xanım🥰🥰🥰

  • @gunesgul1612
    @gunesgul1612 2 года назад +5

    Ağzınıza sağlıq , 🌹 romatizmaya da xeyri var eşitdiyimə gorə birdə burun tutulması zamanı kəklikotunu qazanda qaynadib buxarına tərəf durmaq faydalıdır

  • @firengizquliyeva592
    @firengizquliyeva592 2 года назад

    Tewekkur edirik🙏

  • @UserUserova-ls2lv
    @UserUserova-ls2lv 5 месяцев назад +1

    Vallah içdim allah haqqi ureyim dehşet qadin istedi

  • @АлиИ-у5м
    @АлиИ-у5м Месяц назад

    TEZIK QALDİRAN

  • @naziramuxtarova1640
    @naziramuxtarova1640 2 года назад +3

    Beli cox xeyirli faydalidir covide qripe yoluxan zaman keklik otu ve mixek demlesi gozel tesir edir

  • @zeynebyuzbas3669
    @zeynebyuzbas3669 2 года назад

    Gözəl kanaldı danışan da gözəl səsi var ugurlar

  • @balacaxanimagahuseynova5640
    @balacaxanimagahuseynova5640 2 года назад +1

    Çox. .gözəl.

  • @teymurmemmedov4116
    @teymurmemmedov4116 Год назад +1

    Cox saqolun xanm

  • @ehedhasilov438
    @ehedhasilov438 2 года назад +3

    Beyendim

  • @rozaroza5313
    @rozaroza5313 2 года назад +2

    Bəli çox faydalı bitkidir bunu sinamayanlar sinasin çox gözəldir biz hərgün seher və axşam içirik

  • @NihadAliyev-ww1qn
    @NihadAliyev-ww1qn Год назад

    Ot xeyrdi

  • @poladramazanov2989
    @poladramazanov2989 Год назад

    Salam, hansı kəklikotu qan təzyiqi aşağı salır? Çay kəklikotusu yoxsa xörək kəklikotu?

  • @МайаАхмедова-р2н
    @МайаАхмедова-р2н 2 года назад

    ❤️❤️❤️🌹

  • @brawlstars5943
    @brawlstars5943 2 года назад

    Salam çay ağacı yağını bora plusla qatıb istifade etmey olar?

  • @ruslanaliev6696
    @ruslanaliev6696 2 года назад

    Ən yaxşı sortü lənkəranda bitir

  • @sanansanan8707
    @sanansanan8707 Год назад

    Məndə bir yerdə oxumuşam ki, soyuq halda içəndə təzyiqi aşağı salır amma isti halda içəndə təzyiqi qaldırır.

  • @justinmahmedov2362
    @justinmahmedov2362 14 дней назад

    Bir ən güclü faydası haqqında məlumat vermədiniZ

  • @esmerbehbudova6500
    @esmerbehbudova6500 2 года назад +4

    Məndə əksinə təzyiqim qalxır icən vaxtı

  • @asyaesmer730
    @asyaesmer730 2 года назад +3

    Men keklikotusuz cay icmirem

  • @durustsoz2520
    @durustsoz2520 2 года назад +1

    Biz edviyyatsiz çay içe bilmiriy Hetta

  • @qaqasm5406
    @qaqasm5406 2 года назад +1

    Men bileni kekotu teziqi qaldırır.teziq düşende de içmişiy normala salıb.

    • @melekilahi3306
      @melekilahi3306 2 года назад +1

      Beli kekotu tezyiqi qaldirir.mende icen kimi tezyiqim qalxir.kimde tezyiq aşagidirsa o insana komek edir.aşagi salir.

  • @lalememmedova5400
    @lalememmedova5400 2 года назад +1

    Bes cay kimi yox adi yemek nece xeyirdimi?

  • @ШакирМамедов-с7б
    @ШакирМамедов-с7б 7 месяцев назад

    Каклик отуну асмасы олан ичабиларми

  • @sebirecaniyeva2421
    @sebirecaniyeva2421 6 месяцев назад

    Yanilirsiz ono ancag sancu ay bawi dogow vaxti istifade edrler ve en eturlisi
    Astara daglarin birinde bitur bo seyqede onon cayini icirem beyni sakitledirir sederey hara kelok its hara