Это видео недоступно.
Сожалеем об этом.

Heydər Əliyev Fondu - 15 il

Поделиться
HTML-код
  • Опубликовано: 8 май 2019
  • Zəngin dünyəvi dəyərə malik maddi və mənəvi irsimiz Azərbaycanın tarixi sərvəti, bəşəri irsə verdiyi ən böyük töhfəsidir. Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan mədəni-mənəvi dəyərlərinin tanıdılması, Azərbaycan gerçəkliklərinin dünyəvi qiymətləndirilməsi istiqamətində yorulmaz fəaliyyət Heydər Əliyev Fondu tərəfindən reallaşmaqdadır.
    Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə 2004-cü il 10 may tarixində xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Məhz 14 ili əhatə edən məqsədyönlü fəaliyyəti ilə Fond bu amala sadiqliyini nümayiş etdirmişdir. Əldə olunan çoxşaxəli uğurlarımızda Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın rolu danılmazdır.
    “Qarabağ həqiqətləri” bukletlər toplusunun, "Müharibə və tarixi mədəniyyət abidələrimiz", Parisdə ingilis dilində “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Muğam haqqında əlyazmalar toplusu”, “Qarabağ xanəndələri” musiqi albomunun və s. nəşri Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz guşələrindən biri kimi dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitə olmuşdur. Fondun dəstəyi ilə Xocalı soyqırımı hər il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən fəaliyyətə başlamış "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası erməni cinayətlərinin dünyəvi miqyasda ifşası üçün obyektiv mühit formalaşdırmışdır.
    Uşaqlara və ahıllara göstərilən nəvaziş, onlar üçün tikdirilən və təmir olunan çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri, uşaq evləri, talasemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı Fondun reallaşdırdığı fəaliyyətin ayrılmaz qoludur. Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Fondun qarşıya qoyduğu əsas məqsədlərdəndir. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının tikilməsi, dini müəssisə və icmaların bərpası, uşaq bağçalarının tikilməsi, yaxud bərpası, uşaq əyləncə mərkəzlərinin yaradılması, həmçinin xarici dövlətlərlə əlaqələrin genişlənməsi məqsədilə (Pakistanda qızlar məktəbinin, Sarayevoda Dostluq parkı, Həştərxanda Dostluq körpüsünün və s. tikilməsi) görülən tədbirlər sosial fəaliyyətin mahiyyətini təşkil edir.
    "Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq yeni dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilmişdir. Fondun “Təhsilə dəstək” layihəsi yalnız Azərbaycan hüdudlarıyla çərçivələnməmişdir. Belə ki, Fondun dəstəyilə Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir.
    Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut etmişdir. Ötən illər ərzində qazanılan uğurlara diqqət yetirsək Fondun Ulu Öndər prinsiplərinə sadiqliyini və bu öhdəliyə layiq olduğunu görərik. Məhz Fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir.

Комментарии • 9

  • @ibrahimabzotov3486
    @ibrahimabzotov3486 5 лет назад +1

    Mən Heydər Əliyev fonduna onun Prezidenti Mehriban Xanım Əliyevaya Ələkbərov Anar müəllimə və koleftiyinə böyük təşəkürümü və minəttarlıgımı bildirirəm. Biz sizlərlər qürur duyurug. Və özümüzü tək kimsəsiz və atılmış his etirmədiniz və etmədik. Təşəkürlər H.Ə.F.

  • @elnuremelikova8214
    @elnuremelikova8214 4 года назад

    Xayiş edirik bizədə yardım edin

  • @kemalehesenova7176
    @kemalehesenova7176 5 лет назад

    Mən Heydər Əliyev Fondunun vitse prezdenti Leyla Əliyevaya öz xüsusi teşəkkürümü bildirirem və bir daha çox sağolsunlar deyirem mən bu ilin iyul ayının 8 də.həyat yoldaşımın ürek əməliyatını təşkil etdikləri üçün mən Mehriban xanımın əllərindən öpürem Allahım onun kölgesin mənim kimimi az təminatlı və kasıb ailələrin üsdündən əskik etməsin mən çox çaresiz idim mene və mənimkimi ailələrə diqqət və qayğısına göre öpürem Azerbaycanın birinci xanımı Heydər Əliyev fondunun birinci vitse prezdentinin əllərindən eşq olsun Azerbaycanıma eşqolsun Sehiyəmizə və ən başlıcası M.Topçubaşov xesdexanasında çalışan həkimlərimizə Əkrəm doktora🙏🙏🙏👍🏻👍🏻👍🏻

    • @huseynmeherremov1527
      @huseynmeherremov1527 4 года назад

      Salam fond harda yerləşir

    • @mahirmemmedov1353
      @mahirmemmedov1353 Год назад

      Salam mən ürək xəstəsiyəm qapaq əməliyatı keçirdməliyəm gəncə mərkəzi kilinikasında qeydan keçmişəm ancaq vasaitim olmadığı üçün əməliyat etmirlə xaiş edirəm mənə göəmək edəsiniz SAMUX ŞƏHƏR SAKİNİ MƏMMƏDOV MAHİR BARAT OĞLU

  • @ramilabdulov7719
    @ramilabdulov7719 4 года назад

    Mənim nənəm şəhid anasıdı. Bu ağır günlərdə heç bir qurum onunla maraqlanmayıb. Hal buki yaşadığı ərazidə heydər əliyev fondundan dəstək gəlir. Nədənsə şəhid anası unudulur.

  • @kemaleeliyeva162
    @kemaleeliyeva162 4 года назад

    Xaiw edirem komeklik edin aciq dolana bilmirik

  • @kemaleeliyeva162
    @kemaleeliyeva162 4 года назад

    Xaiw edirem bu aqir gunlerde wehid pulumuz verilsin wehidELIYEV MAHIR ARIF OQLU 1972 CI IL TEVELLLUDLIDU WUWA ITKINIDI XAIW EDIREM HEC OLMAYA WEHID PULUMUZ VERILSIN 4QARDAW ARASINDA BOLUNECEK 4AILE DOLANAQ O PULLA

  • @SamsungGT-S
    @SamsungGT-S 4 года назад

    Salam hörmətli və Xeyirxah insanlar, sizdən Xalam üçün yardım etməyinizi isdəyirəm, Xalam xərçəng xəsdəsi əri üçün borca düşdü, əri dünyasını dəyişdi borc içində batan Xalam Bakıya gəldi altı ildir ki Bakıdadır günə muz 15manata işləyirdi , indi iki aydır ki, işlər dayanıb, həm kirayə həmdə borc Xalam katdıra bilmir indi çörəy almağa belə borc pul tapa bilmir nolar mümkündürsə ona da kömək əlini uzadasınız , Fondumuza və Prezidentimizə dərin minətdaram, dünyaya durduqca var olun.