4000 il tarixi olan, Xınalıq Kəndi Quba Rayonu, Khinalig Villages that has 4000 years old history

Поделиться
HTML-код
  • Опубликовано: 13 апр 2023
  • Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir.
    Azərbaycan Prezidenti İlham Əliyev: “İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi”.
    Azərbaycanı özünəməxsus gözəlliyi, zəhmətkeş insanları, dili, milli etnoqrafik və memarlıq abidələri ilə şöhrətləndirən kəndlər, şəhərlər az deyil. Baba dağ, Şahdağ,Tufan dağı və Qiblə kimi yüksək dağlar arasında qərar tutan Xınalıq belə tarixi məkanlardandır. Təbiət bu yurda özünəməxsus gözəllik bəxş edib. Avropanın ən yüksək yaşayış məskənlərindən olan Xınalığın başının üstü, demək olar ki, ilboyu buzlaqlarla örtülü olur.
    Xınalıq sözünün mənşəyi haqqında müxtəlif rəvayətlər mövcuddur. Belə rəvayətlərdən birində bildirirlir ki, guya haçansa çox qədimdə bu torpaqda insanlar xına bitkisi becərməklə məşğul olublar. Kəndin adı da söylədiyimiz məsələ ilə bağlanıb.
    Xınalığın dağın zirvəsidə salınması bir vaxtlar onun müdafiəsi üçün əhəmiyyət kəsb edib. Deyilənlərə görə, qədim Xınalıq qala divarları ilə əhatə olunub və köçəri tayfalar kəndə hücum edərkən həmin qala divarlarını aşa bilməyiblər.
    Hazırada Xınalıq bütövlükdə özünəməxsus memarlıq strukturu olan yaşayış massividir. Burada küçələr o qədər geniş olmasa da hər biri əhalinin istifadəsi üçün kəsə və əlverişlidir…
    Dağ yolları Xınalığa aparır
    Yurdumuzun ən böyük neməti onun insanlarıdır. Azərbaycanda müxtəlif xalqlar, millətlər və etnik qruplar yaşayırlar. Hamısı da bu vətənin bərabərhüquqlu, doğma övladlarıdır.
    Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir.
    Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir. Bu gün ölkəmizə gələn turistlər də Xınalığa rahat səfər edə bilirlər. Bu isə ölkə rəhbərliyinin xınalıqlılara qayğısının nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə bu kənddə olarkən deyib: “İndi Qubadan Xınaliğa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatina sevinc gətirdi”.
    Bənzərsiz dil, bənzərsiz məkan
    Burada evləri bir-birinə çox yaxın inşa edirlər. Ərazi dağlıq olduğundan çox zaman bir evin qapısı o biri evin damına açılır. Binaların belə tikilməsi şaxtalı-çoxğunlu çağlarda mənzillərin soyuqdan mühafizəsi üçün əhəmiyyətlidir.
    Ətraflı
    Xınalıqlıların öz dili var və bu dilin bənzərinə heç yerdə rast gəlmək mümkün deyil. Xınalığın öz dili olduğu kimi, özünəməxsus folkloru - dastanları, rəvayətləri, nağılları, bayatıları, tapmacaları var. Bu kəndin məşhur bir yazarı vardı - Rəhim Alxas. Rəhim müəllim ömrü boyu doğma yurdu dünyaya tanıtmağa çalışırdı. O, Xınalığın söz sərvətini sinədəftər ağsaqqallardan, nənələrdən toplayır, azəri türkcəsinə çevirib çap etdirirdi. Rəhim Alxas Xınalıq haqqında yazırdı: “Deyirlər ki, Xınalıq qədim vaxtlarda Qiblə dağının arxasında yerləşib. Neçə yüz illər boyu Xınalıq camaatı burada özünə yurd-yuva qurmuş, ocaq isitmişdi. Amma bir gün güclü zəlzələ baş verdi. Xınalıq yerlə-yeksan oldu, tamam dağıldı. Adamlardan ölən oldu, salamat qalanı da Qudyal çayının bu tərəfinə keçib bir təpənin üstündə özlərinə kənd saldılar, evlər tikdilər. Ona görə də bəzi adamlar deyirlər ki, “Kətiş” adı Qiblə dağına tuş gələn yer mənası verdiyi üçün xınalıqlılar öz kəndlərini belə adlandırırlar”. Bu da Xınalıq haqqında başqa bir rəvayətdi
    Mənbə Kayzen

Комментарии • 8

  • @behruzbineteliyev5799
    @behruzbineteliyev5799 Год назад

    Mənim gözəl kəndim Xınalıq Ana yurdum can xınalıq ❤️

    • @travelaz
      @travelaz  Год назад

      Salami deyerli izleyicimiz reyiniz ucun tesekkur edirik.
      Allah butun ana yurdumuzu qorusun

  • @dr.7259
    @dr.7259 Год назад

    Nə gözəl

    • @travelaz
      @travelaz  Год назад +1

      Salam deyerli izleyicimiz reyiniz ucun tesekkur edirik. Gozel gununuz olsun

  • @srvrhsnov7
    @srvrhsnov7 Год назад

  • @orxanalipenahli2407
    @orxanalipenahli2407 6 месяцев назад

    Heç qeşey kend deyil

    • @travelaz
      @travelaz  6 месяцев назад

      Deyerli izleyicimiz Cox Gözəl kenddir tarixi sevenler ucun hemde menzeresi gozeldir ancaq komfort sevenler ucun beli gozep gorunmeye biler