Qastroezofageal reflüks xəstəliyinin cərrahi müalicəsi
HTML-код
- Опубликовано: 2 фев 2025
- Xəstəliyin əsas əlamətləri hansılardır?
Reflüksun diaqnostikası nə cür aparılır?
Xəstəliyin müalicə üsulları hansılardır?
Mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsi Reflüks xəstəliyi adlandırılır. Reflüks zamanı mədədəki maddələr qida borusuna atılır, bu isə normal deyil, belə ki, qida borusu, qidanın geriyə deyil, mədəyə daxil etmək funksiyasını daşıyan orqandır.Özü-özlüyündə Qastroezofageal reflüks patoloji proses deyil. Sağlam adamda reflüks gün ərzində bir neçə dəfə rast gəlinə bilər (məsələn, yağlı yeməkdən sonra). Yəni, günə bir-iki reflüks normal sayılır. Lakin reflüks müntəzəm olaraq özünü göstərirsə və bu, mədədəki maddələrin çoxlu miqdarda xaric olunması ilə müşayiət olunursa, artıq söhbət ciddi patologiyadan gedir. Belə əlamətlər qida borusu iltihabına və bir sıra başqa simptomlara gətirib çıxara bilər.
Reflüks xəstəliyinə təkan verən amillər.
Tütün istifadəsi;
Hamiləlik;
İnfeksion xəstəliklər;
Mədə şişləri;
Xroniki pankreatit və ya xolesistit;
Spirtli içkilər və s.
👍👍👍
salam gozel hekim sizi narahat edirem sizi men oglum 5 yawi var edibler amma rasiyada olub ve emalyatdan sora darliq var disfaqiyasi var ve bizim balonla geniwletme edibler gozel hekimi balon edibler duzelermi sizce
Neçəyə eidrler emeliyati