Это видео недоступно.
Сожалеем об этом.

Fuad Poladov - Yatmaq istəyirəm (şeir: Vaqif Səmədoqlu)

Поделиться
HTML-код
  • Опубликовано: 24 фев 2021
  • şeir: Vaqif Səmədoqlu
    İfa: Fuad Poladov
    Videomüəllif: ‪@medeniyyettvresmi‬
    Videoların davamı üçün kanala abunə olub, videoları bəyənib, rəy yazmağı unutmayın. Rəyləriniz və düşüncələriniz bizim üçün çox önəmlidir. İstək videolarınızı şərhlərdə bildirin.
    Facebook Official Profile
    / sozun.ozu.official ~
    Instagram Official Profile
    / sozun_ozu_official ~
    Rəsmi Tərəfdaş (RUclips)
    / @afanditube4536 ~
    Rəsmi Tərəfdaş (Instagram)
    / araz_efendi_official ~
    Rəsmi Tərəfdaş (Facebook)
    / araz.efendi.official
    Yatmaq istəyirəm..
    ( Vaqif Səmədoğlu )
    Allah, nə var, nə yox?
    Məndən nə xəbər var?
    Gecələri özüm sayaram,
    Üzümə açılacaq neçə səhər var?
    Bəyənəcəksənmi məni,
    Bəndəni hansı gözlə görəcəksən? Allah,
    Özüm gəlim,
    Ya kimisə göndərəcəksən?
    İlahi,
    Yatağın nə sağında
    Nə solunda,
    Nə bir gözəlin qolunda
    Yatmaq istəyirəm.
    İlahi, Nə söyüd kölgəsində,
    Nə dünyanın ən azad ölkəsində
    Yatmaq istəyirəm.
    İlahi,
    Dar quyu dibində,
    Qaranlıq nəm içində, İşıqlı qəm içində,
    Ağrısız
    Bir az yatmaq istəyirəm...
    Paylaşılan videolar haqda əsaslı irad, və ya şikayətiniz olarsa, xaiş edirik şikayət etməyin. Məxsusən ``müəllif hüquq tələbi`` eynizamanda ``tərəfinizə aid qadağan etdiyiniz musiqi və ya hər hansı video`` hissəsi olarsa, iradınızı, sözügedən paylaşımın rəy bölməsində qeyd edin.Biz də iradınıza nəzər yetirib, sözügedən məsələni, və ya paylaşımı həmin an aradan qaldıraq.
    Sevgilər
    EN: Dear people, If you have a grounded comment or complaint about the videos shared on the Channel, please do not complain, let's not waste each other's efforts. If so, please leave your comment in the comments section of this post. We will consider your comment and fix the problem at the exact time.
    Loves
    #SözünÖzüCommunity #VaqifSəmədoqli #FuadPoladov

Комментарии • 70

  • @RomaRoma-dt4gs
    @RomaRoma-dt4gs 2 года назад +59

    Baxdıqca bir onu başa düşürəm ki,tandem,vəhdət,anlayış bu imiş. Bu şeri yazarkən ağrılar içərisində qovrulan Vaqif Səmədoğlunun keçirdiyi hissləri,eyni dərdə mübtəla olmuş Fuad Poladov yaşaya-yaşaya çatdıra bilib. Allah hər ikisinə rəhmət eləsin.

  • @user-fi6vu4mg1w
    @user-fi6vu4mg1w 2 месяца назад +3

    Allah razi olsun bu videonu tapib bura yukləyəndən. Arindirir adami bu sozlər...
    Allah...ozum gəlim, ya kimisə gondərəcəksən?
    İnsanin ozunun Allaha tərəf getməsi rahat səkildə olmur, ya itki, ya agri, ya xəstəlik, ya agir maddi həyat...
    Allah rəhmət eləsin ikisinədə. Fuad Poladov heyraniyam.

  • @sahinmammadov9501
    @sahinmammadov9501 Месяц назад

    Allah Vaqif ve Fuada o dunyada cennetlik et

  • @user-mh4uw1he3b
    @user-mh4uw1he3b 4 месяца назад +3

    Шедевр. Классика. Неповторимость

  • @user_-qv4ws
    @user_-qv4ws 2 года назад +21

    Allah sizə rəhmət eləsin.Əzizimiz Fuad Poladov sizi çox sevirəm.Nə yaxşı sizi yaxından görmüşəm.Sizi dinləmək ruhumun ehtiyacı olub,dinləyib çox ağlayıram.Niyə belə gözəl insanlar az yaşayır?Siz əbədi olaraq düşünə bilən insanların qəlbindəsiz.😔

  • @vusalismaylov4408
    @vusalismaylov4408 2 года назад +11

    İnsan söz tapmır desin... Yaşayıb hər anını bu insan, bu dahi şəxsiyyət, bu xarakterr, sözübütövv insann. Rəhmət diləyirəm Sizə Fuad bəy🤲🙏

  • @helimebabayeva1153
    @helimebabayeva1153 3 года назад +16

    Allah sizi rəhməeləsin.Siz ölmədiz siz həmişə yaddaşlardasız.

  • @rhilhsnova4900
    @rhilhsnova4900 3 года назад +11

    İçimi sızlatdı bu səs.İlahi,kimləri apardın..dərgahına

  • @dasqinkurcayli
    @dasqinkurcayli 3 года назад +15

    Bəh bəh, ruhları şad olsun hər ikisinin

  • @xeqani_semedsoy
    @xeqani_semedsoy 3 года назад +6

    Rahat uyu...

  • @qalibismayilli1057
    @qalibismayilli1057 2 года назад +6

    Fikir yurutmekde bele eziyyet cekirem. Mukemmel. Ruhuma ishledi

  • @chimnazmajidova4264
    @chimnazmajidova4264 3 года назад +12

    Allah hər ikisinə rəhmət eləsin. Böyük sənətkarlar

  • @saidbaba2242
    @saidbaba2242 2 года назад +3

    Allah rehmet elesin her ikisine.

  • @emilio16
    @emilio16 3 года назад +8

    Fud Polado. Ve Vaqif darin insan olub. Ruhlari shad olsun

  • @sabinacomert6752
    @sabinacomert6752 3 года назад +7

    Ustadımız.onurumuz.qürurumuz..Yaxşi ki Sizi gördüm heyatda...

  • @turanturku961
    @turanturku961 2 года назад +8

    Mükəmməl şeir, möhtəşəm qiraət!!!! Ruhunuz qarşısında baş əyirəm🙏❤️

  • @eyyubgarabaghli9281
    @eyyubgarabaghli9281 2 года назад +8

    Xarakter
    Ses
    Kisilik
    Merdlik

  • @mdinkrimli403
    @mdinkrimli403 11 месяцев назад +1

    Insanin Ilk ve Son Sozu - Ilahi ! Fuad Poladov rehmetlik cox gozel soyleyib bu weri ! Her ikisine Allahdan Rehmet 🙌🙌🥀

  • @samedovaaygun8869
    @samedovaaygun8869 9 месяцев назад +2

    Allah məkanınızı cənnət eləsin.

  • @Halida2023
    @Halida2023 2 года назад +6

    Vaqif yazsın,Fuad söyləsin!
    Başqa heç kəs!
    F.Poladovun o gözəl səsi,diksiyası bənzərsiz,təkrarsızdır!
    SƏHNƏMİZİN ƏN GÖYÇƏK KİŞİSİ VƏ ƏSL KİŞİSİ!
    😢😔😒

  • @samedovaaygun8869
    @samedovaaygun8869 Год назад +2

    Allah hər ikinizə rəhmət eləsin.Fuad müəllimin səsi əvəz olunmazdır.Səsdə olan qüvvə insanı çox çox uzaqlara aparır.

  • @user-zt6dy6on9p
    @user-zt6dy6on9p 10 месяцев назад +1

    Allah rəhmət eləsin eləsin böyük sənətkarlar, ruhunuz şad olsun.

  • @Halida2023
    @Halida2023 2 года назад +2

    Öldüm e...Bu nədiii.
    Allah!
    Hər 2sinə rəhmət elə!
    Allahım!
    Valideynlərimə rəhmət elə!

  • @shanti1002
    @shanti1002 Год назад +1

    Allah rəhmət eləsin

  • @user-hc4ry4ey9k
    @user-hc4ry4ey9k Год назад +1

    Dahi Fuad Poladov Allah sene rehmet elesin.

  • @afaqqasimova021
    @afaqqasimova021 2 года назад +3

    ALLAH SIZI QENI QENI REHMET ELESIN . XALQIN QIYMETSIZ INCILERI ❤👑👍❤👑👍❤👑👍

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 8 месяцев назад

    Bir insanın acı dərdi ancaq belə anladılır Yatmaq istəyirəm yata bilmirəm Nur içində yatın Fuad Poladov Vaqif Səmədoğlu

  • @sahibqahramanli8980
    @sahibqahramanli8980 2 года назад +2

    Nəhənglər yaxşıkı muasiriniz olmuşuq. Allah rəhmət eləsin.

  • @qapici1
    @qapici1 2 года назад +2

    Allah rəhmət eləsin cənnətlik olsunlar

  • @sabinacomert6752
    @sabinacomert6752 3 года назад +3

    üzntüüü.yoxsuz...qelbde varsınız

  • @arzuehmedova2708
    @arzuehmedova2708 Год назад

    Daima qəlblərdə yaşayan dahi şəxsiyyət böyük aktyor Fuad Poladov allah sənə rəhmət eləsin məkanın cənnət olsun

  • @zohrabnecefzade5019
    @zohrabnecefzade5019 3 месяца назад

    Baxin, bu gözel insan ucun, dahi, evez olunmaz, senetkar ucun, hec kim bir kelme pis söz yazmir. Bilirsiz niye? Cunki, bu insan sirf seneti ile meşqul olub. Kişilik simvolu. Bakili balasi. Allah rehmet elesin.

  • @IntiqamMuhmmd-bp5cp
    @IntiqamMuhmmd-bp5cp Год назад +1

    Çox təsirli bir dialoq.
    Amma, məndə bir iki şey əlavə etmək istədim. - Allah ! Nə var, nə yox!
    +Sağlıq, salamatlıq. -Allah özüm gəlim, yoxsa, kimi isə göndərəcəksən?
    + Narahat olma, mələk göndərəcəyəm!
    -Allah rahat yatmaq istəyirəm?
    +Narahat olma, tezliklə rahatlaşacaqsan.
    Əgər, ruhun rahatSa...

  • @mehdixudaml8873
    @mehdixudaml8873 3 года назад +3

    sizi çox sevirik

  • @zauresgerov6316
    @zauresgerov6316 Год назад

    Bu , KİŞİ milli simamız olaraq qalacaq. Sənətinin sənətkarı, mərdlik , insanlıq rəmzi.

  • @tbrizibrahimov9125
    @tbrizibrahimov9125 2 года назад +1

    Allah rəhmət eləsin gözəl, dəyərli sənətkarımıza

  • @elmiraeyyubova7428
    @elmiraeyyubova7428 2 года назад +1

    Tesekkurler .

  • @kifayetmirzayeva9552
    @kifayetmirzayeva9552 10 месяцев назад

    Allah her ikisine rehmet elesin

  • @humbatovamadina5571
    @humbatovamadina5571 Год назад +1

    Sadəcə möhtəşəm❤

  • @ceyhunmemmedov7517
    @ceyhunmemmedov7517 Год назад

    Şair öz düşüncələrini qələmə köçürüb . möhtəşəm

  • @ulfthaqverdiyev7353
    @ulfthaqverdiyev7353 2 года назад +1

    Çox dərin

  • @mamedov.f
    @mamedov.f 9 месяцев назад

    Men hecne deye bilmirəm...Ne deyim..söz aciz Tərif aciz..bir insan əzabını iztirabini bu qadar dahi yane qeleme almaq ve bu qadar ehtirasla men deyərdim əvəzolunmaz səviyyədə söyləmək...Bu esere ve bu ifaya tərif etmək mence çox ayıb ..çünkü bu fəlsəfi şeir ve ifa terifcun ne yazılmayıb nə deyilməyib..Bu ifa bu şeir sadece Həyatın özüdür!!!!

  • @fridabbas9848
    @fridabbas9848 2 месяца назад

    Tüklərim biz-biz …

  • @aybe.i-va
    @aybe.i-va 5 месяцев назад

    😢

  • @Murad-16-y8t
    @Murad-16-y8t 6 месяцев назад

    ÖLMƏYƏN İNSANLARDANDIR .... RUHUN ŞAD OLSUN...

  • @sevamaryam9427
    @sevamaryam9427 Год назад

    Allah rehmet elesin

  • @tamillaeliyeva5438
    @tamillaeliyeva5438 3 года назад +8

    Vaaayy.Dərin zəkali,xarizmatikli,düşündürən Kişilər.Kimlər getdi,sizin yeriniz əvəzolunmayacaqdir. 😡🤔

  • @sherefalieva1546
    @sherefalieva1546 2 года назад +1

    Həmişəyaşar korifey

  • @teraneqocayeva9504
    @teraneqocayeva9504 2 года назад

    Allah rəhmət eləsin Sizə

  • @nurlansadigov1875
    @nurlansadigov1875 Год назад

    Azerbaycan incesenetinin en deyerlilerinden..(NS)

  • @user-td1pt3dv9w
    @user-td1pt3dv9w 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @googleuser4053
    @googleuser4053 Год назад +1

    bele medeniyeti Azerbaijan daha gormiyecek

  • @zulufnizami1560
    @zulufnizami1560 3 года назад +1

    İlahi

  • @gulerquliyeva9931
    @gulerquliyeva9931 2 года назад +1

    💔💔💔

  • @nadirhuseynzade9922
    @nadirhuseynzade9922 2 года назад +1

    Kaşki bitməsə

  • @BahramMuzaffarli
    @BahramMuzaffarli Год назад

    Vaqif Səmədoğlunun yazdığı son şeir. Necesen sualina hemise yaxsi cavabin veririk ama ne cekdiyimizi sadece ozumuz bilirik. Neceki ne cekdiyini, nece agrilar cekdiyini hec kese demese de qeleme, kağıza tökən şair Vaqif Səmədoğlu..

  • @raufmuradov9434
    @raufmuradov9434 Год назад +1

    Allah hər iki dahi sənətkara rəhmət eləsin. Şer, səsləndirmə və musiqi üçü bir arada möhtəşəm.
    Musiqinin(piano)adını bilən varsa yazsın zəhmət olmasa.

  • @user-sv5bc9gi7l
    @user-sv5bc9gi7l 3 года назад +2

    Дехшет. Огрынын тарифи.

  • @adilimanli
    @adilimanli 4 месяца назад

    Mohteşem.
    Musiqinin adì nedir??

  • @mamedov.f
    @mamedov.f 10 месяцев назад

    Bu nedir???Bu qadar poetik yanaşma bu qadar heyecan olar?bele şeir demek olar Fuad?bele şeir yazmaq olar Vaqif??Yanı insan ôle bilər bu ifadan Vallah Billah ôlmedim böyük şeydi ..bu nedi mən anlamıram..Ve Fuad əzizim adashim seninUca Allah möhtəşəm yaradıb ...Yanı heçnə izah edə bilmirəm.

  • @mamedov.f
    @mamedov.f 9 месяцев назад

    Arxa fonda ki musiqi kimindir görən?ve adi nedir goren

    • @agshinazizov1496
      @agshinazizov1496 9 месяцев назад

      Xəyyam Mirzəzadə - İlıq dənizdə buz parçası

  • @artiflix
    @artiflix 2 года назад +1

    Musiqi kimindir?

  • @dusuncgucu290
    @dusuncgucu290 Год назад

    Allah rəhmət eləsin