Kimlər işsizlikdən sığorta ödənişi ala bilər?

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
    Bizi sosial mediadan izləyin:
    Facebook: / dma.sosial.gov.az
    Instagram: / dma.sosial.gov.az
    Linkedin: / dmasosialgovaz
    Veb-Sayt: www.dma.gov.az/

Комментарии • 2

  • @aytacatashova97
    @aytacatashova97 Год назад

    Mən işləmirəm işsizlkkdən siğorta ala bilərəm

    • @dmasosialgovaz
      @dmasosialgovaz  Год назад

      Salam. İşsizlikdən sığorta ödənişi aşağıdakı hallarda təyin edilir:
      1.Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda,
      2.Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər - işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajı olduqda.
      Bu göstəricilərə uyğun olduğunuz halda “Məşğulluq” altsistemində qeydiyyatdan keçmək tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə ona məlumat verilir. Ətraflı məlumat üçün İşsizlikdən sığorta haqqında Qanun: www.e-qanun.az/framework/36310