Ağdamın məşhur "Çay evi" yerində inşa ediləcək - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • #APATV #prezident #Ağdam #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Prezidentin izi ilə Ağdam rayonuna media tur təşkil edilib.
    Media nümayəndələri ilk olaraq Ağdamda Prezident İlham Əliyev tərəfindən açılışı olan “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasında olublar.
    Qarabağ Regional elektrik şəbəkəsinin direktoru Mircəlal Hüseynov media nümayəndələrinə bildirib ki, “AzərEnerji” tərəfindən inşa edilən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.
    Qurumun rəsmisi qeyd edib ki, yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilməklə yanaşı, əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib.
    Ağdama təşkil olunan media-tur çərçivəsində KİV nümayəndələri Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı təməli qoyulan 4-cü və 5-ci yaşayış kompleksinin ərazisində də olublar.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, 4-cü yaşayış kompleksi 14 hektara yaxın ərazidə salınır.
    Bəşir Hacıyev bildirib ki, yeni salınan yaşayış kopleksləri ilə yanaşı Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya - Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarına ayrılacaq. Onun sözlərinə görə, məşhur “Çay evi” Ağdamda salınacaq mərkəzi parkın ərazisində, əvvəlki yerində inşa ediləcək.
    Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, Ağdamda tarixi ənənələri qorumaqla müasir üslubda kənd salınacaq. O bildirib ki, Prezident İlham Əliyev Ağdama səfəri zamanı Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməllərini qoyub. Qeyd edib ki, daha öncə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndlərdə artıq fərdi yaşayış evlərinin inşasına start verilib.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin böyük mütəxəssisi Məmməd Məmmədov bildirib ki, Ağdam şəhərinin baş planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.
    Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub:
    Məmməd Məmmədov bildirib ki, Bərdə-Ağdam avtomobil yolu 20-dən çox yaşayış məntəqəsini əhatə edir. Onun sözlərinə görə, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun ümumi uzunluğu 44,5 kilometrdir. Qeyd olunub ki, Ağdam şəhərinin daxili yollarının tikintisinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.
    Media-tur iştirakçıları Xaçınçay su anbarında da olublar.
    Ağdam mexaniki suvarma idarəsinin müdiri Hafiz Əzimzadə bildirib ki, Ağdamdakı Xaçınçay su anbarı vasitəsi ilə 7 min hektar əkin sahəsinin suvarılması təmin ediləcək.
    İdarə müdiri onu da bildirib ki, Xaçınçay su anbarının suyu, subartezian quyularnın suyu ilə müqayisədə daha keyfiyyətli və daha zəngindir
    Qeyd edək ki, Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub.
    Emin Babayev, Fəzail Səfərov, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 3