AZƏRBAYCAN MİLLİ MUSİQİ ALƏTLƏRİ

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • AZƏRBAYCAN MİLLİ MUSİQİ ALƏTLƏRİ
    Azərbaycan xalqı lap qədim zamanlardan hələ zəngin musiqi mədəniyyətinə malik müxtəlif növ musiqi alətləri yaratmışdır. Azərbaycan xalq çalğı alətlərinin ən qədimi Qobustanda “qaval çalan daş” hesab olunur. Musiqi alətlərinin xüsusi məlumatları Azərbaycan klassiklərinin əsərlərində, Azərbaycan ədəbiyyatında, xalq dastanlarında, eləcə də musiqişünasların əsərlərində cəmləşmişdir. Orta əsrlərdə Azərbaycanda simli-mizrablı alətlər geniş yayılmışdır. “Kitabi-Dədə-Qorqud” dastanında da musiqi alətlərinə dair məlumatlar var - burada qopuz, zurna, nağara kimi alətlərin adları çəkilmişdir. Orta əsrlərdən bəri Azərbaycanda kamança, qopuz, rübab, cəng, səntur, qanun, şeypur, ərcənum, təbil, nağara, dəf kimi musiqi alətlərindən geniş istifadə edilməkdədir.
    Tədqiqatlardan məlumdur ki, Azərbaycanda 4 qrupa daxil olan 100-ə yaxın xalq çalğı alətləri məlumdur.
    Hal-hazırda da Azərbaycanda orkestrlərin, müxtəlif ansamblların tərkibində və solo ifaçılığında bu xalq çalğı alətlərindən istifadə olunur.
    Tar - ilk əvvəllər cəmi beş simli olan, səsi zəif, texniki imkanları məhdud bir alət idi. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli tarzəni Sadiq Əsəd oğlu (Sadıqcan) tarı təkmilləşdirərək onu virtuoz musiqi alətlərinin səviyyəsinə qaldırmışdır. Tar milli musiqimizin bəlkə də ən ifadəli, rəmzi alətlərindəndir.
    Muğamlarımızın ifası zamanı trioya daxil olan kamança Azərbaycan xalq çalğı alətlərinin ən parlaq nümayəndəsidir. İncə, məlahətli, melodik səsə malik kamançanın tarixi də digər xalq çalğı alətlərimiz kimi çox qədimdir. Kamançadan xalq çalğı alətləri orkestrində və ansambllarda əsas melodiyanı aparan solo aləti kimi istifadə edilir.
    Zərif, cınqıltılı səsə malik saz Azərbaycan aşıq sənətinin ayrılmaz hissəsidir. El arasında geniş yayılmış sazın əsl ifaçıları aşıqlardır. Aşıqların oynamaqları da, oxumaqları da məhz bu alətlə müşayiət olunur. İndiki dövrümüzdə saz xalq çalğı alətləri orkestrində və ansambllarda özünəməxsus yer tütür.
    Bir çox rayonlarda dəf adı ilə tanınan qaval ən qədim musiqi alətlərindəndir. Qaval bir tərəfinə balıq döşünün dərisi çəkilmiş ensiz, dəyirmi sağanaqdan ibarətdir. Muğamlarımızın ifasında üçlükdə əhəmiyyətli rol oynayan qaval xanəndə tərəfindən ifa edilir.
    Ən qədim musiqi alətlərindən biri də mizrabla çalınan simli alət olan Uddur. Udun yumşaq, ifadəli tembrində ecazkar bir qüvvə var - o, sanki uzaq keçmişin, ulu tariximizin səhifələrini gözlərimiz önündə canlandırır.
    Yumşaq, həzin tembrli Balaban xalq arasında ən çox sevilən alətlərdən biridir.
    Zurna isə öz güclü, zil səsi ilə fərqlənir. Ölkəmizin bir çox yerlərində ondan toy şənliklərində, yallı zamanı, güləş yarışlarında müşayiətçi alət kimi istifadə edilir.
    Nağara, eləcə də iki müxtəlif ölçülü çanaqdan ibarət qoşanağara aydın, güclü səsə malikdir və musiqimizin ritm çalarlarının nə qədər zəngin olduğunu parlaq nümayiş etdirir. Bu alətlər iki çubuqla və ya iki əllə çalınır. Orkestrdə ritmik cəhətdən əhəmiyyətli rol oynayır. Bu zərb alətlərinin notları bir xətt üzərində yazılır.
    Milli alətlərimiz həmçinin orkestr şəklində də səslənir. Azərbaycanda Xalq çalğı alətləri orkestrinin yaradıcısı Üzeyir Hacıbəyovdur. Orkestrin sonrakı inkişafı isə Səid Rüstəmovun adı ilə bağlı olmuşdur.
    Hazırda Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Milli mədəni sərvətimiz olan Azərbaycan muğamı, Azərbaycan tar ifaçılığı sənəti və Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Комментарии • 11

  • @guneshshukurov2630
    @guneshshukurov2630 5 лет назад +5

    Eziyyet çekib videonu hazırladığınız üçün teşekkürler 🙏🏻

  • @AliyaSalamli
    @AliyaSalamli 5 месяцев назад

    Iran deyir tar olarindi axi mene maraqlidi niye qorunmur bu musiqi aletleri hele ermenilerde onlari ogurlayir.

  • @aminersadll3474
    @aminersadll3474 7 лет назад +5

    Əla

  • @steeltv4015
    @steeltv4015 4 года назад +1

    Bunlar neçə simlidi

  • @Ayd876
    @Ayd876 5 месяцев назад

    Əla

  • @Qiyas_Qiyasov
    @Qiyas_Qiyasov 3 года назад +1

    ruclips.net/video/xrL3ixuhBEE/видео.html Milli rəqslərimiz - "Lətifə" rəqsi...

  • @allahyarlikendsenedkarliqk7620
    @allahyarlikendsenedkarliqk7620 4 года назад +1

    Çox sagolun

  • @elmira4939
    @elmira4939 3 года назад

    Əlaaa