SAÇ AĞARMASININ QARŞISINI ALMAQ ÜÇÜN SADƏ ÜSULLAR

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Saçların ağarmasının qarşısını almaq üçün möcüzəvi bir üsul, ya dərman yoxdur. Vaxtsız saç ağarma bəzən genetik, bəzən də qidalarda çatışmayan maddələrin nəticəsində baş verir. Vaxtından tez kimyəvi boyalarla saçları müxtəlif rənglərə boyanması da saçların tez ağarmasına təsir edir.
    Alimlər bildirir ki, əgər saçlarınız çox tez ağarmağa başlayıbsa, bu, orqanizminizdə bəzi vitamin və mineral çatışmazlığından xəbər verir. Məsələn, B12 vitamin əskikliyi uşaqlarda belə saç ağarmasına səbəb ola bilər. Fol turşusu isə proteinin bədən tərəfindən istifadəsində problemlərə yol açaraq, saçları tez ağardar. Erkən saç ağarmasını əngəlləmək üçün istifadə edilə biləcək digər vitamin və minerallar isə biotin, sink və inositodur. Bunları gündəlik qidalanma proqramınıza əlavə edə bilərsiniz.
    Bəs təbii üsullarla saçlarımızın sağlam olmasını necə təmin edə bilərik? Onların ağarmasının qarşısını almaq üçün nələr edək?
    Adaçayı ilə hazırlayacağınız durulama suyundan istifadə edərək, saçların ağarması prosesini yavaşlada bilərsiniz. Eynilə çay dəmlədiyiniz kimi, 2 stəkan qaynamış suya 2-3 çay qaşığı adaçayı töküb, 10-15 dəqiqə dəmləyin. Sonra süzüb soyudun. Bu qarışıqla saçlarınızı isladın. Tamamilə quruduqdan sonra ilıq su ilə təkrar durulaya bilərsiniz.
    Soğanın gözlərinizi yandırmamasına diqqət edərək, saçlarınızdakı ağları yox etmək üçün istifadə edə bilərsiniz. Soğanın qabığını soyduqdan sonra yaxşıca əzin. Saç diblərinə sürtüb 30 dəqiqə gözləyin, sonra şampunla yuyun.
    Bu prosesdən bir neçə gün sonra ağarmış saçlarınız yenidən tündləşməyə başlayacaq. Gündəlik istifadə etsəniz, daha yaxşı nəticə əldə edəcəksiniz.
    Eyni miqdarda hindqozu yağı və limon suyunu götürüb qarışdırın. Əgər ölçüdə tərəddüd edirsinizsə, hərəsindən 3 çay qaşığı götürə bilərsiniz. Bu qarışıqla saç diblərinizə 3-5 dəqiqə masaj edin. Bir saat saxladıqdan sonra şampunla yuyun. Hər gün bu üsulu təkrarlayın.
    Kök suyu həm sağlamlıq baxımından faydalıdır, həm də ləzzətlidir. Hər gün kök suyu için. Həm də saçları gücləndirib tökülməsini əngəlləyəcək.
    Son olaraq isə saçlarınız yaşınızdan dolayı ağarmışsa bunu dərd etməyə dəyməz.
    Bəxtiyar Vahabzadə demiş, “Şərəflidir el yolunda qara saçın ağarmağı!” Bu ağ saçın hər dənəsi yaşamınızın xatirə vərəqləridir. Onlarla qürur duyun.

Комментарии • 32

  • @ulker7276
    @ulker7276 3 года назад +36

    26yaşım var. Saçlarım o qeder ağarıbki. Yaşanmışlar xatireler deyirsiz. Xoş xatireler saç ağartmır...çətinlikler, şerefsizlikler,zülmler,yalnış insanlardı saçlarımızı zamanından tez ağardan. Belə xatireleri kim isterki? Maddi çətinlikler sine germek olur,yenə deyirsen övladlarım üçün dözerem. Ama həyatındaki yalnış insanlar, her kəsin sene destek deyil köstek olması, hayatını keçireceyin insanın varlığının ypxluğundan daha zererli olması, çürüdüyünü bile bile olanlara dözmek.ömrünün boşuna keçdiyini gördüyün halda övladların üçün çırpınmaq,övladlaının eslinde senden başqa heç kiminin olmadığını görmek, uşaqlarının gözlerine baxa bilmemek,ki onlara yalnış ata verdiyini bilirsen ve bu utancla yaşamağa mehkum olmaq,.... 7ildi sürünesen, ya düzelsin yada ölsün dileyile yaşamaq,düzelmiyeceyini bildiyin halda yaşamaq.gel bide saç ağarmasın. 26yaşda arzuları puç olmuş.artığ xəyal qurmağı unutmuş bir qadın üçün o ağ saçlar ağrı acıdan başqa bişey deyil. Belə xatireleri kimseye arzulamıram. Bilmirem nədənsə üreyimi yazaraq boşalda bildim.bezen qızım yatdığı yerde ona baxıb öz özme danışıb üreyimi toxdadıram. Oxuyan olmuyacaqnı düşünerek yazdım. Beynim o qeder doluduki. Yazıb biraz toxdadım.

    • @srf6446
      @srf6446 2 года назад +1

      ey qardaşş

    • @nubarb6410
      @nubarb6410 2 года назад +2

      Allah sizə kömək olsun😔

    • @aze.202
      @aze.202 2 года назад +2

      Allah o sıxıntılarınızın mükafatını verər inşallah

    • @sirinkedi6844
      @sirinkedi6844 2 года назад

      Oxudum ve uzuldum sen tek deyilsen

    • @imranekberli2933
      @imranekberli2933 Год назад

      Allah komeyiniz olsun🙏 insaAllah tezlikle bu cetin gunleri atlatarsiz.

  • @user-ms8bp5xm5h
    @user-ms8bp5xm5h 6 месяцев назад +2

    Ən gözəl vasitə cücərmiş bugda yemək hər gün bir x. qaşığı sınaqdan çıxarmışam

  • @kananhasanli1512
    @kananhasanli1512 2 года назад +9

    Saçların ağarması çox vaxt vitaminsizlik birde guclu stressden olur - hekime gedin vitamini yoxlatdırın - imkan olanda idman edin kitab oxuyun stress den qaçasız - men idman edende stress çox aşağı düşür - indiki dovurde vahşem stress çoxdu

    • @altayeliyev4091
      @altayeliyev4091 Год назад +1

      Ağ saçlarin tòkülməsi mümkündürmü

    • @kananhasanli1512
      @kananhasanli1512 Год назад +1

      @@altayeliyev4091 bunu artiq hekimle dansimaq lazimdir - internetden de arasdira bilersiniz - mence ağ tukde diger saclar kimi tokulur amma yerine yene ağ çıxır

    • @durnisliyeva2670
      @durnisliyeva2670 Год назад

      Bəli stressdən mənim saçım tam töküldü.80 faiz.Demək olar tük qalmadı.Qəfl qrup yoldaşım rəhmətə getdi .Saçım həm də dəhşət ağardı.Bu iı isə atam rəhmətə getdi.2 ildir iki sevdiyim insanın yoxluğu məni çox pis vəziyyətə saldı.Tək qaldım.Çünki mənim atam idi evimizə bağlayan.Anam,qardaşım,bacım hər zaman mənə dönük idilər.Atam getməklə mən yox oldum.Ən çox da saçımda əks olundu.Mən illərcə yolunda süründüyüm hər kəsdən uzaq(stressdən uzaq)bir həyat seçdim.Saçıma sibir məhsulu olan koren aldım masaj etdim iki saat saxlayıb sonra yuyuram.Saçınızın dibinə yaxşıca sürtün sonra sibir məhsulunun bibərli şanpunu ilə yuyun.İnanın necə dayanır saç tökülməsi.E vitamini,zn vitamini də qəbul edin.Əgər d3 vitamini çatışmırsa onu da gündüz 12 yə qədər qəbul edin tövsiyə olunam dozada.Ondan sonra tam dayanacaq saçınızın tökülməsi.Mən sibir məhsullarını hədsiz bəyənirəm

  • @elcinhidayetov1796
    @elcinhidayetov1796 Год назад +3

    ALLAHIN yaratdigi bitkiler hami sefalidi duzgun gidalanmag lazimdi neyi geldi yeyirik helbetde agaracag tokulecek SSRin kisilerinin sekillerine baxirsan saclari qaradi cunku yedigleri temiz gidalardi

  • @elnarmemmedli4261
    @elnarmemmedli4261 2 года назад +3

    o şerileri bizde bilirik care bilirsiz deyin bu

  • @vusaleeliyeva3154
    @vusaleeliyeva3154 Год назад +2

    xanim salam emimin arvadi deyir ki menim bibim 63_65 Yaşı var neçe yaşı var onun başında bir dene ağ tük yoxdu utandıqından başını bağlıyırki demesinlerki neçe yaşı var saçı hele qaradı mence insanın turşuluqu neyi ise çatışmşır odu yaşla elaqesi yox fikrim bu qeder

  • @nurlanmemmedov3939
    @nurlanmemmedov3939 2 года назад +5

    Videoda soğani qazana atib qaynadir ama xanim deyir ezib surtun hansin edek indi

    • @yaqubqasmov3824
      @yaqubqasmov3824 Год назад

      Məncə fərq etmir qaynadıb töksək daha faydalı olar

  • @ElnuraLatifova-cz7zc
    @ElnuraLatifova-cz7zc 2 месяца назад

    Fol turşusu saçini agardir ?

  • @raufrauf1556
    @raufrauf1556 6 месяцев назад

    Bundan sonra day ağarmayacaq????

  • @resulresul2353
    @resulresul2353 Год назад +1

    Xanım deyirki soğanı əzin başınıza vurun amma orda görsənir soğanı qaydadıb indi biz hansın eliyək??¿¿😒😕

    • @talehehmedov5655
      @talehehmedov5655 Год назад

      Ehtiyyac yoxdu qaynatmaq sadece tyorkadan keçirin sonrada suyunu götürün çekin. Mən məsləhət görərdim elavə edin ora bir iki mehsul məsəlçün aloe yağ və yumurta ağını elave edin. Çünki tek soganla elede nese olmaz məncə bunu bir çox saç mutəxəsislər bildirib.

    • @elnurmemmedov9431
      @elnurmemmedov9431 Год назад +1

      @@talehehmedov5655 salam aloe yaqi nekmi yerlerde olur? Zehmet olmasa

    • @talehehmedov5655
      @talehehmedov5655 Год назад

      @@elnurmemmedov9431 Eleykum Salam apteklerde olur.Dermosir firması olandan alın cox keyfiyetli olur. Onan olmasa medoil yada arifoğlu firması məsləhət görürəm

  • @QedirFerzeliyev
    @QedirFerzeliyev Год назад

    20 yaş tamamdi saç 50 % faiz ağarib

  • @aynurmusayeva8614
    @aynurmusayeva8614 Год назад +2

    Hamisi yalandi

  • @amilquliyev4675
    @amilquliyev4675 2 года назад +1

    Xeyrin goren var?