Güzgü - 02.06.2022 | Seyran Səxavət

Поделиться
HTML-код
  • Опубликовано: 1 июн 2022
  • "Güzgü" verilişinin bu sayı "Şuşa-270", "Şuşa İli" adlanır. Verilişdə yazıçı Seyran Səxavət qalalıların xasiyyət və adətlərindən, dərin yumorlarından danışmaqla, bu buraxılışda həm də uşaqlığından miras qalan zəngin xatirələrini səhifələyəcək. Əsərlərindəki koloritə, obrazlarının leksikonundakı codluğa, şirinliyə, sərtliyə görə özünü doğulduğu Qarabağa borclu sayan Seyran Səxavət Qarabağ haqqında ən gözəl əsəri Ali Baş Komandanın və şanlı Azərbaycan ordusunun yazdığını vurğulayır.
    Verilişin ssenari müəllifi Turan Uğur, rejissoru Şövkət Fikrətqızı, aparıcısı isə Xalq artisti Mehriban Zəkidir
    Copyright © Mədəniyyət TV
    RUclips kanalına abunə olun: bit.ly/2BpXnnT
    Facebook - bit.ly/39jZ96G
    İnstagram - bit.ly/30IIVjB
    RUclips - bit.ly/39tyzYL
    Rəsmi sayt: bit.ly/2OMoBrU
    İnsanların zövqünün formalaşmasında, mədəni səviyyəsinin yüksəlməsində mətbuatın, ən əsası isə telekanalların rolu danılmazdır.
    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında yaradılmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir.
    “Mədəniyyət” kanalının əsas məqsədi Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövqünü formalaşdırmaqdır.
    Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı hazırlanan dövlət proqramları və Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı sərəncamları təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var.
    “Mədəniyyət” kanalının yaradılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
    #AZTV #MədəniyyətTV

Комментарии • 19

  • @Sevda5301
    @Sevda5301 6 месяцев назад +6

    Bu gözəl insani kəşf etdiyimə görə ALLAHima şükürlər olsun.

  • @ruhengizresidova9677
    @ruhengizresidova9677 Год назад +18

    Seyran Səxavətin söhbətlərinə qulaq asmağın özü universitet bitirmək kimi bir şeydir. Eşq olsun ❤️.

  • @imanhaxiyev9936
    @imanhaxiyev9936 10 месяцев назад +7

    Seyran müəllimə qulaq asanda Seyran müəllimin öz təbirincə desək; mən kef edirəm! Allahın səlamı olsun "köhnə kişi" Seyran müəllim sizə.

  • @lalezeynalli2133
    @lalezeynalli2133 10 месяцев назад +6

    Seyran m.cox gözəl insandır.Allah can saglıgı versin

  • @vafaahmadova4762
    @vafaahmadova4762 Год назад +9

    Seyran Səxavətin müsahibələri insana mənəvi qida,zövq verir

  • @AydinZeynalov-lz6ec
    @AydinZeynalov-lz6ec Год назад +5

    Allah sizi qorusun Seyran bey. Azerbaycanin nomre 1 yazicisi

  • @maraqdairesi3106
    @maraqdairesi3106 Год назад +4

    Allah sağlıqlı,uzun ömür nəsib eyləsin Seyran Səxavət🤲🤲çox gözəl sənətkar,çox səmimi şəxsiyyətdir,eşq olsun,şükür ki,sizinn kimi yazarımız var,Allah qorusun belə gözəl İnsanları🤲🤲dinlədikcə insanın ruhu gözəlləşir

  • @ezizqehremanli6721
    @ezizqehremanli6721 9 месяцев назад +1

    Hər ikimizə Uğurlar olsun

  • @milli953
    @milli953 3 месяца назад +2

    Hec indi də Qarabağ bizdə deyil. İti qovub ayını gətirmişiksə,azad Qarabağdan söhbət gedə bilməz. Rus girdiyi yerdən qansiz çıxmır

  • @ibrahimjafarov6835
    @ibrahimjafarov6835 Год назад +5

    Salam Seyran nətəhərsən çoxdandır görmürəm səni,illər ötür həmişə bir yerdə olduğun dostları itirirsən allah səni sağlam eləsin sənin cavanlığında sevdiyin qıza yazdığın şeir tez tez xatırlayıram
    Keçən il bağınızda məni çalıb incidən arınıda sevirəm
    Evinizin başına mənim kimi dolanan barınıda sevirəm.
    Cavanlıq xatirələri yaddan çıxmaz.

  • @kifaytcfrova8792
    @kifaytcfrova8792 5 месяцев назад +1

    Öz özümə çox.əsəbləşirəm , nədən Seyran Səxavət təamınıdan xəbərsiz olmuşam , gecikmiş olsamda hələ indi dadmışam .

    • @Salamayqam
      @Salamayqam 3 месяца назад +1

      Ona görəki telekanazasiyalarda axşamakimi ,iarx 1,2 yaxşılardan,üzden iraxları fayşələri görsədirlər

  • @vaqifbdlov3667
    @vaqifbdlov3667 5 месяцев назад

    HAMI GÖZƏL DANIŞA BİLƏR.
    AMMA. GÖZƏL YAZMAQ . BAX BU VACİB MISƏLƏDİR

  • @erestunsadiqov6699
    @erestunsadiqov6699 Год назад +4

    Mehriban xanım,salam.Seyran Səxavət mənim üçün böyük məktəb,mən sizin kitablarnızı tapa bilmirəm,və mən kitabxanaçıyam oxucuya cavab vermək çətindir.

    • @jamalovshamil7777
      @jamalovshamil7777 Год назад +3

      Sehran müəllim,size qulaq asdıqca inşanda həyat eşqi yaranır. Yaxşi ki,siz varsınız. Sizə uzun ömür,can sağlığı arzulayıram.

  • @vaqifmmmdov7159
    @vaqifmmmdov7159 3 месяца назад

    Kaş SEHRAN MÜƏLLİM BİLƏYDİKİ ONUN TƏRİFLİ STEDADLİ DOSTU FUAD POLADOV ŞƏXSƏN MƏNİMDƏ HÖRMƏTLİ DOSTUM İDİ ALLAH DOSTUMUZ FUAD POLADOVA RƏHMƏT ELƏSİN

  • @vaqifmmmdov7159
    @vaqifmmmdov7159 3 месяца назад

    Bu SEYRAN MƏLLİM MƏNİM ÜRƏYİMİN İÇİNNƏN DANİŞİR

  • @user-xh5de1gw7n
    @user-xh5de1gw7n 10 месяцев назад +1

    Demək siz mütaliədən uzaq adamsınız