"Fənərbağça" "Olimpiakos" səddini keçə bilmədi - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 17 апр 2024
  • #APATV #idman #futbol #konfrans #liqası #fənərbağça #olimpiakos #brügge #paok #fiorentina #viktoriyaplzen #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
    Konfrans Liqasında yarımfinala vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib. Belçika təmsilçisi "Brügge" ilk görüşdə 1:0 hesabı ilə məğlub etdiyi Yunanıstan PAOK-dan bu dəfə də üstün olub. Səfərdə yunanlara 2-0 hesabı ilə qalib gələn belçikalılar yarımfinala vəsiqə qazanıb.
    İtaliya "Fiorentina"sı Çexiyada keçirilən ilk görüşdə qolsuz heç-heçə etdiyi "Viktoriya Plzen"i doğma meydanda qəbul edib. Bu qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmadığı üçün əlavə 30 dəqiqə oynanılıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Florensiya təmsilçisi adını 1/2 finala yazdırıb.
    İngiltərə təmsilçisi "Aston Villa" ilk görüşdə 2:1 hesabı ilə qalib gəldiyi "Lill"lə bu dəfə Fransada qarşılaşıb. Premyer Liqa klubu rəqibinə eyni hesabla uduzduğu üçün əlavə vaxt oynanılıb. 30 dəqiqədə də qapılara top vurulmadığına görə penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan qonaqlar yarımfinala vəsiqə qazanıblar - 4:3.
    Yunanıstanda keçirilən ilk görüşdə "Olimpiakos"a 3:2 hesabı ilə uduzan "Fənərbağça" bu dəfə eyni rəqiblə İstanbulda üz-üzə gəlib. "Sarı-lacivərdilər" əsas və əlavə vaxtda 1:0 üstün olduğu üçün penaltilər seriyası oynanılıb. Burada isə daha dəqiq oynayan yunanlar (3:2) adını yarımfinala yazdırıblar.
    1/2 finalda"Brügge" "Fiorentina" ilə, "Aston Villa" isə “Olimpiakos”la qarşılaşacaq.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi X səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии •