Zaqatalinski Serxan - Yeni Meyxana 2021

Поделиться
HTML-код
  • Опубликовано: 16 апр 2021
  • söz/mus: Ruslan Qaxlı aranjiman: Nurşan
    ►Musiqi - səsli bədii obrazlara gerçəklikdə əks etdirən insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir.
    Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Yunan rəvayətlərinin birində Orfey oxuduğu gözəl nəğmələrlə tanrıları və adamları heyran edir, təbiətin kor qüvvələrini ram edirdi. Ümumi musiqi terminləri italyan dilindən götürülmüşdür. Buna intervaları nümunə göstərmək olar. Musiqidə 7 not var: do, re‚ mi, fa, sol, lya, si.
    Müasir insanın 160.000 il əvvəl Afrikada yarandığı güman edilir. Təxminən 50.000 il əvvəl insanlar həyat üçün yararlı qitələrdə məskunlaşmışdır. Tarixçilər təcrid edilmiş bir qrup tayfaların belə musiqisi olduğunu nəzərə alaraq ilk musiqinin də məhz Afrikada yarandığını güman edirlər. Afrikada yaranması güman edilən musiqi, 50.000 ildir ki, insan həyatının ayrılmaz bir hissəsinə çevrilmisdir.İstənilən musiqi əzələlərdəki yorğunluğu aparır və hərəkət qabiliyyətini artırır. Məlumatın aydın və konkret olaraq qəbul edilməsini təmin edir. Musiqinin insana təsirini araşdıran alimlər klassik musiqinin insana möcüzəvi təsirini müəyyən etmişlər. Burada daha çox Motsart, Vivaldi, Qriq, Bethoven, Șubert, Șuman, Çaykovski kimi bəstəkarların əsərləri vurğulanmışdır.
    Meyxana Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrdir. Əsasən, Bakı kəndlərində geniş yayılmışdır.
    Onu adətən iki və daha artıq şair-müğənni müaşirə şəklində bədahətən söyləyir. Meyxana janrının özünəməxsusluğu, kolorit əlvanlığı daha ifadəlı, dərindir. Meyxanaya bu təkraredilməz görkəmi verən amil - müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkili meyxana janrının qədim tarixə malik olduğunu göstərir.
    Təkcə XX əsr ərzində meyxana janrı üç inkişaf mərhələsi keçmişdir. Bu mərhələlər Azərbaycan xalqının həyatında son dərəcə mürəkkəb, ziddiyyətli hadisələrlə dolu dövlərə təsədüf edir. 1920-ci il aprel inqilabından sonrakı dövrdə yeni idealogiyanın yayılması üçün meyxanaya geniş meydan verilmişdir. Meyxana "Tənqid-tətbiğ" teatrının repertuarında və ümumiyyətlə bədii ədəbiyyatda, o cümlədən səhnə əsərlərində mövqe qazanmışdır.
    1941-1945 illər müharibə dövründə meyxana xalqın sirdaşına çevrilir, ona ürək-dirək verir, ümidini inamını, etiqadını artırırdı.
    Keçən əsrin 90-cı illərindən başlayaraq meyxana üçünçü inkişaf mərhələsinə qədəm qoymuşdur. Lakin ölkə müstəqillik yoluna qədəm qoyduğu bir zamanda meyxana janrına artıq keyfiyyətcə yeni münasibət bəslənir: telekanallarda meyxana yarışları keçirilir, ustad sənətkərları el şənliklərinə dəvət olunur, meyxana topluları nəşr edilir və nəhayət, meyxana tədqiqat obyektinə cevrilir.
    Meyxana - xalq şeirinin müasir dövrdəki davamı, inkişafıdır. Hər dövrün öz meyxanası var. Zamanın nəbzini tutan, onu yaradan mühitin koloritini əks etdirən bu janr həmişə folklorla bağlı olmuş, daim xalqın arzu və istəklərini əks etdirmiş, dövrün çatışmazlıqlarını qamçılamışdır.
    Meyxana janrının quruluş və struktur baxımından bir-birindən seçilən növləri vardır:
    a) qafiyəli meyxanalar
    b) rədifli meyxanalar
    v) beyt meyxanalar
    q) qafiyəsiz meyxanalar, bədihələr
    #aboneol #like #share
  • ВидеоклипыВидеоклипы

Комментарии • 14