Kamran M. YuniS - Yol gedirəm...

Поделиться
HTML-код
  • Опубликовано: 11 июн 2024
  • #kamranmyunis #kamranyunis #vasifarifoğlu #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya
    Kamran M. YuniS - Yol gedirəm...
    Bəstəkar - Vasif Arifoğlu
    Kaman - Xəyyam Əhrar
    hələ dünən yox srağa gün idi doğulduğum gün.
    Əlimi uzatsam,
    çatacaq məktəb illərimə,
    oturduğum partaya,
    əlifba kitabıma da.
    Çevrilib geri baxsam,
    Anamı da görəcəm, atamı da...
    Sanki, uşaqlığımın saçlarına sığal çəkəcəm,
    ağlayan gözlərimdən siləcəm,
    göz yaşlarımı da...
    Yox, yanılmıram...
    dünən idi, ya da srağa gün.
    Amma... artıq 49 dan 50 yə gedirəm...
    Çevrilib baxıram, geriyə,
    Ha uzadıram...
    Ha uzadıram əlimi,
    Çatmır ki, çatmır əlim...
    nə uşaqlığıma, nə Anama, nə Atama...
    Amma yol gedirəm...
    gedirəm... gedirəm... gedirəm...
    Yenə də, üzü Anama, üzü Atama doğru
    Amma daha bu dünyada yox,
    indi üzü o dünyaya...
    yol gedirəm.
  • КиноКино

Комментарии • 23

  • @lolaazeri3917
    @lolaazeri3917 29 дней назад +3

    Həmişə var olun.
    BİZİM DƏYƏRLİ SƏNƏTKARIMIZ.👏👏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 29 дней назад +4

    Gecəniz xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @yeganequliyeva664
    @yeganequliyeva664 29 дней назад +5

    Allah dünyadan köçən Ata, ananıza rəhmət eləsin! Allah canınızı sağlam, ömrünüzü uzun və sağlıqlı, eləsin Ustad! Amin!🤲

  • @fatimulusoy4228
    @fatimulusoy4228 28 дней назад +4

    Sabahınız xeuir deyerli senetkar

  • @gulnazsadqova28
    @gulnazsadqova28 28 дней назад +2

    Dəyərli sənətkarımız!!!Ulu tanrıdan Sizə sağlıq diləyirəm ❤🙌👏🎉💐

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 29 дней назад +2

    əslində insan doğulan gündən ölümə tələsir...varolun Ustad

  • @user-mw3fb1uk8j
    @user-mw3fb1uk8j 28 дней назад +2

    ALLAH ATANIZA ANANIZA RƏHMƏT ETSİN🤲

  • @user-qd5jv1ki5r
    @user-qd5jv1ki5r 29 дней назад +1

    Saqol sənətkar

  • @elmarammmdova882
    @elmarammmdova882 29 дней назад +2

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.Təşəkkürlər sizə.Allah qorusun sizi.

  • @VusalBdlova-xu7tb
    @VusalBdlova-xu7tb 29 дней назад +2

    Allah sizi qorusun, qəlbi təmiz, gözəl insan. Valideynlərinizin də ruhu şad olsun, allah rəhmət eləsin. Kədərli notlara köklənməyin çox, təəssüf ki, həyatin bir üzü soyuqdu. Yenə də çox xoş oldu sizi dinləmək.

  • @PakizeMuxtarova
    @PakizeMuxtarova 28 дней назад +1

    Çox kövrəldim 😔😔😔

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 28 дней назад +1

    Ha uzadıram çatmır ki əlim😢

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 28 дней назад +1

    Qələminizə qüvvət, səsinizə qüvvət, dəyərli Sənətkarımız.
    Şeir çox təsirlidir.
    Bu aylar, hər tədris ilinin sonu qəribə hisslər qəlbimizdə hökmranlıq edir.
    Keçən illərə boylanıb uşaqlıq, məktəbli olduğumuz illərə xəyalən səfər edirik..
    Ömrün ən gözəl günlərini xatırlayırıq, "kaşkilər" qəlbə közü qonaq edir, gözlər göz yaşından çay dəmləyir, Ustad.
    Dil isə - qocaldım söyləyir..

  • @SabrinaIslami-wl1cz
    @SabrinaIslami-wl1cz 28 дней назад +1

    Bu insan niye bele mukemmel ❤️😘

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 29 дней назад +1

    Təşəkkürlər .

  • @raulagayev1657
    @raulagayev1657 29 дней назад +2

    🙏🙏

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 29 дней назад +3

    üzü Atama doğru....

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 28 дней назад +1

    👍🎧

  • @useruser5401
    @useruser5401 29 дней назад +1

    😔

  • @nezaketletifova1118
    @nezaketletifova1118 28 дней назад +4

    Sabahınız xeyir Kamran mellim.Ay qardaş 50 yaş nediki.her il pensiya yaşını 6 ay qaldırırlar.Millet pensiyaya geden yolla qaçır.Qaçmaqda en gözel idmandı.idmanda sağlamlıqdı.Bu qaçışla biz vallahi günü günden cavanlaşıb, "men bu gözel dünyadan nece el çekim" deyib, 150 yaşacan yaşayacağıq😂

  • @behbudovamanzar
    @behbudovamanzar 29 дней назад

    Bunlarin hamisi tək qalmaqdandir!Gərek belə düşünməyə sən!Hami rəhmetlik Nəsibə xanım demişkən " ev eşik hayinda..."Soz tapmıram,fikrimi ifadə etməyə!Usaqliga dönmek,məktəb illərin,valideynləri xatırlamaq olar,lakin???Onlara tərəf yol getmək...Bu dunyada o qədər görməli işlər var ki? Ölkəyə xeyirli!Onsuz da axırı ölümdür! Aşıq Ali gözəl deyib:"Olum haqdır, çıxmaz olmaz əmrdən!İpək tora halqa salma dəmirdən!Aydir, gündür gəlir kecir ömürdən! Tələsirik gorən yaza nə qaldi?"Bu mahnini eşidəndə qış vaxtı idi!Kenddə elə xosbext idik ki..Dogrudan da yazin gəlməyini həvəslə gözləyirdik!Heyf o günlərdən!Sonra men seiri axtartdim! Elə də gozel deyildi!Sadəce Zeynəb xanim onu belə gözəlləşdirmisdi! İndi də bu qədər insanin sevdiyi bir insanin belə sözlər yazmasi,həyatdan küskünlük deməkdir!Gah dostları vəfasiz cixib,kurəyinin ortasindan bıçaqlayır,gah da bu gözəl dünyadan,sevdiyi işindən,sevdiklərinden ayrilib getmək istəyir!Deməli,biz artiq maraqsiz insanlariq!Əlbəttə ,maraqlilari da var!Biz dən maraqli olanlar!Onlari axtarib tapmaq gərəkdir!Həyatin mənasi mubarizədir! Əgər ! bütün arzular hamisi yerinə yetsəydi???Daha maraqlı heçnə olmazdi!Burada bir qonsumuz var!3 oglunun 3 _ ü de ölüb!Biri 1992_ də ! Qubadlıda səhid olub!Hələ onun qəbrini görməyib! Sonra əri də öldü!Oglunun biri də çox gənc yaşında qəzaya düşdü!Ortancil da xəstəlikden öldü!Cox güclü qadındır!Bilirsiniz necə edir?İldə necə dəfə özünü müalicə etdirir!Gozəl yeməklər bisirir!Və... gününü seriallara baxmaqla keçirir!75 yasi var!Hec vaxt ölməyi düşünmür!...Mən ona o qədər yazilar yazmisam ki...Və...adam nikbin olmalıdır!