DSX-dən Xəzər dənizində əməliyyat | Hadisə yerindən anbaan görüntülər

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • DSX-dən Xəzər dənizində əməliyyat | Hadisə yerinədən anbaan görüntülər
    Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkar olunub.
    Bu barədə Dövlər Sərhəd Xidmətindən məlumat yayılıb. Qeyd olunub ki, aşkarlanan hədəfin saxlanılması məqsədilə sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilib, sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb və təqibetmə əməliyyatına başlanılıb.
    Sərhəd pozucusu üzmə vasitəsinin bortunda olan naməlum əşyanı dənizə ataraq ərazidən uzaqlaşmağa cəhd göstərən zaman sərhəd gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb.
    Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı, 1995-ci il təvəllüdlü Bəhnam Bəndə Muhamməd saxlanılıb.
    Axtarış tədbirlərinin davamı olaraq sərhəd pozucusunun təqibetmə əməliyyatı zamanı dənizə atdığı 2098 qutu siqaret aşkar olunaraq götürülüb.
    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    DSX-dən Xəzər dənizində əməliyyat | Hadisə yerinədən anbaan görüntülər
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #dsx #xəzər #xəzərdənizi #iran #sərhəd #iransərhədi #hadisə #iranvətəndaşı #dövlətsərhədxidməti #sahilxətti

Комментарии • 1