Boğaz ağrısını kəsən MÖCÜZƏ ÇAY - Həkimlər niyə demir?

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • #кашель #öskürək #boğazağrısı
    #birbax #sağlamlıq #azerbaycan #xalqtəbabəti #herbaflora
    Qış ayları, soyuq havalar, səhər erkəndən oyanıb işə getmək, yol çıxmaq, soyuq küləkdə titrəmək... Hə, bunların hamısı boğaz ağrısının səbəbi ola bilər. Pandemiyadan sonra hər insanın canında bir xof qalıb; gəlin, etiraf edək. Ən xırda soyuqdəymə simptomu belə, bizi qorxudur. Əlçatan və effektiv çıxış yolu axtarmağımız təbiidir. Bəli, tam təbii. Elə bu gün sizə boğaz ağrısı, öskürək və infeksion viruslar zamanı köməyimizə çatacaq təbii vasitələrdən danışacam. Siz də soyuqdəymə zamanı evdə etdiyiniz təbii müalicə üsulları halqda elə indi şərh bölməsinə yazın. Videonun sonunda hamısını oxuyub, cavab yazacam.
    Boğazda qıcıqlanma, öskürək, bəlğəm səbəbsiz yaranmır. Əgər bunları tez aradan qaldıran dərman axtarırsınızsa, bu videoda hər hansı bir dərman tövsiyyəsi verməyəcəyik. Dərman əvəzinə, sadaladığım problemlər zamanı sizə kömək edəcək təbii vasitələri haqqında danışacam.
    Burundan və ya boğazdan orqanizmə daxil olan mikroorqanizmlər soyuqdəymə səbəbilə inkişaf edir, çoxalırlar. Orqanizm bu “dəvətsiz qonaqların” çoxalmasının qarşını almaq üçün bəlğəm istehsal etməyə başlayır. Bəlğəm boğazı daim qıcıqlandırdığıl üçün insan öskürməyə də başlayır. Qrip mövsümündə öksürəyi burun axıntısı yaradır. Burundakı selik gənziyə sıçrayır, orada qıcıqlanma baş verir, insan öskürür.
    Hər kəs müəyyən vaxtlarda boğazını təmizləmək üçün öskürə bilir. Lakin bu öskürəyin sayı çoxdursa, üstəlik sizi narahat edən hala gəlib çatıbsa, mütləq nələrsə etməlisiz.
    Hər iki məhsul traxeit, kəskin və xroniki bronxit, pnevmoniya və göy öskürəyin müalicəsində yanaşı olaraq köməkçi vasitə kimi çox gözəl effektə malikdir.
    Məhsulların tərkibindəki dəvədabanı, bağayarpağı, şirin biyan kökü aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı tənəffüs yollarındakı qatı bəlğəmi durulaşdırır, bəlğəmin xaric olunmasını asanlaşdırır. Şirin biyan kökü bronxial astma, göyöskürək kimi tənəffüs sistemi xəstəlikləri zamanı uzunsov beyindəki tənəffüs mərkəzinin, beyin yarımkürələri qabığındakı öskürək mərkəzinin qıcıqlanmasının önünə keçir, öskürək əleyhinə təsir edir.
    Bronxonat şərbətinin tərkibində allergiya əleyhinə güclü təsir göstərən Bənövşə otu da var. Bənövşə otu allergik fonda baş verən bronx spazmına da müsbət təsir göstərir. Məhsul immuniteti də yüksəldir. Bronxonat şərbəti Teabronx çayını Aptek və Fito Clublardan əldə edə bilərsiniz.
    Qış mövsümündə qorxumuza çevrilən boğaz ağrısını azaltmaq üçün başqa nələr edə bilərik? Hansı bitki çayları köməyimizə çata bilər? Gəlin bir az da onlardan danışım.
    Çobanyastığı çayı. Udqunarkən boğazınız ağrıyır? Çobanyastığı çayı dəmləyin! Qədimdən bəri, çobanyastığı boğaz ağrısı ilə mübarizə məqsədilə istifadə edilməkdədir. İltihab əleyhinə və antioksidant xüsusiyyəti sayəsində soyuqdəymənin əksər simptomlarını yox edir. Boğazda ağrıları yaradan infeksiyalar çobanyastığı qarşısında məhvə məhkumdur. Boğazdakı hər hansı problemdən dolayı, səsiniz batıbsa, çobanyastığı çayı cəmi, bir günə səsinizi özünüzə qaytaracaq;
    Nanə çayı. Uzunmüddətli boğaz ağrısının ən yaxşı çarəsi nanə çayıdır. Nəfəs tıxanıqlığı varsa, nanə çayını mütləq dəmləyin. Tərkibindəki mentol öskürəyi azaldır, boğazdakı, ümumiyyətlə, nəfəs yollarındakı iltihablanmanı yox edir. Nanə antibakterial və antivirus xüsusiyyətlərə də malikdir. Bu möcüzəvi bitki infeksiya ilə savaşmaqda bütün bədənə dəstək olur;
    Şirinbiyan kökü çayı. Boğaz ağrısına səbəb olan xəstəliklərlə mübarizə aparmaqda orqanizmin “döyüş yoldaşı” şirinbiyan kökü çayıdır. Antivirus və antimikrob xüsusiyyətləri ilə məşhur olan bu çay dadıyla da insanları məftun edir. Amma bəribaşdan xəbərdar etməliyəm ki, şirinbiyan kökünü normadan artıq qəbul etdikdə, müəyyən problemlər yaranır. Nizamlı şəkildə və ölçülərə riayət etməklə, bu çaydan yararlana bilərsiniz;
    Sarıkök çayı. Cənubi Asiya ölkələrində antiseptik kimi istifadə edilən bu çay antioksidant və iltihab əleyhinə özəlliklərə də sahibdir. Soyuqdəymə simptomlarından və boğaz ağrısından xilas olmaq məqsədilə sarıkök çayına üz tuta bilərsiniz. Sarıkökün tərkibində gingerol və shogoal adlı birləşmələr var. Bu birləşmələr qripdən və soyuqdəymədən xilas olmağınızı təmin edir;
    Yaşıl çay. Faydalarını saymaqla bitməz! Amin turşuları, vitamin və minerallarla zəngin olan yaşıl çay soyuqdəymə və qrip zamanı yaranan halsızlığı aradan qaldırır, insanı gümrahlaşdırır. Dadındakı xəfif acılığı yox etmək üçün çaya 1 çay qaşığı bal və ya darçın tozu əlavə edə bilərsiniz. Mütəxəssislərin qənaətinə görə, yaşıl çayla boğaz qarqara edildikdə, ağrılar azalır. İmmuniteti möhkəmləndirən yaşıl çay ürək-damar problemləri zamanı da profilaktik təsir göstərir;

Комментарии • 90