Mühərrik necə işləyir?

Поделиться
HTML-код
  • Опубликовано: 1 фев 2022
  • İnsanların əksəriyyəti üçün avtomobil A nöqtəsindən B nöqtəsinə getmək üçün vasitədir. Benzin, dizel, maye qaz və elektriklə işləyirlər. Amma çoxumuzun onların necə işlədiyi barədə məlumatı yoxdur.
    Nə vatsa, bir avtomobilin kapotunu açıb baxmısınızmı? Olduqca qarışıq görünən, son yüz ildə həyatımızda çox şeyi dəyişən bu sistemin necə işlədiyi ilə maraqlandınızmı?
    Hekayəyə başdan başlayaq. 1879-cu il. Carl Benz (1844-1929) tərəfindən layihələndirilən və ilk dəfə hazırlanan tək silindrli mühərriklə tanış olaq. Uzaq məsafələrə getmək üçün heç bir güc tələb etməyən bu vasitə insanlarları heyrətləndirsə də, bu heyrət uzun çəkmədi.
    Pulu olanların həmən almaq istədiyi o “çılğın illər”ə baş çəkək. Bu böyük nailiyyət 1885-ci ildə iki oturacaqlı avtomobilin tamamlanmasına və mühərrikin polad qapaq altına qoyulmasına gətirib çıxardı.
    İllər keçdi. 1888-ci ildə Carl arvadı Berta və oğulları ilə birgə 180 km məsafəni qət etdi. Beləcə, avtombobillərlə bütün dünyaya səyahət edilmək imkanı olduğu aşkarlandı.
    T
    Bir sözlə, bu səyahət bəşəriyyətin tarixini dəyşdirdi. Amma Tesla belə olsanız, Edison məsələnin içindədirsə, o zaman işlər fərqli nəticələnə bilər.
    1903-cü ildə ailə şirkəti olan “Ford” ABŞ-da böyük bir sərmayə qoyur. Henri Ford ilk sınaq avtomobilini 1896-cı ildə hazırlasa da, Benz qədər uğur əldə edə bilmədi.
    Amma 1908-ci ildə bütün dünya silkələndi və sənayenin atəşi bütün insanların xeyrinə alovlandı. Ford ilk dəfə, sadə insanların ala biləcəyi “T modeli” ilə bazara çıxdı və inanılmaz bir uğur qazandı. Beləliklə, sənayenin üfüqləri genişləndi və yeni istehsal siyasəti tətbiq olunmağa başladı.
    Ford ABŞ-dakı uğurunu İngiltərədə də davam etdirdi. Və bazar payını artırdı. Birinci Dünya Müharibəsinin başlanması belə mühərrik sənayesinin inkişafının qarşısını ala bilmədi. Digər yandan, müharibələr həmişə texnologiyanın inkişafında önəmli rol oynayıb.
    Gələk, avtomobillərin daxiliyanma mühərriklərinə. Həyatınızda heç velosipedlə yola çıxdıınızmı? Cavabınız “bəli”dirsə, daha yaxşı anlayarsınız.
    Mühərrikin iş prinsipi, velosipeddə pedalları çevirərkən ayaqlarınızın aşağı-yuxarı hərəkəti ilə eynidir. Mühərriklərin “silindr” adlanan metal boruların içərisində porşenləri var ki, onlar yüksək temperatura dözümlüdürlər. Bu mühərriklər istifadə etdiyi yanacağın kimyəvi enerjisini mexaniki enerjiyə çevirir. Xariciyanma mühərriklərində isə yanma zamanı əmələ gələn qazların kinetik enerjisi mexaniki vasitələrə ötürülür. Belə mühərriklərə misal kimi qaz və buxar turbinlərini göstərmək olar.
    Daha yaxşı anlamaq üçün bir buxar turbininin iş prinsipinə baxaq. Yanacağın yanması və ya nüvə reaktorunda alınan istiliyin köməyilə xüsusi qazanda olan su buxara çevrilir. Buxarlar borularla turbinin içinə yönləndirilir. Turbinin içindəki kiçik sahəyə sıxışdırılan buxar turbinin pərlərinə təzyiq göstərərək onu hərəkət etdirir. Pərlərdə yaranan hərəkət turbinin oxuna ötürülür. Fırlanan ox bir gəminin pəri, elektrik generatoru və ya başqa bir mexaniki alət üçün güc təmin edə bilər.
    Qayıdaq daxiliyanma mühərriklərinə. Benzin və digər yanacaqlar mühərrikin içində alışdırılır. Nəticədə, partlama baş verir. Böyük miqdarda eneri yaranır. Demək olar ki, bütün daxiliyanma mühərriklərində dörd taktlı, zərbəli yanma silindr modeli istifadə edilir. Bu dörd taktlı yanma prosesi “Otto dövrü” adıyla da tanınır. 1867-ci ildə Nikolaus August Otto tərəfindən kəşf edilib.
    Dörd takt bunlardır:
    1. Sorma.
    2. Sıxma.
    3. Yanma.
    4. Xaricetmə.
    Porşenin hərəkəti sürgü qol vasitəsilə dirsəkli vala ötürülür, və ya tərsinə. Porşen yuxarı hissəyə çatdıqda həmişə silindrlə onun arasında boş yer qalır. Buna yanma kamerası deyirlər. Sorma taktında daxiletmə klapanı açılır və yanacaq yanma kamerasına verilir. Ardından, ikinci taktda porşen yanacağı yuxarı klapanlara doğru sıxmağa başlayır. Məqsəd isə yanacağı daha yığcam edib hamısının alışmasına şərait yaratmaqdır. Porşen son nöqtəsinə çatdıqda, üçüncü taktda-yanma taktında yanacaq ya püskürtmə ilə, ya da elektrikli şam vasitəsilə yandırılır. Partlama nəticəsində yaranan və genişlənən qazlar porşeni aşağıya doğru itələyir. Porşen son nöqtəsinə çatanda xaricetmə klapanı açılır və porşen üzü yuxarı qalxdıqca yanmış qazlar silindrin içərisindən xaric edilir. Bu proses dövrü olaraq, davam edir.
    Porşenlərin horizontal hərəkəti dişli çarx mexanizmləri vasitəsilə dönmə hərəkətlərinə çevrilir və təkərlərə yönləndirilir. Beləliklə də, avtomobilimiz bizi istdiyimiz yerə aparır.
    Bəşəriyyət tarixində yeni səhifə açan mühərriklərin gələcəkdə dəbdən düşəcəyi ehtimalı da yox deyil. Olsun, müsbət yöndən inkişaf etməyiin nəyi pisdir ki. Amma sən, mən, o biz, o vaxt inkişaf edəcəyik ki, belə videoları izləyib, öyrənib, elmə maraq edəcəyik. Yoxsa tiktokdakı, toz nəyə deyilir videosuna milyonlarla izləmə yüzminlərlə layk edən bir toplumun mühərrikin bir üst səviyyəsi haqqında düşünməyə vaxtı olmayacaq. Vaxtı olsa da başdakı beyin yox toz olacaq.
    Yeri gəlmişkən düz nəyə deyilir?
  • НаукаНаука

Комментарии • 23

  • @farhad.mehdiyev
    @farhad.mehdiyev 2 года назад +7

    Maraqlı videodur. Çox bəyəndim

  • @zizseyidova8103
    @zizseyidova8103 2 года назад +7

    Maraqlı mövzudur 👍👍👍

  • @sahineliyev74
    @sahineliyev74 2 года назад +4

    Maraqli texnikadi.

  • @Qaynaq
    @Qaynaq 2 года назад +2

    Salam Aleykum.islerinde ugurlar

  • @bizimknd1896
    @bizimknd1896 2 года назад +4

    Maraqlıdı mövzudu

  • @gunaymemmedzade799
    @gunaymemmedzade799 2 года назад +14

    Mövzu qıtlığıdır deyesen Bahadur bey😀.

    • @demedideme1
      @demedideme1  2 года назад +6

      Belə mövzuların da azarkeşləri var 😊😊😊

    • @gunaymemmedzade799
      @gunaymemmedzade799 2 года назад +1

      @@demedideme1 Ok😊 "❤"-üçün teşekkürler.

    • @vusalquluzade6063
      @vusalquluzade6063 2 года назад

      @@demedideme1 əhsən Bahadur muəllim ele axtardigim movzu idi yaxşıki mariflendirdiniz düz ele size deyilir🇦🇿

  • @ugurseyid6214
    @ugurseyid6214 2 года назад +8

    👍👍👍👍😘

  • @rasimbabaev8314
    @rasimbabaev8314 2 года назад +3

    GÖZƏL

  • @farhad.mehdiyev
    @farhad.mehdiyev 2 года назад +3

    Əlaa

  • @ugurseyid6214
    @ugurseyid6214 2 года назад +3

    Düz nə deyilir 👍👍😄😄😄😄

  • @fsanseyidova7882
    @fsanseyidova7882 2 года назад +5

    Videonu sonuna kimi izləməyə dəyər 👍😄

  • @durasanseyidov4238
    @durasanseyidov4238 2 года назад +5

    Men çox baxmişam. Bu sistem meni yaman ziyana salib. 2 defe mator vurub.

  • @royahuseynova7325
    @royahuseynova7325 2 года назад +3

    Salam xahiş edirəm növbəti vidyo Müseyib bey Qəhrəman bey oğlu Əxicanov haqqında olsun

  • @sahilehmedov5928
    @sahilehmedov5928 2 года назад +2

    SalamuAleykum. Zəhmət olmasa matorun kubu haqqında geniş vide paylaşarsınız.

  • @regionazrbaycan9155
    @regionazrbaycan9155 2 года назад +2

    Tosu Zəngilanisqidən ancaq donuz necə olur onu bilmək olar

  • @sahineliyev74
    @sahineliyev74 2 года назад +3

    Men bilirem benzinle işleyen matoru.

  • @Csr-brv
    @Csr-brv 3 месяца назад

    Maraqlıdı

  • @ferhadcebrailov6307
    @ferhadcebrailov6307 2 года назад +3

    Oxumaq lazımdı oda içden gelir tebiiki İnsan var bele şeylere baxanda ureyi sixilir.Her şey insanin özünden asilidi Cox teesuf insanlar bow menasiz videolara baxmaga üstünlük verirler

  • @teymurabdiyev3759
    @teymurabdiyev3759 2 года назад +3

    düz saata dəyqiyə deyilir

  • @durasanseyidov4238
    @durasanseyidov4238 2 года назад +2

    Duz nedi?😁😁😁😁