Cavidan Fatihi - Sənsiz (Rəsmi Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024

Комментарии • 396

  • @gunayvahidova3875
    @gunayvahidova3875 3 года назад +356

    İndi əsgərlikdədi.Sağ-salamat qayıt, bizdə alınmasa da olar❤️

  • @JTagizade
    @JTagizade 6 лет назад +180

    Bakını bilmirem ama Lvovun küçələrində süper gedir bu mahnı. Good job.

    • @aytacyasar543
      @aytacyasar543 3 года назад +29

      Hansı ölkənin küçəsi olur olsun, fərq etmir. Sükutumuzdakı hayqırtını duymaq üçün nə Bakı, nə Lvov, nə də Paris lazım deyil. Bir-iki mahnı, bir sınıq qab dolusu xatirə kifayət edir.)

    • @samirzizov315
      @samirzizov315 3 года назад +2

      @@aytacyasar543 👍

    • @rufatkarimov5281
      @rufatkarimov5281 3 года назад

      Almaniya və burdayig..)

  • @khayyammehtiyev4462
    @khayyammehtiyev4462 3 года назад +43

    Duyğuların cinsi olmaz, ya vardir ya da yoxdur. Amma sözlərin bir xanım tərəfinden yazılmış olması məni təəccübləndirdi düzü. Çünki, bir kişi çarəsizliyi, üsyanı və səssiz hayqırışları var sanki. ''Arxasınca baxır peşman gözlərim'' biraz açıqlayır hekayəni amma yenə də çox maraqlı. Yazanın da, bəstələyənin də, ifa edənin də ürəyinə sağlıq 👍🏻👍🏻👍🏻

  • @azadliq-radiosu
    @azadliq-radiosu 6 лет назад +221

    *Maraqlı ifadır. Əla alınıb. Davamlı olsun!*

  • @telman_abasbeyli11
    @telman_abasbeyli11 3 года назад +58

    Yaramın üstü qopur, sağalıram, deyəsən. Mən yıxan adamıda, yıxıldığım yeridə unutmuram biləsən.
    Kölgən gəzib dolaşır, yatanda dörd yanımı. Nə yalan deyim sənə, çətin olur unutmaq. Ən unutqan Xanımı.
    Qırmızı donunu gey
    Və götür ağ çantanı
    13 cü palata gəl bax, gör necə yeyir
    Ağ qan qırmızı qanı.
    Rəşad Nağı Mustafa / Leykoz.
    🌙🦋

  • @rmamova8267
    @rmamova8267 3 года назад +29

    Sən atmışdın mənə bunu..silinib ama mən tapdım yenə).. Hər küsəndə fərqli mahnılar atırsan. Atdığın bütün mahnıları dinləyib ağlayıram. Nədənsə sanki hamısı bizimçün yazılıb.. Məsələn bu mahnı. Aramizdaki olan məsafəni xatırladır. Yan yana keçirə bilmədiyimiz illərimizi xatırladır. Həqiqətən heyif sənsiz keçən illərə, zamana.. Sağ salamat get gəl Əsgər'im.. Səni gözləyəcəm. Gəl ki bir yerdə keçirə bilmədiyimiz zamanı unutduraq, gəl ki daha ayrı keçməsin günlərimiz... Çox darıxacam sənsiz..

  • @oyanbuyan
    @oyanbuyan 6 лет назад +38

    İçim parçalanır . Ağlamaqdan gözlərim şişib . Niyə bu əzabları çəkdirirlər mənə ;((((

  • @almdnsib6643
    @almdnsib6643 5 лет назад +46

    qəlbində sevgi olmayınca nə bu gözəl səs, nə də bu sözlər bir şey ifadə edir

  • @nargizsadigova6296
    @nargizsadigova6296 Год назад +5

    Bu mahni kisi qadina olan, yada qadinin kisiye olan sevgisinden, hesretinden elave basqa seylerde barindirir icinde. Meselen bir qiz usaginin oz papasina ozlemini. Sensiz kecen 3il❤

  • @urphanmakhmudovi497
    @urphanmakhmudovi497 4 года назад +18

    Azərbaycan musiqisinə ümidimizi itirməyə başlamışkən, yanğına su ilə gəldiniz.

  • @samirsafarli4417
    @samirsafarli4417 6 лет назад +49

    Belə mahnıların doğrudan da azərbaycan musiqisində çatışmamazlığı var. Əhsən!

  • @ken_mammadlee
    @ken_mammadlee 6 лет назад +55

    Nə deyim?.. Uzaqlara aparır, möhtəşəm ifadır. Uğurların bol olsun.

  • @azra172
    @azra172 2 года назад +8

    Bu mahnını dinləyəndə səni xatırlayıram. Əvvəl bu mahnını dinləyəndə çox dərin hislər yaşamazdım, indi isə qəribə gəlir. Çünki qəlbimdə sən varsan, sevdiyim. Ümid edirəm, yaxşısan. Sənsiz çətindir hər şey, amma davam edir, əlimizdən uçub gedir zaman. Özünə yaxşı bax. Sənin sevgin hər şeydən gözəl idi, amma həyat , cəmiyyət, insanlar...Qismət. Bəlkə bir gün yenidən). Sənə deyə bilmədiyim cümlələr var bu mahnıda. Sənin gözlərində gördüyüm insanı hiss edirəm həm də. Bir bilsən gözlərində özümü görmək nə gözəldir. Sevgini hər kəs fərqli başa düşür, mənə görə isə sevgi bir insan yanında olmasa da onu qəlbində yaşatmağı bacara bilməkdir. Gələ bilsəydin, ölərdim, sevdiyim. Bir gün bu mahnını dinləsən bil ki mən həmişə burdayam. Sən yaxşı ol ki, mən də yaxşı olum. Yaxşı insan ola bilmirəm bəlkə, amma sənlə yaxşıyam, sənə yaxşı olmaq üçün hər şeyi edirəm. Çünki sən yeganə insansan ki, qəlbimi tanıdın. Amma həyatdır da, əzizim.
    7 oktyabr, 2022ci il...

  • @ilaha.mammadzada
    @ilaha.mammadzada 3 года назад +17

    Durdura bilmirəm gedən zamanı,arxasınca baxır peşman gözlərim...🌌
    MÖHTƏŞƏM😍

  • @fidanalieva8124
    @fidanalieva8124 3 года назад +7

    Bir gün bir möcüze olması dileğiyle🕊✨

  • @nuranaismailova3095
    @nuranaismailova3095 4 года назад +13

    Gecənin qaranlığı və bu mahnı 💔

    • @Равиль-д2б
      @Равиль-д2б 4 года назад

      Saf ve temiz sevgiye ehtiyac duyuram...her seye ramen kasibciliga ramen sevgimize sahib cixan bir Xanima ehtiyac duyuram...

  • @mensumeferec
    @mensumeferec 5 лет назад +19

    dinləməyə belə qıymadığım mahnılardan biri ❤️ 1 il olacaq və heç sehrini itirməyib bu mahnı.. çox gözəldi💜

    • @Равиль-д2б
      @Равиль-д2б 4 года назад

      Saf ve temiz sevgiye ehtiyac duyuram...her seye ramen kasibciliga ramen sevgimize sahib cixan bir Xanima ehtiyac duyuram...

  • @abdulhamidmehdi7087
    @abdulhamidmehdi7087 6 лет назад +35

    Romadan, İsveçrədən və s yerlərdə wifi qoşulan kimi girib qulaq asıram ki, ayrı-ayrı ip'dən olsun ❤️

  • @mephistopheles4630
    @mephistopheles4630 Год назад +10

    Ümid edirəm bir gün bərabər bu mahnıya qulaq asıb birgə gələcək haqda xəyallar qurar, ya da ayrı keçən günlərimizdən doyunca danışarıq. Artıq o zaman aramızdakı uzaqlıq, sənsizlik və intizar yox olacaq. Hər dəfə bunu dinlədikcə daha da darıxır, günləri, saatları hesablayıram qovuşmaq üçün. Kaş ki yollar bu qədər uzun olmasa. Hələki belə mahnılardan güc alaraq ayaqda qalırıq :)
    hər kəsin öz sevdiyinə qovuşması ümidilə..

  • @elnareseyidova8939
    @elnareseyidova8939 3 года назад +4

    Dinləyəndə ürəyim param parça olur mənim şəhidimin sevdiyi mahnı

  • @hamayilqeybeliyeva2012
    @hamayilqeybeliyeva2012 3 года назад +18

    Mahnı alır, aparır uzaqlara. Səs MÜKƏMMƏLDİR! UĞURLAR... Daha-daha gözləyirik yeni parçalar

  • @kamranbalayev7909
    @kamranbalayev7909 6 лет назад +8

    Cox ejdaha mahnidi. Ugurun bol olsun. Bu gece de, unutmaq senin sayende mumkun olmadi.

  • @malikmammadli1593
    @malikmammadli1593 6 лет назад +55

    Wow,bunu canlı dinləmək üçün səbrsizlənirəm.

  • @fialkafialka9916
    @fialkafialka9916 4 года назад +28

    Heyif sensiz keçen zamana sevgilim.Bir sensiz keçen illere.Bir de sensiz keçen gunlere.😢😢😢

    • @Равиль-д2б
      @Равиль-д2б 4 года назад

      Saf ve temiz sevgiye ehtiyac duyuram...her seye ramen kasibciliga ramen sevgimize sahib cixan bir Xanima ehtiyac duyuram...

  • @ceyhunabbasov1983
    @ceyhunabbasov1983 3 года назад +7

    Ürəyim ağlayır səssiz sadəcə🤍

  • @travelisi
    @travelisi 6 лет назад +8

    2 gündür dayanmadan qulaq asıram sözlər musiqi ifa hər şey bir birini elə gözəl tamamlıyırki bezmək mümkün deyil. Təbriklər daim yeni mahnılarla sevindir bizləri :)

  • @turalnrl
    @turalnrl 11 дней назад

    Sənsiz keçən zamana deyil də, sənlə keçən zamana heyif.

  • @gultacbayraml3325
    @gultacbayraml3325 6 лет назад +15

    İlk kəşf edənlərdən olduğum üçün sevinirəm.Qeyri adi mahnı və həmçinin səs. ...... Uğurların bol olsun😊❤

  • @arifibayev450
    @arifibayev450 5 лет назад +7

    And içmisən ki ağlatmasam əl çəkən deyiləm. Can qoymadin bizdə)

  • @kanka4evera
    @kanka4evera 6 лет назад +10

    Həmişəki kimi əlasan! İlk canlı dinləyən insanlar olaraq xoşbəxtik! :) Yüz min baxışlara layiqsən

  • @Elbrus_Aslanli
    @Elbrus_Aslanli 4 года назад +46

    Sevirəm, 9 ildir bir birimizi tanıyırıq. İtirməkdən çox qorxuram. Düşünə bilmirəm , itirsəm onu necə olaram? Yəqinki 2 yada 3 mahnılıq ömrüm qalar..

    • @nargizmammadova2004
      @nargizmammadova2004 3 года назад +1

      İtirməzsiniz,İnşəAllah...

    • @Elbrus_Aslanli
      @Elbrus_Aslanli 3 года назад +12

      @@nargizmammadova2004 həyatımda aldığım ən ağır bildiriş bu idi. 1 il əvvəl yazdığım bu sözlərə gələn cavab, bir anlıq nəfəsim daraldı oxuyanda. 1 il əvvələ qaytardı məni..
      Artıq ayrılmışıq, təəssüf, 47 gün oldu ayrılalı..

    • @6ekabr92
      @6ekabr92 3 года назад +1

      @@Elbrus_Aslanli 🚬🖤

    • @fidanrzayeva2391
      @fidanrzayeva2391 Год назад

      ​@@Elbrus_AslanliHəyat davam edir....qırıqlarımızla, sınıqlarımızla düzdü?) 2-3 mahnılıq qədər dəyərsiz bir həyatımız yoxdu bizim. Nə olur olsun qiymətini bilməliyik bunun

  • @konuldepp
    @konuldepp 2 года назад +6

    Bu gözəl ifanı Mədinəm mənimlə paylaşdı. Onun sayəsində tanıyıb, dinləyə bildiyimə çox sevindim. Hər dəfə çox şanslı olduğumu xatırlamağa səbəbsən. Səni çox istəyirəm...💙

  • @falcon2442
    @falcon2442 Год назад +3

    4 il önce ilk dəfə dilnədiyim bir mahnının buralara gəlməsi...

  • @nurayalizade_02
    @nurayalizade_02 5 месяцев назад +1

    O esgerlikden gelenden sonra alınmayacağ bizdə... Yaxınlarda məzuniyyətə gəlir sağollaşacayığ,ən əsası bir birimizin həyatında gözəl,qəlbi təmiz insan kimi qalacayığ.O çox yaxşı biridi inşallah arzularına çatacaq,mən buna inanıram xoşbəxt olacağımızada ayrı ayrı dünyalarda. Həyatımda yaxşı şeylərdə çox dəyişdi yaxşıki gəldi və yaxşıki getdi..❤️‍🩹

  • @sbirallahverdiyeva6616
    @sbirallahverdiyeva6616 Год назад +1

    Yerini qelbimde heç kim doldurmayacaq🥲O qeder gözel yerin varki qelbimde🥀🥺

  • @Равиль-д2б
    @Равиль-д2б 4 года назад +4

    Temiz, saf ve temennasiz sevgini ancaq bu cur musiqilerde ve gozel ifalarla duymaq olur...cox tessuf ki...indi cox nadir insanlar sevgiye deyer verer. Rast gelmedim ele bir Xanima...Intizardayam...Ifa ucun tsk edirem...

  • @nilufrqurbanova1951
    @nilufrqurbanova1951 6 лет назад +12

    Çox lap çox qəşəndir 🎈

  • @elnurazizov6861
    @elnurazizov6861 3 года назад +2

    Super. Super. Super

  • @jevali1358
    @jevali1358 4 года назад +10

    Sizi yeni kəşf etdim Yaz yağmuru mahnısı ilə. Super ifanız var. Təşəkkür edirəm. Davamlı edin lütfən

  • @versatilevisionsbyD
    @versatilevisionsbyD 2 года назад +3

    Belə gözəl sözlərə görə çox sağ ol Vüsalə 😘

  • @xuramanaziz7232
    @xuramanaziz7232 3 года назад +4

    Aman Tanrım, möhtəşəmm😍gec də olsa sevindim tapdığıma🤔

  • @firuzliyeva4408
    @firuzliyeva4408 4 года назад +3

    Möhtəşəmdir.♥️🦋

  • @nuray9299
    @nuray9299 6 лет назад +8

    Necede gozel ses🖒🖒🖒

  • @NrminQuliyeva-lh7rn
    @NrminQuliyeva-lh7rn 6 месяцев назад

    Sözlər ruhu oxşayır və təsəlli edir ifada öz yerində ruhumuza bir təsəlli.

  • @m.aghayeva6301
    @m.aghayeva6301 4 года назад +12

    Möhtəşəm sözlər, möhtəşəm musiqi, möhtəşəm ifa! Əməyinizə, ürəyinizə sağlıq.

  • @turalilyas
    @turalilyas 3 года назад +27

    Mahnını belə gözəl, qəlbdən oxumaq və dinləyərkən anlamaq üçün sadəcə SEVMƏK lazımdır...
    Sevgiylə qalın, dostlar!

  • @fidanalisoy690
    @fidanalisoy690 6 лет назад +8

    Çox qəşəngdir. Səs, tərz bir sözlə- möhtəşəm! 💙

  • @validaaliyeva4843
    @validaaliyeva4843 3 года назад +3

    Keyfiyyətli alınıb. Nələr keçir göz önündən film kimi🎧

  • @cografiyadersleri9770
    @cografiyadersleri9770 3 года назад +3

    Sadəcə möhtəşəm❤

  • @shukranshahbazli1657
    @shukranshahbazli1657 6 лет назад +9

    Möhtəşəmdir

  • @SebineCavadova-06
    @SebineCavadova-06 10 месяцев назад

    Belkede bir gün burda yeniden qovuşariq❤️

  • @xanmhaciyeva4450
    @xanmhaciyeva4450 3 года назад +2

    Allahım səsin gözəlliyi axiciligi məni məndən alır

  • @SenaChalishqan
    @SenaChalishqan 3 года назад +2

    Bu nasıl efsane bir şarkıdır böyle...

  • @elmirimamaliyev6252
    @elmirimamaliyev6252 6 лет назад +6

    ehsen qardasim sesine quvvet

  • @ilqarnurayev3040
    @ilqarnurayev3040 2 года назад +1

    İllerdi qulaq asiram ve bezmirem ve qulaq asdiqca meni kecmise aparir

  • @khanimbabayeva1074
    @khanimbabayeva1074 5 лет назад +3

    Cox beyendim hele yeni kesf etmishem bu mahnini eladi musigi , ses mukemmel🖒🖒🖒🖒

  • @gunayvahidova3875
    @gunayvahidova3875 3 года назад +3

    Həyat çıxıb gedir ovuclarımdan...

  • @gulerhumbetova9714
    @gulerhumbetova9714 5 лет назад +5

    Susmur içimizdəki narahatlıq.
    Heyf sənsiz keçən zamana💛

    • @Равиль-д2б
      @Равиль-д2б 4 года назад

      Saf ve temiz sevgiye ehtiyac duyuram...her seye ramen kasibciliga ramen sevgimize sahib cixan bir Xanima ehtiyac duyuram...

  • @aveemusics1834
    @aveemusics1834 3 года назад +5

    İnstagramda böyüy musiqi səyfələrindən birinin admini olarag deyirem en çox dinlediyim musiqilerden biride budu.Ses möhteşem,sözler möhteşem.Uğurlar❤️🌹

  • @abdurrahimahmadov4309
    @abdurrahimahmadov4309 2 года назад +1

    Möhtəşəm!

  • @gulnuraliyeva2363
    @gulnuraliyeva2363 9 месяцев назад

    Men nece bilmemisem axi bele mugennimiz oldugunu. Neçə huzurlu sesi var. Gece saat 1-i yuxum qacdi, sirayla ifalara qulaq asiram. Ehsen qardasim, qurur duydum Vallah. Ugurlariniz bol olsun❤🙏🧿

  • @tamarabinntova6709
    @tamarabinntova6709 6 лет назад +4

    Her zamanki kimi möhteşem!

    • @Равиль-д2б
      @Равиль-д2б 4 года назад

      Saf ve temiz sevgiye ehtiyac duyuram...her seye ramen kasibciliga ramen sevgimize sahib cixan bir Xanima ehtiyac duyuram...

  • @nurarustamova9217
    @nurarustamova9217 6 лет назад +2

    Sozleri cox gozeldi. Ugurlar

  • @yusiffhuseynov
    @yusiffhuseynov 5 лет назад +1

    Möhtəşəm..

  • @gunaymemmedova2583
    @gunaymemmedova2583 Год назад +1

    Durdura bilmirem zamani heyatim axib gedir ovuclarimdan. 😔😔😔

  • @suhelallahverdiyev4894
    @suhelallahverdiyev4894 4 года назад +1

    Mohtesem

  • @royalismayilove4396
    @royalismayilove4396 4 года назад +3

    Qəhər boğur məni. Səsin, ifan çox möhtəşəmdir.

  • @sadaquseynova2067
    @sadaquseynova2067 Год назад

    Bu terz ses ve ifaya ehtiyac var. Sesine sagliq. Ugurlar.👏👍

  • @ulkarasgarova826
    @ulkarasgarova826 6 лет назад +2

    Çox möhteşem 👏🏽👏🏽👏🏽

  • @faridailkcan3941
    @faridailkcan3941 6 лет назад +21

    Ugurlar!Professional Gitara,gozel sozler,gozel ifa birlesdikde ugurlu ish alinir.!Ehsen!Biraz da 90ci illerin yerli rock ifacilarin terzin xatirlatdiniz.

    • @kosmaras_
      @kosmaras_ 4 года назад

      Və yenə sən...

  • @gulyaqulizade729
    @gulyaqulizade729 5 лет назад +2

    Hekayem var lahiyesinde dinledim sizi cixisiniz cox maraqli idi sesinizede soz ola bilmez. Bravo👏👏👏

  • @mehmanbabayev4559
    @mehmanbabayev4559 5 лет назад +9

    O bizi məhv edən ayın 6sından bir gün əvvəl yüklənmş bu mahnı. Sanki olacaqlar bilinmiş də mənə yazılmış. Əldən nə gələr? Qoy bura da bir comment yazm. Bəlkə sənnən bir gün bir yerdə qulaq asb bir yerdə oxuyarıq bu commenti, gecə gözlüm?) kim bilir? 19.10.2016

  • @cavansirehmed294
    @cavansirehmed294 6 лет назад

    Hər gün 3-4 dəfə qulaq asıram. Hansısa türk mahnısını xatırladır ama helə də tapmamışam. Davamı gəlsin, Cavidan. Yenə də möhtəşəmsən

  • @mehbubemustafazade1529
    @mehbubemustafazade1529 4 года назад

    Sadece suuuperrrrr👍👍👍👍👍👍👍

  • @ramilkaaleskerova3223
    @ramilkaaleskerova3223 6 лет назад +4

    Əla. Öpürəm 😚

  • @amilmeherrem3049
    @amilmeherrem3049 2 года назад +1

    səni gec tanıdığım üçün üzrlü bil, nəfəslərdən,vəfalardan,damlalardan vaxt olmadı...

  • @turkanememmedli3661
    @turkanememmedli3661 6 лет назад +5

    Necə də möhtəşəm ifadır👏

    • @Равиль-д2б
      @Равиль-д2б 4 года назад

      Temiz, saf ve temennasiz sevgini ancaq bu cur musiqilerde ve gozel ifalarla duqmaq olur...cox tessuf ki...indi cox nadir insanlar sevgiye deyer verer. Rast gelmedim ele bir Xanima...Intizardayam...Ifa ucun tsk edirem...

  • @shehlaxalilli8729
    @shehlaxalilli8729 3 года назад +3

    Ve men indi esidirem bu gozel sesi🥺

  • @aygulmammadova6783
    @aygulmammadova6783 6 лет назад +2

    Əhsən, möhtəşəm səs və ifa, davamlı olsun!

  • @gulayi8612
    @gulayi8612 4 года назад +1

    Qaçırdım bu mahnını.təəssüff (

  • @ilkinkerimov964
    @ilkinkerimov964 4 года назад +2

    Zor

  • @ebanavardendi1755
    @ebanavardendi1755 3 года назад

    Ustad🌊

  • @zema3278
    @zema3278 Год назад

    Sen getdin uzaglara mənsiz💔

  • @royalismayilove4396
    @royalismayilove4396 4 года назад +1

    Bağımlısı olmuşam mahnının. 😣😣

  • @rufatkarimov5281
    @rufatkarimov5281 3 года назад +5

    heyif sənsiz keçən zamana,heyif sənsiz keçən illərə..duisburgun yağışlı küçələrinnən salamlar sənətkar..darixdim lap bunu fairdə dinlədiyim zamalarçün..

  • @surimamedova3482
    @surimamedova3482 4 года назад +1

    Aglayaraq dinlediklerimden

  • @ziyadziyadxanov9521
    @ziyadziyadxanov9521 6 лет назад

    Fair play de eshitdim sizin ifani. O vaxtdan dinleyirem. Halal olsun

  • @elmiramammedova3541
    @elmiramammedova3541 6 лет назад +8

    Səsə 1 ayrı, musiqiyə 1 ayrı aşiq oldum ee

  • @alinacaf333
    @alinacaf333 9 месяцев назад

    Sadəcə heyif....

  • @vusalsurxayli93
    @vusalsurxayli93 3 года назад +2

    Akustik version da pis olmaz. Good job!

  • @sadyarhasanov
    @sadyarhasanov Год назад

    Sadəcə möhtəşəm 🤌🏻

  • @aytach.mammad
    @aytach.mammad 4 года назад +3

    Səsinlə dincəlirik ✨

    • @Равиль-д2б
      @Равиль-д2б 4 года назад

      Saf ve temiz sevgiye ehtiyac duyuram...her seye ramen kasibciliga ramen sevgimize sahib cixan bir Xanima ehtiyac duyuram...

  • @gulnarbilbilayeva
    @gulnarbilbilayeva 5 лет назад

    Defelerle dinledim,dinliyecem..chox teshekkurler,emeyinize saghliq..🤗

    • @Равиль-д2б
      @Равиль-д2б 4 года назад

      Saf ve temiz sevgiye ehtiyac duyuram...her seye ramen kasibciliga ramen sevgimize sahib cixan bir Xanima ehtiyac duyuram...

  • @gulnazxelilova3996
    @gulnazxelilova3996 4 года назад +1

    Çox gözəl 👏

  • @resadseidov8428
    @resadseidov8428 6 лет назад +9

    Trendde bele mahnilar olmalidi amma azeri vandamdi trende biabircidi veziyetmiz

  • @elturanabraham
    @elturanabraham 6 лет назад +4

    eşq eşq 💕

  • @Xalqdan
    @Xalqdan 3 года назад

    möhtəşəm ifa

  • @vusalceferzade1296
    @vusalceferzade1296 3 года назад +2

    Sənsizəm sən yaşayan Bakıda

  • @sunimayalanmamrkzi-azrsmm7402
    @sunimayalanmamrkzi-azrsmm7402 6 лет назад

    halal olsun gozel mahnidi. ifadaki superrr

  • @Rufatr5
    @Rufatr5 Месяц назад +3

    Belke hacansa bu mahniya gulag asarsan men sene söz vermişem neçe il kecir kecsin gelib yazsan bilki o gunde seni ilk gunki kimi çox sevmiş olacam sen menim en gozel anim olmusan bir an bele olsun seni unutmadim gozdeyecem seni hemişe bura gelmeyini seni çox sevirem balaca🤍