🇦🇿ŞƏHİD QARDAŞ SƏNLİ, SƏNSİZ KEÇƏN 50 İL...

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024
  • Keçən 50 ili "ekskursiya edəndə onun içində 20 yaş ömrü olan daima gənc olaraq xatırlanan gülər üz, sevincli və mehriban Həmzə görsənir...
    《50 İL》HƏMZƏ AD GÜNÜN MÜBARƏK...
    Nə qədər illər keçsədə sən 20 yaşındasan ...
    Şəhid Adıyev Həmzə Qardaşxan oglu 23 iyun 1974 cü ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu.
    Həmzə 1981 ci ildə doğulduğu Dondarlı kəndində məktəbə gedib, 1991-ci ildə doğma kəndindəki orta məktəbi bitirib Neft və Kimya İnstitutunun Sumqayıt filialına qəbul olmuşdur. Orta məktəbdə oxuduğu illərdə Milli Qəhrəman Əliyar Əliyevin müəllimliyi altında idmanla məşğul olur bir çox yarışlarda iştirak etmiş, Respublıka birinciliyində 5 dəfə birinci, 4 dəfə ikinci yeri tutmuşdur.
    1990-ci ildə Belarusiyada keçirilən güləş üzrə Ümumittifaq yarışında ən yüksək pilləyə qalxaraq, birinci dərəcəli diploma layiq görülmüşdü.
    Qarabağ hadisələri başlananda oxuduğu Ali məktəbdə təhsilini yarımçıq saxlıyaraq torpaqlarımızın müdafiəsinə qoşulmuşdu... Doğma Qubadlının sərhəd kəndlərinin qorunmasından başladı döyüş yolu Həmzənin. Qubadlı, Laçın və Zəngilanın sərhəd kəndlərinə ermənilərin hücumlarının dəf edilməsi döyüşlərində fədakarlıqla vuruşmuşdu. 1992, 1993-cü illərdə Zəngilan, Cəbrayıl, Laçın və Ağdam rayonlarında gedən qanlı qeyri, bərabər döyüşlərdə fəal iştirak etmiş, xeyli sayda ermənilərin hərbi texnikalarının, canlı qüvvələrinin məhv etmişdir. Son döyüşü 1994-cü ilin yanvar ayının 6-da Ağdamın Güllücə kəndində olmuşdur. Güllücə kəndi uğrunda gedən ağır döyüşdə Həmzə igidliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.
    Həmzənin yeddi bacıdan sonra dünyaya gəlmişdi ona görə də ailəd, qohum-qonşu və kəndə hər kəs onu sevir və xüsusi qayğı ilə yanaşırdı. Bu diqqət və qayğılarla böyüyən Həmzə nəyinki ərköyün və nadinc böyüdü, tam əksinə diqqətcil, hörmətçil özündən böyüklərlə nəzakətlə davranan bir oğul oldu...
    Həmzə qısa və şərəfli ömür yaşadı...
    Həmzə qohumum olmaqla bərabər həmdə qonsumuz olub, bir məhlədə kecib uşaqlığımız, gəncliyimiz. Həmzənin döyüş yolundan çox yazıb, çox danışmışıq, bir azda mənə bəlli olan onun şəxsi keyfiyyətindən bir necəsin yazmaq istəyirəm. Həmzə həddindən artıq şən, şən olduğu qədərdə ciddi və istiqanlı idi, tez ünsüyyət qurmağı bacaran, böyük, kiçik yerin bilən çox zarafatçıl cəsur oğul idi. Taleh elə gətirmişdi ki, Həmzə İnstitutada Sumqayıtda qəbul olmuşdu həmdə burda tez,tez görüşüb söhbətləşərdik. 1993 -cü ilin sonları Həmzə qısa müddətli məzuniyyətə gəlmişdi Sumqayıtda fəvvarələr deyilən yerde görüşdük (üçüncü mikrayonla, ikinci mikrayonun kəsişməsində, Bilik mağazası deyilən yerin qabağında) bir az ayaq üstü söhbətləşdik təzə kostyum geymişdi (səliqəli və təzə paltarlar geyməyi çozx sevirdi) zarafatla dedim nədi yenə bəzənmisən təzə bəy kimi gülə, gülə dedi ki, 1-2 günə qayıdacam döyüş bölgəsinə birdən başıma bir iş gələr qoy təzə qalmasın kostyumum deyib güldü... Dediyi kimidə oldu, bir neçə gündən sonra heç ağlıma gəlməyən xəbər eşitdim...
    Həmzə şəhidlik zirvəsinə ucaldı...((
    Şəhid ruhuna salam olsun, şəhadətdəki yubleyin mübarəkdi Həmzə. 🥺😢
    Qanınız yerdə qalmasın Uca Şəhidlər!
    Rövşən Murad

Комментарии • 1

  • @rovsnmurad1100
    @rovsnmurad1100  5 месяцев назад +1

    Şəhid Həmzə Adıyevindoğum günü ilə bağl tədbir 23 iyun saat 10:00 -da Sumqayıt şəhər Şəhidlər Xiyabanı ziyarəti ilə başlayaraq saat 11:00-da Nur restoranında davam etdiriləcək.