Firəngiz Mütəllimovanın ailəsi niyə dağılıb? - O, həmkarı ilə eşq yaşayıb?

Поделиться
HTML-код
  • Опубликовано: 20 фев 2023
  • “Ömrümün ən xoşbəxt anı imiş, bilmirdim”. Bu Orxan Pamukun “Məsumiyyət muzeyi” romanının ilk cümləsi və əksər sənət adamlarının həyatının sloqanıdır. O da, həyatının ən xoşbəxt anının üstündən illər keçəndən sonra bildi ki... Biri var, yaratdığı Gülnar obrazı həyatının kabusuna çevrilən Xalq artisti Firəngiz Mütəllimova
    Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Əslən şuşalıdır. Ailədə üç bacı, bir qardaş olublar. Valideynləri onun aktrisa olmağını istəməyib.
    1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb.
    Teatrda fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Ancaq iş elə gətirib ki, ailə həyatı ilə bağlı bir müddət teatrdakı işindən ayrılıb. 1996-cı ildən yenidən Akademik milli dram teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.
    Aktrisa eyni zamanda "Qaçaq Nəbi" "Qocalar, qocalar", "Bəyin oğurlanması" , "İşarəni dənizdən gözləyin", "Mənim ağ şəhərim", "Şərəf" filmlərdə aparıcı rollar oynayıb.
    Azərbaycan Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailəli olub. Avropada yaşayan cənubi azərbaycanlı ilə ailə quran Firəngiz Mütəllimova övladı olmadığına görə bu evliliyə öz istəyi ilə son qoyub. Bu haqda o, müsahibələrinin birində deyir:
    “Ailə həyatı qurdum, amma övladım olmadığına görə ayrıldım. Allahın işinə qarışa bilmərəm. Övladımın, ailəmin olmaması alın yazımdır və həyatda başqa şeylər də yaşaya bilərdim. Bu sənət təkcə öz şəxsi həyatımı əlimdən alıb. Bəlkə də vaxtında ailə qursaydım, övladım olardı. Allaha qurban olum, nələrisə əlimdən aldı, nələrisə verdi. Mənim həyat qurmağa vaxtım çatmadı. Birdən-birə ardıcıl olaraq gündə 4 tamaşa məşq edirdim. O vaxt evim yox idi, kirayədə qalırdım. Bəzən iki-üç gün çörək tapmadığım vaxtlar olub. Belə şəraitdə kiminləsə görüşüb ailə qurmağa nə şərait vardı, nə də vaxt. İnanın ki, filmlərə də çəkilməyə vaxt tapmırdım. O qədər filmlərin çəkilişlərindən imtina etmişəm ki... Bəzən olur ki, aktrisa olmağıma acığım tutur. Görürsən, sənə elə söz göndərirlər ki, lap ətin tökülür. Bəziləri elə bilirlər ki, ciblərində bir az pulları varsa, deməli, kişidilər. Kişilik başqa şeydir, pulla ölçülə bilməz. Bəzən elə əsəbiləşmişəm ki, hətta bu teatrdan çıxıb getmək istəmişəm. Amma getməmişəm”.
    Bu tamaşadan sonra tamaşaçılar Yaşar Nuri ilə aktrisanı bir-birinə yaraşdırmağa başlayırlar. Onların sevgili olması haqqında şayiələr artmağa başlayır. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım müsahibələrinin birində həyat yoldaşının Firəngiz xanımı sevdiyini deyəndən sonra Firəngiz xanım məsələyə belə münasibət bildirir:
    “Nə bilim, vallah, Yaşarı mən həddindən artıq çox istəyirdim. Əslində, o mənim gənclik sevgim olub. Amma özü mənə heç vaxt deməyib ki, səni sevirəm. Biz çox yaxın dost olmuşuq. Mən onun yalnız Rəhimə xanımı sevdiyini bilirəm. Doğrudur, qastrol səfərlərində olanda həmişə məni qoruyub, orda oturma-burada otur, filan, mən də bunu bir böyük qardaş kimi etdiyini düşünmüşəm. Sözün düzü Rəhimə xanım da sağ olsun, heç vaxt bizi qısqanmayıb. Hər dəfə mən onlara gedəndə gülə-gülə deyirdi ki, Yaşar sevgilin gəldi. Biz sadəcə çox yaxın dost olmuşuq, bəlkə də Rəhimə xanım bunu nəzərdə tutub”.
    Bu tamaşadan sonra aktrisaya çoxsaylı tamaşaçı məktubları gəlməyə başlayır. Firəngiz xanım həmin günləri belə xatırlayır:
    “O vaxtlar mobil telefonlar olmadığına görə, məktublar alırdıq. Dəqiq deyə bilərəm ki, həmin dövrlərdə teatrda ən çox məktub alan aktrisa mən idim. Hər gün mənə ən az onlarla məktub gəlirdi. Tamaşaçılardan, pərəstişkarlarımdan cürbəcür məktublar gəlirdi. Sevgi məktubları da alırdım. Onların hamısı mənim üçün çox maraqlı idi. Onları yığıb-toplamışdım. Hətta yaxın müddətə qədər saxlayırdım. Sonra evdən-evə köçəndə bəzi kitablarımla birgə o məktublar da yoxa çıxdı. Mənim manyak pərəstişkarım olmayıb, amma bir dəfə məni şantaj etmək istəyirdilər. Rayon adı çəkməyəcəyəm, amma tam fərqli bir rayondan idi. Həmin vaxtlarda direktorumuz Həsənağa Turabova müraciət etdim ki, belə bir iş var. Bir nəfər məni şantaj edir, hədə-qorxu zəngləri gəlir. O da heç narahat olmamağımı tapşırdı. Hardasa üç-dörd günə həll olundu, qurtardı. Ondan sonra yox, narahat edən olmayıb”.
    2013-cü ildə aktrisanın səhhəti qəfildən pisləşir, başında kəskin ağrılar yaranır. Bakıda müayinələrdən keçən aktrisaya həkimlər Türkiyəyə getməyi məsləhət görürlər. Əməliyyat keçirməli olan aktrisa orada rəsmi sənədlərə imzalayır atır. Bu imza ilə aktrisa əməliyyatdan sağ çıxmamaq ehtimalının olmasını anlaqlı şəkildə qəbul edir. Ancaq əməliyyat uğurlu keçir, Firəngiz xanım sağ-salamat Bakıya qayıdır.
    Xalq artistinə can sağlığı, “Səni axtarıram” filmindən “Səni axtarıram” verilişinə düşən Azərbaycan televiziya məkanına isə Gülnar qədər məşhur bir obraz yaratmağı arzulayırıq...

Комментарии • 147

  • @elmiraliyeva6564
    @elmiraliyeva6564 Год назад +30

    Həqiqətən də Firəngiz xanım Gülnar obrazını çox gözəl yaratdı və 80-ci illərdə qadınla kişi arasında olan saf, təmiz məhəbbətin necə olduğunu bu obrazla göstərdi. 🌹...

  • @vfamemmedova3620
    @vfamemmedova3620 Год назад +26

    Allah qorusun Firəngiz xanımı🤲🏻🤲🏻🤲🏻🤲🏻🇦🇿❤️

  • @vurgun7890
    @vurgun7890 11 месяцев назад +11

    ... Bizim sevimli və heç vaxt unudullmayacaq "Gülnar"ımız... Bu obrazla Firəngiz xanım sənət dünyamıza qizıl həriflərlə yazılacaq öz əbədi möhrünü vurub... Sevimli aktrisamıza cansağlığı... "... Sən yaxşı qızsan, Gülnar..." ,"İstərdim həyat yollarında qoşa addımlayaq...", "... Sən mənə çox lazımsan, Gülnar...."
    ALLAH Yaşat Nuriyə də rəhmət eləsin !...

  • @aynuribrahimova9144
    @aynuribrahimova9144 Год назад +34

    Men mektebde oxuyurdum bu televiziya tamaşasina baxanda ilk defe. Ne qeder gözel, ne qeder unudulmaz, ve hec vaxt yaddaslardan silinmeyen bir tamaşadir. Hele 2-ci ve 3 ců hisseleri demirem. O dövrün en debde olan sac düzümleri ve geyimleri de qabarik şekilde eks etdirilmişdir. Rejissor, ssenarist ve aktyorlar alternativsizdir.

    • @mehribaneliyeva1763
      @mehribaneliyeva1763 Год назад +4

      Çoxistıyirəm onuGulnar kimiçox istəyirm Firəngiz Mütllibovanı Allah qorusun onu

    • @mehribaneliyeva1763
      @mehribaneliyeva1763 Год назад +4

      Mən onu pərəstişkarıyam

    • @aynuribrahimova9144
      @aynuribrahimova9144 Год назад +1

      @@mehribaneliyeva1763 onu het kes sevir. Nece gözel idi Gülnar rolunda. Sonra 2 ci hisse cekildi. Onda da ele sac düzumü debde idi. Beretka nece de yaraşirdi.

  • @saadateyvazova4951
    @saadateyvazova4951 Год назад +38

    Firəngiz xanım yaddaşlarda Gülnar kimi qalacaq Allah Yaşar Nurini rəhmət eləsin Həqiqi iki aktyor yaradıblar daaaa 👍👍👍👍👍

  • @Sebire15
    @Sebire15 Год назад +20

    Baxdıqca doymaq olmur Səni axtarıram tamaşasından. Allah Yaşar Nuriyə və başqa aktyorlarımıza, zəhməti olanlara rəhmət eləsin 🤲🏻 gözəl Firəngiz xanıma da can sağlığı arzulayıram

    • @xyalhziyeva1788
      @xyalhziyeva1788 Год назад

      Salam. Mən Xəyalə Həziyeva. Reklamla məşğul olaraq şəxsi işini qurmaq və rəsmi kart vasitəsilə pul qazanmaq istəyən xanımları qrupuma dəvət edirəm. İş təklifim maraqlıdırsa profildən vatsapa yaza bilərsiniz 😊

  • @Sebire15
    @Sebire15 Год назад +12

    Firəngiz Mütəllimova çox gözəl aktirusamızdır.🍯 Səni axtarıram televiziya tamaşasındakı Gülnar rolu əvəzsizdi ❤🌹👍🏻👏🏻 Bu tamaşa bütövlükdə çox super👍🏻Aktyorlar, senari, musiqi 👍🏻

  • @Btsroblox99
    @Btsroblox99 Год назад +12

    Bu senetkar haqqinda hec kim hec ne deye bilmez.O her zaman goz qabaginda olub.Onun seneti insanligi ureyi bir basqadir.Allah size can sagligi versin Firengiz xanim.Sizi cox sevirik.♥️💋

    • @ibrahimabdullayev2820
      @ibrahimabdullayev2820 Год назад

      Firəngiz xanım əslən Qəbələdən deyil? Axı onun atası Qəbələdən anası Şusadandı.

  • @bextiyarsemedzade6678
    @bextiyarsemedzade6678 Год назад +10

    Cox sevdiyum aktrisa can sagligi arzu edirem

  • @user-my9oh5dk3z
    @user-my9oh5dk3z Год назад +11

    Fəxrimiz Firəngiz xanım 👍🙏🇦🇿

  • @namesurname4199
    @namesurname4199 Год назад +25

    Əsl xalqın artisti.

  • @konulhacl1140
    @konulhacl1140 Год назад +7

    En sevdiyim teatr.biride var.evleri kondelen yar.çox gozel aktrisadi.

  • @xaliq2926
    @xaliq2926 Год назад +6

    Yasar Nuriyevin sevdiyi bir qadin olub O da menim muellimim olmus mene ders demis gozel insan edebli ziyali esil qadin ailesini seven qoruyan menim helede cox boyuk hormet etdiyim Rehime xanim Ona can saqliqi Yasar muellime Allah rehmet etsin deyirem Rehime Xanim sizi cox isteyirem Hormetle Afet

  • @letifeehmedova6980
    @letifeehmedova6980 Год назад +11

    Səni çox sevirəm Firəngiz xanım

  • @kamalequliyeva1120
    @kamalequliyeva1120 Год назад +7

    Təbbi gözəl aktirisamız

  • @Princess-vs7wn
    @Princess-vs7wn Год назад +17

    Üreyim darixanda sixilanda cetinliyim olanda Seni axtariram tamasasina baxiram ruhum dincelir.Bilmirim nedense beledir😊

    • @SalamSalam-zb5nm
      @SalamSalam-zb5nm Год назад +3

      Kopiya mən də... Mən tək deyilmishem...(((

  • @nailqurbanova4462
    @nailqurbanova4462 Год назад +3

    Ən xoşladigim aktirisadi.Allah omur versin Firengiz xanima.

  • @user-vv2kx7dl8d
    @user-vv2kx7dl8d Год назад +7

    Təbii gözəl...

  • @mehribanmemmedova799
    @mehribanmemmedova799 Год назад +3

    Tək deyəcəyim o ki,mən öz sevgilimi o tamaşadan çıxıb evə gedəndə itirdim.qısqanclıq.29 ildən sonra təsadüfən görüşdük.Amma insan nə qədər dəyişsədə gözlər və onsanın jesti dəyişmir.ikimizdə nənə babayıq.O sevgi əbədi məhəbbət nağılı oldu və əfsanəyə çevrildi.Təəssüf.

  • @akifbagirov8548
    @akifbagirov8548 Год назад +1

    Firəngiz Mütəllimova Allah seni qorusun Amin . Sənə uzun ömür sağlam həyat tərzi arzulayıram .Talehnen barlwmaq .Allaha qurban olum .

  • @nurlanesedov2819
    @nurlanesedov2819 Год назад +6

    Allah bütün gözəlliyi ona verib.amma xoşbəxtciliyi yox!

  • @hsn8768
    @hsn8768 Год назад +10

    Vallah nə oyun cixardib nə edib babali öz boynuna.amma doqurdanda gözəliyi olub sənətinəda söz ola bilməz.

  • @matanataskerova7269
    @matanataskerova7269 Год назад +3

    Firengiz xanim gozel aktirisa gozel xanimdir Allah can sagligi versin

  • @csart8811
    @csart8811 Год назад +24

    Firəngiz xanim Azərbaycan gözəlidi Onun barəsində mənfi fikir yazan özü mənfi xarakterli insandi

    • @cimnazismayilova3896
      @cimnazismayilova3896 Год назад

      Düz yazmırsan Firəngiz xanım haqqında.

    • @csart8811
      @csart8811 Год назад

      @@cimnazismayilova3896 Hərənin öz fikri var Buda mənim Firəngiz barəsində fikrimdi

  • @elmanbabasoy5108
    @elmanbabasoy5108 Год назад +10

    Firəngz xanımı sevməyən nə cavan, nədə qoca yox idi, mənim tələbəcilik illərimin məhəbbəti Firəngiz olub

  • @user-wf4fq1fi3t
    @user-wf4fq1fi3t Год назад +36

    Biz Azerbaycan milletine catacak dunyada hec bir millet yoxdur. Ne musiqimize ne kinomuza ne medeniyetimize ne şeyrimize ne teatirimiza ne aktyorlarimiza. En başlicasi ne de vetenperverliyimize. Firengiz xanimin vurqunuyam. Allah can saqliqi versin

    • @AB-rl4uu
      @AB-rl4uu Год назад +10

      Ne de ki qeybetimize

    • @Arzum967
      @Arzum967 Год назад +6

      Bu saydiglariniza da qiymet veren yoxdu

    • @1000production
      @1000production  Год назад +1

      Amin!

    • @teranecebiyeva2501
      @teranecebiyeva2501 Год назад

      Mən Gùlnarı yox Firəngiz X.çox sevirəm.Gùlnarì tanıdan və sevdirən Aktrisamız Firəngiz x. Olub.

    • @cimnazismayilova3896
      @cimnazismayilova3896 Год назад

      Çox sağol düz yazmırsan

  • @bastirustemova295
    @bastirustemova295 6 месяцев назад +1

    Sizi coooox sevirik

  • @sevdaqdirova807
    @sevdaqdirova807 Год назад +1

    Firəngiz xanım öz sənətinin vurğunudu yaxşı ki belə gözəl sənətkarımız var❤🥰

  • @heyatisgenderli4002
    @heyatisgenderli4002 Год назад +8

    Sen yaxşı qızsan Gülnar.

  • @gulnarememmedova8135
    @gulnarememmedova8135 Год назад +8

    Sən yaxşı qızsan Gülnar!!!

  • @zenfiragulueva6855
    @zenfiragulueva6855 Год назад

    Çox sağolun yene ela video.

  • @bilyn2920
    @bilyn2920 9 месяцев назад

    Onları o qəder sevdim ki,o heyat mene qismet oldu.Saf,ağrılı ,acılı.....Allah Yaşar Nuriyə rəhmət eləsin,məkanı nurla dolsun.Firəngiz xanımada can saglıgı ,qəlb rahatlığı arzulayıram
    ♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️

  • @farid3945
    @farid3945 Год назад +3

    Firengiz xaním gözel ve istedadlí xanímdír

  • @sededfkdgidxgkfghflydy
    @sededfkdgidxgkfghflydy Год назад +1

    Selam Firengiz xanım yaddaşımızda qalmış Gülnardı .Allah uzun omür versin aktirisamıza 🌸

  • @FES721
    @FES721 5 месяцев назад

    Firengizler gözel olur,xöşbextlik onlardan yan qaçır😢.Firengiz xanıma can saĝlığı arzulayıram❤

  • @elcinhuseynov8153
    @elcinhuseynov8153 Год назад +5

    Allah can sağlığı versin

  • @samirabaku8309
    @samirabaku8309 Год назад

    Firengiz xanimi çox sevirem.Allah ona uzun ömürler versin.🤲🤲🤲

  • @gulnarmustafayeva6248
    @gulnarmustafayeva6248 2 месяца назад

    Demek olar heftede en azi 2 defede olsa baxiram ,anam menim adim8 bu tamawadan qoyub çox sevirem

  • @user-iv6fz9pu7c
    @user-iv6fz9pu7c Год назад +11

    Yaxşı illər imiş,heç kimi heç kəsi tanımırmış

  • @user-gu9yc1gm2p
    @user-gu9yc1gm2p Год назад +11

    Pul shan shohret bunlar muveggetidir amma ovlad insanin dunyada en giymetli allahin ona bexsh etdiyi hediyyedi...yazig Firengiz heyifki sehvini gocaligda basha dushdu amma daha cox gecdir

  • @tamellaceferova324
    @tamellaceferova324 Год назад +7

    O tamaşa gedəndə 4 - cü kursda oxuyurdum ! Məni hamı Gülnara oxşadırdı !

  • @MrEldeniz
    @MrEldeniz Год назад +6

    Haralı olmaqda ata əsas götürülürsə atası Qəbələ rayonunun Kiçik Pirəlli kəndindən olub.

  • @arifcelalov6186
    @arifcelalov6186 Год назад +1

    Men subay olanda firengiz xanimi sevirdim cox gozel xanimdir

  • @tahirezulfiqarova4737
    @tahirezulfiqarova4737 Год назад +1

    Canımız gözümüz dogmamız əziz anamın əziz qohumu gözəl insan möhtəşəm sənətkar Firəngiz xanım allahdan sizə can saglıgı arzulayıram həmişə var olasan Zaur Baxşəliyevədə öz minnətdarlıgımı bildirirəmki bizi uzaq düşən qohumlar silsiləsində görüşdürdü onunla görüşümdə ilk sözüm cən yaxşı qızsan Gülnar...

    • @user-ez6wq7fq4y
      @user-ez6wq7fq4y 9 месяцев назад

      Illər boyu qəlbimizdə öz yeri olan bu xanımla həyatda bir defa rastlaşmışam köhnə bes martabali binan qabaqinda qəzet buutkasini onunda yaxınlaşıb nə İsa demak istafim uzuma ela mehriban baxdı ki cedaratim olmadı nə İsa deyam. Sonra illar boyu özümü sınadım ki nə üçün dinmədim. 10:37 10:37 lmadi

  • @mustafaquliyev7616
    @mustafaquliyev7616 Год назад +3

    Aktyorlar üçün rol oynamağa həqiqətən sevgi lazımdı tərəf müqavilənin sevgisi olmasa yaratdıqları əsər sünü olar Yašar Nuriyev dahi ifi

  • @TT-li9ln
    @TT-li9ln Год назад

    Usaqliq illarimizin kinosu getdi o gunlar man cok xosuma galir Firangiz xanim

  • @xaliq2926
    @xaliq2926 Год назад +2

    Ve arzu edirem ki hec bir qadin adini dasiyan kes basqasinin ailesine girmesin cunki o ailede bir qadin deyilen bir varliq var

  • @mehpareid3375
    @mehpareid3375 Год назад +4

    Sevə--sevə izlədiymiz,gəncliyimizin televiziya tamaşası.Bizim serialımız idi.

  • @anarhuseynzad5027
    @anarhuseynzad5027 Год назад +1

    Səhnəmizin təbii gözəli,Allah sizi qorusun

  • @user-ii2rr3qi1p
    @user-ii2rr3qi1p Год назад +1

    ALLAH OLENLERE REHMET ELESIN. QALANLARINA CAN SAGLIGI VERSIN

  • @ulviqedirli6642
    @ulviqedirli6642 Год назад +1

    Üstünə saglig Ramiz Novruz rəhmətə gedib

  • @nasibaaskerova3770
    @nasibaaskerova3770 Год назад

    "Səni axtarıram" tamaşası cox möhtəşəm idi, qızlar özün Gülnara oxşadırdı, məndə 😊

  • @userr_999
    @userr_999 Год назад +6

    O yaşari.sevib.Oda evli olub.Yaşarda onu .Amma həya abır var idi.

  • @user-nw7re3zb4h
    @user-nw7re3zb4h Год назад +15

    İndi cavan olsaydi qalenvagen surerdi.

    • @tahminaalieva1429
      @tahminaalieva1429 Год назад +2

      😄🤦‍♀️

    • @userr_999
      @userr_999 Год назад +1

      İndikilər.həya abır.sevgi yox.Ancaq mülk pul dövlət marağlıdı.

    • @mryamm.3993
      @mryamm.3993 Год назад

      Galinvageni arxasinda papasha olanlari surur.

  • @perviz579
    @perviz579 Год назад

    Şuşa gözəli, səni çoooox sevirəm

  • @hicrannadirova
    @hicrannadirova 11 месяцев назад

    ❤❤❤

  • @iradehesenova1563
    @iradehesenova1563 10 месяцев назад

    Gozel insanlarin

  • @qalibmsimov8447
    @qalibmsimov8447 Год назад +35

    Dahi prezidentumiz Heydər Əliyev demişkən Dünyanın hər yerində olmuşam Azərbaycandan yoxdur.👍👍

  • @azeriking2850
    @azeriking2850 Год назад

    Allah Yaşar Nuriy rəhmət eləsin məkanı cənnət olsun inşallah Firgiz xanım ❤️ Allah qorusun inşallah 🤲😘😘

  • @kemaleeliyeva4432
    @kemaleeliyeva4432 Год назад +2

    Susa gozeli Firengiz xanim.

  • @aaaaaa-vg6gn
    @aaaaaa-vg6gn Год назад +6

    aktyorun & AKTRİSANIN AİLƏSİ ROLLARIDIR ONLAR HƏYATLARINI ARZULARINI ROLLARDA YAŞAYIB ARZULARINA ÇATIRLAR
    XALQ SEVGİSİ XALQIN ARTİSTİDİR
    🎭🎥📺🙌🙌🙌

    • @cimnazismayilova3896
      @cimnazismayilova3896 Год назад +1

      Mən Firəngiz xanımı çox çox özünü və apardığı rolları sevirəm Allah ona can sağlığı versin.
      Tələbəlik illərində "Səni axtarıram" tamaşasına baxıb çox ağlamışıq.
      Firəngiz Mütəllimova əsi Azərbaycan xanımıdr.
      Çox yaxşı rollar oynayıb.
      Allah qorusun Amin inşallah

    • @cimnazismayilova3896
      @cimnazismayilova3896 Год назад +1

      Ğözəl Firəngiz xanım.
      Allah səni qorusun Amin

  • @Cema-cu1nk
    @Cema-cu1nk Год назад

    aktrisası Allah can sağlığı versin Amin 🌹🙌🙏🤲😘😘

  • @demokratiyayolu.
    @demokratiyayolu. Год назад +6

    Yaxın münasibət Firəngizi salıb Yaşarın ürəyinə .başa düşüləndir. Biyqeyrət müdirlər kişilər olub, imkan verməyiblər qadın ailə qurmağa vaxtı həvəsi olsun.rol dalınca rol məşqələlər və .s.
    Birdə qadın şöhrət pərəst olub deyəsən,yəqin oğlanları götür qoy edib ay ona getməyim buna gedim birdə görüb ki yaş gedib baş ağarıb ömür keçib.

  • @user-di3hz8rk1i
    @user-di3hz8rk1i Год назад +2

    АЛЛАХ ВЕРЕН ОМРУ САГЛАМ ЙАШАСЫН
    АМИН !

  • @8telekom884
    @8telekom884 Год назад +1

    hec baxmamiwam bu tamawaya gerey bir defe baxim

  • @almazcfrova1899
    @almazcfrova1899 Год назад

    Yerlimə və Nərgiz xanuma məndən salamlar olsun

  • @nurlanesedov2819
    @nurlanesedov2819 Год назад +3

    O şuşada doğulub

    • @user-mi2ko3pm8y
      @user-mi2ko3pm8y Год назад +1

      Aqcabedi Inc avsar kendindendi doqulub atasi orada muellim isleyirmis

  • @solmazhasanova424
    @solmazhasanova424 Год назад +3

    Sərdar bəy Töhfə Əliyeva haqqında verlişi hazırlayın mümkünsə

  • @g5lg8a54
    @g5lg8a54 Год назад +18

    Niye qadin adi gelende bele sozler yazirsiz ay qadin ve kisiler?pis olmayanin da adini pis edenler.Allahdan qorxun.kim.nedir necedir bilmirem ama 1kisi haqda pis nese gormedim ele qadinlari pis elan edirler

    • @dolar00776
      @dolar00776 Год назад +4

      Dogru soyleyirsiz.sizce normal adamlar bele weyler yazar?insan taleyidir,hereye bir cur yazilib.hec kim bilmir onu ve yaxud onun ailesinden kimise heyatda ne gozleyir.inandirim sizi,bunlari yazanlarin hamisinin bir eksiyliyi var.ailesindemi deyim,ozundemi deyim.amma men bir soz deyerdimki,heyat bumiranqdir,ne etsen ,ne daniwsan ,onun cavabini gec,tez verecekdir.......

    • @heyatisgenderli4002
      @heyatisgenderli4002 Год назад

      İnanınki öz aileleri elediler bucüre terbiyesizliyi ancaq öz bostanlarında deribler ve yeyibler ona görede bele sözleri dillerine alırlar.

    • @ruslanliyev1223
      @ruslanliyev1223 Год назад +3

      Qadınıda elə pis kişilər edir.Kişi kişi olsa ən əxlaqsız qadında özün topluyub yıgışdırır.

    • @mustafaquliyev7616
      @mustafaquliyev7616 Год назад

      Firəngiz xanım çox istedadlı aktrisadır her šeyin yaxšisina layiq qadındı ailə həyatını sənətinə qurban verən sənətkardır əvəzolunmaz rollar oynayıb sevgi azaddır Yašar Nurinin sevmek günah deyil. Senet adamları üçün Yašar Nurinin yoldaši cox kübar xanımdı yoldašini baša düšub

    • @sevincbeyler5866
      @sevincbeyler5866 Год назад

      @@ruslanliyev1223 Sizinle 100 faiz raziyam : kişi meleyi fahişeye çeviren deyil ,kişi fahişəni meleye çevirendi !!

  • @user-zh2hh3et6y
    @user-zh2hh3et6y Год назад +1

    Фирəнқиз ханымын чох қөзəл, дəрин вə ҷазибəдар бахышлары вар! Онун қөзлəринə саатларла отуруб лал-динмəз бахасан...., өзү дə Елдар Мансуровун тилисимли мелодиjаларына гулаг аса-аса!!!
    Нараһат олмаjын Қүлнар, сəн һəлə дə гəшəнқ гызсан!!!
    Мəн сизə сағлам үрəк вə уғурлар арзулаjырам!!!

  • @intiqameliyev2927
    @intiqameliyev2927 Год назад +1

    Kiminlə eşq yaşayıb? deyirdilər rehmetliy yaşar vurub buna uzun illər başqalarını bilmirəm

  • @nurlanesedov2819
    @nurlanesedov2819 Год назад +2

    Atası az müddət bizim məktəbdə işləyib

  • @iradehesenova1563
    @iradehesenova1563 10 месяцев назад

    Gozel qadinlarin bexti olmur deyirler Firengiz xanim da cox gozeldir ancaq xosbext qadin deyil cox teessuf ona can sagligi arzu edirem

  • @demokratiyayolu.
    @demokratiyayolu. 11 месяцев назад

    Gözəl başa düşürəm Yaşar Nurini.

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 Год назад

    AZƏRBAYCANIMIZIN SEVİLƏN GÜLNARI ! BƏ'ZİLƏRİ TANIYIB - TANIMADAN BÖHTAN YAZIB , LƏKƏLƏMƏK USTƏYİR. ÇOX TƏƏSSÜF Kİ, BAŞQASININ HƏYATINI MÜZAKİRƏ EDƏNLƏR ÇOXDUR. YARATDIĞI ROLLARI MÜZAKİRƏ ETMƏKDƏNSƏ AĞILLARINDAN KEÇƏNLƏRİ YAZIRLAR. TƏƏSSÜF ...

    • @xyalhziyeva1788
      @xyalhziyeva1788 Год назад

      Salam. Mən Xəyalə Həziyeva. Reklamla məşğul olaraq şəxsi işini qurmaq və rəsmi kart vasitəsilə pul qazanmaq istəyən xanımları qrupuma dəvət edirəm. İş təklifim maraqlıdırsa geri dönüş edin, mən sizə məlumat verəcəyəm.

  • @teranequliyeva7897
    @teranequliyeva7897 Год назад +7

    Nə yatdıki nədə görə.Getməyinən qayıtmağı bir oldu Ad olsun ki kişinin qızı ərdə olub.

    • @solo205
      @solo205 Год назад +1

      Sənə nə? Hərə öz günahlarının siyahısın tutsun

    • @arazmemmedli1289
      @arazmemmedli1289 Год назад

      Qınamaq asandı

  • @user-jj6iy5er9d
    @user-jj6iy5er9d Год назад +4

    Салам, Каш ки актриса ларымиз ын хамысы беле козел роллар ойнайардылар

  • @gulnarahmedov3908
    @gulnarahmedov3908 Год назад

    Insanin gerek beexti gozel olsun..

  • @user-de6io9nn2v
    @user-de6io9nn2v Месяц назад

    Aktiyorun atasl şuşada məim baclmln məllimiydi.mənim tərbiyəcim deyirdi o firəngizdən küsülüdu.kiməsə getdiyinə gorə

  • @VetenciVeten
    @VetenciVeten 24 дня назад

    Elə də istedadı olmasa da güzəran psixologiyasını yaxşı mənimsəyib.

  • @ibrahimxelilov8056
    @ibrahimxelilov8056 Год назад +5

    Allah belele 💩qadini💩 namuslu kisilerden uzaq elesin amin

  • @NargizRahmatova
    @NargizRahmatova Год назад +1

    Bu Gülnar nağılı...

  • @spingame3959
    @spingame3959 Год назад +1

    Sən yaxşı qizsan Gülnar.pis qız deyilsən.

  • @user-jd7ub6vx9c
    @user-jd7ub6vx9c Год назад +4

    YALANDAN ÈRÈ GETMÌSHDÌ

  • @gulnazeminova6421
    @gulnazeminova6421 11 месяцев назад

    Kaş élə Yaşarla evlənəŕdi . Heyif . Çox heyf .

  • @bxan8809
    @bxan8809 Год назад +11

    ARTIST HAMSI VERENGUL OLUR

  • @rasethesenov9598
    @rasethesenov9598 Год назад +1

    Firəngiz ailəli olmayıb,yalan məlumat verməyin.

  • @nebidehuseynova2375
    @nebidehuseynova2375 Год назад

    Firengiz x cox sevirem gozel ve istedadli ama bacanaqlar serialindaki rolunu hec vaxt beyenmedim serial elaydi ama FirLiq deyildi mene ele gelir

  • @samirsuleymanov2088
    @samirsuleymanov2088 11 месяцев назад

    Kime ne sevirlerde gozeldide paxil olmuyun😂

  • @bxan8809
    @bxan8809 Год назад

    BU XOSU FAYSE SOZDE MEDENILESDI ESQ YASADI

  • @susannakutluca3544
    @susannakutluca3544 Год назад

    Aktrisa😅

  • @orxanahmadli3002
    @orxanahmadli3002 Год назад +1

    ФИРА 1 ДЕНЕДИ

  • @qorxmazisgenderov3407
    @qorxmazisgenderov3407 Год назад +3

    FİRƏNGİZ MÜTƏLLİBOVANI ALAN NƏ AĞIL İLƏ ONU ALIB...?
    MƏGƏR ONU TANIMIRDI, O KİM İDİ, YƏNİ............???
    Firəngiz kimlərin məşuqəsi olmayıb ki,................

    • @eliyevaruqeyya3758
      @eliyevaruqeyya3758 Год назад +1

      ƏSL KİŞİ QADIN HAQQINDA QEYBƏT ETMƏZ. İNCİMƏYİN , FƏRZİYYƏLƏRLƏ DANIŞMAQ DÜZGÜN DEYİL.

    • @intiqameliyev2927
      @intiqameliyev2927 Год назад +1

      ​@@eliyevaruqeyya3758he audın arı sudun duru olub .exlaqsız elə exlaqsızdı itdor.aktrisa da olsa bu beledir ..niyə muğənni Elnarə Abdullayevaya heçkim bir söz demir .çunki qeuretli ismətli Azərbaycan qadınıdır

  • @arzudilek1766
    @arzudilek1766 Год назад

    FIRENGIZ XANIM QEBELE NIN PREBEDIL KENDINDE ANADAN OLUB

  • @bakili8291
    @bakili8291 Год назад +2

    Oranın qızlarının coxu gəzib doyannan sonra ərə gedir. Onda da dogmaga halları qalmır.biri elə turkiyədəki.hələ doymayıb. Doyanda xəbər eliyəcək.

  • @user-sf6ht8ht2q
    @user-sf6ht8ht2q Год назад +1

    Фиренкиз ханаым чох козел ханымдыр мен ону ушаглыг иллеринден севирем екер разы олса бу дегигеде евленерем Фиренкиз ханым урекдир Аллах ону горусун мен ону чох севирем

  • @user-sf6ht8ht2q
    @user-sf6ht8ht2q Год назад

    Фиренкиз ханымы бутун омру бойу севмишем ве йенеде севирем Фиренкиз ханымы чох козел ханымдыр

  • @h.f.1601
    @h.f.1601 Год назад

    ishin gücün yoxdur senin?

  • @user-de6io9nn2v
    @user-de6io9nn2v Месяц назад

    Mən ona sordum məllim firəngiz sənin qlzlndl.tərs mənə baxlb dedi:Yox!

  • @bxan8809
    @bxan8809 Год назад +4

    ARTIST HAMSI VERENGUL OLUR

    • @csart8811
      @csart8811 Год назад +1

      Bunu Firəngiz xanim barədə demək olmaz

    • @solo205
      @solo205 Год назад +2

      Kişilərində çoxu oğraş olur