Alejandro Jodorowsky - Müqəddəs dilənçilik

Поделиться
HTML-код
  • Опубликовано: 2 окт 2024
  • Alejandro Jodorowsky - Müqəddəs dilənçilik
    Alejandro Jodorowsky filmlərini sənaye kinosundan qorumaq üçün, bu iyrənc sənaye mühitinə bulaşmamaq üçün insanların yardımı ilə çəkir. Hər filmdən əvvəl aksiya başlanır, insanlar film üçün lazım olan büdcəni toplayırlar. Jodorowsky, ənənəvi olaraq, hər filmindən öncə insanlara bu formada müraciət edir. Bu müraciətində rejissor sənayeləşmiş kinodan, Hollywoodun dünya kinosuna verdiyi zərərdən və özünün gördüyü bu işin mahiyyətindən danışır. "Poesía Sin Fin" (Endless Poetry) filmindən öncə edilən videomüraciəti azərbaycanca alt yazı ilə izləyin.
    "Hamımız karıxmışıq, çünki bütün gün pul barədə düşünürük, çünki biz iqtisadiyyatın kölələriyik. Həqiqi sənət insanlarda daha çox ruhu, qəlbi dəyişməlidi. Mən teatra gedəndə ordan fərqli insan kimi çıxmalıyam. Film mənə nəsə verməlidi: ümid, bilik... Mənim orda olduğunu belə bilmədiyim, içimdə qalan bir gizli gözəllik"
    FB: / filmfictionmagazine
    Instagram: / filmfictionmagazine
    Twitter: / filmfiction

Комментарии • 2