Ucarda təbii fəlakətin fəsadı aradan qaldırılır - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 12 окт 2024
  • #APATV #ucar #fəlakət #yağış #külək #ziyan #yararsız #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Ucarda təbii fəlakətin fəsadı aradan qaldırılır - APA TV
    Ucarda təbii fəlakətin fəsadları aradan qaldırılır.
    Ötən gün axşam saatlarında rayon ərazisində yağışla müşahidə olunan güclü külək 14 - ə yaxın binanın dam örtüyünü atıb, bir necə iri gövdəli ağacı aşırıb, elektrik təsərrüfatına və rabitə xətlərinə ciddi ziyan vurub. Rayonun M. Ə. Rəsulzadə küçəsində və H. Əliyev prospektində hündür mərtəbəli binaların dam örtüyü tamamilə yararsız vəziyyətə düşüb.
    M. Ə. Rəsulzadə küçəsində yaşayış binasının dam örtüyünün qopması nəticəsində 1957-ci il təvəllüdlü Ənvər Məmməd oğlu Məmmədov ağır xəsarətlə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
    Rayonun Küçəkənd kənd sakini Aşura Musayevaya məxsus dükanın dam örtüyünün uçması nəticəsində sahibkar yüngül xəsarət alıb. Sahibkarın dediyinə görə, ona 12000 manat ziyan dəyib.
    Bundan başqa rayonun bir çox ərazilərində külək tikililərin dam örtüyünü uçurub, ağacları kökündən qoparıb. Sakinlər deyir ki, külək əsasən Ucar Rayon Mənzil İstismar Sahəsinə məxsus binalara ziyan vurub.
    Ucar Rayon Mənzil İstismar Sahəsinin Rəisi Tural İsmayılov şifahi olaraq bildirdi ki, ötən gün rayon ərazisində baş verən təbii fəlakət nəticəsində istismar sahəsinin balansında olan ümumilikdə 14 binaya ziyan dəyib: “Onlardan 5 binanın dam örtüyü bütöv, 9 binanın dam örtüyü isə qismən təmir olunacaq. Yaxın vaxtlarda zərər görən bütün binalar bərpa olunacaq”- deyə, sahə rəisi qeyd edib.
    Zahid Abışov, Devran Əsgərov, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 15

  • @UserUser-md9yd
    @UserUser-md9yd Год назад +3

    Ucar

  • @residmusazade8286
    @residmusazade8286 Год назад +2

    Bu sakinlere yardim lazimdi esasda aşura xanıma

    • @sebrsebr9683
      @sebrsebr9683 Год назад

      Niye aşura xanim göydən düşüb

    • @Asafffsixiyev
      @Asafffsixiyev Год назад

      ​@@sebrsebr9683 çünki yorumu özləri yazıb 😂😂

    • @sebrsebr9683
      @sebrsebr9683 Год назад

      @@Asafffsixiyev he bildim ele 😂😂😂

    • @Asafffsixiyev
      @Asafffsixiyev Год назад

      @@sebrsebr9683 hə tanıyıram ailəni. Özləridir yazan

    • @Asafffsixiyev
      @Asafffsixiyev Год назад

      @@sebrsebr9683 özdə sizi inandırım ki o mağazada elə siz deyən mal yox idi . Boş çay qutularını yığmışdı vitrinə. İndi də deyir mağazam dolu idi

  • @K-drama_edits14
    @K-drama_edits14 Год назад +1

    Bura bizim evdi😢 danışan dayı məmmədəmin küçəsindəki bizim qonşumuzdu bizim evin içinədə su axırdı😢

  • @ulvuquliyev440
    @ulvuquliyev440 Год назад +1

    Bu damın uçmasında qasırğanın baş verməsində bir kişi günahkardır) .😢
    O kəs Böyük Məmməd Əmin Rəsulzadədir.
    Küçənin adı diyişməlidir.
    Jurnalist bir neçə dəfə küçənin adını qeyd edir.
    Bu hakimiyyətin içində o qədər
    M.Ə. Rəsulzadə qarşı qısqanc olan başı boş adamlar bir də görəcəksiniz təbii fəlakətdən dəymiş ziyanı aradan qaldırmağın əvəzinə küçənin adını dəyişməyi təklif edəcəklər.

  • @menmenov5524
    @menmenov5524 Год назад

    Bura nənəmin sexinin yanıdı tanıyıram