Kəbədə dünyaya gələn zəvvar İmamdır Əli, Həzrəti Peyğəmbərə ən oxşar İmamdır Əli, Mərtəbeyi-eşqidə çox ucqar İmamdır Əli, Mən ki,onun olmaram heç atdığı dırnağ qədər. Dünya həyat dərsi verir insanı tərs etdirir, Göz yaşımın notları düşmənləri rəqs etdirir, Düşməninin miqdarı sonsuzluğu əks etdirir, Dostlarımın sayları bir əldəki barmağ qədər. Oynanılır bir dənə nərtaxtada şahmat dama, Yansa da çatmaz gücü pərvanə üfürməz şama, Çoxları dünyadə ikən fərqinə varmır ama, Bəndələrin vardır ölüm qorxusu torpağ qədər... Adəmin övladları Habil ilə Qabilində, Yəqin olub nöqsanı insanlığığın ilk ilində, Hər günahın kibriti söndürmə müqabilində, Kibriti zənn etmə cəhhənnəmdəki çaxmağ qədər...
Ulduzların altında qaranlığ şəhər olmaz, Aysız gecə olmazsa günəşsiz səhər olmaz... Sözlərlə açardım yeni absaz qəzəl olsa, Yəqin ki,danışmazdı dodaqlarımız əl olsa, İnsanların ömründə ki,hər gün gözəl olsa, Gözlərdə sevinc əsk olunar qəm-kədər olmaz... Olmaz şərəfi isməti nadanların əsla, Açmaz qapadan üstünü nöqsanların əsla, Bezməkdən edən intihar insanların əsla, Talehləri alnında yazılmış qədər olmaz... Bir gün qoca dünyaya gələr bir gün ölərsən, Təqvimdə olan günləri üst-üstə gələrsən, Hər saniyənin qədrini məhşərdə bilərsən, Allahə ibadətlə keçən gün hədər olmaz... Qurani-Kərim aləmə rəbbani nəzərdir, Qəlblərdə inam məşəlini eşq' közərdir, İslamiy(y)ətin carçısı ən ali bəşərdir, Heç kəs Rəsulullah' qədər mötəbər olmaz...
Əvvəl-əvvəl vətən işğalına imkan veririk... Sonra sakitliyə atəşkəsə fərman veririk... Bizə Peyğəmbərimiz söylədi qeyrətli olun, Qoruyun torpağı dövlətdə səxavətli olun, Kişilər səhv salırıq biz bunu diqqətli olun, Sərvəti qoruyuruq torpağı qurban veririk... Çalmaz heç vaxt qələbə xalqı süqut etməkən, Bizlərindir Qarabağ dildə sübut etməknən, Torpağ işğal olunubdursa sükut etməknən, Gələcək nəslə şikəst Azərbaycan veririk... Ey bizim xain Əliynən satılan torpağımız, Vətən övladı tərəfdən atılan torpağımız, Min xəyanət oxu ilə çatılan torpağımız, Biz sənin haqqını əldən necə asan veririk... Laçın,Ağdam,Şuşa işğal olunubdur beləcə, Mavi ekranda xəbərlərdə də baxdım o gecə, Sabah olcey Şuşada istiliy 15 dərəcə, Arsız-arsız havası hakda da elan veririk... İnsanın əvvəli torpağı sonu torpağdı fəqət, Gövhəri Ruhu olarsa donu torpağdı fəqət, Sonda ağuşa alan da onu torpağdı fəqət, Yaranıb torpağın üstündə həmi can veririk... Gözün aydın Qarabağ oylağımız ay Aydın, Sancılır hər tərəfə bayrağımız ay Aydın, Bu gün azad olunur torpağımız ay Aydın, İşğal altındakı torpağlara səhman veririk...
Ali kitab ayəsi var əyanda... Şəhidlər ölməz yazılıb Quranda... Prezidentimizin sayəsində biz, Qarabağda qoymadığ ermənidən iz, Harda yatıb qalmışdınız onda siz, Dövlət qurub Qarabağa ad qoyanda... Köməyə gəldi bir tərəfdən Ərdoğan, Arif Alvi təkan verdi hər zaman, Bəs harda idi Moskvaynan İran, Biri bu yanda itdi obiri oyanda... Qabağa çatdığda qədim torpağa, Daxil Oldu ordumuz Murov dağa, Yağdırdılar atəşi soldan sağa, Düşməni xar eylədilər cahanda... Ana ayağının altına cənnət düşür, Körpələrindən gözündən həsrət düşür, Hər şəhidin ruhuna rəhmət düşür, Olardı cənnətdə gözəl məkanda... Əzrail övladının canın aldı, Amma valideynin ismi ucaldı, Ailələrniz əmanət bizə qaldı, Əsgərlər sadiq oldular anda... Söhbət açanda boş qalan papağdan, Panşinyana hamı güldü qırağdan, Ordunun səsi gəldi Qarabağdan, Sonda qalib oldu bizim kamanda... Vidadi övladıvı çox sevirəm mən, Jalənin ismində qeyd edirəm mən, Şeir yazan əlinindən öpürəm mən, Məhəmməd Əli ismi var azanda...
Azərbaycan kökənli Elçindən, Söhbət açıram Həsənli Elçindən, Vardır Yerazda Qorxmaz igid Ordu. Elçin Həsənli Yerazdandır yurdu Can qoydu Şuşa Şəhərinə Qardaşmız, Axır Ki, Çatdı zəfərinə Qardaşımız Əsgərlərdən qalmadı heç dalda Çatdı Şuşaya çox yaralı halda Elçin eşitdi, haqq hesabat gəldi, Getdi Döyüşdü, Sağ salamat gəldi, Aldı qisasın Mənfuri düşməndən, Qovdu onları bizim bu məskəndən ELÇİN Elə bil təndi Koroğluynan. Vaqif kişi fəxr eyliyir oğluynan Sonda yad edib mən danışım kimdən? Yadigar qalar qardaşı Rasimdən,
Kəbədə dünyaya gələn zəvvar İmamdır Əli,
Həzrəti Peyğəmbərə ən oxşar İmamdır Əli,
Mərtəbeyi-eşqidə çox ucqar İmamdır Əli,
Mən ki,onun olmaram heç atdığı dırnağ qədər.
Dünya həyat dərsi verir insanı tərs etdirir,
Göz yaşımın notları düşmənləri rəqs etdirir,
Düşməninin miqdarı sonsuzluğu əks etdirir,
Dostlarımın sayları bir əldəki barmağ qədər.
Oynanılır bir dənə nərtaxtada şahmat dama,
Yansa da çatmaz gücü pərvanə üfürməz şama,
Çoxları dünyadə ikən fərqinə varmır ama,
Bəndələrin vardır ölüm qorxusu torpağ qədər...
Adəmin övladları Habil ilə Qabilində,
Yəqin olub nöqsanı insanlığığın ilk ilində,
Hər günahın kibriti söndürmə müqabilində,
Kibriti zənn etmə cəhhənnəmdəki çaxmağ qədər...
Ulduzların altında qaranlığ şəhər olmaz,
Aysız gecə olmazsa günəşsiz səhər olmaz...
Sözlərlə açardım yeni absaz qəzəl olsa,
Yəqin ki,danışmazdı dodaqlarımız əl olsa,
İnsanların ömründə ki,hər gün gözəl olsa,
Gözlərdə sevinc əsk olunar qəm-kədər olmaz...
Olmaz şərəfi isməti nadanların əsla,
Açmaz qapadan üstünü nöqsanların əsla,
Bezməkdən edən intihar insanların əsla,
Talehləri alnında yazılmış qədər olmaz...
Bir gün qoca dünyaya gələr bir gün ölərsən,
Təqvimdə olan günləri üst-üstə gələrsən,
Hər saniyənin qədrini məhşərdə bilərsən,
Allahə ibadətlə keçən gün hədər olmaz...
Qurani-Kərim aləmə rəbbani nəzərdir,
Qəlblərdə inam məşəlini eşq' közərdir,
İslamiy(y)ətin carçısı ən ali bəşərdir,
Heç kəs Rəsulullah' qədər mötəbər olmaz...
vay vaay adamin canini alire
Əvvəl-əvvəl vətən işğalına imkan veririk...
Sonra sakitliyə atəşkəsə fərman veririk...
Bizə Peyğəmbərimiz söylədi qeyrətli olun,
Qoruyun torpağı dövlətdə səxavətli olun,
Kişilər səhv salırıq biz bunu diqqətli olun,
Sərvəti qoruyuruq torpağı qurban veririk...
Çalmaz heç vaxt qələbə xalqı süqut etməkən,
Bizlərindir Qarabağ dildə sübut etməknən,
Torpağ işğal olunubdursa sükut etməknən,
Gələcək nəslə şikəst Azərbaycan veririk...
Ey bizim xain Əliynən satılan torpağımız,
Vətən övladı tərəfdən atılan torpağımız,
Min xəyanət oxu ilə çatılan torpağımız,
Biz sənin haqqını əldən necə asan veririk...
Laçın,Ağdam,Şuşa işğal olunubdur beləcə,
Mavi ekranda xəbərlərdə də baxdım o gecə,
Sabah olcey Şuşada istiliy 15 dərəcə,
Arsız-arsız havası hakda da elan veririk...
İnsanın əvvəli torpağı sonu torpağdı fəqət,
Gövhəri Ruhu olarsa donu torpağdı fəqət,
Sonda ağuşa alan da onu torpağdı fəqət,
Yaranıb torpağın üstündə həmi can veririk...
Gözün aydın Qarabağ oylağımız ay Aydın,
Sancılır hər tərəfə bayrağımız ay Aydın,
Bu gün azad olunur torpağımız ay Aydın,
İşğal altındakı torpağlara səhman veririk...
Ali kitab ayəsi var əyanda...
Şəhidlər ölməz yazılıb Quranda...
Prezidentimizin sayəsində biz,
Qarabağda qoymadığ ermənidən iz,
Harda yatıb qalmışdınız onda siz,
Dövlət qurub Qarabağa ad qoyanda...
Köməyə gəldi bir tərəfdən Ərdoğan,
Arif Alvi təkan verdi hər zaman,
Bəs harda idi Moskvaynan İran,
Biri bu yanda itdi obiri oyanda...
Qabağa çatdığda qədim torpağa,
Daxil Oldu ordumuz Murov dağa,
Yağdırdılar atəşi soldan sağa,
Düşməni xar eylədilər cahanda...
Ana ayağının altına cənnət düşür,
Körpələrindən gözündən həsrət düşür,
Hər şəhidin ruhuna rəhmət düşür,
Olardı cənnətdə gözəl məkanda...
Əzrail övladının canın aldı,
Amma valideynin ismi ucaldı,
Ailələrniz əmanət bizə qaldı,
Əsgərlər sadiq oldular anda...
Söhbət açanda boş qalan papağdan,
Panşinyana hamı güldü qırağdan,
Ordunun səsi gəldi Qarabağdan,
Sonda qalib oldu bizim kamanda...
Vidadi övladıvı çox sevirəm mən,
Jalənin ismində qeyd edirəm mən,
Şeir yazan əlinindən öpürəm mən,
Məhəmməd Əli ismi var azanda...
Ju ritmnen afrika meselerinde olanl apaciler zor deyer
Men meyxana oxudum
Bu ritimlə söz otuzdurmağ çətindi
Desen ehsen tutaram
Gelerem şen tutaram
Qafiyeni men tutaram
Bu saat ele bu saat
(Bu ritme uyğun beledi)
Ritim düşür kayfa indi mən deyim
Qoy indi mən deyim
Qafiyə açdın cavabın mən verim
Bu saat ele bu saat
Əsas meyxana ritmini qoymursuz
Azərbaycan kökənli Elçindən, Söhbət açıram Həsənli Elçindən, Vardır Yerazda Qorxmaz igid Ordu. Elçin Həsənli Yerazdandır yurdu Can qoydu Şuşa Şəhərinə Qardaşmız, Axır Ki, Çatdı zəfərinə Qardaşımız Əsgərlərdən qalmadı heç dalda Çatdı Şuşaya çox yaralı halda Elçin eşitdi, haqq hesabat gəldi, Getdi Döyüşdü, Sağ salamat gəldi, Aldı qisasın Mənfuri düşməndən, Qovdu onları bizim bu məskəndən ELÇİN Elə bil təndi Koroğluynan. Vaqif kişi fəxr eyliyir oğluynan Sonda yad edib mən danışım kimdən? Yadigar qalar qardaşı Rasimdən,
tewekur edirem
ok
salam eleykum bu ritimi goturdum halaligin verin
Eldeniz Mansuri Official Halal Xosun.Sadece Kanala Abune Olun Yeter
Sintez Music salam qaqa mən bu ritmi yükləmək istəyirəm necə yükləyim telefonuma
Sarı Əlizadə Eleykume Salam.Telefonla Yuklemek Ucun OGyoutube Programi Olmalidi Ve Yaxudda Yutubdan Mp3 Yukleme Programi Olmalidi
Sintez Music çox sağol yüklədim
qaq a yeni isitirem hecarda olmasin
Eldeniz Mansuri Official Calisaram ifa Edim
Menim 10 yasim var
salam qaqa siz seir musiqisi aranje ede bilersiz ??
Eldeniz Mansuri Official Yox.Ama Size Fon Musiqi Tapa Bilerem
ruclips.net/video/Q9NAdlItZss/видео.html TAPA BILERSEN ruclips.net/video/XcGcYozNNhU/видео.html BUNLARI ZEHMET OLMASA
Tezlikle Paylasilacaq İstediyiniz Ritm