Это видео недоступно.
Сожалеем об этом.

Az büdcə ilə necə reklam etmək olar? Real Vaxt Marketinqi

Поделиться
HTML-код
  • Опубликовано: 18 июн 2022
  • Yəqin ki, son günlərdə Oscar müsabiqəsində məşhur aktyor Will Smith-in aparıcıya vurduğu şilləni hər biriniz xatırlayırsınız. Həmin hadisədən sonra həm Azərbaycanda həm də ölkə xaricində bir çox şirkətlər həmin səhnənin üzərindən marketinq addımları atdı.
    Şirkətlərin belə gündəm olan bir mövzu üzərindən marketinq strategiyası qurması “Real Time Marketing” , yəni “Real vaxt marketinqi” nə nümunədir.
    Real Vaxt Marketinqi marketinq komandasının gündəmdə olan bir hadisə ilə öz bizneslərini yaxud məhsullarını kreativ şəkildə sintez etməsi, əlaqələndirməsidir. Artıq həmin mövzu toplum arasında müzakirə mövzusu olduğundan, insanlar bir müddət həmin mövzu ilə bağlı həmsöhbət olurlar. Şirkətlərin də həmin mövzu ilə bağlı postları onların təbii marağına səbəb olmuş olur.
    Real Vaxt Marketinqinin əsas özəllikləri odur ki, şirkət təfərindən ötürülən mesaj ağıllı, hədəfə yönəlmiş, diqqət çəkici olmalı və bunlar hamısı qısa zaman kəsimində baş verməlidir.
    Indisə gəlin real vaxt marketinqə aid bir neçə praktiki nümunəyə baxaq.
    Geyim şirkəti olan ASOS üzərində “Online” sözü səhv yazılan 17 000 çanta istehsal etdikdən sonra, öz səhvinə çevik şəkildə reaksiya verərək Tiviterdə belə bir post paylaşmışdı: “ Deməli, biz hərf səhvi ilə 17 000 çanta çap etmiş ola bilərik. Biz bunu limitli buraxılış sayırıq:)
    Onların bu formada zarafatyana öz səhvlərini şərh etməsi dezavantajın avantaja çevrilməsi və postun virallaşmasına apardı.
    Belə ki, həmin tvit 586 komment, 8 500 paylaşım və 49 000 bəyəni topladı. ASOS-un bu reaksiyası tək şirkətin virallaşmasına deyil, eyni zamanda markalaşmasına, imicinə də müsbət təsir göstərdi.
    Real Vaxt Marketinqinin ən böyük üstünlüyü odur ki, bu marketinq növünün xərci çox aşağıdır, önəmli olan isə kreativlikdir. Bu isə marketinq kampaniyalarına böyük büdcə ayırmaq istəməyənlər üçün çox yaxşı alternativ ola bilər.
    Digər nümunə kimi, Apple yeni smartfonlarının şarj cihazı ilə birlikdə olmayacağını açıqlayandan sonra, bu mediada böyük səs-sədaya səbəb olmuşdu. Bunu isə Apple şirkətinin əsas rəqiblərindən biri olan Samsung şirkəti Real Vaxt Marketinqə çevirərək belə bir post paylaşmışdı.
    Postda deyilirdi- sizin Galaxy sizə tam axtardıqlarınızı verir: Sadə şarj cihazından tutmuş ən yaxşı kameraya, bateriyaya, performansa, yaddaşa, hətta 120 HZ(hertz) ekrana qədər. Bu post isə 94 min bəyəni, 14 min komment və 61 min paylaşım almışdı. Bu misalı da düzgün qurulmuş real vaxt marketinqinin nə dərəcədə effektiv olacağına nümunə göstərmək olar.
    Sonda yekun olaraq demək olar ki, “Real Time Marketing” postu hazırlayarkən kifayət qədər diqqətli olmaq lazımdır. Çünki yanlış, yaxud qıcıqlandırıcı mesaj həmin marka haqda mənfi reputasiya yarada bilər.
    Siz də Real Vaxt marketinqinə aid bildiyiniz nümunələri bizimlə və digər izləyicilərlə bölüşməyi unutmayın. Bizi izlədiyiniz üçün təşəkkürlər.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - Əlaqə: / businestalks...​
    - Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Kamran Tağıyev
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Jalə Həsənzadə
    Layihə Meneceri : Kamran Tağıyev

Комментарии • 25

  • @aynurkrimli2865
    @aynurkrimli2865 8 месяцев назад

    Təşəkkür edirəm faydalı oldu.

  • @Arizziko
    @Arizziko 2 года назад +6

    Real vaxt marketinqi bir az şans məsələsidə var mənim fikrimcə.

  • @multiple22334
    @multiple22334 2 года назад +2

    ÇOX GÖZƏL DAVAM EDİN GÖZƏL İZAH EDİRSİNİZ

  • @ceyrantagiyeva3507
    @ceyrantagiyeva3507 2 года назад +2

    ÇOOX GÖZƏL BİR VİDEODU👍

  • @sanearebussy3752
    @sanearebussy3752 2 года назад +3

    İzləmədən bəyənmək😁👍

  • @kavkaz_dance
    @kavkaz_dance Год назад

    məncə çox gözəl vurğulamisiz . siz mənə bu video ilə ilham verdiniz və başarılı oldu təşəkkürlər əziyyətiniz üçün

  • @BY0808
    @BY0808 Год назад

    Əməyinizə sağlıq

  • @Unity_Women
    @Unity_Women 8 месяцев назад

    Online işi nece reklam ede bilerk?

  • @sevilmanaf1167
    @sevilmanaf1167 Год назад

    Real time marketingə missal olaraq bunu göstərmək olarmı sizcə? Bir dəfə Azərbaycanda kargo şirkətlərinin birindən müştərilərə təhqiredici mesaj gəlmişdi (rəqibləri tərəfindən edilmişdi əslində) bu mövzu gündəmdə olanda digər kargo şirkətləri öz müştərilərinə dəyərli mesajlar göndərməyə başladılar.

    • @BusinessTalksAz
      @BusinessTalksAz  Год назад +1

      Salam, xeyr. Çünki,bu viral hadisə olmayıb.

    • @sevilmanaf1167
      @sevilmanaf1167 Год назад

      @@BusinessTalksAz Anladım təşəkkürlər cavablandırdığınız üçün.

  • @nicatzeyniyev7565
    @nicatzeyniyev7565 Год назад

    Sizinle nece elaqe saxliya bilerem??

  • @Eliko1907
    @Eliko1907 2 года назад

    Əlasız

  • @Samxal_664
    @Samxal_664 Год назад

    Bu sahədə bildiklərimizi necə inkişaf etdirək?

  • @vuqarbaxisov4235
    @vuqarbaxisov4235 2 года назад

    Məsələn Memar Əcəmidəki kondisenerli dayanacıqın, bazara çevrilməsi, real time marketing ola bilər məncə)))

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 года назад +1

      😄👍🏻

    • @vuqarbaxisov4235
      @vuqarbaxisov4235 2 года назад +1

      @@BusinessTalksAz bu söhbət 2-3 həftəə dildən düşməsə quracaqım biznesə işlədərdim 😁

  • @sanearebussy3752
    @sanearebussy3752 2 года назад

    Yüksək mizah ilə yaxınlığı var məncə🙂🤔

  • @sahruz.huseynov
    @sahruz.huseynov 11 месяцев назад

    Ən gözəl səhifələrdən biri olduğunu yeni kəşf etdim.. Sizə çox minnətdaram, vacib, faydalı məlumatlarınızı bizimlə paylaşırsız. Səhifənizə google-dan gəlmişəm. Doğrusu, ilk öncə youtube-da "topdan və pərakəndə satışın fərqi" yazanda videonuz birinci gəldi, amma başlıq qəribə idi. Eyni axtarışla google-da yenə ilk sizin videonu gördüm və mən indi buradayam , çox məmnunam. Kursunuz, təşkilatınız varmı? Sizi başqa yerdən izləyə bilərik? Bir sualım da olacaq, məlumatınız varsa və paylaşsanız şad olaram: özün üçün şəxsi domen kimi mail ünvanı necə düzəltmək olar? Əvvəlcədən təşəkkürlər. Öz mübarək adınızı da qeyd edərsiz ki, birbaşa adınıza xitabən öz minnətdarlıq hisslərimi bildirirəm.

    • @BusinessTalksAz
      @BusinessTalksAz  11 месяцев назад

      Buyurun, xoşdur! Biz həmçinin animasiya videolarının hazırlanması ilə məğuluq. Əsasən Yutubdayıq. Domainin necə alındığını bilmirik. Biz komanda olaraq fəaliyyət göstəririk. Komandamızın adları videoların aşağısında qeyd edilib. Uğurlar! Təşəkkürlər!