Azərbaycanımız "Unudulmuş Gülüstan qalası" - (VLOG 30)

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • Deməli 25 Aprel 2021 ci il tarixində üz tutdum Şirvanşahlar dövlətinin mərkəzi olan Şamaxı şəhərinə. Düzdür daha öncəki səfərlərimdə Şamaxı şəhərində olan Yeddi günbəz trübələri, Kələxana türbələrində olsamda digər məkanlara gedib çıxa bilməmişdim. Əslində bu səfərimdə Gülüstan qalası, Buğurd qalası və Fit qalasını görmək istəsəmdə yalnız Gülüstan qalası ilə kifayətlənməli oldum.
    Gülüstan qalası Şamaxı şəhərinin yaxınlığında yerləşən Böyük Xınıslı kəndində yerləşməkdədir. Qala ilə təəsüratlarım tam başqa olmasına baxmayaq məkanda buranın tək qala deyildə əməlli başlı bir qala şəhər olduğunun şahidi oldum. Amma hər zamankı kimi və təəsüf hissi ilə bildirmək istərdim ki, bu qalada mənə görə unudulmuş tarixi abidələr silsiləsindəndir. Qalanın yerləşdiyi məkan və təbiət gözəlliyi əslində turizm inkişafında xüsusi roy oynaya bilər, amma...
    Gülüstan qalası haqqında nə deyə bilərm. Qala IX-XII əsrlərə aid edilir. Gülüstan qalası adi müdafiə tikilisi olması ilə yanaşı Şirvanşahlar sülaləsinin uzun müddət yaylıq yeri, yay iqamətgahı, dövlət əhəmiyyətli güclü qalası kimi ikili yüksək status daşıması onun bitkin quruluşunda və yüksək səviyyəli memarlığında öz əksini tapmışdır. Hətta Səlcuqlar dövründə gərgin tarixi hadisələrlə bağlı bu qalanın möhkəmləndirilməsinə böyük diqqət ayırmışlar. Mənbələrdə bildiril ki, XI əsrin sonları ilə XII əsrin başlarında hakimiyyət sürmüş Şirvanşah II Mənuçöhrün bacısı Şahbanu Xatun "Gülüstan qalasını yenidən tikdirmiş", Şirvanşah I Axsitan isə XII yüzilin sonlarında onu yenidən möhkəmləndirmişdir.
    Dəfələrlə Şirvanşahların son sığınacağı olan bu əfsanəvi qala orta əsrlərdə Şirvan uğrunda gedən saysız tarixi savaşların foks nöqtəsi olmuşdur. Onun divar və bürcləri müxtəlif çağlarda xəzər, ərəb, səlcuq, monqol, səfəvi, osmanlı yürüşlərinin gücünü görüb hiss etmişdir. Taleyi Azərbaycanın Mənuçöhr, Axsitan, Xəlilullah, Şah İsmayıl, Şah Təhmasib kimi görkəmli şəxsiyyətləri ilə bağlı olduğundan Gülüstan qalasının tarixi dəyəri çox böyükdür. Tarixçilərin bildirdiklərinə görə Gülüstan qalasına son böyük zərbəni XVI əsrin ortalarında I Şah Təhmasib vurmuşdur. Səfəvi-Osmanlı savaşları zamanı Gülüstan qalası dağıdılmışdır.
    Qala ilə bağlı eyni zamanda bir çox əfsanələrdə gəzməkdədir; Gülüstan qalası Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir.

Комментарии • 8

  • @mariyalyubchenko605
    @mariyalyubchenko605 3 года назад +1

    👍👍👍

  • @элишьджавадов
    @элишьджавадов 2 года назад

    👀

  • @aydinheyderov4241
    @aydinheyderov4241 3 года назад +1

    Çox gözel alınıb qardaş ..bura ele bir yerdirki ancaq gözle görülesi nefesle diyulası.adıda ebes yere Gülüstan deyilki...

    • @travelhistoryfun
      @travelhistoryfun  3 года назад +1

      Düzdü tam razıyam. Videoda istənilən səviyyədə görsənmir. Tam fərqli yerdir. Sadəcə qala qalıqlarını tam üzə çıxartsalar əla olardı. Turist cəlb etmək üçün mükəmməl yerdir

    • @aydinheyderov4241
      @aydinheyderov4241 3 года назад +1

      @@travelhistoryfun ora iki il əvvəl Danimarkadan ekspedusiya gəlmişdi oranıb 3 4 D formasın çigardıblar ( yeni evvel nece olub neçə bürc olub və.s..) yeni ora yeqinki 5 ..6 ile deyişməlidir...Şamaxı ilə bsğlı gpzel lahiyeler var....qalanı Allahın işidur..yeqinki yaxşı olar

    • @KolamburPictures
      @KolamburPictures 3 года назад

      @@travelhistoryfun əsas dağın sağ tərəfində yerləşən mağara var idi ora gedməmisiz birinci çəkdiyiniz qala divarlarının aşağı tərəfində yerləşirdi

    • @ilyasibrahimli6795
      @ilyasibrahimli6795 3 года назад

      @@KolamburPictures salam qardas tam izzah ede bilersiz o magara hansi terefdedi

  • @vetenimazrbaycan9796
    @vetenimazrbaycan9796 3 года назад

    Kendimiz