Это видео недоступно.
Сожалеем об этом.

Onu aldadaraq səhnəyə çıxarırlar

Поделиться
HTML-код
  • Опубликовано: 18 апр 2024
  • #hörümçək #horumchek #rəqqasə
    Onu aldadaraq səhnəyə çıxarıllar #rəqqasə #xalqartisti #rəqqasə #sevimli #aşiq #məşhur #səhnə #dirijor #gəncə #xəbər #azərbaycan #qadın #əminə #dilbazid #evlilik
    İki dahi bəstəkarın evlilik təklif etdiyi “yaralı turac” - Xalq artisti kimdir?
    Atasının oğlan kimi böyütdüyü, iki dahi bəstəkarın evlilik təklif etdiyi “yaralı turac” - Xalq artistinin film kimi həyatı
    Atası onu oğlan kimi böyütmüşdü
    İki dahi bəstəkar isə gözəlliyindən divanə olub evlilik təklif etmişdi
    Böyük sənətkarlar onu səhnəmizin “yaralı turac”ı adlandırırdılar
    Bacısı Azərbaycanın ilk qadın Xalq şairidir
    O, məşhur bəstəkar, Xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır
    Söhbət ilk milli rəqqasəmiz, Xalq artisti Əminə Dilbazidən gedir
    Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olur
    İlk təhsilini 132 saylı məktəbin rus bölməsində alır
    Əminənin beş yaşı olanda böyük qardaşı Cavanşir qəflətən xəstələnir
    Cavanşirin xəstəliyi ilə əlaqədar ailə Qazaxdan Bakıya köçsə də, Əminənin qardaşı vəfat edir
    Qardaşının ölümü onun atasını dərindən sarsıdır
    Bir gün atası qızının oğlansayağı hərəkətlərinə baxıb deyir:
    SİTAT: "Qızım, sənin hərəkətlərin mənə Cavanşiri xatırladır. Sən onu mənə əvəz edə bilərsən"
    Bundan sonra o qızını bərbərə aparıb saçlarını oğlansayağı kəsdirir, ona oğlan paltarı alıb evə gətirib deyir: SİTAT: "Bu gündən Əminə mənim oğlum Cavanşirdir".
    Əminəni 1926-cı ildə əvvəlcə Azərbaycan, sonra rus məktəbinə qoyurlar
    Lakin o, gözlənilmədən ağır xəstəliyə tutulur və bir müddət məktəbdən ayrılır
    Bir az sağalsa da, həkimlər onun məktəbə getməsini, dərslərinə davam etdirməsini məsləhət görmürlər
    Ancaq Əminə təhsilini davam etdirir
    Doqquz yaşı olanda anası Xeyransa xanım qızları Əzizə və Əminəni Üzeyir Hacıbəyovun konservatoriyada yaratdığı fortepiano sinfinə qoyur
    Ancaq Əminənin on üç yaşı olanda atası dünyasını dəyişir
    Qızlarının hər ikisi musiqi məktəbindən ayrılmalı olurlar
    Atası Əminəni oğlan uşağı kimi böyüdüyündən o, daha çox idmana həvəs göstərir
    İdmanın yüngül atletika növü üzrə rayonda keçirilən idman yarışlarında birincilik qazanır
    Bir gün oxuduğu məktəbin direktoru onu yanına çağırıb bir ünvana getməyi tapşırır
    Əminə elə bilir ki, onu hansısa idman yarışına göndərirlər
    O, idman paltarını geyinib deyilən ünvana yollanır
    Ünvana çatıb görür ki, uşaqlar tarın, kamançanın müşayiəti ilə rəqs edirlər
    Növbə ona çatanda soruşdular:
    SİTAT: "Hansı havaya oynayacaqsan?"
    Etiraz edib deyir: "Oynamayacağam, mən idmançıyam. Bura məni səhvən çağırıblar"
    Lakin musiqi səslənir, amma o, rəqs edə bilmir
    Əminə “obsa” adlı havanı sifariş verir
    Ona deyirlər ki, belə rəqs yoxdur
    Belə olan halda Əminə özü sifariş etdiyi mahnını oxuyub oğlansayağı oynamağa başlayır
    Bir də onda fərqinə varır ki, zalda gülüş səsindən qulaq tutulur
    Pərt halda paltosunu götürür, var gücüylə ordan qaçır
    Üç-dörd gün sonra onu yenidən direktorun otağına çağırıb rəqsini bəyəndiklərini, ona yeni yaradılan rəqs ansamblına qəbul olunduğunu bildirirlər
    Razılaşmaq istəmədiyini gördükdə isə ona hər ay 400 manat təqaüd verəcəklərini deyirlər
    Əminənin anası o zaman ailəni dolandırmaq üçün üç yerdə işləyirdi
    O, təqaüdə görə deyilənlərə razı olur
    Əminə xanım müsahibələrinin birində deyir:
    SİTAT: "400 manat deyilən kimi anam yadıma düşdü, sevindim...
    “...400 rubl o dövr üçün böyük pul idi, anam xəstəxanada işləyirdi...”
    “...Fikirləşdim ki, yaxşı olar, anam gecə növbəsindən çıxar, üzünü doyunca görərik. Komissiya üzvlərinə dedim, gərək,anamdan icazə alım...
    “...Həmin gün qaça-qaça evimizə gəldim...”
    “...Dedim, ay mama, mən sənə hər ay 400 manat versəm, işinin birindən çıxarsan?...”
    “...Axı biz sənin üzünü görə bilmirik...”
    “...Anam əvvəlcə əsəbiləşdi, dedi, sən o pulu hardan alırsan?...
    “...O, biləndə ki, məktəbdə dərslərimə də davam edəcəyəm, rəqsə getməyimə razılıq verdi...”
    Üç aydan sonra Əminənin təqaüdünü 100 manat da artırırlar...
    Bir gün Üzeyir bəy rəqsə tamaşa edir
    Konsertdən sonra Əminə xanıma Üzeyir Hacıbəylinin onu görmək istədiyini söyləyirlər
    SİTAT: "Dedim, getmərəm. Qorxurdum ki, Üzeyir bəy rəqsimi bəyənməz...”
    “...Deyər, sənin belə şücaətin var ki, mənim musiqimə rəqs qurursan?...”
    “...Üzeyir bəy məni görən kimi dedi: "Balaca qız” - o, mənə belə müraciət edirdi - “sən mənə tanış gəlirsən..."
    “...O, anamın 1928-ci ildə məni və bacımı yanına gətirməsini nəzərdə tuturdu...”
    Üzeyir bəy mənə "Balaca qız, sən istedadlısan, mənim musiqimə gözəl rəqs qurmusan, rəqs qurmağa davam et"- dedi
    “...Onun sözlərindən elə təsirlənmişdim ki, doyunca ağlamaq istəyirdim...
    Böyük bəstəkar oradaca zəng vurub tapşırır ki, onun rəqsini dövlət konsertinə salsınlar
    Qısa müddətdə Niyazinin musiqisinə "Dağlar gözəli", Qılman Salmanovun musiqisinə isə "Alagöz" rəqslərini qurur
    Əminə Dilbazi gəncliyində olduqca cazibədar və gözəl olub
    Dövrün iki ən böyük iki bəstəkarı Fikrət Əmirov və Cövdət Hacıyev onu sevir
    Əminə Dilbazi 2010-cu il aprelin 30-da 91 yaşında vəfat edir

Комментарии • 40

  • @Visual_Relaxation_
    @Visual_Relaxation_ 3 месяца назад +10

    Gözəl xəbər

  • @user-zl9kf3tj1i
    @user-zl9kf3tj1i 3 месяца назад +7

    Gözəl rəqqasəmiz idi

  • @sayavushb8660
    @sayavushb8660 3 месяца назад +14

    Çox maraqlıdır

  • @aqilletifov-wq9td
    @aqilletifov-wq9td 3 месяца назад +4

    Allah rəhmət eləsin, böyük sənətkarımız idi.

  • @marcanmammadhasanova3433
    @marcanmammadhasanova3433 3 месяца назад +3

    Allah rəhmət eləsin Azərbaycanın gözəl və sadə rəqqasəsinə

  • @user-xj1bj6hh1e
    @user-xj1bj6hh1e 3 месяца назад +4

    Gözəl aktrisa. Allah rəhmət eləsin

  • @orxideya3805
    @orxideya3805 3 месяца назад +3

    Maraqlı məlumatlardır

  • @user-zc4fe2yk8g
    @user-zc4fe2yk8g 3 месяца назад +4

    Аллах Рахмат ейласин

  • @zahraseven701
    @zahraseven701 3 месяца назад +8

    Qeyrətli və nazlı xanım olub. ALLAH rəhmət eləsin. Qəbri nurla dolsun 🌹🌹

    • @horumchekofficial
      @horumchekofficial  3 месяца назад

      Salam, hörmətli izləyici, izlədiyiniz üçün təşəkkür edirik.

  • @govherbayramova5508
    @govherbayramova5508 3 месяца назад +1

    Allah rəhmət eləsin.

  • @Visualrest-hs9gv
    @Visualrest-hs9gv 3 месяца назад +3

    Nə gözəl

  • @aqilltifov7061
    @aqilltifov7061 3 месяца назад +2

    Allah rəhmət eləsin, böyük sənətkar idi.

  • @seideabbasova1515
    @seideabbasova1515 3 месяца назад +4

    Ən çox Cövdət Hacıyevin hərəkəti xoş gəldi.Əminə xanımın məktubu cəsarətləbdirib onu.

  • @hevvamammadova
    @hevvamammadova 3 месяца назад +2

    Allah rehmet elesin,Cox gozel reks edirdi .

  • @orxideya2425
    @orxideya2425 3 месяца назад +2

    Əla kanaldır. Gözəl verilişləri var

  • @doremake4067
    @doremake4067 3 месяца назад +5

    Gözəl xalq artistimiz

  • @ideaschannel.
    @ideaschannel. 3 месяца назад +4

    Yaxşı verilişdir

  • @ltifli_1333
    @ltifli_1333 3 месяца назад +1

    Yaxşı materialdır. Uğurlu olsun!

  • @KamalaAdigozalova
    @KamalaAdigozalova 3 месяца назад +2

    Allah rəhmət eləsin

  • @QzlOnluq
    @QzlOnluq 3 месяца назад +2

    ❤❤❤❤❤

  • @kemalememmedova1495
    @kemalememmedova1495 3 месяца назад +2

    Gezel xanimin duwmeni cox olur paxil insanlar her devrde yawayib allah onlara min nehlet etsin

  • @behbudovamanzar
    @behbudovamanzar 3 месяца назад

    Allah rəhmət eləsin!

  • @user-wk4mf3zq6x
    @user-wk4mf3zq6x 3 месяца назад +3

    YAZIQ FEHLELER 250 RUBL ALIRDI KULFET SAXLIYIRDI BU OYNAMAGA CAL CAGIRA NE YAMAN DIQQET YETIRIRMIŞLER MENE HECDE XOŞ OLMADI CUNKU BIZ KASIBCILIQ ICINDE YAŞAMIŞ BOYUMUŞ UŞAQLAR OLMUŞUQ INCESENET ADAMLARIN QALDIRIB QOYUBLAR DAG BAŞINA HEM INDI HEM KECMIŞDE

    • @xazangulasadova2613
      @xazangulasadova2613 3 месяца назад +2

      Bu xalqın bədbəxtçiliyi elə bundadı axtarsanız o bəstəkarların hamısı ruhani ailəsindən olan bəy evladlarıdı bolşeviklər qəsdən bu yola yönəldib xalqın kimliyini unutdurublar bu 30 ildə də sapı özümüzdən olan baltalar onların davamçısı olub azərstar,popstarlar təşkil edib gəncləri yüngül həyata cəlb ediblər indi də uşaqlardan başlayıblar 5 ,6 yaşlı uşaqları rəqsə cəlb edirlər qızlar oğlan kimi oğlanlar qız kimi təlimatlandırılır heç dur❗deyən də yoxdu(((

    • @refiqegerayl1344
      @refiqegerayl1344 3 месяца назад +1

      Çox gözəl dediniz, ürəyimdən xəbər verdiniz🙏

  • @nailehumbetova7053
    @nailehumbetova7053 3 месяца назад

    Allah Rəhmət Eləsin mənim Anamın myallim olub, amma mənə bahanda hamı elə bilir mən Əminə Xanımın Gizijam, Allah Anama də Rəhmət eləsin o da 81 adında vadar edib Teatrda jihilib elə o jasda ketirende evə 1 kün galdi Rəhmətə ketti jigilmasa di hələ Sağ olacağ idi, heç Xesteliji jox idi bir dərman da içməmisdi

  • @rimarima6253
    @rimarima6253 3 месяца назад +2

    Cox pis intonasiyaniz var,qiriq qiriq danismaginiz da.....

    • @cahidabbasov2600
      @cahidabbasov2600 3 месяца назад +1

      Bəli səsləndirmə təqdimatı bərbad

  • @tamaraalim9133
    @tamaraalim9133 3 месяца назад +1

    Аппылыб düşmək əvəzinə namaz qılaydı!

  • @intizarxlilova3948
    @intizarxlilova3948 3 месяца назад

    Xalq şairi Mirvarid Dilbazi Əminə Dilbazinin bacısı deyil. Videonun əvvəlində dediyiniz üçün xatırlatmaq istərdim.

    • @cahidabbasov2600
      @cahidabbasov2600 3 месяца назад +1

      Məncədə əmisiqızıdır

    • @intizarxlilova3948
      @intizarxlilova3948 3 месяца назад

      @@cahidabbasov2600 Dəqiq deyə bilmərəm, ancaq zahirən bənzərlikləri var idi. Hər ikisini də görmüşdüm. Əminə xanımın bacısı yaxınımızın qaynanası idi.

    • @user-ug6lc3dx7u
      @user-ug6lc3dx7u 3 месяца назад +2

      Emisi QIz olub

    • @user-wy1gv3lr9k
      @user-wy1gv3lr9k 3 месяца назад

      Əminə xanımın bacısının adı Əzizə olub.

    • @intizarxlilova3948
      @intizarxlilova3948 3 месяца назад

      @@user-wy1gv3lr9k bəli. Oğlunun adı Fuad idi. Əzizə xanım məncə inşaatçı idi.

  • @romamamedov3554
    @romamamedov3554 3 месяца назад +2

    Bu qadin heç vaxt gözəl olmuyub axi

    • @cahidabbasov2600
      @cahidabbasov2600 3 месяца назад +2

      Niyə qoca vaxtını gösdərir o yaşda necə gözəldir

  • @ahddnd8196
    @ahddnd8196 3 месяца назад +4

    Allah rəhmət eləsin.