Mizan Maarif Mərkəzinin fəaliyyətləri barədə MƏLUMAT (PAYLAŞIN)

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Salam Mizan Maarif Mərkəzinin əziz izləyiciləri
    Bu qısa videoda sizlərə, Mərkəzimiz barədə məlumat vermk niyyətindəyik.
    Allaha sonsuz həmd olsun ki, mərkəzimiz 2019-cu ildən etibarən fəaliyyətdədir və bizə xalqımıza xidmət etmək şansını əta etmişdir.
    Hədəfimiz Milli və Mənəvi dəyərlərin cəmiyyətimizə və günümüzə münasib formada təbliğ olunmasıdır!
    Bu məqsədlə sizlərə qeyd etdiyim tarixdən etibarən müxtəlif sahələr üzrə maarifləndirici video, audio və foto məlumatlar təqdim olunmuşdur.
    Bu sahədə olan ən önəmli layihəmiz cəmiyyətdə vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə hazırlanmış "Dirilərin Dastanı" layihəsidir.
    Cəmiyyətimizdə uşaq və yeniyetmələrin özünə məxsus yeri və əhəmiyyəti olduğu üçün mərkəzimiz tərəfindən Mizan - Uşaq və Yeniyetmə bölməsi də müstəqil olaraq yaradılmışdır.
    Bu layihə çərçivəsində Allahın yardımı və siz əzizlərin dəstəyi ilə Roma Şahzadəsi animasiya filmi tərcümə və dublaj edilərək, sinemalarda mərkəzimiz tərəfindən siz əzizlərə təqdim edildi və bununla da ölkə sinemalarında ilk dəfə olaraq ana dilimizdə animasiya sərgiləmiş olduq. Fürsətdən istifadə edib bu böyük işdə bizə maddi və mənəvi dəstək olan əzizlərimizə, eyni zamanda aidiyyatı dövlət qurumlarına öz minnətdarlğımızı bildiririk.
    Bundan əlavə, mərkəzimiz tərəfindən hazırlanan "Allahla danışan uşaq" animasiya serialının ilk hissəsi də siz izləyəcilərə təqdim edilmişdir.
    Biz virtual xidmətimizdən əlavə Mizan nəşrləri adı altında kitab nəşri ilə də məşquluq.
    Sizlərə təqdim etdiyimiz ilk kitablar "Ölümün o tayı" və "Siqaret - Əsrimizin ölüm mənbəyi" adlı iki kitabdan ibarətdir və hazırda bir neçə kitabın çapıyla bağlı işlər görülməkdədir.
    Virtual fəaliyyətlərimizdən xəbərdar olmaq üçün sizləri saytımızı və sosial şəbəkələrdə olan səhifələrimizi izləməyə dəvət edirik. mizanmaarif.com və mizancavan.az
    Bütün bunlardan əlavə, mərkəzimizin nəzdində yardım aksiyaları da təşkil olunmaqdadır. Mərkəzimiz bu sahədə Yardım Sevərlər Birliyi ilə əməkdaşlıq etməkdədir. Mərkəzimiz bu sahədə də sizlərin xidmətində duraraq, ianələrinizi lazımi istiqamətlərdə xərclənməsində yardımçı ola bilər.
    Qeyd etmək istəyirəm ki, bütün bu fəaliyyətlərimiz siz əzizlərin maddi və mənəvi dəstəyi ilə ərsəyə gəlmişdir və fəaliyyətimizin davamlı olması üçün də dəstəyinizə ehtiyaclıyıq.
    Allah hamımızıı dinimizə, vətənimizə və millətimizə xidmət etməkdə müvəffəq etsin!

Комментарии • 14