Bu bazara yolunuz düşsə, ehtiyatlı olun - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 31 авг 2023
  • #APATV #zaqatala #zaqatalabazarı #problemliyol #qanunsuzticarət #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Bu bazara yolunuz düşsə ehtiyatlı olun - APA TV
    Bu yol Zaqatalanın bazar yoludur. Zaqatala bazarı Tala çayının sağ, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobili yolunun isə sol sahilində, Zaqatala şəhərinin girişində yerləşir. Amma ilk baxışdan buranın bazar yoxsa avtomobil yolu olduğunu ayırd etmək çətindir.
    Çünki, bazarın tən ortasından avtomobillər keçir. Ardı-arası kəsilməyən maşın karvanı alıcılar üçün tək narahatlıq yox, həm də təhlükə yaradır.
    Sakinlər deyir ki, bilmirsən yol ortasına kimi uzanan piştaxtalarda nəyəsə baxasan, yoxsa maşına yol verəsən. Vay o günə, bir az fikrin qarışa, bir də görürsən hansısa maşın sənə sürtünüb keçdi.
    Bu yoldan maşınla keçmək məcburiyyətində qalan vətəndaşlar isə problemi sürücülərdə yox, ticarət obyektlərində görürlər. Vətəndaşlar deyir ki, yolun sağında və solunda tikilən obyektlər yolun ortasına kimi çıxırsa sürücünün burda nə günahı var?
    Sahibkar isə ticarət köşklərində qanunu ticarət etdiklərini bildirirlər. Onlar deyirlər ki, köşklərdən bir metr yetmiş santimetr qabağa çıxmağa üçün icazələri var.
    Yaxşı siz vurmadınız, biz yıxılmadıq. Bəs sürücüdə günah yoxdursa, sahibkarın da obyektini yolun ortasına çıxarmaq icazəsi varsa, alıcının da qanadı yoxdursa bu bazara gələn vətəndaşlar necə bazarlıq etsin? Bu ərazidə hərəkəti kim, necə tənzimləyir? Elə bu sonuncu sualla DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimova müraciət etdik. O bildirdi ki, bazar ərazisində avtomobillərin hərəkəti bir istiqamət üzrə nəzərdə tutulub:
    Məsələnin vətəndaşları narahat edən digər tərəfi ilə bağlı Zaqatala Bazar ASC-nin rəhbərliyi ilə əlaqə saxladıq. Qurumdan şifahi olaraq bildirildi ki, yolun sol hissəsi 2005-ci ildə Zaqatala şəhər bələdiyyəsindən uzunmüddətli icarəyə götürülüb. Ərazidə ticarət köşkləri tikildikdən sonra sahibkarlara alış-veriş etmək üçün müqavilə əsasında icarəyə verilib. Lakin bəzi sahibkarlar qaydanı pozaraq təyin olunan yerdən yola çıxırlar, bu da avtomobil və əhalinin yolda hərəkətinə çətinlik yaradır. Vaxtaşırı bazar rəhbərliyi tərəfindən həmin sahibkarlara xəbərdarlıqlar edilir və təyin edilmiş yerdə alış-veriş etmələri tövsiyə olunur.
    Görünən budur ki, bazara alış-verişə gələn alıcılar verilən tövsiyə, məsləhətlərlə ovunmalı, bazar yolunda var-gəl edən avtomobillərə uzun müddət yol verməli olacaqlar.
    Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 67

  • @rayat_asgerov

    Gedib yolda bazar salıblar. İndi də şikayətlənirlər. O rayonda bazar salmağa boş ərazi yoxdumu?

  • @samtalis

    Bazari tecili başqa eraziye köçürmey lazim, ay balam bu yol maşin yolududa, gelin haqqına danışaqda bu yol maşin yoludu

  • @wargames777

    Yol orda hemiwe olub bazar soradan olub Hele masin oldu gunahkar

  • @Size968

    Bazarın yeri dəyişməlidir..günah orda bazar salandadi..yolun sağ solu deyə bazar salıblar hele camaatı borclu çıxarırlar...

  • @turaleliyev5625

    Nə olsun bizdə də elədi Lənkaran bazarında taksi dayanacaği ediblər bazarı 24 saat maşin keçir neçə dəfə adam vurma təhlükəsi olub xeyri yoxdu heç kimin vecinə deyil.

  • @Məryəm-u3l

    Bazara gedən asfalt yol əvvəllər tam sərbəst idi, sağ tərəfdə fərdi yaşayış evləri mövcud idi, sol tərəf ta bazarın yaxınlığına qədər boş idi. Görünür zaman-zaman köşklərlərin vacibliyi başqa maraqlardan daha üstün olub. Axı köşkdə olsa orada pul dövriyyəsi var.

  • @zaurhd3149

    Siz gəlin bizim rayonun bazarın çəkin, itdə baş soxmaz palçıq adamın başına çıxır maşınlarda bir tərəfdən.

  • @azarkesler

    Bankladeşlə fərqimiz yoxdur

  • @MAQAYXAN

    bura evvel maşın yolu olub ve hemin yerde böyük yaşıl park vardı..parkı mehv edib elediler avtovagzal hemin bu yoluda bazar..

  • @elmansalimov7995

    Rüşvət olan yerdə, qanun işləmir, pul bizim gözlərimizi bağliyib...

  • @zakirg2486

    Əgər boşluq olsa mümkündur , asfalt yolu zəbt etmekse tərbiyəsizlikdoəir.

  • @samirsuleymanov2088

    Belke yolu temizlesinler qovunda bunlari

  • @BMW.90.666

    POlis bolmesi Reisi ayliq 60-70-80-100 alanda belede olmalidida

  • @internationalaz6620

    Sonra deyirlər ki dövlət xalqı sıxışdırır bu millətə imkan versələr bütün Azərbaycanı bazara çevirərlər yolu kəsməyi azmış kimi hələ sırtıq sırtıq deyir ki bizim ixtiyarımız var bir metr qabağa çıxmağa biz arenda veririk burda belələrini təpiyin altına salmayasan nə edəsən kadrdan görünür ki maşınlar o yoldan güclə keçir sanki yolu işğal ediblər bunlar

  • @AfaqQuluyeva

    Tək Xalatala bazarı bu vəziyyət deyilki elə Bakıda Xırdalanın köhnə bazar deyilən bazarınında içi bu gündədir gərək bu barədə də ölçü göturəkəydi kaşki😮

  • @user-on6zl6rp9g

    Бангладешдеде белади .

  • @nesiblipervin7534

    Hamısı ehtiyatlı olmalıdı

  • @user-te7of1my1u

    Eləbildim hindistandı 😂

  • @RASKOLN123

    Vasmoy bazardada helədidə

  • @user-tj4tn1kf5k

    Butun Azerbaycanda bazarlar bu gundedi ! Bu bazarların heç otuz faizi dövletin vergisinden xeberi yoxdu, hamısı kimise cibine gedir!!