#güncel

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • Yeni Kanalımıza Abone Olun Lütfen:
    Просим подписаться на наш новый RUclips канал:
    / @goldenbridge1460
    #sondakika İrəvan (Golden Bridge News - Ramiz Məşədihəsənli). Qərbi Azərbaycanın Pəmbək mahalının Arçut kəndinə doğru gedirik. Mənim 62 il öncə dünyaya gəldiyim doğma kəndimə. Çox həyəcanlıyam. Hisslər və xəyal məni uşaqlıq illərimə, özümü qanandan taa müstəqil həyata qədəm qoyanadək keçirdiyim acılı-şirinli, şən illərimə aparır.
    1988-ci ildə deportasiya olunduğumuzadək Kirovakan adlanan, indisə Vanadzor deyilən şəhərdən çıxırıq. İndiki nəslimizin nümayəndələri buraları yaxşı tanıyırlar... Qışlaq deyilirdi. Bir az irəlidə isə keçmiş dönəmlərdə Cəlaloğlu adlanan, sonralar Stepanavan deyilən rayona ayrılan yoldur. O yolun üztündə də Bzovdal erməni kəndindən sonra sol tərəfə Gözəldərə - Xancığaz kəndinə burulan yoldur. Bu xəyalımdan keçdi deyə xatırlatdım.
    Görürsünüzmü Vanadzorda günümüzdə elə bir dəyişiklik-zad yoxdur. Azərbaycan türklərinin deportasiyası ilə hər şeyin bərəkəti də getdi.
    Diqqət edin... O görünən təpəciklərin, açıq səmanın altındakı mənim Arçut kəndimdir. Adamı lap həyəcan bürüyür eləmi? Almalı dərəsinin girişində, lap İrəvan yolundaca bir neçə obyekt tikiblər. Sol tərəf isə Saral çayının kənarında sovxozumuzun bağı idi. Qalxırıq diki azacıq və sağ tərəfə Arçuta gedən yoldur bu... Təəssüf ki, kəndimizin özünü indi qarış-qarış gəzib, ziyarət etmək bizə çox çətindir. Əlçatmazdır. İnşallah vaxt gələcək bu imkan, fürsək özü yaranacaq...
    Hələliksə, Allah bizlərə səbr versin. Yurd həsrəti acısı daha çəkməyək. Yeri gəlmişkən, Həsrət Rəfiyev də Hamletxana ilə fotoların müşayiəti ilə yurdumuzu qiyabi ziyarət ettirdi bizi. Bu da ay Həsrət müəllim, Hamletxana... Üst tərəfdə də Arçut kəndimiz. Hamınız Allaha əmanət olun.

Комментарии • 2

  • @goldenbridge1460
    @goldenbridge1460  3 года назад +1

    Değerli izleyiciler Bu haberimizi beğendiyseniz bizlere destek olmak ve bu tarz haberlerin gelmesini istiyorsanız, beğenmeyi, yorum yapmayı ve arkadaşlarınızla paylaşmayı ihmal etmeyin, Destekleriniz bizim için önemli.

  • @17asrat
    @17asrat Год назад

    Ramiz bizim fikrimizdən heç zaman silinməz ...