Separatçının əməlləri üzə çıxdı | Vardanyanın qeyri-qanuni maliyyə işləri

Поделиться
HTML-код
  • Опубликовано: 1 май 2024
  • Separatçının əməlləri üzə çıxdı | Vardanyanın qeyri-qanuni maliyyə işləri
    “Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı bir sıra uyğunsuzluqlar var”.
    Bunu tanınmış amerikalı jurnalist Martin Şerman nüfuzlu “Newsmax” nəşrində erməni biznesmen, separatçı Ruben Vardanyana həsr etdiyi məqalədə bildirib.
    Müəllif, ümumiyyətlə, adıçəkilən mükafatın tarixində bəzi qəribə və qorxulu epizodların olduğunu xatırladıb. O, yazısında ilk olaraq bəşəriyyətin ən böyük müharibəsini qızışdıranlardan biri Adolf Hitler və onun ən böyük köməkçisi Nevil Çemberlenin 1939-cu ildə mükafata namizəd olmasını göstərib.
    Bildirib ki, tezliklə bu iki şəxs ən qanlı müharibənin başlamasında əsas rol oynayıblar. M.Şerman daha sonra başqa bir qəribə hadisədən söz açıb. O, növbəti anormal məsələ kimi həmin vaxt cəmi 8 aydır ki, vəzifədə olan və mükafata layiq olmaq üçün heç bir iş görməyən ABŞ-nin keçmiş prezidenti Barak Obamanın Nobel mükafatı almasını göstərib.
    Müəllif xatırladıb ki, B.Obama iki müddətə seçildiyi səkkiz illik prezidentlik dövründə yeddi ölkəyə hərbi zərbələr endirib, həmçinin son onilliklərdə ilk dəfə Çin və Rusiya ilə silahlı toqquşma potensialı yaradıb.
    İcmalçı daha sonra erməni biznesmen Ruben Vardanyanın mükafata namizədliyinin irəli sürülməsinə toxunub və mükafatın əsl məqsədi ilə daha əvvəl qeyd olunan hallar kimi, bunun da uyğun gəlmədiyini qeyd edib.
    “R.Vardanyan guya humanitar fəaliyyət göstərib, amma o məşhur din xadimi Assizli Fransisko deyil. Onun “xeyriyyəçiliklə rəngarəng” kimi təsvir edilən tərcümeyi-halı, şübhəsiz ki, danılmaz dərəcədə qaranlıq məqamları ehtiva edir”, - deyə müəllif bildirib.
    O, R.Vardanyanın bioqrafiyası barədə qısa məlumat verib və qeyri-qanuni maliyyə əməllərini xatırladıb.
    “Vaxt keçdikcə milyarderin biznes təşəbbüslərinin gizli mahiyyəti haqqında məlumatlar ortaya çıxmağa başladı. Bu, R.Vardanyanın Nobel Mükafatı namizədinə layiq ola biləcəyi fikri ilə tamamilə ziddiyyət təşkil edir. 2019-cu ilin martında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin yaydığı məlumatdan görünür ki, R.Vardanyanın maliyyə təşkilatı külli miqdarda çirkli pulların yuyulması sxeminin tam mərkəzində olub. Belə ki, onun afşor şirkətlər şəbəkəsi və erməni təmasları şübhəli maliyyə fəaliyyəti üçün mərkəz kimi istifadə edilib. Hesabata görə, bu sxem müştərilərə pulları Rusiyadan çıxarmağa, xaricdəki aktivlərini gizlətməyə imkan verib”, - deyə məqalədə bildirilir.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Separatçının əməlləri üzə çıxdı | Vardanyanın qeyri-qanuni maliyyə işləri
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #separatçı #vardanyan #maliyyə #martinşerman #jurnalist #ifşa #mükafat #sülhmükafatı #nobelsülhmükafatı

Комментарии • 8

  • @bulftmmmdov
    @bulftmmmdov Месяц назад +10

    Eşq olsun prezident İlham Əliyevə, Vardanyan Bakıda donuz gözlərini döyə-döyə çürüyəcək inşaallah.

  • @user-sr1zt4cv9o
    @user-sr1zt4cv9o Месяц назад +4

    🐺🐺🐺
    А разве скажешь что это рожа , в гара баге голдовал ,! Не рожа а больше на хайкануша на пятый точку похож ,!

  • @ifaquli6976
    @ifaquli6976 Месяц назад +1

    Quzu kababına gəlmişdi 😂

  • @ElcinMmmdgil
    @ElcinMmmdgil Месяц назад +4

    Urusun hazırladığı kadir .

  • @yadullamemmedov
    @yadullamemmedov Месяц назад +6

    Əliyev onun milyardını balaca Heydərin hesabına köçürməyənə qədər buraxan deyil 😂😂😂 . Mənə elə gəlir o Bakıda qalıb ömrünün sonuna qədər fəhlə işləyəcək😂😂😂

  • @user-gk9yk3oq5r
    @user-gk9yk3oq5r Месяц назад

    Bes niye bu insani indiye kimi sag saxlayiblar? Oldurun getsin,cehennem olsun bu dunyadan