YA BƏXTİMİN GÖZÜ KORDUR (Yeni versiyada) - Ruslan İbrahimli

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • Bu mahnı "Yuxum çin olmaz" adlı mahnının yeni versiyasıdır. Mahnının orijinal müəllifi Şamil Əhmədovdur. Bütün müəllif hüquqları orijinal sahiblərinə məxsusdur. Bu mahnı yalnız orijinal musiqiyə hörmət olaraq yaradılmışdır. Xahiş edirəm orijinal musiqiyə dəstək olun və bəstəkarların əməyinə hörmət edin.
    Orijinal Müzik: [ • Məhəbbət Kazımov - Yux... ]
    Mahnının sözləri: Ruslan İbrahimli
    Nəqarətin sözləri və orijinal musiqi: Şamil Əhmədov
    İfa: Suno
    Sözləri:
    Sevdim, ümidlər etdim bəlkə dönərsən deyə bir gün,
    Bəlkə bir gün mənim olarsan, dedim.
    Hər an səni düşündüm, xəyalları ard-arda düzürdüm,
    Sənə görə hər şeydən, hamıdan əllərimi üzdüm.
    Əziyyətləri mən çəkdim, sən isə baxıb mənə gülürdün,
    Anlamadın qəlbimdə yanan odu, sinəmə dağ çəkilmiş közün.
    Sənin yanında idi yerim amma görmədin məni,
    Sanki mən ruh idim, yox idi varlığımın izi.
    Ya sən kor oldun ya da bəxtimin gözü kordu,
    Fərq etməz, hər iki halda tale mənə qarşı oldu.
    [Nəqarət]
    Ya bəxtimin gözü kordur
    Ya dünyamın özü dardır
    Gah beşikdir, gah məzardır
    Yerim gen olmaz
    [Musiqi]
    Dünyam var idi, orada sadəcə ikimiz var idik,
    Hə bir də gözəl xəyallar, ümidlər bəslədik.
    Amma sən çıxdın dünyamdan, məhv oldu bütün o xəyallar,
    Daraldı dünyam, yox oldu bütün o arzular.
    İndi tək qalmışam, ürəyimdə bir boşluq,
    Sənsiz keçən hər gün sanki sonsuz bir boşluqdur.
    Dünyam mənə beşik olurdusa bir zamanlar,
    İndi dönüb məzara, hər yan qara, hər yan dar.
    Sən kin ilə doldun, mən isə sevgi ilə yandım,
    Alovlanan qəlbimi sənin üçün fəda sandım.
    Bilmirsən, ah bilmirsən nələr çəkdiyimi,
    Hər gün, hər an səni düşünüb ölüb dirildiyimi.
    Artıq sevgimin nifrətə döndüyünü anlamamısan,
    Qəlbimdəki yaraları sağaltmamısan, anlamamısan.
    [Nəqarət]
    Ya bəxtimin gözü kordur
    Ya dünyamın özü dardır
    Gah beşikdir, gah məzardır
    Yerim gen olmaz
    İZLƏNDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRƏM SUPERSİNİZ!!
    Salam! Mən Ruslan İbrahimli və bu mənim rəsmi RUclips kanalımdır. Mən rejissor, ssenarist, həvəskar animator və musiqiçiyəm. Kanalımda sizinlə ictimaiyyatla bağlı mövzuları, sizi maraqlandıran şeyləri və fikirlərimi paylaşıram.
    Kanalımda vlog, film, animasiya filmi, pulsuz film dərsləri, rejissorluq dərsləri, ssenari dərsləri və yeni-yeni fərqli layihələr kimi çoxlu videolar tapa bilərsiniz.
    Kanalıma abunə olmağa unutmayın! Beləcə kanalımda növbəti videoları ilk siz izləyə biləcəksiniz. Kanalımdakı videoları bəyənib və şərhlər yazsanız çox sevinərəm. Sizin fikirləriniz mənim üçün çox dəyərli və motivasiya vericidir.
    Kanala Abunə ol: bit.ly/2GUSDJ5
    Sosial Mediya:
    İnstagram ► / ruslanibrahimli.official
    Facebook ► / ruslanibrahimli1999

Комментарии • 10