Homer- "İliada" 🏛️📖

Поделиться
HTML-код
  • Опубликовано: 1 фев 2022
  • Əfsanəvi yunan şairi Homərin “İliada” əsəri insan zəkasının yaratdığı əski sənət örnəyi, dərin məzmun və yüksək sənətkarlıq nümunəsi kimi indi də yaşamaqdadır. Dünya ədəbiyyatının ən qədim əsərlərindən sayılan bu möhtəşəm epik poema ümumbəşəri sərvətdir. Bütün əsrlərə və bütün xalqlara eyni dərəcədə aid olan “İliada” qədim yunanların həyatını tam zənginliyi və bütövlüyü ilə göstərir.
    “İliada”nın məzmununu Troya müharibəsi təşkil edir. Homer özü Troya müha-ribəsinin müasiri olmadığı halda, bu əsərdə təsvir və tərənnüm etdiyi hadisələrin iştirakçısı kimi görünür.
    “İliada" qəhrəmanları müəyyən şəraitdə öləcəklərini yəqin etdikləri halda, qarşılarına qoyduqları məqsəd yolunda, azadlıq yolunda cəsarətlə meydana atılır, mərd-mərdanə vuruşur, ləyaqətlə həlak olurlar. Buna görədir ki, əsər dünya poe-ziyasında qəhrəmanlıq dastanı kimi əbədi ad qazanmışdır.
    Hazırladı: Nərimanov rayon MKS-nin əməkdaşı A.Əsgərova.
    #kitab #kitap #kitablar #kitabqurdu #kitapkurdu #kitapaşkı #kitapönerisi #book #kitaboxu #readbook #mütaliə #ədəbiyyat #bookstagram #booklover #bookaddict #literature #library #kitabxana #roman #nerimanovrayonmks #nerimanov

Комментарии • 3