İlhamə Quliyeva - Sevgilim (Lyrics)

Поделиться
HTML-код
  • Опубликовано: 2 апр 2024
  • İlhamə Quliyeva - Sevgilim (Lyrics)
    Söz: Famil Mehdi
    Musiqi: Oqtay Rəcəbov
    Hazırladı və foto: Toğrul Əhmədov
    Dalğa qaçar, mən qaçmaram,
    Bulud uçar, mən uçmaram,
    Durna köçər, mən köçmərəm.
    Mən köçmərəm,
    Mən uçmaram,
    Mən qaçmaram,
    Sevgilim.
    Bənövşələr açar, solar,
    Dağda lalə tənha qalar.
    Budaq yanar, peşman olar,
    Mən solmaram,
    Mən qalmaram,
    Mən olmaram,
    Sevgilim.
    Bülbül güldən ayrı düşər,
    Daraq teldən ayrı düşər,
    Sona göldən ayrı düşər,
    Mən düşmərəm,
    Gen düşmərəm,
    Mən düşmərəm,
    Sevgilim.

Комментарии • 5