Şəhidimiz Nəzir Osmanov- XTQ

Поделиться
HTML-код
  • Опубликовано: 27 июн 2021
  • ►Vətən müharibəsində canı və qanı bahasına döyüşərək şəhidlik zirvəsinə ucalan mərd oğullarımızdan biri də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan 23 yaşlı Nəzir Osmanovdur.
    Nəzir Osmanov 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində doğulub. Ailənin sonbeşiyi olan Nəzir orta təhsilini doğulduğu Qıpçaq kənd tam orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Daxili Qoşunların sıralarında xidmət edib.
    Hərbi xidmətdən qayıtdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər kimi Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü vəzifəsində xidmətə başlayıb. Nəzir Osmanov xidməti dövründə bir neçə dəfə komandirləri tərəfindən təltif olunub. Hər zaman hərbçi yoldaşlarının yanında hörmət qazanan Nəziri indi onunla birlikdə çiyin-çiynə xidmət etmiş silahdaşları hörmətlə anır. Qıpçaq kənd qəbiristanlığında dəfn olunan şəhidi bu gün ziyarətə gələnlər onunla birlikdə xidmət etdiyi hərbçilərdir.Nəzir Osmanov Daxili Qoşunlarda xidmət etdiyi 3 il ərzində peşəkar sürücü kimi fəaliyyət göstərib. O, bu peşəkarlığını döyüşdə də nümayiş etdirib. Sentyabrın sonlarından qoşulduğu Vətən müharibəsində bir-neçə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Hadrut, Horadiz və Fizuli şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərən Nəzirin son döyüşü Şuşa ətrafında olub. Yaxınlığına düşən minaatan mərmisi qəhrəman döyüşçünü ağır yaralayıb. Bir qədər sonra isə o, gözlərini əbədiyyən yumaraq şəhidlik zirvəsinə ucalıb. Övlad acısına dözmək çox çətindir deyən Nəzirin valideynləri bu gün qürurlu olduqlarını, övladları ilə fəxr etdiklərini bildirirlər. Qəhrəman döyüşçü şəhid olmağından bir gün öncə bacısına zəng vuraraq ad gününü təbrik edib. Növbəti gün, yəni noyabrın 1-i isə onun şəhid xəbəri gəlib.
    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli sərəncamları ilə əsgər Osmanov Nəzir Rahib oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bununla yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin 28 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
    ►İkinci Qarabağ Müharibəsinin Qax Rayonu Şəhidləri tam siyahısı
    - əsgər Tağızadə Bəhruz Azər oğlu
    - əsgər Səfərov Əfəndi Cahangir oğlu
    - əsgər Bünyadlı Rəvan Asif oğlu
    - çavuş Abbasov Ramil Sabir oğlu
    - əsgər Məmmədli Kənan Vəfadar oğlu
    - əsgər Abbasov Nihad Mövlüd oğlu
    - əsgər Şabanov Kamran Elşən oğlu
    - maxe Hacıəhmədli Hacıəhməd Həsən oğlu
    - maxe Osmanov Nəzir Rahib oğlu
    - polkovnik leytenant Məmmədov Sadiq Sadəddin oğlu
    - əsgər Allahverdiyev İsgəndər Nəsir oğlu
    - gizir İsrafilov Abdulla Yadigaroviç
    - əsgər Yusifli Məhəmməd Rəhman oğlu
    - əsgər Mənəfov Nicat Azad oğlu
    - əsgər Məmmədli Seymur Hacırəsul oğlu
    - kapitan Dunusov Fərid Fazil oğlu
    - əsgər Əliyev Təbriz Tofiq oğlu
    - əsgər İzzətzadə Elgün Bəhram oğlu
    - baş leytenant Əlizadə Qorxmaz Arif oğlu
    - baş leytenant Rəsulzadə Təbriz Əfrayim oğlu
    - gizir Ramazanov Fərid Ömər oğlu
    - çavuş Fətəliyev Emil Mayıs oğlu
    - əsgər Babayev Samsun Şəmsəddin oğlu
    - baş leytenant Ağayev Asəf Abid oğlu
    - əsgər Abdullayev Cavid Vahid oğlu
    - gizir Musayev Sahib Musa oğlu
    - əsgər Qarayev Anar Çingiz oğlu
    - əsgər Məhərrəmov Şamo Mətləb oğlu
    - əsgər Hacıyev Hacı Rafik oğlu
    #aboneol #like #share

Комментарии • 4

  • @xuramansalahova8194
    @xuramansalahova8194 3 года назад +2

    Yeri cənnət olsun Şəhidimizin

  • @rahilmhrrmli5445
    @rahilmhrrmli5445 3 года назад +3

    Allah rəhmət eləsin

  • @aytacibrahim126
    @aytacibrahim126 3 года назад +2

    Can Nəzir...

  • @L_92_87_G
    @L_92_87_G 2 года назад

    YERİN CƏNNƏT OLSUN NƏZİR OSMANLI KƏNDİMİZİN FƏHRİ SƏN VƏTƏNİ OĞLU 🙏🇦🇿🇹🇷🇵🇰