Şəhidimiz Təbriz Rəsulzadə - TANKİST

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024
  • ►Təbriz Rəsulzadə 1993-cü il fevralın 5-də Qax rayonunun Cəlayir kəndində anadan olub.
    1999-cu ildə Cəlayer kənd orta məktəbinin 1-ci sinfinə qədəm qoymuşdur. 2008-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib, sənədlərini "Cəmşid Naxçıvanski" adına hərbi litseyə verib. Litseyi bitirdikdən sonra isə "Heydər Əliyev" adına ali hərbi məktəbə daxil olub. Daha sonra, 2015-ci ildə "Tank mexanika mühəndisliyi" ixtisası üzrə ali peşə ixtisası dərəcəsi alıb. Leytenant rütbəsi ilə xidmətinə Bakı şəhər "N" saylı hərbi hissədə başlayıb. Qəhrəmanımız 2018-ci ildə "Baş leytenant" hərbi rütbəsi ilə təltif edilib.Azərbaycan Ordusunun baş leytenantı olan Təbriz Rəsulzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Təbriz Rəsulzadə sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub.Qax rayonu Cəlayer kəndində son mənzilə uğurlanıb...
    Allah Şəhidlərimizə rəhmət eləsin...Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Rəsulzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamı ilə Təbriz Rəsulzadə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
    ►İkinci Qarabağ Müharibəsinin Qax Rayonu Şəhidləri tam siyahısı
    - əsgər Tağızadə Bəhruz Azər oğlu
    - əsgər Səfərov Əfəndi Cahangir oğlu
    - əsgər Bünyadlı Rəvan Asif oğlu
    - çavuş Abbasov Ramil Sabir oğlu
    - əsgər Məmmədli Kənan Vəfadar oğlu
    - əsgər Abbasov Nihad Mövlüd oğlu
    - əsgər Şabanov Kamran Elşən oğlu
    - maxe Hacıəhmədli Hacıəhməd Həsən oğlu
    - maxe Osmanov Nəzir Rahib oğlu
    - polkovnik leytenant Məmmədov Sadiq Sadəddin oğlu
    - əsgər Allahverdiyev İsgəndər Nəsir oğlu
    - gizir İsrafilov Abdulla Yadigaroviç
    - əsgər Yusifli Məhəmməd Rəhman oğlu
    - əsgər Mənəfov Nicat Azad oğlu
    - əsgər Məmmədli Seymur Hacırəsul oğlu
    - kapitan Dunusov Fərid Fazil oğlu
    - əsgər Əliyev Təbriz Tofiq oğlu
    - əsgər İzzətzadə Elgün Bəhram oğlu
    - baş leytenant Əlizadə Qorxmaz Arif oğlu
    - baş leytenant Rəsulzadə Təbriz Əfrayim oğlu
    - gizir Ramazanov Fərid Ömər oğlu
    - çavuş Fətəliyev Emil Mayıs oğlu
    - əsgər Babayev Samsun Şəmsəddin oğlu
    - baş leytenant Ağayev Asəf Abid oğlu
    - əsgər Abdullayev Cavid Vahid oğlu
    - gizir Musayev Sahib Musa oğlu
    - əsgər Qarayev Anar Çingiz oğlu
    - əsgər Məhərrəmov Şamo Mətləb oğlu
    - əsgər Hacıyev Hacı Rafik oğlu
    #aboneol #like #share

Комментарии • 6

  • @omarqurbanov34
    @omarqurbanov34 3 года назад +2

    MƏKANIN CƏNNƏTDİR ŞƏHİDİM

  • @nuyvrsrifova9116
    @nuyvrsrifova9116 3 года назад

    Ruhun şad olsun ŞƏHİDİM.Amin

  • @EHEDMehdiyev-xj2he
    @EHEDMehdiyev-xj2he 4 месяца назад

    YA ALLAH CƏMİ KƏRBƏLA SƏHİDLƏRİNƏ RƏHMƏT ETSİN AMİN İNSALLAH YA ALLAH CƏMİ SƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN AMİN İNSALLAH YA ALLAH CƏMİ ŞƏHİDLƏRİ CƏNNƏTDƏ İMAM HUSEİN Ə AĞAYA QONAQ ETSİN AMİN İNSALLAH YA ALLAH CƏMİ ŞƏHİD AİLƏLƏRİNƏ SƏBİR VERSİN AMİN İNŞALLAH

  • @asifhetemov5062
    @asifhetemov5062 3 года назад

    Caan Tebişimiz ruhun şad olsun .Seni heç vaxt unutmariq Şehidim.Allah butun şehidlerimize rehmet elesin

  • @celal82ehmedov
    @celal82ehmedov 3 года назад

    ruhun şad olsun Şəhidim

  • @zinuraliyev5377
    @zinuraliyev5377 2 года назад

    Аллах рэхмэт элясин😭😭😭царство тебе небесное .пусть земля тебе будет пухом