Səməd Vurğun - Azərbaycan (AI Cover)

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • Çox keçmişəm bu dağlardan,
    Durna gözlü bulaqlardan;
    Eşitmişəm uzaqlardan
    Sakit axan arazları,
    Sınamışam dostu, yarı
    Mən bir uşaq, sən bir ana,
    Odur ki, bağlıyam sənə:
    Hansı səmtə, hansı yana
    Hey uçsam da yuvam sənsən,
    Elim, günüm, obam sənsən!
    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!
    Dağlarının başı qardır,
    Ağ örpəyın buludlardır.
    Böyük bir keçmişin vardır;
    Bilinməyir yaşın sənin,
    Nələr çəkmiş başın sənin.
    Gözəl Vətən! Mənan dərin,
    Beşiyisən gözəllərin
    Aşıq deyər sərin-sərin,
    Son günəşin qucağısan
    Şeir, sənət ocağısan.
    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrilarmı könül candan?
    Azərbaycan, Azərbaycan!

Комментарии •