Fəxrəddin Manafov əfsanədir! 🖤 Elədə çox yaşım yoxdu, 20 yaşım var.. qısa desək bu zamanənin uşaqıyam amma heçdə yaşıdlarımın baxdıqı film, istifadə etdiyi sözlər, etdikləti hərəkət xoşuma gəlmir. Azərbaycan çox dəyişilib
30 yaşım var və ilk dəfə bu filmi izlədim çox təsirli filmdi hissiyyatı güclü insan çətin bu filmə baxdıqdan sonra uzun zaman təsirindən çıxa bilə😔 həyatda belədi xoşbəxtlik tez məhv olur:(
Bir gün özümdən də çox sevdiyim insan mənə dedi : " Ölsəm Bağışla". İkili il sonra xəbərsiz getdi. Eşitdim ki, evlənib. O dediyi kimi olmadı və o ölmədi nə də mən onu bağışlamadım. 6 il keçsə də yenə mən bu filmlə 🖤
Birgün baxacagsan bu filimə bilirəm, çox şeylər gizlənib filimdə bizdə elə gizləndik bir gün sözümüzün üstündə durmasaq nə səni nədə özümü bagişlamayacam.
Həyatda belədi.Ən xoşbəxt günlərin xəyalını qurarkən bir pis hadisə olar və bütün həyatını məhv edər.Dostayevskinin insancıklar kitabında belə bir hissə varki "çox qəribədir aglamadım ama paramparçaydım"həqiqətən bu kino insan həyatının fraqmentidir
Fəxrəddin Manafovun rollarını həmişə çox bəyənmişəm.Yaraşığlı olduğuna da söz yoxdu.O zamanın ən yaraşığlı Aktyorlarından ən birincisidi deyə bilərəm.Rafael Dadaşov da həmçinin
@@gudrathasanli3329 Kino səhnəsini nəzərdə tutmamışam e, zamanəni deyirəm! Adamıda Allah cəzasını kiminsə əli ilə verdirdi! Xalxın arvadını öz kaprizin üçün qaçırt. Bəs onun əri büsbütün biabır olmadımı dost-tanış arasında.
4sentyabr 2024 ... Qarabaga yola dusen Herbiçim bu filmi izlemeyimi isdedi sag salamat qayidib geleceysen Allahin izni ile ve bu filmi yeniden ikimiz bir izliyeciyik insAllah🤍
Bu filmin çox təsirli olduğunu bildiyim üçün heç vaxt baxmağ istəmirdim.Bu günə qismət imiş.Bu ssenarini yaşıyan çox cavan oğlan var hərədə axırı fərqli bitir biri ölür biri qalır.Hərçənd ki sağ qalanda ölü kimi bir şeydi.
Bu filmə bir şərh əlavə edəcəm. Sevdiyim bir insan üçün. Bizim Kislavodski kimi şəhərimiz yox idi. Bizim üçün Bakı vardı. Və mən ona görə rayondan Bakıya köçdüm. Köçdüyüm gün isə öldüm. Halbuki, ölsəydim bağışlayacaqdı. Bu filmə baxdıqca öz hekayəm yadıma düşdü. Gulyaya görə Kislavodskiyə köçən Yusif vardı, Yusifə görə ailəsinə qarşı çıxa biləcək Gulya yox idi. Halbuki, Gulya tək Yusifə görə yaşayırdı.....🚬🚬🚬
Gulya tək Yusifə görə yaşayır və yaşayacaqda.. ♡ürəyimdəsən♡ Mən ailəmə qarşı çıxdım deyə səndən uzaq qalmalı oldum.. təki bundan sonra uzaq qalmayaq onsuz məsafələr, kilometrlərlə uzaqdasan.. əsas qəlb evimiz bir-birinə uzaq olmasın... ona görə həmişə səni sevirəm yerinə ürəyimdəsən deyirəm və deyəcəm də.. ürəyimdəsən..qəlb evimdəsən..sən mənim tək evimsən.. bizə nə Kislavodski lazımdır nədəki Bakı sadəcə bir-birimizin əlini heç vaxt buraxmayacaq qədər eşq lazımdır.. ürəyimdəsən.. ruhumdasan.. qəlb evimdə bina etmisən..ruhu gözəl yarım..yarim..mənə candan əziz olanım.. sən məni sev.. sevki.. tək sənin yarın olayım.. birdənəm, tək sən mənim ürəyimdəsən.. gün gələcək həyatlarımızda birləşəcək.. mənim xoşbəxtliyim.. sevdiyim adam♡
Mənə gələcəydin uzağdan günlərlə aylarla uzağdan çarəsizcə sevmişdik.Sən ama gəlirdin mənə o gecə bu filmdən danışdıq ama uzağ yol bitmədi yenə sən gəldin xoşbəxt idik ama yenə qovuşmağa qoymadı əngəllər bizi.Mən o gedişinlə bu şəhərdə hər gün ölən biriyəm hər nəfəsim acı verir Fərid.İçimdəki acı darıxmaq bir gün tək an belə ləngimir bu sevgi məni hər gün əridir və çarəsizlik ümüdsüzlük acılar məni hər gün cavan yaşımda qocaldır
Yusifin qizin sozune qulaq asmasina esebleshirem, her defe deyirem belke by defe atmadi silahi )))) Gozel filmdir. Fexreddin Manafov, Muxtar Maniyev, Hesen Memmedov moteshem aktyorlar ve insanlar.
+ : Adam heç inana bilmir. Yəni doğrudan da bu ev, bu həyət : hamısı bizimdir? Elə ikimizin? Yəni heç kəs bizə dəyib-dolaşmayacaq. - : Heç kəs. + : Sən məni doğrudan çox istəyirsən? - :Lap çox.. 🖤
12 Noyabr 2024 - cü il. İlk dəfə izlədim. 5 il sonra bu filmi birdə izləyəcəm. İnşAllah 5 il sonra hal-hazırda qurduğum xəyalların hamısı ya da ən azından bir qismi reallaşmış olar.
“ÖLSƏM…BAĞIŞLA” FİLMİ BƏXTİ GƏTİRMƏYƏN FİLMLƏR SIRASINDA YER ALDI Filmin sınaq çəkilişləri zamanı baş rollara bir çox aktyorlar dəvət alsa da, rejissor əvvəlcədən kimi hansı obraza çəkəcəyini müəyyənləşdirib. Elə ki, filmdə iştirak edəcək yaradıcı heyət hazır vəziyyət alıb, o zaman rejissor heç yubanmadan belə çəkiliş proseslərinə başlayıb. Yeri gəlmişkən, R.Ocaqov yaradıcı heyətin tərkib hissəsini müəyyənləşdirən zaman əsasən əvvəllər birgə çalışdığı şəxslərə üstünlük verib.Məsələn, demək olar ki, bütün filmlərində Rüstəm İbrahimbəyovun ssenarisinə üstünlük verən rejissor “Ölsəm…bağışla” filmində də onun ssenarisini seçir. Rejissor filmin operatoru Rafiq Qəmbərovla beş filminin çəkilişində əməkdaşlıq edib. Bundan başqa, Yusifin anası rolunu yaradan Gəncə Dram teatrının aktrisası Sədayə Mustafayeva Rasim Ocaqovun “Ad günü”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm, bağışla” və s. filmlərində yaddaqalan obrazlar yaradıb. Xatırladım ki, hər iki sənətkarın tanışlığı rejissorun doğma yurdu olan Şəki şəhərindən başlayıb. Belə ki, bir vaxtlar Şəki Dram Teatrında çalışan Sədayə Mustafayeva hardan biləydi ki, tamaşaçı salonunda əyləşən gənc bir oğlan onun aktrisalıq qabiliyətinin hər kiçik detalını izləyir və gələcəkdə çəkəcək filmlərində görür. Eləcə də Fəxrəddin Manafov, mərhum Həsən Məmmədov, Hacı İsmayılov Rasim Ocaqovun bir neçə filmində çəkilib. Rasim Ocaqov etiraf edirdi ki, indiyədək quruluş verdiyi filmlər arasında ən sevimlisi “Ölsəm, bağışla”dır: “Əgər yaradıcılığıma diqqətlə nəzər salsanız, onda görərsiniz ki, “Ölsəm, bağışla” filmi, mənim ən sevimli filmimdir. Söz yox ki, bütün filmlərim mənim üçün əzizdir. Ancaq bu film mənim üçün çox fərqlidir. Və onu da xüsusilə qeyd etmək istərdim ki, bu film bəxti gətirməyən filmlər sırasında dayandı. Bunun da səbəbi o idi ki, filmin istehsalata buraxıldığı il-1989-cu il ölkəmizdə çox qarışıq bir durum yaranmışdı. Sonra 20 yanvar hadisəsi baş verdi, keçirilən mitinqlərin ardı-arası kəsilmirdi. Məhz, bu səbəblərdən filmin ilk nümayişi heç də təmtəraqlı keçirilmədi”. Filmin çəkilişləri Bakıda və Kislovodskda lentə alınıb. Rejissor filmin əsas qəhrəmanı olan Yusif obrazında yalnız Fəxrəddin Manafovu görüb: ” Yusif obrazının sınaq çəkilişlərinə demək olar ki, Fəxrəddin Manafovdan başqa heç bir aktyoru dəvət etməmişdim. Çünki əvvəlcədən bilirdim ki, Yusif rolu üçün yeganə namizəd Fəxrəddindir. Ancaq Gülya obrazının sınaq çəkilişlərinə çox sayda aktrisa dəvət etmişdim. Çox təəssüf ki, onların adlarını unutmuşam. Yadımda qalan yalnız odur ki, dəvət etdiyim aktrisalar arasında Gülzar Qurbanovanın aktrisalıq qabiliyyəti, ifa tərzi məni daha çox qane etdi. Buna görə də onu Gülya roluna təsdiq etdik”. Filmi diqqətlə seyr edən zaman istər-istəməz rejissor işinin çox dəqiqliklə görüldüyünün şahidi olursan. Belə ki, 1989-cu ildə çəkilən filmdə söhbət Böyük Vətən Müharibəsi illərindən sonrakı dövrü əhatə edir. Və həmin dövrün adamlarının siması filmdəki aktyorların görünüşündə, aktyorların işində öz həllini tapıb. Rejissor deyirdi ki, müharibəni görən şəxs üçün o dövrün geyimlərini, o dövrün əhval-ruhiyyəsini canlandırmaq o qədər də çətin məsələ deyildi: “Təsəvvür edin ki, hələ çəkilişə başlamamışdan əvvəl Fəxrəddin Manafova dedim ki, sən Yusifi yaratmaq üçün heç olmasa 5 kq arıqlamalısan. Doğrudan da o, çəkiliş vaxtı Yusif obrazı üçün artıq olan çəkisini itirmişdi. Onun geyimi, kepkası, eləcə də restoranda çəkilən kadrlarda gözə görünən kütləvi səhnə iştirakçılarının hamısı başdan-ayağa qədər o dövrün görünüşünə uyğunlaşdırılmışdı”. Rasim Ocaqov hər dəfə olduğu kimi bu dəfə də çəkiliş vaxtı filmə digər studiyalardan aktyor cəlb edib: “Edik roluna Kiyevdən Viktor Dəmirtaşı dəvət etmişdim. Bundan əvvəl də onu “Bağlı qapı arxasında” filmimə dəvət etmişdim. Dəmirtaş “Bağlı qapı arxasında” filmində əsas qəhrəmanlardan birini oynayıb. Birgə əməkdaşlığımız nəticəsində Dəmirtaşın aktyorluq qabiliyyətinə yaxından bələd olduğum üçün “Ölsəm, bağışla” filminin rol bölgüsündə heç düşünmədən belə onu Edik roluna dəvət və təsdiq etdim. Edikin nişanlısı Zina roluna isə Moskvadan Yelena Kostinanı dəvət etdim. Dediyim kimi, bir rejissor olaraq mənim üçün aktyorun hansı dinə, hansı millətə mənsub olması önəmli deyil. Mənim üçün əsas olan odur ki, aktyorun talantı, iş üslubu, oyun tərzi yüksək səviyyədə olsun”.
Esl sevgi incidici olur...Mümkün deyil ki , olmasın...Ancaq kimise ölümüne sevmek her kese qismet olmur!..Heç bir eziyyet yerde qalmır , bundan emin olmaq lazımdı..)🙌🏻❤️
Film sözsüz gözəl, musiqisi ayrıca gözəllikdə, rolda çəkilənlər çox möhtəşəm indiki filmler mənası yox musiqi bilinmir ne oxuyur indiki zamanda her şey var düz əməlli film çəkən demek olar yoxdu gənclərimiz bu filmləri izləməlidir... Bu arada menim 19 yaşım var
İnanmıram ama bir gün bu filmə baxsan və bu şərhi görsən səni həqiqətən çox sevdiyimi bil🙂ama artıq elə deyil bunuda bil.)Əsl sevgi əsla bitmir amma hər sevginin sonundada xoşbəxt olmur insan 'Bəzən qəmlə kədərlə dostlaşmağı bacarmağ lazımdı🥲❤️🩹Çox şeyi başa düşdüm ayrılandan sonra gec oldu yenədə çox sağol elədiyim səhfləri eləmərəm:)Ümid varamki bir gün bizim üçündə hər şey yaxşı olar❤️🩹🥀... Çox gözəl mənalı bir film idi kaşki elə həmən dövrlərdəki kimi insanlar bir birinə səmimi olsaydı🙃...
Belke Bu Kinoya Baxirsan Belkede baxmisan.Amma Inanki Seni Hele unuda Bilmemisem Seni helede sevirem.Sen gedmisen yenede sevirem Ve Her zaman Sevecemde Seni Cox Isteyirem#15.01.2022
Bir gün baxacaq və yorumu görəcəy bilirəm. Və deyrəm. Heç vaxt bağışlamıyacam, çünki bağışlamadığda obir dünyada qarşılaşdırırlar, yarım qalan bir cümlə sözüm var.
DƏLİ ROLUNU OYNAYAN AKTYOR DEYİL Filmdə diqqət mərkəzində dayanan kadrlardan və təbii ki, rollardan biri də küçədə dəlinin uşaqların ardınca qaçması, onun hirslənərək əcaib səs çıxarması və son anda zor gücünə dəlixanaya aparılması səhnəsidir. Əslində dəli rolunu böyük ustalıqla oynayan aktyor deyil. Rejissorla tanış olan həmin oğlan hər dəfə onunla görüşəndə “məni də öz filminə çək” deyə ondan xahiş edirmiş. Rasim müəllim deyirdi ki, dəli rolunu oynayan oğlan, doğrudan da aktyor deyil, sadəcə olaraq onu çoxdan tanıyırdım: “Onun görünüşü mənim çox xoşuma gəlirdi və bu oğlan hər dəfə məni görəndə xahiş edərək deyirdi ki, “öz filmlərinizdə məndən də istifadə edin. Onu da qeyd edim ki, dəli rolunu yaradan oğlan tam sağlam insandır, onda heç bir çatışmamazlıq yoxdur. Filmin sınaq çəkilişlərində hər rola uyğun aktyor seçimini bitirdikdən sonra dəli roluna kimi çəkəcəyimi çox fikirləşdim. Birdən yadıma düşdü ki, haqqında danışdığım oğlanı bir sınaq edim. Sınaq vaxtı onun danışığı, gülüşü, oynamağı məni qane etdi. Onu dəli roluna təsdiq etməyi planlaşdıran kimi ilk növbədə qarşısına şərt qoydum ki, saçların keçəl qırxılmalıdır. Deyəsən sözüm onu yaman tutmuşdu. Çünki o, mənim sözümdən sonra bir az nəm-nüm etdi. Elə ki, ona “saçların keçəl olmasa səni dəli roluna çəkməyəcəyəm” dedim, o zaman razılaşmaqdan başqa heç bir çarəsi qalmadı. Beləcə bizim birgə əməkdaşlığımız baş tutdu. Elə ki, filmin hazır materialının ekran variantına baxdım, gördüm ki, onu dəli roluna seçməkdə yanılmamışam”. ” Filmdəki Gülya obrazı aktrisa Gülzar Qurbanova tərəfindən böyük məharətlə yaradılıb. 18 yaşlı tələbə üçün qadın obrazı yaratmaq aktyordan yüksək məsuliyyət tələb edirdi. Xatırladaq ki, filmin çəkildiyi ildə Gülzar Qurbanova Ümumittifaq Kinematoqrafiya İnstitutunda Aleksey Vladimiroviç Batalovun kursunda təhsil alırdı. Və o vaxta kimi artıq bir neçə filmə çəkilmişdi. Bunlardan “Azərbaycanfilm”in istehsalı olan “İmtahan”(rejissoru Gülbəniz Əzimzadədir) filmi, “Tacikstanfilm”in istehsalı olan “Aeroportda hadisə”(rejissoru Yunis Yusurovdur) filmlərinin adlarını çəkmək olar. O, Moskvada 3-cü kursda təhsil alarkən Bakıda keçirilən festivala iştirak etdiyi “Doroqaya Yevgeni Sergeyeviç” tamaşası ilə qatılır. “Doroqaya Yevgeni Sergeyeviç” əsəri Eldar Ryazanovun quruluşunda film şəklində lentə də alınıb. Aktrisanın dediklərindən: “Həmin festivalda iştirak edərkən Rasim Ocaqovun diqqət mərkəzində dayandığımı çox sonralar eşitdim. O, aktrisalıq qabiliyyətimi bəyəndiyi üçün məni “Ölsəm, bağışla” filmində baş rollardan biri olan Gülya obrazının sınaq çəkilişlərinə dəvət etdi. Gülya obrazının sınaq çəkilişlərində məndən başqa da bir neçə aktrisa iştirak edirdi. Ancaq rejissor çalışırdı ki, bu aktrisalar bir-birlərindən xəbər tuta bilməsinlər. Eşitdiyimə görə, Gürcüstandan da aktrisa dəvət olunmuşdu. Ancaq buna baxmayaraq Rasim Ocaqov kimi hansı rola çəkəcəyini əvvəlcədən müəyyənləşdirmişdi. Elə ki, hər aktyor uyğun olan rollara təsdiq olundu, bundan sonra çəkiliş prosesləri başlandı. Çəkiliş vaxtı heç bir çətinlik çəkmədim. Baxmayaraq 18 yaşlı bir qızın 22 yaşlı qadın obrazı yaratması asan məsələ deyil, ancaq çalışırdım ki, öhdəsindən gəlim. Çəkiliş vaxtı rejissorun mənə çox köməyi dəyirdi. Mənə elə gəlir ki, Rasim Ocaqov kimi rejissorla işləmək özü böyük bir məktəbdir. O, aktyora tam sərbəstlik verir, aktyor fikri ilə hesablaşır. Bildiyiniz kimi filmin çəkilişlərinin bir hissəsi Kislovodskda lentə alınıb. Deməli, 1988-ci ilin sentyabr ayında bir ay müddətində Kislovodskda qalmalı olduq”. Film aktrisa üçün uğurlu olub: “Belə ki, mənim təhsil aldığım Ümumittifaq Kinematoqrafiya İnstitutunda diplom işim bu filmlə müdafiə olundu. Bu, çox böyük göstərici idi. Bundan başqa mən Gülya obrazına görə mükafat aldım. Sonra ardıcıl olaraq rejissorlarımız tərəfindən filmlərə dəvət aldım. Ancaq bu dəvətləri qəbul edə bilmirdim. Çünki müəllimim Batalov mənə icazə vermirdi. Bunun da səbəbi o idi ki, film çəkilişlərində iştirak etməyim kurs işlərinin yarımçıq qalmasına, iştirak etdiyim tamaşaların nümayişinin dayanmasına gətirib çıxarırdı. Çox təsadüf bir halda Batalov mənə icazə verdi ki, “Ölsəm, bağışla” filminin çəkilişlərində iştirak edim. Bu da ondan irəli gəlirdi ki, dərs ili yenicə başlamışdı. Təxminən 20 gün Kislovodskda, 10 gün də Bakıda çəkilişlər oldu. Söhbət Gülya obrazının çəkiliş müddətindən gedir. Və onu da xüsusilə qeyd etmək istərdim ki, tərəfmüqabilim Fəxrəddin Manafovla birgə əməkdaşlığımız demək olar ki, bir-birini tamamlayırdı”.
Salam, Azərbaycanfilm! Ötən həftənin bazar ertəsi İTV-də "BALANS" Studiyası tərəfindən tam bərpa edilmiş Azərbaycan kinosu "Ölsəm... bağışla" (1989) göstərilmişdir! Onu təzədən yükləyə bilərsiniz?
Anamın sevdiyi filmlərdən biri idi ama heç cür baxmaq qismət olmurdu..28 yaşıma qismət imiş..Nişanlımın bacısı Mələk musiqiçidir, statusunda bir piano ifası paylaşmışdı.Soruşanda demişdi ki “ölsəm bağışla” filmindəndir.” Baxdım. Anamın da Mələyin də bu filmi niyə bəyəndiklərini daha yaxşı anladım. Nişanlım hələ baxmayıb ona da dedim baxsın. Baxanda bu rəyimi də görər ümidvaram Təbriz,sevgilim.. 1:19:36
Esen olsun Asena 🇦🇿🇹🇷🤘🤘 Bende şimdi izledim hem baxmamışdım. Və bəyəndim həmdə çokk. Sizə isə mutluluklar dilerim. Dilerimki Tanrı arzu və isdəklərinizə çatacaq qədər sağlam ömür versin Asena.
Qızın valideynlərinə yazığım gəldi,hələ o dövr üçün necə böyük biabırçılıqdır. Ümumiyyətlə istənilən zamanda evli qadının dərdindən ölsə belə qaçıb getməyi çox pis şeydi,kiminsə arvadına göz dikmək də onun kimi. Sevgisi belə böyükdüsə ərə getməzdi,ya da boşanıb sonra çıxıb gedərdilər.
Bir gun men olmasam olsem bagisla meni.Seni her seyden ama her seyden cox sevdim ama bilmirem niye bacarmadim senin yaninda can vermeyi.Cox istedim ama bacarmadim.Bundan iller sonra bir gun meni xatirlasan bilki seni senden uzaq durmaga dozecek qeder sevdim
Ölsəm, bağışla Hər gün axşam evə gəlib Bərk boynunu qucaqlayıb Yanağından çox öpəcəm Bu xəyalım alınmasa, bağışla İstəyirəm xoşbəxt olaq Bir yaşlanaq, bir qocalaq Mən tez ölsəm, itsə maraq Sən ağlama, bağışla Nə mən cavan, nə sən cavan Bizdən qeyri kimdi yanan Məndən sonra səhərlərə Xoşbəxt duran insanları, bağışla Qucaqlayaram səni haaa Gülüşünə doyanadək Sevgidən kam alanadək Ölsəm, bağışla.
Film çox gözəldi orda da görsənir ki Azərbaycan öz qazisine dəyər vermir və kişiliyi saç kəsməkdə gören kişiler ozderi yüz qeletler edirlər bir sözlə haksızlık həmişə davam edəcək və çalışın yaxşılıq etməyin çünkü qalib gələn pislər olur nə yazıq ki çünkü yaxşıların Qədiri öləndə bilinir
Səni görmək istəyirəm,görüşməsək bağışla
Gizli ölmək istəyirəm
Xəbər tutsan bağışla..
Qorxuram unutmayasan.
Yox ,unutsan bağışla 🙏🏻🌾✨
@@Asadullah.S blinnnn soze baxxxx
@@USTAD-x3u ramiz rovsen seiridir. Gerek ad vereydi
Ölsən,bağışlamaram...
Xoşbəxt ol,harada,kiminlə olursan ol...xoşbəxt ol
Fəxrəddin Manafov əfsanədir! 🖤
Elədə çox yaşım yoxdu, 20 yaşım var.. qısa desək bu zamanənin uşaqıyam amma heçdə yaşıdlarımın baxdıqı film, istifadə etdiyi sözlər, etdikləti hərəkət xoşuma gəlmir. Azərbaycan çox dəyişilib
18 yaşında olan mən Azərbaycana belə Avropalaşmağ yaraşmadı dəyişib ama pis dəyişib...
30 yaşım var və ilk dəfə bu filmi izlədim çox təsirli filmdi hissiyyatı güclü insan çətin bu filmə baxdıqdan sonra uzun zaman təsirindən çıxa bilə😔 həyatda belədi xoşbəxtlik tez məhv olur:(
Bu kinoya Uşaqlıqdan baxıram heç vaxt burada olan hadisə məni rahat buraxmır çünki reyal həyata olmuş senari əsasında çəkilib bu kino
Bəli. Razıyam. Mən də ilk dəfə baxdım. Çox təsirli ssenaridir. Filmin atmosferindən çıxmaq olmur
Çox gözəl filimdi həqiqətən
+ "Qonşular yazır. Deyirlər dəlixanada yer yoxdu"
*Yusif:* "Bizim kimilərə Dəlixanada belə yer yoxdu. 🦋
Sonu bizim xəyal dunyamizla bitir nə gozəl🫶🏻oglan sagalib ve xosbext olurlar məncı😢ölüm olmasin❤
Səni gec izlədiyim üçün bağışla...
Cox gozel serh
@@sabina_islamova Elə məndə sizin kimi
Bir gün özümdən də çox sevdiyim insan mənə dedi : " Ölsəm Bağışla".
İkili il sonra xəbərsiz getdi.
Eşitdim ki, evlənib.
O dediyi kimi olmadı və o ölmədi nə də mən onu bağışlamadım.
6 il keçsə də yenə mən bu filmlə 🖤
"Ölsem bağişla " yox " getsem bağişla" demek isteyib ve bu hekayede sen tek deyilsen çox tessuf ki.
Kash o olasan sen
Ulim
@@azizasedov8780 bəli
deməli yanılmısız
Insan ele secim etmelidiki yanilmasin tanrim haminiza gozel bext qismet nesib elesin. Menim xosbextciliyimden haminiza qismet sag elim basiniza.
@@yusifceferov6699 canivuz agri gormesin amin hami xosbext olsun
Hərəkətlər,aktyorların rolu oynamağı,ssenari... Çox gözəldir. Çox təsirlidir... Ürəyim ağrıdı..
Birgün baxacagsan bu filimə bilirəm, çox şeylər gizlənib filimdə bizdə elə gizləndik bir gün sözümüzün üstündə durmasaq nə səni nədə özümü bagişlamayacam.
@@vahidsukurlu1856 nolub, kimi deyirsiz
Halal olsun.
İnşallah yaxşı olar qaqa ala bildin qızı ?
?
Ala bildin qızı qaqa?
Kardeş vatanımızın eski filmlerini izlemeyi seviyorum
Bizde aynen eski Turk filmlerini izliyoruz 🥰
Nəyi izləyək,tərbiyəsiz filmlərimi,her şey eskide galdl,namusda geyretde
Kaş ki sovet hökuməti yenidən gayldaydl,her şey o dovurdə idi,hörmət,namus geyret
@@ДенисКрутов-х3ь eski türk filmleri yazmışam yaxşı oxuyun. O demekdir ki köhne türk filmleri , indinin dizilerini hec mende izlemirem
@@elatorun1641 teşekkürler Bizlerde Sizin Keçmiş Sinemalarınıza seve seve ,ağlaya ağlaya baxrğ🥹
Həyatda belədi.Ən xoşbəxt günlərin xəyalını qurarkən bir pis hadisə olar və bütün həyatını məhv edər.Dostayevskinin insancıklar kitabında belə bir hissə varki "çox qəribədir aglamadım ama paramparçaydım"həqiqətən bu kino insan həyatının fraqmentidir
Fexreddin Manafov sen bir kralsan 🇦🇿
Fəxrəddin Manafovun rollarını həmişə çox bəyənmişəm.Yaraşığlı olduğuna da söz yoxdu.O zamanın ən yaraşığlı Aktyorlarından ən birincisidi deyə bilərəm.Rafael Dadaşov da həmçinin
@@mehmanb.1242 bir şey deyim sizə Çelentano yaraşığlı deyil ama qəribə bir çəkiciliyi var.Aktyor olaraq sifət cizgiləri mükəmməldi❤️
O vaxt həqiqətən bambaşqa idi. İnsanlarda, mühitdə, təbiətdə çox gözəl və yaşamalı idi.
Adamı heçnəyin üstündə bıçaqladılar e, nə yaşamalı mühit
@@gudrathasanli3329 Kino səhnəsini nəzərdə tutmamışam e, zamanəni deyirəm! Adamıda Allah cəzasını kiminsə əli ilə verdirdi! Xalxın arvadını öz kaprizin üçün qaçırt. Bəs onun əri büsbütün biabır olmadımı dost-tanış arasında.
@@gudrathasanli3329 ))))))))
Allah bele merdi mezardan adami qorusun bucur vicdansizlar hecneden adami qana salir
"Ölsəm,bağışla", sən nə gözəl filmsən!👏🍂
Məncə sevdiyindən başqasına getmek ölümdür ,ama o olum bağışlanmasin!!!!!
İl 2022.Bu filme həmişə baxanda deyirəm bəlkə sonluğu bu dəfə başqa cür olar.Ama olmur.Yenə də həmişəki kimi bədbin sonluq .Təəssüf !!!
4sentyabr 2024 ... Qarabaga yola dusen Herbiçim bu filmi izlemeyimi isdedi sag salamat qayidib geleceysen Allahin izni ile ve bu filmi yeniden ikimiz bir izliyeciyik insAllah🤍
10 yaşımda baxmışdım 20 yaşımda yaşadım bu hekayəni 21 yaşımda izlədim yenidən və başa düşdüm çox möhtəşəm filmdir
32 yaşım var bu filimi ilk dəfədir izlədim və bir şeyə yenidən əmin oldum ki bir birini əsil sevgi ilə sevənlər heç vaxt xöşbəxt olmur.
@@CahidKİNGN1 keçmişə baxma indi sevgi yoxdu indikilər pulu sevir urəklə sevən azdı
Какой грустный и в то же время прекрасный фильм ..
Фехретдин Манафов 👑.Какая красивая дикция ,какая красивая и правильная Азербайджанская речь
Bu filmin çox təsirli olduğunu bildiyim üçün heç vaxt baxmağ istəmirdim.Bu günə qismət imiş.Bu ssenarini yaşıyan çox cavan oğlan var hərədə axırı fərqli bitir biri ölür biri qalır.Hərçənd ki sağ qalanda ölü kimi bir şeydi.
Məndə baxmayacaqdim başıma gəldiyi üçün izləmək isdədim)
Məndə bu günə qismətimiş
Bu filmə bir şərh əlavə edəcəm. Sevdiyim bir insan üçün. Bizim Kislavodski kimi şəhərimiz yox idi. Bizim üçün Bakı vardı. Və mən ona görə rayondan Bakıya köçdüm. Köçdüyüm gün isə öldüm. Halbuki, ölsəydim bağışlayacaqdı. Bu filmə baxdıqca öz hekayəm yadıma düşdü. Gulyaya görə Kislavodskiyə köçən Yusif vardı, Yusifə görə ailəsinə qarşı çıxa biləcək Gulya yox idi. Halbuki, Gulya tək Yusifə görə yaşayırdı.....🚬🚬🚬
Gulya tək Yusifə görə yaşayır və yaşayacaqda.. ♡ürəyimdəsən♡
Mən ailəmə qarşı çıxdım deyə səndən uzaq qalmalı oldum.. təki bundan sonra uzaq qalmayaq onsuz məsafələr, kilometrlərlə uzaqdasan.. əsas qəlb evimiz bir-birinə uzaq olmasın... ona görə həmişə səni sevirəm yerinə ürəyimdəsən deyirəm və deyəcəm də.. ürəyimdəsən..qəlb evimdəsən..sən mənim tək evimsən.. bizə nə Kislavodski lazımdır nədəki Bakı sadəcə bir-birimizin əlini heç vaxt buraxmayacaq qədər eşq lazımdır.. ürəyimdəsən.. ruhumdasan.. qəlb evimdə bina etmisən..ruhu gözəl yarım..yarim..mənə candan əziz olanım.. sən məni sev.. sevki.. tək sənin yarın olayım.. birdənəm, tək sən mənim ürəyimdəsən.. gün gələcək həyatlarımızda birləşəcək.. mənim xoşbəxtliyim.. sevdiyim adam♡
@@afaqhuseynzad4924 bilirdim ki bir gün baxacaqdın bu filmə. Və məni həqiqətən doğru anlayacaqdın. Səni sevirəm. Bir şeyi unutma. Ölsəm bağışla♥️
sonu necə bitdi hekayənizin?) çox dərin duyğular var yazılarda❤
@@aygulquliyeva3025 bütün sərhədləri aşdıq. Xoşbəxtik artıq.
@@aygulquliyeva3025 BİZ bütün çətinliklərin üstəsindən gəlib, artıq qovuşmuşuq ❤ bir ildir evliyik 😊təki həqiqətən bir-birini sevənlər qovuşsun🤍 Amin
Vay dədə vay,nə gündə olube qadınlarımız,saçlarına əl vurmağa da ixtiyarları olmuyub(((10:30
Fexreddin Manafovun aktyorluguna heyranam😍
😏
Bu Filme oskar mukafati verseler bele yenede bele azdi 👍👍👍👍👍👍
Mənə gələcəydin uzağdan günlərlə aylarla uzağdan çarəsizcə sevmişdik.Sən ama gəlirdin mənə o gecə bu filmdən danışdıq ama uzağ yol bitmədi yenə sən gəldin xoşbəxt idik ama yenə qovuşmağa qoymadı əngəllər bizi.Mən o gedişinlə bu şəhərdə hər gün ölən biriyəm hər nəfəsim acı verir Fərid.İçimdəki acı darıxmaq bir gün tək an belə ləngimir bu sevgi məni hər gün əridir və çarəsizlik ümüdsüzlük acılar məni hər gün cavan yaşımda qocaldır
Ölsəm bağışla..🖤
Kim bağişlasada allah bağişlamaz .!
Ölmek çixiş yolu deyl çaresizlikdir.
Bir gun sen bu filme baxacagsan...mutleq baxacagsan...
Fəxrəddin Manafova hec demərsən ki,bu aktiyordu,cox canli rol aparlr,fəxrimizdi
Yusifin qizin sozune qulaq asmasina esebleshirem, her defe deyirem belke by defe atmadi silahi ))))
Gozel filmdir. Fexreddin Manafov, Muxtar Maniyev, Hesen Memmedov moteshem aktyorlar ve insanlar.
+ : Adam heç inana bilmir. Yəni doğrudan da bu ev, bu həyət : hamısı bizimdir? Elə ikimizin? Yəni heç kəs bizə dəyib-dolaşmayacaq.
- : Heç kəs.
+ : Sən məni doğrudan çox istəyirsən?
- :Lap çox..
🖤
12 Noyabr 2024 - cü il. İlk dəfə izlədim. 5 il sonra bu filmi birdə izləyəcəm. İnşAllah 5 il sonra hal-hazırda qurduğum xəyalların hamısı ya da ən azından bir qismi reallaşmış olar.
Bu günə qismətmiş 26.10.22
Səni birdə görmə bilməsəm bağışla😢
Rebbim real saf hisleri ile qarwılıqlı sevenleri qovuwdursun İnwallah Amin 🤲
Film mədəniyyətimiz ölür, artıq belə keyfiyyətli filmlər çəkilmir, axmaqca kadrlar doludur indi, buna dövlət tərəfindən nəzarət olunmalıdır.
“ÖLSƏM…BAĞIŞLA” FİLMİ BƏXTİ GƏTİRMƏYƏN FİLMLƏR SIRASINDA YER ALDI
Filmin sınaq çəkilişləri zamanı baş rollara bir çox aktyorlar dəvət alsa da, rejissor əvvəlcədən kimi hansı obraza çəkəcəyini müəyyənləşdirib. Elə ki, filmdə iştirak edəcək yaradıcı heyət hazır vəziyyət alıb, o zaman rejissor heç yubanmadan belə çəkiliş proseslərinə başlayıb.
Yeri gəlmişkən, R.Ocaqov yaradıcı heyətin tərkib hissəsini müəyyənləşdirən zaman əsasən əvvəllər birgə çalışdığı şəxslərə üstünlük verib.Məsələn, demək olar ki, bütün filmlərində Rüstəm İbrahimbəyovun ssenarisinə üstünlük verən rejissor “Ölsəm…bağışla” filmində də onun ssenarisini seçir. Rejissor filmin operatoru Rafiq Qəmbərovla beş filminin çəkilişində əməkdaşlıq edib. Bundan başqa, Yusifin anası rolunu yaradan Gəncə Dram teatrının aktrisası Sədayə Mustafayeva Rasim Ocaqovun “Ad günü”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm, bağışla” və s. filmlərində yaddaqalan obrazlar yaradıb. Xatırladım ki, hər iki sənətkarın tanışlığı rejissorun doğma yurdu olan Şəki şəhərindən başlayıb. Belə ki, bir vaxtlar Şəki Dram Teatrında çalışan Sədayə Mustafayeva hardan biləydi ki, tamaşaçı salonunda əyləşən gənc bir oğlan onun aktrisalıq qabiliyətinin hər kiçik detalını izləyir və gələcəkdə çəkəcək filmlərində görür. Eləcə də Fəxrəddin Manafov, mərhum Həsən Məmmədov, Hacı İsmayılov Rasim Ocaqovun bir neçə filmində çəkilib.
Rasim Ocaqov etiraf edirdi ki, indiyədək quruluş verdiyi filmlər arasında ən sevimlisi “Ölsəm, bağışla”dır: “Əgər yaradıcılığıma diqqətlə nəzər salsanız, onda görərsiniz ki, “Ölsəm, bağışla” filmi, mənim ən sevimli filmimdir. Söz yox ki, bütün filmlərim mənim üçün əzizdir. Ancaq bu film mənim üçün çox fərqlidir. Və onu da xüsusilə qeyd etmək istərdim ki, bu film bəxti gətirməyən filmlər sırasında dayandı. Bunun da səbəbi o idi ki, filmin istehsalata buraxıldığı il-1989-cu il ölkəmizdə çox qarışıq bir durum yaranmışdı. Sonra 20 yanvar hadisəsi baş verdi, keçirilən mitinqlərin ardı-arası kəsilmirdi. Məhz, bu səbəblərdən filmin ilk nümayişi heç də təmtəraqlı keçirilmədi”.
Filmin çəkilişləri Bakıda və Kislovodskda lentə alınıb. Rejissor filmin əsas qəhrəmanı olan Yusif obrazında yalnız Fəxrəddin Manafovu görüb: ” Yusif obrazının sınaq çəkilişlərinə demək olar ki, Fəxrəddin Manafovdan başqa heç bir aktyoru dəvət etməmişdim. Çünki əvvəlcədən bilirdim ki, Yusif rolu üçün yeganə namizəd Fəxrəddindir. Ancaq Gülya obrazının sınaq çəkilişlərinə çox sayda aktrisa dəvət etmişdim. Çox təəssüf ki, onların adlarını unutmuşam. Yadımda qalan yalnız odur ki, dəvət etdiyim aktrisalar arasında Gülzar Qurbanovanın aktrisalıq qabiliyyəti, ifa tərzi məni daha çox qane etdi. Buna görə də onu Gülya roluna təsdiq etdik”.
Filmi diqqətlə seyr edən zaman istər-istəməz rejissor işinin çox dəqiqliklə görüldüyünün şahidi olursan. Belə ki, 1989-cu ildə çəkilən filmdə söhbət Böyük Vətən Müharibəsi illərindən sonrakı dövrü əhatə edir. Və həmin dövrün adamlarının siması filmdəki aktyorların görünüşündə, aktyorların işində öz həllini tapıb.
Rejissor deyirdi ki, müharibəni görən şəxs üçün o dövrün geyimlərini, o dövrün əhval-ruhiyyəsini canlandırmaq o qədər də çətin məsələ deyildi: “Təsəvvür edin ki, hələ çəkilişə başlamamışdan əvvəl Fəxrəddin Manafova dedim ki, sən Yusifi yaratmaq üçün heç olmasa 5 kq arıqlamalısan. Doğrudan da o, çəkiliş vaxtı Yusif obrazı üçün artıq olan çəkisini itirmişdi. Onun geyimi, kepkası, eləcə də restoranda çəkilən kadrlarda gözə görünən kütləvi səhnə iştirakçılarının hamısı başdan-ayağa qədər o dövrün görünüşünə uyğunlaşdırılmışdı”.
Rasim Ocaqov hər dəfə olduğu kimi bu dəfə də çəkiliş vaxtı filmə digər studiyalardan aktyor cəlb edib: “Edik roluna Kiyevdən Viktor Dəmirtaşı dəvət etmişdim. Bundan əvvəl də onu “Bağlı qapı arxasında” filmimə dəvət etmişdim. Dəmirtaş “Bağlı qapı arxasında” filmində əsas qəhrəmanlardan birini oynayıb. Birgə əməkdaşlığımız nəticəsində Dəmirtaşın aktyorluq qabiliyyətinə yaxından bələd olduğum üçün “Ölsəm, bağışla” filminin rol bölgüsündə heç düşünmədən belə onu Edik roluna dəvət və təsdiq etdim. Edikin nişanlısı Zina roluna isə Moskvadan Yelena Kostinanı dəvət etdim. Dediyim kimi, bir rejissor olaraq mənim üçün aktyorun hansı dinə, hansı millətə mənsub olması önəmli deyil. Mənim üçün əsas olan odur ki, aktyorun talantı, iş üslubu, oyun tərzi yüksək səviyyədə olsun”.
+Coxlu marojna alacaqsan mene?
- He
+ Lap coxlu?
- Lap coxlu. ❤️
Neçənci dəqiqədədir?
Ağlıma gəlməzdi ki uşaq ikən izlədiyim filmi bir gün sənə görə yenidən izləyəcəm.Sonu olmayan bir yoldayıq itirən mən olacam....🥀🚬29:08:2024
Bashqasi uchun bele boyuk cavabdehlik dashiyan adam bu hereketi etmemeli idi. O bilirdi onun qadinin geri yolu yoxdur(((( lazimsiz qehramanliq(((
Onluq heçnə yoxdu. Hər halda qadınını narahat etməklərinə sakit qalammazdı ))
Sən yəqi qadnsan bilmərsen ele şeyi
O qəhramanlıq deyildi başqa hisdi
Kaş silahı qız əlindən almazdı, indi ən çox ona görə peşmandı
@@nesomnennonull3964 o vaxtı ermenilerin qehbe alçag oldugunu bilmirdik . Filmde Yusifi vuranlar ermenilerdir
Və bütün ailə quran kişilərə aiddir bu sözlər.Evləndikləri qadın ömür boyu onlara əmanətdir.
Esl sevgi incidici olur...Mümkün deyil ki , olmasın...Ancaq kimise ölümüne sevmek her kese qismet olmur!..Heç bir eziyyet yerde qalmır , bundan emin olmaq lazımdı..)🙌🏻❤️
Film möhteşem.her bir obraz süper.kaw yeni dövr muharibe üçünde kaliteli filmler cekile.indi izlesemde keçmiwe apardi film .
Belə dəyərli sözləri, kaş indidə bütün cəmiyyətdə, televziyada işlədərdilər...
axır ki izləməyə gəldim bu filmi
Olsem bagiwla GULUM ❤
🥀 28.10.2022 🥀
Həyif köhnə bakıdan, Restoran Xram vozdux Oxuyur Boka Bakıda məşhur Müğənni idi, Kino çox gəşəng çəkilib.
Film sözsüz gözəl, musiqisi ayrıca gözəllikdə, rolda çəkilənlər çox möhtəşəm indiki filmler mənası yox musiqi bilinmir ne oxuyur indiki zamanda her şey var düz əməlli film çəkən demek olar yoxdu gənclərimiz bu filmləri izləməlidir... Bu arada menim 19 yaşım var
ÇOX GÖZƏL FİLİMDİR AMA AXRINA BAXANDA ÇOX PİS OLURAM
Kaş baxmazdım 💔
Ruhumda sən, ürəyimdə sevgin, ölsəm əgər bir gün bağışla❤️🩹
Ölmə. Yaşa. Məndən öncə ölsən bağışlamaram... ❤
@@VuqarMuradxanlı sevirəm səni❤️
@@SeideHesenova-n7h sevirəm səni🩷
10.11.2022 saat 22:55 ölsəm bağışla səni bir də görə bilməsəm bağışla sənin səsini bir daha eşidə bilməsəm bağışla ölsəm bağışla gülüm
İlk dəfədi baxıram .video roliki gördüm maraqlı gəldi
Fəxrəddin Manafov ən sevdiyim mənim üçün dünya şöhrətli aktyor
Ölsəm bağışla🖤
21.12.22. 00:22
İnanmıram ama bir gün bu filmə baxsan və bu şərhi görsən səni həqiqətən çox sevdiyimi bil🙂ama artıq elə deyil bunuda bil.)Əsl sevgi əsla bitmir amma hər sevginin sonundada xoşbəxt olmur insan 'Bəzən qəmlə kədərlə dostlaşmağı bacarmağ lazımdı🥲❤️🩹Çox şeyi başa düşdüm ayrılandan sonra gec oldu yenədə çox sağol elədiyim səhfləri eləmərəm:)Ümid varamki bir gün bizim üçündə hər şey yaxşı olar❤️🩹🥀...
Çox gözəl mənalı bir film idi kaşki elə həmən dövrlərdəki kimi insanlar bir birinə səmimi olsaydı🙃...
Belke Bu Kinoya Baxirsan Belkede baxmisan.Amma Inanki Seni Hele unuda Bilmemisem Seni helede sevirem.Sen gedmisen yenede sevirem Ve Her zaman Sevecemde Seni Cox Isteyirem#15.01.2022
Qorxuram unutmayasan,
Yox, unutsan, bağışla...
Bakıynan da qurtardıq, davaynan da... Adə Bakıynan qurtarmaq olar??? 😢😢
Bir gün baxacaq və yorumu görəcəy bilirəm. Və deyrəm.
Heç vaxt bağışlamıyacam, çünki bağışlamadığda obir dünyada qarşılaşdırırlar, yarım qalan bir cümlə sözüm var.
Necə gözəl təsirli keyfiyyətli filmdi 😢 o qədər gözəl zamanlarda yaşamamışıq çox heyif
Zaman eynidi o gözel insanlarin içində deseydiniz gözəl olardi
Ölsəm bağışla...🍂25.11.2022
Filmin axırı dəxlisiz idi. Ümumiyyətlə, o restoran səhnəsi olmamalıydı.
Restoran səhnəsi niyə olmamalıydı
DƏLİ ROLUNU OYNAYAN AKTYOR DEYİL
Filmdə diqqət mərkəzində dayanan kadrlardan və təbii ki, rollardan biri də küçədə dəlinin uşaqların ardınca qaçması, onun hirslənərək əcaib səs çıxarması və son anda zor gücünə dəlixanaya aparılması səhnəsidir. Əslində dəli rolunu böyük ustalıqla oynayan aktyor deyil.
Rejissorla tanış olan həmin oğlan hər dəfə onunla görüşəndə “məni də öz filminə çək” deyə ondan xahiş edirmiş.
Rasim müəllim deyirdi ki, dəli rolunu oynayan oğlan, doğrudan da aktyor deyil, sadəcə olaraq onu çoxdan tanıyırdım: “Onun görünüşü mənim çox xoşuma gəlirdi və bu oğlan hər dəfə məni görəndə xahiş edərək deyirdi ki, “öz filmlərinizdə məndən də istifadə edin. Onu da qeyd edim ki, dəli rolunu yaradan oğlan tam sağlam insandır, onda heç bir çatışmamazlıq yoxdur. Filmin sınaq çəkilişlərində hər rola uyğun aktyor seçimini bitirdikdən sonra dəli roluna kimi çəkəcəyimi çox fikirləşdim. Birdən yadıma düşdü ki, haqqında danışdığım oğlanı bir sınaq edim. Sınaq vaxtı onun danışığı, gülüşü, oynamağı məni qane etdi. Onu dəli roluna təsdiq etməyi planlaşdıran kimi ilk növbədə qarşısına şərt qoydum ki, saçların keçəl qırxılmalıdır. Deyəsən sözüm onu yaman tutmuşdu. Çünki o, mənim sözümdən sonra bir az nəm-nüm etdi. Elə ki, ona “saçların keçəl olmasa səni dəli roluna çəkməyəcəyəm” dedim, o zaman razılaşmaqdan başqa heç bir çarəsi qalmadı. Beləcə bizim birgə əməkdaşlığımız baş tutdu. Elə ki, filmin hazır materialının ekran variantına baxdım, gördüm ki, onu dəli roluna seçməkdə yanılmamışam”. ”
Filmdəki Gülya obrazı aktrisa Gülzar Qurbanova tərəfindən böyük məharətlə yaradılıb. 18 yaşlı tələbə üçün qadın obrazı yaratmaq aktyordan yüksək məsuliyyət tələb edirdi.
Xatırladaq ki, filmin çəkildiyi ildə Gülzar Qurbanova Ümumittifaq Kinematoqrafiya İnstitutunda Aleksey Vladimiroviç Batalovun kursunda təhsil alırdı. Və o vaxta kimi artıq bir neçə filmə çəkilmişdi. Bunlardan “Azərbaycanfilm”in istehsalı olan “İmtahan”(rejissoru Gülbəniz Əzimzadədir) filmi, “Tacikstanfilm”in istehsalı olan “Aeroportda hadisə”(rejissoru Yunis Yusurovdur) filmlərinin adlarını çəkmək olar. O, Moskvada 3-cü kursda təhsil alarkən Bakıda keçirilən festivala iştirak etdiyi “Doroqaya Yevgeni Sergeyeviç” tamaşası ilə qatılır. “Doroqaya Yevgeni Sergeyeviç” əsəri Eldar Ryazanovun quruluşunda film şəklində lentə də alınıb.
Aktrisanın dediklərindən: “Həmin festivalda iştirak edərkən Rasim Ocaqovun diqqət mərkəzində dayandığımı çox sonralar eşitdim. O, aktrisalıq qabiliyyətimi bəyəndiyi üçün məni “Ölsəm, bağışla” filmində baş rollardan biri olan Gülya obrazının sınaq çəkilişlərinə dəvət etdi. Gülya obrazının sınaq çəkilişlərində məndən başqa da bir neçə aktrisa iştirak edirdi. Ancaq rejissor çalışırdı ki, bu aktrisalar bir-birlərindən xəbər tuta bilməsinlər. Eşitdiyimə görə, Gürcüstandan da aktrisa dəvət olunmuşdu. Ancaq buna baxmayaraq Rasim Ocaqov kimi hansı rola çəkəcəyini əvvəlcədən müəyyənləşdirmişdi. Elə ki, hər aktyor uyğun olan rollara təsdiq olundu, bundan sonra çəkiliş prosesləri başlandı. Çəkiliş vaxtı heç bir çətinlik çəkmədim. Baxmayaraq 18 yaşlı bir qızın 22 yaşlı qadın obrazı yaratması asan məsələ deyil, ancaq çalışırdım ki, öhdəsindən gəlim. Çəkiliş vaxtı rejissorun mənə çox köməyi dəyirdi. Mənə elə gəlir ki, Rasim Ocaqov kimi rejissorla işləmək özü böyük bir məktəbdir. O, aktyora tam sərbəstlik verir, aktyor fikri ilə hesablaşır. Bildiyiniz kimi filmin çəkilişlərinin bir hissəsi Kislovodskda lentə alınıb. Deməli, 1988-ci ilin sentyabr ayında bir ay müddətində Kislovodskda qalmalı olduq”.
Film aktrisa üçün uğurlu olub: “Belə ki, mənim təhsil aldığım Ümumittifaq Kinematoqrafiya İnstitutunda diplom işim bu filmlə müdafiə olundu. Bu, çox böyük göstərici idi. Bundan başqa mən Gülya obrazına görə mükafat aldım. Sonra ardıcıl olaraq rejissorlarımız tərəfindən filmlərə dəvət aldım. Ancaq bu dəvətləri qəbul edə bilmirdim. Çünki müəllimim Batalov mənə icazə vermirdi. Bunun da səbəbi o idi ki, film çəkilişlərində iştirak etməyim kurs işlərinin yarımçıq qalmasına, iştirak etdiyim tamaşaların nümayişinin dayanmasına gətirib çıxarırdı. Çox təsadüf bir halda Batalov mənə icazə verdi ki, “Ölsəm, bağışla” filminin çəkilişlərində iştirak edim. Bu da ondan irəli gəlirdi ki, dərs ili yenicə başlamışdı. Təxminən 20 gün Kislovodskda, 10 gün də Bakıda çəkilişlər oldu. Söhbət Gülya obrazının çəkiliş müddətindən gedir. Və onu da xüsusilə qeyd etmək istərdim ki, tərəfmüqabilim Fəxrəddin Manafovla birgə əməkdaşlığımız demək olar ki, bir-birini tamamlayırdı”.
Melumat ucun tesekkurler🙂
@@User-zq2ep DEYMEZ DIQQETINIZ UCUN SONSUZ MINNETDARAM.😊
Çox təsir elədi.🥀😔
Oglanin olduyunu bilmirdim birinci defedi baxiram qisa olaraq videolarina baxmiwdim sonu cox pis tesir etdi
nolardi ki filmi gozel sonluqla bitirsen?! gerek bele kederli bitsin?! yoxdu da bu olkede xoshbext sonluq
Bu filim heqiqet əsasında çəkilib?
Qadinlarin sozune qulaq asmaq duzgun deyil onun silahi ustunde olsaydi kinonun axri yaxsi bitirdi ve cox xosbext yasayairdilar
Eynen
Çok güzel
ravedəki yazışmalar...
haçansa bu şərhimi oxusan yenidən bunu izləsən. bunu gör o yazışmaları oxu.
hamımızın inanmışlıqları olur
Salam, Azərbaycanfilm!
Ötən həftənin bazar ertəsi İTV-də "BALANS" Studiyası tərəfindən tam bərpa edilmiş Azərbaycan kinosu "Ölsəm... bağışla" (1989) göstərilmişdir!
Onu təzədən yükləyə bilərsiniz?
Çox təsirli film idi, nə qədər böyüsəm də…. 🖤
Ölsəm bağışla....❤️🩹🥀
Səni illər sonra izlədiyim üçün bağışla❤️🩹
31:10:2022 saat 20:24 Rewad senin isteyinle baxiram bu filme...
Olsem bagiwla...
Кисловодскиден Азербайджана салам. Фильм чох гузел чекилиб. Хемише бахырам. 42 яшым вар, бизим вахтлар чох яхшы довр иди. Ресторан Храм Воздух инди ишлемир. Гапысы баглы сакит бир йере чеврилиб.
NECEDE KÖVRELDİM KEÇMİŞ İLLERİMİZ YADİMA DÜŞDÜ😢😢😢
Deyə bilmədim ölsəm bağşla
Sırf bu filmdən bir hissə paylaşıb deyə izləməyə gəldimmmm
Sağ olun mən ağlamağa gedirəm
ÖLSƏM BAĞIŞLA... 28.04 🥀🖤
Bu filming rusca si hardan taparam?
@@wolfdaddy085 Yalan Deyərəm
Ömrümdə heç olmasa bir dəfə ürəyim deyəni etdim. Əgər gəlməsəydim sonra yəqin ömrüm boyu peşmançılıq çəkəcəkdim. Düz demirem?...😿🖤
Anamın sevdiyi filmlərdən biri idi ama heç cür baxmaq qismət olmurdu..28 yaşıma qismət imiş..Nişanlımın bacısı Mələk musiqiçidir, statusunda bir piano ifası paylaşmışdı.Soruşanda demişdi ki “ölsəm bağışla” filmindəndir.” Baxdım. Anamın da Mələyin də bu filmi niyə bəyəndiklərini daha yaxşı anladım. Nişanlım hələ baxmayıb ona da dedim baxsın. Baxanda bu rəyimi də görər ümidvaram
Təbriz,sevgilim.. 1:19:36
Esen olsun Asena 🇦🇿🇹🇷🤘🤘
Bende şimdi izledim hem baxmamışdım.
Və bəyəndim həmdə çokk.
Sizə isə mutluluklar dilerim.
Dilerimki Tanrı arzu və isdəklərinizə çatacaq qədər sağlam ömür versin Asena.
inanıram ki bir gün bu filmə baxacaqsan...
İndi giz tek mi galdi hem sevdiyini itirdi hemde bakideki aylesini🥹
cox heyif🤦♂️🤦♂️🤦♂️
Qızın valideynlərinə yazığım gəldi,hələ o dövr üçün necə böyük biabırçılıqdır. Ümumiyyətlə istənilən zamanda evli qadının dərdindən ölsə belə qaçıb getməyi çox pis şeydi,kiminsə arvadına göz dikmək də onun kimi. Sevgisi belə böyükdüsə ərə getməzdi,ya da boşanıb sonra çıxıb gedərdilər.
30.10.2022 bugun baxdlm
İndi də sevirəm, sən bu yazını oxuyanda da sevəcəm, oxumasan da sevəcəm 🤎
Mən də səni,həmişə, hər gün, hər an🤎
Bir gun men olmasam olsem bagisla meni.Seni her seyden ama her seyden cox sevdim ama bilmirem niye bacarmadim senin yaninda can vermeyi.Cox istedim ama bacarmadim.Bundan iller sonra bir gun meni xatirlasan bilki seni senden uzaq durmaga dozecek qeder sevdim
Ölsəm, bağışla
Hər gün axşam evə gəlib
Bərk boynunu qucaqlayıb
Yanağından çox öpəcəm
Bu xəyalım alınmasa, bağışla
İstəyirəm xoşbəxt olaq
Bir yaşlanaq, bir qocalaq
Mən tez ölsəm, itsə maraq
Sən ağlama, bağışla
Nə mən cavan, nə sən cavan
Bizdən qeyri kimdi yanan
Məndən sonra səhərlərə
Xoşbəxt duran insanları, bağışla
Qucaqlayaram səni haaa
Gülüşünə doyanadək
Sevgidən kam alanadək
Ölsəm, bağışla.
Super bir filimdir.
İstiyere bu zamanlara qayıdım😢😢
Ölsəm,bağışla.
olsem bagisla
Ne vaxtsa beyenersiz yorumu gelb baxaram xatırladana tşk
Böyüklerden bir söz var.Demiri isti isti döyerler.
Geddi o gunler o vaxdlar 🫲🫱cox heyif
Tesirli filmdi🖤
Film çox gözəldi orda da görsənir ki Azərbaycan öz qazisine dəyər vermir və kişiliyi saç kəsməkdə gören kişiler ozderi yüz qeletler edirlər bir sözlə haksızlık həmişə davam edəcək və çalışın yaxşılıq etməyin çünkü qalib gələn pislər olur nə yazıq ki çünkü yaxşıların Qədiri öləndə bilinir
Ne zor kinodu ❤