Ötən günlər - Yusif Vəliyev - 27.11.2021

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 52

  • @aygunaslan1441
    @aygunaslan1441 Год назад +17

    Nə qədər gözəl veriliş. Var olasız. Yusif Vəliyevə Allah qəni qəni rəhmət eləsin.

  • @ВооаОара
    @ВооаОара Год назад +12

    Həqiqətən də Yusif Vəliyev təkrarolunmaz bir sənətkar idi bu adamın səsi dəhşət idi

  • @nazrin27192
    @nazrin27192 Год назад +7

    Onun bütün rolları şedevrdi Uşaqlığın son gecəsində mühəndis rolu necə təbiidi Allah rəhmət eləsin dahi sənətkara 😔

  • @elcinqasmov7195
    @elcinqasmov7195 Год назад +3

    Yusif Vəliyevə Allah rəhmət eləsin Sənət dostları bu sənətkar haqqında çox maraqlı danışdılar

  • @HuaweiNova-v6w
    @HuaweiNova-v6w Месяц назад

    Belə gözəl veriliş úçún təşəkkúr edirəm. Nə yaxşı belə istedadlı giymətli sənətkarlarımız var.Bu bir miktəbdir. Yusıf múəllımə Allah rəhmət eləsin.

  • @tehranismayll2515
    @tehranismayll2515 Год назад +8

    Təkrarolunmaz sənətkara Allah rəhmət eləsin

  • @Əbuturabsalamullahuəleyh
    @Əbuturabsalamullahuəleyh Год назад +9

    Allah Yusif Vəliyevə və onun kimi xalq aktyor və aktrisalarına rəhmət eləsin. Hər aktyora nəsib olmur ki həm yaxşı aktyor olasan həmdə gözəl səsin olsun.And olsun Allaha bir daha belə aktyorlar doğulmayacaq.indi heç kim yerində deyil kino studiya bazara çevrilib

  • @samish80
    @samish80 Год назад +8

    Ədalət Məmmədovun da səsi çox gözəl və təsirlidir. Yusif Vəliyev yolunun davamçısı.

  • @karabakhazerbaijan96
    @karabakhazerbaijan96 3 года назад +11

    Ruhu şad olsun böyük sənətkarımızın. Əvəzsiz sənətkar idi. Onun "Əmir Teymur" rolu bir sənəd şedevri idi. Eləcə də "Qurd Cəbrayıl - Fəttah" rolu və "Axırıncı açırım"dakı səsi.
    Xalqımızın yaddaşında hər zaman yaşayacaq.

    • @aqilmustafavey9256
      @aqilmustafavey9256 2 года назад +4

      Kərbəlayi ismayil rolun Ədil İsgəndərov canladirsada məncə o rola möhtəşəmlik qatan Yusif Vəıiyevin səsidi hər iksin ruhu şad olsun

    • @karabakhazerbaijan96
      @karabakhazerbaijan96 2 года назад +1

      @@aqilmustafavey9256 şühbəsiz, haqlısınız.

  • @ИлгарМамедов-п7ц
    @ИлгарМамедов-п7ц Месяц назад

    Ахырынчы ашырымда Карбалайыны сесландирир.Аллаh раhмат еласин ❤❤❤❤❤

  • @ШахирНабиев
    @ШахирНабиев Год назад +3

    Аллах Рахмат элая. Дахи артист. Мой земляк. Россия.

  • @kbrqarashov4349
    @kbrqarashov4349 3 года назад +7

    Azərbaycanda ən gözəl səslərdən biri Ədalət Məmmədov

  • @SuperIntigam
    @SuperIntigam 3 года назад +8

    Usta Rəhmətlik Yusif Vəliyev kaş indi sağ olaydı və Türkiyənin tarixi dizi filimlərinə çəkiləydi. O zaman Türkiyədə olan aktyorlar bilərdilər ki ustalığı necə nümayiş etdirmək olardı...Tanrının rəhməti onunla, ruhu şad, nur içində olsun, A M İ N !!!!

  • @vurgun7890
    @vurgun7890 Год назад +3

    "... Elə gəlsin elə getsin, aralıqda söz olmasın..."

  • @mamaaxmedova5486
    @mamaaxmedova5486 Год назад +2

    АМИНЕ ЮСИФГЫЗЫ ЕВЕЗОЛУНМАЗ СЕС МАШААЛЛАХ

  • @ИлгарМамедов-п7ц
    @ИлгарМамедов-п7ц Месяц назад

    Allah rahmat elasin ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruslanagayev9259
    @ruslanagayev9259 2 года назад +8

    1965 №-li məzar və ya unudulmaz Yusif Vəliyev...
    Dünən çox qəribə yuxu gördüm, həqiqətən qəribə yuxu idi. “Arxadan vurulan zərbə” filminin son epizodu girmişdi yuxuma. Qurd Cəbrayıl elə həmin səslə “raşotkalı” milis maşınından səslənirdi; “O vaxt məni Qurd Cəbrayıl adı ilə tutdular, saldılar qazamata. Heç kimdə gəlmədi yanıma, sonra öldüm, dəfn elədilər, yenə də heç kim gəlmədi məzarım üstünə. Niyə məni axtaran yoxdur!” Hövlənk yuxudan ayıldım, Allah bu nə yuxu idi, mən hara, Qurd Cəbrayıl hara, bu SƏS hara. Səs necə də mükəmməl idi, necə təsirli idi İlahi! Bu səsin də, bu rolun da sahibi o idi. Böyük aktyor, Respublikanın xalq artisti Yusif Vəliyev. O Yusif Vəliyev ki, ömrünün son çağlarında 9-cu mikrarayonda, 9-cu mərtəbədə verilən evini daha aşağı mərtəbələrə dəyişmək üçün dövrün Mədəniyyət nazirinin qəbuluna getmişdi, “nazir” isə onu tanımamışdı. Yusif Vəliyev isə bu münasibətdən çox məyus olmuş və bir daha bu işin arxasınca getməmişdir. Bu o Yusif Vəliyevdir ki, onun səsi əzəmətdə SƏS Azərbaycan səhnəsinə gəlməyib. Aktyor kimi də ciddi uğurları olub. Yusif Vəliyev bir çox filmlərdə -“Arxadan vurulan zərbə”də Qurd Cəbrayıl, “Nəsimi”də Teymurləng, “Tütək səsi”də Qılınc Qurban, “Uşaqlığın son gecəsi”ndə İş icraçısı, “Qatır Məmməd”də Şəkili halvaçı, “Sən niyə susursan?”da Balıqçı, “Bir cənub şəhərində” isə Səfərəli kimi yaddaşlarımızda qalıbdır. Səsindəki əzəmətin vurğunu olan Ədil İsgəndərov münasibətləri pis olsa da, “Axırıncı aşrım” filminin əsas obrazı olan Kərbəlayini səsləndirməkdən imtina edərək deyir ki, mənim səsim komediya səsidir, Kərbəlayini ancaq Yusif Vəliyev səsləndirə bilər. Dəfələrlə Azdramaya getmək istəsə də bu ona müyəssər olmur. Əgər alınsaydı Azərbaycan teatırı nələr qazana bilərdi?! Yenə də qısqanclıq, xəbislik və paxıllıq Yusif Vəliyevin qarşısını alır və o, Azdramada işləməkdən məhrum olur. Azdramanın aktyorları da onunla eyni səhnəni bölüşmək istəmirlərmiş, çünki bilirlərmiş ki, onun kölgəsində qalaraq itib-batacaqlar. Onun səsi isə bir başqa aləm olub və bir çox səsləndirmələrdə, dubliyajlarda məhz Yusif Vəliyevin səsi obrazlara dil verib, ağız verib, səs veribdir.
    Nəsimi filmində bir çox epizodları sonradan Yusif Vəliyevə görə kəsirlər, çünki Teymurləng obrazı Nəsimi obrazını hər tərəfdən kölgədə qoyurmuş, bədii şurada irad bildirilər ki, biz Nəsimi haqqında film çəkirik, Əmir Teymur haqqında yox.
    Onun yaratdığı üç obraz mənim üçün əvəzolunamzdır, Qurd Cəbrayıl, Qılınc Qurban və Əmir Teymur. İllər keçəcək, nəsillər dəyişəcək, amma Yusif Vəliyev yaratdığı obrazlarla insanların yaddaşında hər zaman yaşayacaq.
    Yuxu ilə başlamışdım, yuxu ilə də bitirim. Təbii ki, mənim yuxuma Qurd Cəbrayıl girə bilməzdi. O bir filmin qəhrəmanı idi. Mənim yuxuma girən Yusif Vəliyev və onun sehirli SƏSİ idi. Yusif Vəliyevi mütləq yad etməli idim. Sorağa-soraq onun “Qurd Qapısı” məzarlığında olan məzarını tapdım. Məzarının üzərində anadan olduğu - 1917-ci, vəfat etdiyi - 1980 ci illər və bir də adı, soyadı yazılmışdı. Hə bir də qəbrinin nömrəsi - 1965№ məzar. Hamının məzarı kimi bir məzardır, qismət olsa hamımızın belə bir məzarı olacaq. Amma heç birimiz o ada, nama, o şana çatmayacağıq. Yusif Vəliyevi o məzarda görmədim. Yox idi məzarında, sadəcə adı, soyadı, doğum və ölüm tarixləri var idi. Yusif Vəliyev isə - Şah Qacarla, Qurd Cəbrayılla, Qılınc Qurbanla, Əmir Teymurla tamaşaçıların və eləcə də mənim qəlbimdə özünə məskən tutmuşdu. Bir xeyli məzarına baxıb düşündüm. Düşündüm ki, necə xoşbəxt adamdır, dünyada yoxdur, amma ürəklərdə yaşayır. Bundan böyük xoşbəxtlik ola bilərdimi?! Bir xeyli məzarına baxdım, qulağımla səsini dinşədim, ruhuna bir Fatihə oxuyaraq məzarından ayrıldım. Amma o hey bizimlədir, Qurd Cəbrayıl kimi, Qılınc Qurban kimi, Əmir Teymur kimi, bir də ovsunlu SƏS kimi. Allah Sizə rəhmət eləsin böyük sənətkar!
    Söz ardı....
    Məzarı baxımsız haldadır, molla Zakir deyir ki, gəlib gedəni də yoxdur. Bəzən belə halları görüb deyirsən ki, sənətlinlə yanaşı, yaxşı imkanlı bir övladın da ola ki, səni saydıra. Amma sonra fikirləşirsən ki, övlad da gəldi gedərdi, vəzifəsi də, imkanı da. Yusif Vəliyev zirvəsi və sənəti isə həmişə əlçatmaz olacaq...
    25.06.2020
    Bakı
    Qurd Qapısı qəbristanlığı.

    • @МашадиАхмедли
      @МашадиАхмедли Год назад +2

      Cox sag olun,gozel qelbli insan!!!Bir oxucu,bir tamasaci kimi oxudum cox tesirlendim!!!Heqiqeten bu insanin sesi dehset idi,tamasacinin iliyine isleyirdi!!!Allah qeni-qeni rehmet elesingozel ve unudulmaz korifey Senetkara!!!

    • @ruslanagayev9259
      @ruslanagayev9259 Год назад

      @@МашадиАхмедли , diqqətinizə görə təşəkkür edirəm.

    • @guleysetmmmdova6792
      @guleysetmmmdova6792 Год назад +2

      Dönə dönə yazınızı oxudum,çox mütəəssir oldum, yazırsız qəbri baxımsız haldadır,amma axı onun ən azından həyat yoldaşı sağdır...nə isə...
      Böyük sənətkara Allah rəhmət eləsin,qəbri nurla dolsun,mən onun möhtəşəm səsinin filimlərinin vurğunuyam,siz də çox sağ olun geniş məlumat vermisiz!

    • @ruslanagayev9259
      @ruslanagayev9259 Год назад +1

      @@МашадиАхмедли , diqqətinizə görə təşəkkür edirəm.

    • @ruslanagayev9259
      @ruslanagayev9259 Год назад

      @@guleysetmmmdova6792 , diqqətinizə görə təşəkkür edirəm.

  • @razimqasmov2980
    @razimqasmov2980 3 года назад +13

    Nəsımı fılmın çəkılışındə o Əmır Teymurun rolunu elə közəl yaradirkı rejısor dözə bılmır deyırkı Yusıf müəllım bız Nəsımı fılmın cəkırık Əmırteymur fılmın yox.Allah rəhmət eləsın o DAHI ıdı.

  • @gulagaehmedov9536
    @gulagaehmedov9536 2 года назад +4

    Nesimi topal teymur arxadan vurulan zerbe qurd cebrayil tutek sesi qilinc qurban deyerli aktyorumuz bir sira filmlerde rol alib

  • @gulxarabbasova4596
    @gulxarabbasova4596 2 года назад +7

    Nailə xanım var olasiniz mən xahiş edirəm ki siz Xalq artisti İsmayıl Osmanlı haqqında da veriliş cəkəsiniz

  • @hafizeimanzade7938
    @hafizeimanzade7938 8 месяцев назад +1

    Super verliş idi.Əla

  • @НиджатАлекберов-и2х

    Allah Yusif Veliyeva qeni qeni rehmet elasin Azerbaycan xalqinin ve Azerbaycan kinosunun Şedevri idi sizden heç olmayacaq dahi Senetkar ve Korifey

  • @aynuryaksi5320
    @aynuryaksi5320 Год назад +3

    Həqiqətən şanslıyıq ki Yusif Vəliyev zirvəsi var mədəniyyətimizdə.Butun rolları hər biri bir zirvədir. Amma dublyajlarınin içində ən möhtəşəmi Kərbəlayının səsləndirməsidir

  • @ШахирНабиев
    @ШахирНабиев Год назад +1

    Тариел муаллим, Аллах сизин. Джанынызы саг элая. Маним чох рахмет этдийм артист. Чох Ала, чох Ала. Братуха. Россия.

  • @эльдарю
    @эльдарю Год назад

    👍👍👍cox sagolun

  • @TomKruz-r8h
    @TomKruz-r8h 4 месяца назад

    Mənə görə Azərbaycan kinosunun brendidir bu adam

  • @iradebayramova9098
    @iradebayramova9098 Год назад

    Ən gözəl verilişdi

  • @terxanmusayev3501
    @terxanmusayev3501 3 года назад +3

    Mənim Əmir Teymura çox böyük hörmətim var

  • @oktayeliyev4243
    @oktayeliyev4243 2 дня назад

    Cox guclu aktyordu adil isgenerov melik dadasov ve yusif veliyev

  • @isasfiyev2928
    @isasfiyev2928 Год назад +2

    Topal teymur rolunu, yusif veliyevin gozel ifa etdyni goren adil isgenderov etiraf elyib.o mennen yaxsi oynadi.hele kusulu olublar

  • @AliBaqirov
    @AliBaqirov Год назад +1

    NE GOZEL VERLIS APARİLLAR HEQIQETENDE MENI SAVET DÖVLETI ILLERINDE YASADIQIM GÜNLERE AYLARA APRDI BU VERLIS ÇOX MEDENI APSRİLLAR VERLISI ÇOX BÖYUK SEVIYYELERI VAR DIKTORLARIMIZIN MEXSUSEN XANIM DIKTORUN TEŞK

  • @zakirbagirov867
    @zakirbagirov867 Год назад +1

    Hər şey yaxşıdı, lakin hər zaman olduğu kimi göstərilən epizodları çox kənardan göstərirsiniz. Nəzərə alın ki, verlişi telefonda izləyənlər çoxdur. Sizə uğurlar.

  • @divbass6240
    @divbass6240 3 года назад +1

    Çox gözel

  • @elnurelnur6570
    @elnurelnur6570 3 года назад +1

    👍👍👍

  • @intizaraliyeva9100
    @intizaraliyeva9100 7 месяцев назад

    Haqsızlıq həmişə olub

  • @iradebayramova9098
    @iradebayramova9098 Год назад +1

    Əsl aktyor o aktyorlaridi

  • @Эльсевар.Г
    @Эльсевар.Г 3 года назад +3

    Сидян хаиш едирям . Беля козял инсанлары тез тез костятясиниз . Адамын руху динчялир беля кёзял артистляримизи кёряндя .

  • @НаргизГурбанова-р4б
    @НаргизГурбанова-р4б 3 года назад +2

    Чох сағолун бу верлишә қөрә

  • @kamranibrahimov2582
    @kamranibrahimov2582 Год назад

    Agakishi Kazimovun eladyi "yaxshiliqlari " demadilar.adini bela chakmadi yoldashi ahsan !!!

  • @afganaghamaliyev4064
    @afganaghamaliyev4064 Год назад

    Ay bisavadlar, Teymurleng yox, emir Teymur

  • @atilabozkurt5226
    @atilabozkurt5226 3 года назад

    Bäy nähäng (farscadır) , elä Türkcäsi BÖYÜK demäkdir. Bu fars nähängini işlätmäyä gäräk yoxdur.Siz Xalqın qarşısına çıxırsız tämiz Türkcä sözlär işlätsäniz daha yaxşi olar.

  • @титаниктитаник-у4х
    @титаниктитаник-у4х 3 года назад

    МАНИДА БАГЫШЛАЙЫН АНЖАГ ДЕЯЖАМ. ЖИРИНОВСКИ АЛЛА ПУГАЧОВЫЯ ДЕДИЙИ СОЗИ ХЕЧВАХТ УНУТМАРАМ. ЖИРИК ХАРНА ОЛСАДА АНЖАГ БИР СОЗИНИ УНУТМАРАМ. О ДЕДИКИ, АРТИСТИ ВСЕ ПРАСТУТИТКИ. БАХЫН, МАН ОНУНЛА БУ СОЗИНА РАЗЫЯМ.