Hepatit B tam müalicə olunurmu? - DİQQƏT!

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • Dr. Fərrux Nağıyev (Qastroenteroloq-hepatoloq)
    Tel: (077) 365 66 66
    Facebook: / dr.ferrux
    İnstaqram: Dr_ferrux
    Hepatit B virusla bulaşa bilən bir qaraciyər xəstəliyidir. Hepatiti B virusu (HBV) ilə yoluxma qaraciyər iltihabına səbəb ola bilir. Qaraciyər insan orqanizminin ən böyük orqanı olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir . Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, qlükogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir. Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya (özünü bərpa) qabiliyyətinə malik olan orqandır. Bir sözlə, qaraciyər orqanizmdə ən vacib prosesləri yerinə yetirir. Lakin bütün bu prosesləri qaraciyər sağlam ikən yerinə yetirir. Hepatiti B virusu (HBV) qaraciyərə girdikdə hüceyrələri məhv edir, qaraciyərin iltihablanmasına gətirib çıxarır. Beləliklə, ya keçici ya da qalıcı (xroniki) qaraciyər infeksiyası meydana çıxır.
    Hepatit B nədir?
    Hepatiti B virusu (HBV) səbəbiylə ortaya çıxan xəstəlikdir. Hepatiti B virusu (HBV) cinsi əlaqə və qanla orqanizmə keçə bilər. Bu virusla bağlı formalaşan yanlış fikirlərdən biri onun guya yalnız cinsi və qan yolu ilə yoluxması haqqında deyilənlərdir. Belə ki, Hepatit B virusunun ən təhlükəli cəhəti ailə üzvlərinə yoluxma ehtimalının yüksək olmasıdır. Bədən, tər, öpüş, qab-qacaq vasitəsilə xəstəliyin yayılması sürətlə artır. Hepatit B virusunun istər ilkin, istərsə də gecikmiş dönəmdə fəsadları böyük olur. Ümumi halsızlıq, zəifliklə yanaşı, virus qaraciyər şişlərinə, qaraciyərin sirrozuna səbəb ola bilir. Hepatit B və C virusu qarşılaşdırıldıqda yayılma ehtimalına görə B virusu daha üstündü. Bəzi insanlarda 1 neçə ay içərisində heç bir simptom vermədən sağalan xəstəlik, bəzilərində xronikləşə bilir. Xronikləşmiş qaraciyər infeksiyonları qaraciyər sirrozu, sarılıq və qaraciyər xərçənginə gətirib çıxarır. Əgər xəstəlik 6 aydan çox çəkərsə, xronikləşir. Yenidoğulanlarda Hepatit B virusunun xronikləşmə faizi 90%, daha böyük uşaqlarda 75%, yetkin şəxslərdə 10% təşkil edir. Bu virusun özünəməxsus spesifikliyi ondadır ki, müalicə olunduqdan sonra belə xəstəlik 30-35% ehtimalla geri dönə bilir. Hər iki virusun həm Hepatit B, həm də C-nin müalicəsi var. Müalicədə məqsəd virusun yükünü sıfıra endirməkdi. Bu virusun dozası yüksək olduqda qaraciyər virus tərəfindən işğal edilir. Buna görə virusun sıfır həddinə çatdırılması mütləqdi.
    Hepatit B əlamətləri.
    Əlamətlər adətən yoluxmadan 12 həftə sonra əmələ gəlir və fərqli intensivikdə özünü biruzə verir.
    Qarın ağrısı
    Sidiyin tünd rəngdə olması
    Yüksək temperatur
    Oynaqlarda ağrı
    İştahanın itməsi
    Ürək bulanması və qusma
    Zəiflik və yorğunluq
    Dəri və ya gözün selikli qişasında sarılıq
    Baş ağrısı
    Əzələ ağrısı
    Qəbizlik
    İshal

Комментарии • 201